FİKRİ

sif. [ ər. ] Fikrə, ağla, düşüncəyə aid olan, fikir, ağıl, düşüncə ilə bağlı olan; əqli, zehni. C.Məmmədquluzadə fikri durğunluq, gerilik, cəhalət tüstüsünün xalq üçün yaratdığı qorxudan həyəcanla danışaraq əlac etməyə çağırırdı. M.İbrahimov.
FİKRƏN
FİKRİAÇIQ
OBASTAN VİKİ
Fikrimin incə gülü – sarı Mersedes (film, 1992)
Sarı Mercedes— Tunc Okanın rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1992-ci ildə çəkilən Türkiyə filmi. == Mövzu == Orta Anadoluda yaşayan Bayram adlı gənc bir az pul-para qazanmaq üçün Almaniyaya gedir. Yetim Bayram orda süpürgəçilik edir, əl-ayaq işlərinə baxır, yemir-içmir, pul toplayır, axırda qızıl sarısı bir "Mersedes" markalı avtomobil alır və təşər-təşər öz şəxsi avtomobili ilə üz qoyur vətəninə tərəf. Türkiyənin sərhəd qapısına dirənənə qədər Bayramın və sarı maşının başına heç nə gəlmir, amma sərhəddən içəri keçəndən sonra Bayramın qara saatları başlayır. Əvvəlcə maşınının burnundakı ulduzu oğurlayırlar, sonra tıxacda arxa stopunun şüşəsini qırırlar, daha sonra öndə gedən yük maşınının təkərindən çıxan daş sarı "Mersedes"in ön şüşəsinə dəyib yumruq boyda ağ ləkə əmələ gətirir. Lap axırda Bayramın yoluna kombayn çıxır və o sürətlə kombayna girməmək üçün maşını yoldan sapdırır, maşın dərəyə aşır. Bayramın "Balqız" adı verdiyi təzə avtomobil əzik-əzik, cırıq-cırıq olur, qırx ilin istismardan çıxarılıb qaraja atılmış maşınlarına dönür. Filmdə bir detal qabarıq verilib.
Fikriyyə İbrahimli
Fikriyyə İbrahim qızı İbrahimli (6 iyun 1955, Naxçıvan) — kliniki farmakoloq. == Həyatı == 6 iyun 1955-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Fikriyyə İbrahimli 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 1993-çü ildə tibb elmləri doktoru, 1996-cı ildə profüssor, 1978-1981 Naxşıvan şəhəri psixonevroloji dispanserində həkim-ordinator,, 1982-1987-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin nəzdindəki elmi tədqiqat mərkəzində elmi işçi işləmişdir. 1988-ci ildən həmin mərkəzin pataloji proseslərin modelləşdirilməsi və onların eksperimental terapiyası çöbəsinin müdiri, 1996-cı ildən isə eyni zamanda Tibb İnstitutunun klinki farmologiya kafedrasının professorudur. == Fəaliyyəti == Fikriyyə İbrahimlinin əsas tədqiqatları limfologiya sahəsinə-müxtəlif patoloji proseslər zamanı limfa sistemində baş verən posuntular və onların aradan qaldırılması, terapiyası yollarının öyrənilməsinə həsr olunmuşdur. 1 monoqrafiyanın, 4 tədris vəsaitinin, 100-dən artıq elmi məqalənin, 7 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Fikriyə xanım
Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Fransız, Alman və Yunan dillərində səlis danışa bilən Fikriyə xanım eyni zamanda ud və piano da çala bilirdi. == Həyatı == 1887-ci ildə Selanikdə anadan oldu. Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Gənc yaşda bir misirli ilə evlənən Fikiryə xanım evliliyi uzun sürmədi ailesinin yanına qayıtdı. 1923-cü ilə qədər Çanqaya köşkündə Mustafa Kamal Paşaya köməklik göstərirdi. Zəif bədən quruluşuna sahib olan Fikriyə xanım tez-tez xəstələnməsi səbəbilə təhsil ala bilməmişdi. Bu hal isə onun gələcək planlarına təsir göstərmişdi. Ağciyərlərindən əziyyət çəkən Fikriyə xanım Münhenə getməli idi.

Digər lüğətlərdə

водоме́р епитимия́ имажини́ст кюри́н набора́зживать напу́дривание удручённо я́сли неформа́тный обезбо́ливающий разру́шенность arris comprehensibility divarication flowability foot-control object lens peptizing agent psammitic row out seed huller tautochrone дёргаться переслать продолговатый