FİLLİT
FİORD
OBASTAN VİKİ
Abbas Kiarostaminin filmoqrafiyası
Abbas Kiyarüstəminin filmoqrafiyası — İranlı rejissor, ssenarist, prodüser, rəssam, fotoqraf, şair Abbas Kiyarüstəminin çəkdiyi filmlərdir. Rejissor çoxlu sayda film çəkib, ssenari yazmışdır.
Abbas Kiyarüstəminin filmoqrafiyası
Abbas Kiyarüstəminin filmoqrafiyası — İranlı rejissor, ssenarist, prodüser, rəssam, fotoqraf, şair Abbas Kiyarüstəminin çəkdiyi filmlərdir. Rejissor çoxlu sayda film çəkib, ssenari yazmışdır.
Ancelina Colinin filmoqrafiyası
Ancelina Colinin filmoqrafiyası — ABŞ aktrisa və kinorejissoru Ancelina Colinin yer alıdığı ekran işlərinin siyahısı. Uşaq yaşlarında atası Con Voytla birlikdə komediya filmi "Çıxış yolu axtarışında" (1982) filmində debüt etdi. 11 il sonra o, növbəti filmdə —aşağı büdcəli "Kiborq 2: Şüşə kölgə" (1993) filmində göründü, bu filmin satışı uğursuz oldu. Daha sonra o, elmi fantastika trilleri "Hakerlər" (1995) filmində yeniyetmə haker olaraq rol aldı. Colinin karyerası "Corc Volles" (1997) filmində ikinci planda oynaması ilə yaxşılaşdı və bu filmə görə o, "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı — Telefilm" əldə etdi. Növbəti il HBO telekanalının "Cia" (1998) filmində uğur qazandı. Model Cia Karanci rolunu canlandırdığına görə "Ən yaxşı aktrisa Qızıl qlobus mükafatı — Telefilm" mükafatı qazandı.Coli "Uçuşları idarə edərkən" (1999) filmində yer aldı, filmin gəlirləri az olsa da, həmin ildə yer aldığı "Qorxunun hakimiyyəti" (1999) filmi kommersiya uğuru əldə etmişdir. Coli "Yarıda qalmış həyat" (1999) filmində ona "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı - kinofilm" və "Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı" qazandıran sosipatik ruhi xəstə rolunu canlandırdı. "60 saniyəyə qaçırmaq" (2000) soyğun filmində Nikolas Keyclə əks qütbdə canlandırdığı rol ona bu vaxta qədər ən çox gəlir gətirən rol oldu. Coli "Tomb Raider" videooyun seriyasına əsaslanan hərəkətli film "Lara Kroft: Sərdabələr oğrusu" (2001) filmində Lara Kroft adlı arxeoloq rolu ilə dünya miqyasında tanındı.
Aygün Kazımovanın filmoqrafiyası
Aygün Kazımovanın filmoqrafiyası — Azərbaycanlı müğənni, aktrisa, bəstəkar, prodüser Aygün Kazımovanın rol aldığı filmlərin və serialların siyahısı.
Donald Trampın filmoqrafiyası
Donald Tramp — ABŞ-nin 45-ci prezidenti, biznesmeni və mediamaqnatı. O, müxtəlif illər ərzində filmlərdə və teleseriallarda epizodik rollarda çəkilmiş və televiziya verilişlərinin qonağı olmuşdur.
Donni Yenin filmoqrafiyası
Honq Konq aktyoru, kinorejissor, prodüser Donni Yenin filmoqrafiyası. Donni Yen 74 filmə və 9 tele-seriala çəkilib.
Emir Kusturitsanın filmoqrafiyası
== Filmoqrafiya == === Rejissor kimi === Bu cədvəldə Emir Kusturiçanın 1978-ci ildən bəri çəkdiyi filmlərin siyahısı verilib.
Emir Kusturiçanın filmoqrafiyası
== Filmoqrafiya == === Rejissor kimi === Bu cədvəldə Emir Kusturiçanın 1978-ci ildən bəri çəkdiyi filmlərin siyahısı verilib.
Kamal Sunalın filmoqrafiyası
Kamal Sunalın filmoqrafiyası — Türk teatr, komediya və kino aktyoru, ssenarist, prodüser Kamal Sunalın rol aldığı filmlərin və serialların siyahısı. Sunal, aktyorluq karyerası ərzində səksən iki filmdə rol almışdır. Bunlardan ilk filmi 1972-ci ildə çəkilmiş Şirin dillim filmi, sonuncu filmi isə Təbliğat filmidir.
Kim Su-Hyonun filmoqrafiyası
Kim Soo-hyun -Cənubi Koreyalı aktyor.
Kostas Mendilorun filmoqrafiyası
Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ing. Constantinos "Costas" Theodosopoulos; yun. Κωνσταντίνος "Κώστας" Θεοδοσόπουλος; d. 3 sentyabr 1965) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Taxta çəpərlər dramına və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır. Mendilorun ilk əsas rolu 1989-cu ildə Auşvitz həbs düşərgəsində çəkilən Zəfər ruhu filmində avropalı yəhudi Avram Arux roludur. O, rejissor Oliver Stoun ilə görüşmək üçün Los-Ancelesə qayıtdı və müəyyən danışıqlardan sonra 1991-ci ildə çəkilən Dorz filmində italyan rolunu qəbul etdi. Mendilor Qanqsterlər filmində amerikan mafiyası bossu Frenk Kostello rolu ilə baş rolda oynamışdır. Özünü bu rola zehni olaraq hazırlayırdı. Los Angeles Times qəzetinə demişdir: 1992-ci ildə o, CBS-də yayımlanan televiziya dramı "Taxta çəpərlər"də dram 1996-cı ildə bitənə qədər zabit Kenni Lakos rolunu aparmışdır.
Kventin Tarantinonun filmoqrafiyası
Kventin Tarantino — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi. 1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub.1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. Kütləvi informasiya vasitələri bu filmin müasir Hollivudun açıqlamasını verdiyini qeyd edirdi. Tarantino bu filminə görə Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatına layiq görüldü və Ən yaxşı rejissor işinə görə Oskar mükafatına namizəd göstərildi.
Leonardo DiKaprionun filmoqrafiyası
Leonardo DiKaprio aktyorluq karyerasına uşaq yaşlarından seriallarla başlayıb.
Merilin Monronun filmoqrafiyası
Merilin Monronun filmoqrafiyası — amerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir. Monro 1945-ci ildə fotomodel karyerasına başlayıb, 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb. O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb. Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub. 1949-cu ildə o, Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır.1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb. Bu müqavilədən sonra Monro ardıcıl olaraq orta səviyyəli komediyalarda "küt sarışın gözəlçə" rolunda çəkilib. 1952-ci ildə o, özünün ilk nuar filmi olan "Qapını döymədən gəlmək olar" filmində baş rolu ifa edib, sonra isə Keri Qrant və Cincer Rocers ilə birlikdə “Meymun biznesi” komediyasında çəkilib. 1953-cü ildə Monro, Cozef Kotten və Cin Piterslə "Niaqara" nuar filmində çəkilib. Bu rol aktrisanın karyerasında mühüm rol oynayıb.
Odri Hepbernin filmoqrafiyası
Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi. Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.
Sammo Hunun filmoqrafiyası
Sammo Hunun filmoqrafiyası.
Son Cun-ki filmoqrafiyası
Song Joong-ki (kor. 송중기) Cənubi Koreyalı aktyordur.
Tom Kruzun filmoqrafiyası
Tom Kruzun filmoqrafiyası — ABŞ aktyoru və prodüseri Tom Kruzun yer alıdığı ekran işlərinin siyahısı. Tom Kruz 1981-ci ildə "Sonsuz sevgi" dram filmində kiçik rol alaraq film debütünü etdi. O, "Riskli biznes" (1983) komediya filmi ilə məşhurlaşdı, bu film Kruza "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl"a iki namizədlik qazandırdı. Kruz 1986-cı ildə rejissor Toni Skottun döyüş filmi "Top Qan"da (həm ilin ən çox gəlir gətirən filmi) dəniz pilotu rolunu canlandırdı, və rejissor Martin Skorsezenin dram filmi "Pulun rəngi"ndə Pol Nyumanla birlikdə göründü. İki il sonra Dastin Hoffmanla birlikdə "Ən yaxşı filmə görə Oskar mükafatı" qazanmış "Yağış adamı" (1986) dram filmində rol aldı və həmçinin "Ən pis filə görə Qızıl moruq mükafatı" qazanmış romantik dram filmi "Kokteyl"də (1988) yer aldı. Beləliklə Kruz 2014-cü ildə eyni ildə "Ən yaxşı filmə görə Oskar" və "Ən pis filmə görə Qızıl moruq" mükafatları qazanan ilk və tək şəxs oldu. Aktyorun növbəti rolu Kovikin eyniadlı memuarına əsaslanan "İyulun dördündə doğulub" (1989) filmində Ron Kovik oldu və bu rol görə o, "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — dram" əldə etdi.1992-ci ildə Aaron Sorkinin eyniadlı pyesinə əsaslanan "Bir neçə yaxşı adam" dram filmində Cek Nikolsonla birlikdə rol aldı. Kruz ardınca Con Qrişamın eyniadlı filminə əsaslanan "Firma"da (1993) göründü və "Düşmüş mələklər" teleserialının bir seriyasının rejissoru olaraq rejissor debütünü etdi.Kruz 1993-cü ildə Pola Vaqnerlə birlikdə qurduğu Cruise/Wagner Productions-ın ilk layihəsi olan "Mümkünsüz missiya" (1996) adlı döyüş filmində casus Etan Hant rolunu canlandırdı. O, 2018-ci ilə qədər "Mümkünsüz missiya" filmlər seriyasının beşdən çox filmində rol alıb: "Mümkünsüz missiya 2" (2000), "Mümkünsüz missiya 3" (2006), "Mümkünsüz missiya: Fantom protokolu" (2011), "Mümkünsüz missiya: Sürgün olunmuşlar tayfası" (2015) və "Mümkünsüz missiya: Nəticələr" (2018). Rejissor Kameron Krounun komediya-dram filmi "Cerri Maquayer"də (1996) baş rolda yer alıb və bu roluna görə "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl" qazanıb.
Yaşar Nurinin filmoqrafiyası
Yaşar Nurinin filmoqrafiyası
Çarli Çaplinin filmoqrafiyası
İngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914–1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər.Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır. 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. O, Keystone-da çalışdığı zaman ssenarilər yazmağa və baş rolda özünün çəkildiyi bir neçə film çəkməyə başlayır. 1915-ci ildə Çaplin Essanay Film Manufacturing Company, bir ildən sonra isə Mutual Film Corporation şirkətlərilə müqavilə imzalayır. 1918-ci ildə Çaplin əvvəlcə First National studiyasında, daha sonra isə Meri Pikford, Duqlas Ferbenks və Devid Uork Qriffitlə birgə yatadığı United Artists şirkətində şəxsi filmlərini ərsəyə gətirməyə başlayır. 1940-cı illərin sonu, 1950-ci illərin əvvəlində Çaplin kommunizm tərəfdarı olması ittihamı irəli sürülsə də, özü bu məsələni inkar edib. O, Britaniya vətəndaşı olaraq qalmışdı. 1952-ci ildə "Səhnə işıqları" filminin premyerasında iştirak etmək üçün İngiltərəyə gedərkən, onun ABŞ ərazisinə daxil olmaq icazəsi ləğv olunur.
İvan Urqantın filmoqrafiyası
İvan Urqant (rus. Иван Ургант) — rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib. Dəfələrlə "TEFİ" mükafatının laureatı olub. 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib.İvan Urqantın kinoda debüt işi 1996-cı ildə çəkilmiş "Sərt zaman" filmində olmuşdur. O, bu filmdə epizodik rolda çəkilib. İvan sonrakı 10 il ərzində yerli seriallarda və tammetrajlı filmlərdə daha bir neçə epizodik rollarda çəkilib.Aktyorun kinoda ilk böyük rolu kinorejissor Konstantin Xudyakovun 2007-ci ildə çəkdiyi "O, o və mən" filmində olub. İvan melodram janrında çəkilmiş bu filmdə gənc və cazibədar Denis Qanin rolunda çəkilib. Onun bu filmdə tərəf müqabilləri Aleksandr Qalibin, Yekaterina Quseva və Yuliya Rutberq kimi aktyorlar olub.İvan Urqant rejissor Pavel Bardinin 2007-ci ildə komediya janrında çəkdiyi "Üç nəfər və qar dənəciyi" filmində oynadığı Qarik roluna görə, "Ən yaxşı komediya aktyoru" nominasiyasında "MTV Russia Movie Awards" mükafatına namizəd olub.İvan Urqant 2010-cu ildə bir neçə novelladan ibarət, müxtəlif rejissorlar tərəfindən çəkilmiş "Yolkalar" kinokomediyasında çəkilib.
Dueyn Consonun filmoqrafiyası
Dueyn Consonun filmoqrafiyası — ABŞ aktyoru və prodüseri Dueyn Consonun yer alıdığı ekran işlərinin siyahısı. "The Rock" güləş rinqi adı ilə də tanınan amerikalı aktyor Dueyn Cohnson filmlərdə, teleseriallarında və video oyunlarında görünərək mediada uzun müddətdir ki, karyerası var. Onun filmləri Şimali Amerikada 3,5 milyard dollardan çox, dünya üzrə isə 12,5 milyard dollardan çox gəlir əldə edərək Consonu bütün zamanların ən uğurlu və ən çox gəlir gətirən ulduzlarından birinə çevirib.Conson aktyorluq debütünü "Mumiya qayıdır" (2001) filmi ilə, baş rol debütünü isə "Əqrəb kral" (2002) filmi ilə etmişdir. Dueyn o vaxtdan bəri "Amazon xəzinəsi" (2003), "Hündür yerimək" (2004), "Doom" (2005), "Cənub nağılları" (2007), "Oyun planı" (2007), "Ağıllı ol" (2008), "İfritə dağına yürüş" (2009), "Diş pərisi" (2010), "Səyahət 2: Sirli ada" (2012), "C.İ. Co: Qisas" (2013), "Qan-tər içində" (2013), "Herakl" (2014), "San-Andreas" (2015), "Mərkəzi kəşfiyyat" (2016), "Moana" (2016), "Rempeyc" (2018), "Göydələn" (2018) və "Cəngəllik kruizi" (2021) kimi bir çox uğurlu filmlərdə rol almışdır. Consonun ən uğurlu kassa rolu "Forsaj" françayzında Lyuk Hobbs olmuşdur. O, ilk dəfə "Forsaj 5: Rio soyğunu" (2011) filmində personaj kimi göründü və film seriyasını tarixdə ən çox gəlir gətirən film françayzlarından birinə çevirməyə kömək etdi. O, davam filmləri olan "Forsaj 6" (2013), "Forsaj 7" (2015) və "Forsaj 8" (2017) filmlərində rol almışdır. Personajın populyarlığı "Forsaj: Hobbs və Şou" (2019) adlı spin-off filminə səbəb oldu. Consonun baş rolda yer aldığı digər diqqətəlayiq filmlər seriyası "Cumanci" françayzıdır, belə ki, o, "Cumanci: Cəngəlliyə xoş gəlmisiniz" (2017) və davam filmi olan "Cumanci: Növbəti mərhələ" (2019) uğurlu filmlərində rol almışdır. Conson 2015-ci ildən başlayaraq HBO-nun "Oyunçular" serialında da rol aldı.
Kventin Tarantino filmoqrafiyası
Kventin Tarantino — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi. 1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub.1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. Kütləvi informasiya vasitələri bu filmin müasir Hollivudun açıqlamasını verdiyini qeyd edirdi. Tarantino bu filminə görə Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatına layiq görüldü və Ən yaxşı rejissor işinə görə Oskar mükafatına namizəd göstərildi.

Значение слова в других словарях

бы́лка втрамбова́ть выстре́ливать занумеро́вывание ли́ска медитати́вный моча́лковый нешу́точно посы́л регламенти́рованный сбо́ры всу́е голова́стиковый евнухоиди́зм переувлажня́ться преодоле́ние притоми́ть tec Chukotski Peninsula kyanol menstrua ninnyhammer plummy rhizomata захлёбываться