FİKİR

i. thought; idea; conception; mind; (düşüncə, xəyalat) mediation; reflection; (rəy, mülahizə) opinion; notion; (niyyət) thought, intention; aydın ~ bright / clear thought / idea / conception; lucid mind; qərəzli ~ preconceived idea, preconception; qəfil yaranan ~ sudden thought; dolaşıq ~ confused / tangled / muddled thought (idea, conception); knotty idea; əsas ~ fundamental / basic idea; yanlış ~ wrong / incorrect idea / conception; Bu fikir yanlışdır This conception is wrong; köhnə ~ old / out-of-date idea (conception, thought); təhrif olunmuş ~ mispresented / perverted / distorted idea (conception); ~ aydınlığı clarity of thought / idea; lucidity of mind; ~ ayrılığı difference / cleavage / divergence of opinion; ~ dolaşıqlığı confusion of thought; ~ aparmaq to fall* into thinking, to become* thoughtful; Onu fikir apardı He / She fell into thinking; ~ vermək: 1) to pay* attention (to), to take* notice (of); Ona fikir verməyin Take no notice of him; 2) (qayğısına qalmaq) to take*care (of), to think* (of); Səhhətinizə fikir verin Take care / Think of your health; ~ etmək: 1) (fikirləşmək) to think* (about, of), to ponder (over); Nə fikir eləyirsən? What are you thinking about? 2) (kədərlənmək, qəm yemək) to grieve (about, at, for, over); to lament (d.), to brood (over); ~ irəli sürmək to put* forward an idea / a conception; ~ yaratmaq to form an opinion (about); to give* an idea (of); ~ yürütmək to reason; ~ söyləmək / demək to speak* (about, on); to utter / to express an opinion (about); öz fikrini söyləmək to express / to utter one’s opinion (about), to give* one’s view (on); O, bu haqda öz fikrini söyləyib He / She has given his / her view on it; bir / şeyin əleyhinə / lehinə ~ söyləmək to declare opinion against / for smth.; ~ çəkmək to grieve (about); ağlına ~ gəlmək: Qəflətən ağlıma belə bir fikir gəldi Suddenly such an idea entered / flashed across my mind, Suddenly such a thought struck me / occured to me; (filan) ~də olmaq to keep* the idea that...; Abide* by the thought / Notion that...; Mən bu fikirdəyəm ki,... I am of the opinion that...; özü haqqında yüksək ~də olmaq to have* a high opinion of oneself, to think* very well / highly / too much of oneself; to think* no small beer of oneself idiom.; eyni ~də olmaq to be* of the same opinion; əvvəlki / həmin ~də qalmaq to remain of the same opinion; dərin fikrə getmək / dalmaq to be* lost / sunk in thought, to be* plunged in a deep reverie (on, about); to muse (on, upon, over); Dərin fikrə dalaraq o, saatlarla oturdu He / She sat musing for hours; qəmgin ~ (lər)ə dalmaq / qərq olmaq to be* lost in gloomy reflection (on); to brood (on, over); O, küncdə oturub öz müsibətləri haqqında qəmgin fikirlərə qərq olmuşdu Sitting in the corner he / she was lost in gloomy reflection on his / her own misfortunes; fikrə tərəfdar olmaq / çıxmaq to uphold* the idea / conception / option; fikri aydınlaşdırmaq to elucidate the idea / thought / conception; fikri bəyənmək to approve the idea; fikri izah etmək to explain / to interpret the idea / conception; fikri müdafiə etmək to make* a stand for the idea / conception / opinion; öz fikrini müdafiə etmək to assert one’s point of view / opinion / idea; fikri təsdiq etmək to confirm the idea / conception; fikri təhrif etmək to distort / to pervert / to mispresent the thought; qəti fikri olmaq to have* a good mind; Onun qəti fikri vardı ki, mənim haqqımda polisə xəbər / məlumat versin He / She had a good mind to report me to the police; öz fikri olmaq to have* one’s own idea / notion / opinion (about); fikrində olmaq (niyyətində olmaq) to have* a thought / an intention (to+inf. / of+ger.); Onun fikri var ki, yeni bir kitab yazsın He / She has a thought / an intention of writing a new book; fikrində araşdırmaq / götür-qoy etmək to deliberate (d.), to ruminate (over, about, on, upon), to meditate (on, upon), to turn over in one’s mind (d.); O son hadisələri fikrində araşdırdı He / She was ruminating over the recent events, He / She was turning over the recent events in his / her mind; fikrində bir şey tutmaq to think* of smth.; Fikrində bir rəqəm tut Think of a number; fikrindən daşınmaq / əl çəkmək to give* up the thought / idea (of+ger.); Oraya getmək fikrindən əl çək / daşın Give up the thought / idea of going there; fikrindən çıxmaq bax unutmaq; fikrindən çıxmamaq / getməmək (bir kəs, bir şey) to have* smb. / smth. on one’s mind; fikrinə düşmək (bir şey etmək) to have* an intention (to+inf.); O, evlənmək fikrinə düşüb He has an intention to marry; ~ini dağıtmaq to disperse one’s thoughts; ~ini dəyişmək to change one’s mind; O, getmək istəyirdi, lakin fikrini dəyişdi He / She wanted to go, but changed his / her mind; ~ini toplamaq / cəmlə(şdir)mək to collect one’s thoughts; Fikrimcə,... In my opinion; Müəllifin fikrincə,... According to the author...; Mən bu fikirdəyəm ki,... I am of the opinion that..., Fikir məni üzür The thought tortures / tears me

FİDAN
FİKİR-XƏYAL
OBASTAN VİKİ
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
"Fikir" qəzeti
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib.2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir.Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
"Yeni fikir" qəzeti
Azad Fikir Universiteti
Azad Fikir Universiteti — alternativ təhsil layihəsi. 2009-cu ilin oktyabrından fəaliyyət göstərir. == Ümumi məlumat == Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında öz fəaliyyətində başlamışdır. Layihənin məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir. Azad Fikir Universiteti gənclər və tələbələr üçün alternativ bir təhsil və müzakirə məkanıdır. Layihə çərçivəsində hər çərşənbə axşamı və cümə axşamı iki saat uzunluğunda interaktiv mühazirələr keçirilir.Azad Fikir Universitetinin uğuru sərbəst mühitdə keçirilən mühazirələrin mövcudluğu və həmin mühazirələrin video və audio yazılarının internet vasitəsilə müxtəlif sosial şəbəkələrdə yayılması ilə əlaqədardır. 2010-cu ildə Azad Fikir Universiteti İnternetdə İfadə Azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görülüb. 2011-ci ildə layihənin vebsəhifəsi Milli Net — Milli İnternet Mükafatının Elm və Təhsil kateqoriyası üzrə qalibi seçilmişdir. Layihə OL! Azərbaycan Gənclər Hərəkatı tərəfindən həyata keçirilir.
Makroiqtisadi fikir tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Yeni Fikir Müsabiqəsi
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib.2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir.Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Yeni fikir (qəzet)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. == Tarixi == İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi. == Fəaliyyəti == Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi. == Həmçinin bax == Azərbaycan mətbuatı Molla Nəsrəddin jurnalı == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası.
Yeni fikir (dəqiqləşdirmə)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. "Yeni fikir" qəzeti — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən ali məktəb qəzeti. Yeni Fikir — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi.
Yeni fikir (qəzet, 1922)
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet. == Tarixi == İlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Dağlı Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi. == Fəaliyyəti == Qəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi. == Həmçinin bax == Azərbaycan mətbuatı Molla Nəsrəddin jurnalı == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası.
Şotlandiya sağlam fikir məktəbi
Şotlandiya sağlam fikir məktəbi — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiyada yaranan fəlsəfi məktəb. == Tarixi == 1760–1780-ci illərdə Şotlandiya məktəblərində yaranıb yayılmışdır. Ağlın intuitiv qabiliyyəti, anadangəlmə prinsiplərdən ibarət "sağlam fikir" fəlsəfəsinə əsaslanır. Devid Yumun skeptisizmi və fransız materializmi ilə mübahisələrdə formalaşmışdir. Banisi Tomas Rid, görkəmli nümayəndələri C. Osvlld, Ç. Bitti, D. Stüartdır. Ali ruhi aləmin, yəni tanrının varlığı fikrini müdafiə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шотландская школа / Л. Б. Макеева // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
Azərbaycanda ictimai-siyasi fikir. XX əsr
"Azərbaycanda İctima-siyasi fikir. XX əsr" - 12 may 1996-cı ildə Xəzər Universiteti ndə keçirilmiş konfrans və həmin konfransın materialları əsasında hazırlanmış və 1996-cı ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüş kitab. Redaktor: Prof. Hamlet İsaxanlı == Məzmun == Hamlet İsaxanlı - Mərkəzi Zaqafqaziyanın sovetləşmə və kollektivləşdirilməsi dövrünün ictimai-siyasi mənzərəsi və İsaxan üsyanı Rafael Hüseynov - XX yüzil Azərbaycanında etiraz ədəbiyyatı Həsən Həsənov - Düvlətimiz, dilimiz, millətimiz...adımız... Süleyman Əliyarlı - Azərbaycan milli hərəkatının ilkin dönəmi Cəmil Həsənov - Azərbaycanın XX əsr siyası tarixinin dövrələşdirilməsinə dair Tahir Qafarov - Bolşevik ideologiyası inhisarı və Azərbaycanın mədəni həyatı: (20-30-cu illər) bəzi qeydlər Firidun Köçərli - Böyük vətəndaş - Nəriman Nərimanov Rauf Xudiyev - Müsavat partiyasının proqramında və taktikasında sosializm ideyaları (rusca) Aydın Hacıyev - Cənubi-Qərbi Qafqaz (Qars) Demokratik və Araz-Türk Respublikasının yaranmasında Azərbaycan ictimai-siyasi fikrinin özünəməxsusluqlarının təzahürü (rusca) Pərvin Darabadi - XX əsrin əvvəllərində İ.V. Stalinin inqilabi-demokratik hərəkatında iştirakı haqqında (rusca) Rafiq Əliyev - Azərbaycanda müasir islami cərəyanlar (rusca) Cəmil Quliyev - Qarşıdurmadan sülhə doğru (rusca) Ağababa Rzayev - Siyasi kompromis.
Dövlət və Din İctimai fikir toplusu
"Dövlət və Din" İctimai fikir toplusu — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir. == Tarixi == İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur. 2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 (19)-cu sayından etibarən jurnalda rus dilində də məqalələr çap olunur. Bir müddət fəaliyyətini dayandırsa da, 2015-ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir.Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmişdir. == Məzmunu == İctimai fikir toplusunun əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, müxtəlif millətlərin və dinlərin yaşadığı Azərbaycanda əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsinin təbliğ etməkdir. Bununla yanaşı, topluda yer alan məqalələrdə dünyanın, az qala, yarısını ağuşuna almış dini radikalizm, ekstremizm və təriqətçilik, dinin siyasi alətə çevrilməsi cəhdlərinin törətdiyi və törədə biləcəyi fəsadlar diqqətə çatdırılır, müxtəlif din və milli mənsubiyyətə mənsub insanlar kimi, elm ilə dinin də "birgəyaşayışının" mümkünlüyü elmi-dini nöqteyi-nəzərdən göstərilir. Bir sözlə, "Dövlət və Din" dinindən, dilindən, irqindən asılı olmayaraq bütün dünya xalqlarının bu gün ən çox ehtiyac duyduğu maarifləndirmə missiyasının daşıyıcısıdır. Bundan əlavə, topluda dünya dilnləri, məzhəblər, təriqətlər, cərəyanlar, din fəsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi-publisistik məqalələrlə də oxucuları tanış edir. "Dövlət və Din" ictimai fikir toplusu həm dinşünaslıq və ilahiyyat sahəsi ilə məşğul olan tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün çox maraqlıdır.
Dəli fikirlər (mahnı)
Dəli fikirlər — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Aygün Kazımova mahnını 20 mart 2020-ci ildə Novruz bayramı gününə özəl təqdim etmişdir. == Mahnı haqqında == Sözləri reper Orxan Qarabasmaya , musiqisi bəstəkar muğənni Kazımcana aiddir.
Makroiqtisadi fikirlərin tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Ünsal Fikirci
Ünsal Fikirci (d. 3 oktyabr 1939) — Türkiyəli keçmiş üzgüçü. Ünsal Fikirci Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ünsal Fikirci birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.0 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.

Digər lüğətlərdə

абстраги́рование выме́ривать дья́конствовать корма́ч надво́рный отде́лывание помрачи́ть прудони́ст пунктиро́вка регби́ст старожи́л стабилиза́ция уме́ренно ahchoo cross-armed dually eloign endowed headrope muonic navigation винтовка медведь озолотить цезура