filoloji
filoloq-dilşünas
OBASTAN VİKİ
Filoloq
Filologiya (q.yun. φιλολογία, "sözə sevgi") — mətn vasitəsilə mədəniyyəti öyrənən linqvistika, ədəbiyyat, mətnşünaslıq və s. elmlərin məcmui adı.
Adil Babayev (filoloq)
Adil Babayev (tam adı: Adil Məhəmməd oğlu Babayev; d. 28 aprel 1938, Naxçıvan MSSR, Ordubad rayonu, Dırnıs) — Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvü. == Həyatı == Adil Babayev 28 aprel 1938-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1962-ci ildə ADU-nun Filologiya fakütəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən bu günə kimi Azərbaycan Dillər Universitetində işləyir. 1969-cu ildə namizədlik, 1996-cı ildə filologiya üzrə namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. Dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlik, habelə bədii yaradıcılıqla məşğul olur. O, Dilçilik və ədəbiyyatşünaslıq sahəsində məhsuldar çalışır. İndiyədək onun 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunmuşdur. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifidir.
Adil Bağırov (filoloq)
Adil Nəsib oğlu Bağırov (28 iyul 1947, Nursu, Şahbuz rayonu – 21 aprel 2016) — filologiya üzrə elmlər doktoru, dosent, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Adil Bağırov 28 iyul 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olub. Ali təhsilini 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. == Əmək fəaliyyəti == Adil Bağırov əmək fəaliyyətinə 1966-cı ildə başlayıb. 1966–1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhəri və 39 №-li Naxçıvan şəhəri dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləyib. Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri olmuşdur. Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, daha sonra Naxçıvan Özəl Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. Adil Bağırov 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Onomastika şöbəsinin müdiri vəzifəsini icra edib. == Elmi fəaliyyəti == Adil Bağırov 1981-ci ildə "Türk dillərində yarımçıq feillər (Oğuz qrupu türk dillərinin materialları əsasında)" mövzusunda namizədlik, 2005-ci ildə "Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi-linqvistik təhlili (toponimlər və hidronimlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2010-cu ildə dosent elmi adını alıb.
Arif Mədətov (filoloq)
Arif Səməd oğlu Mədətov — Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Arif Mədətov 15 noyabr 1948-ci ildə Beyləqan rayonu 1-ci Aşıqlı kəndində anadan olmuşdur. İxtisasca filoloqdur. İlk tamaşası olan "Həqiqət" Azərbaycamın 1 çox teatrlarında səhnəyə qoyulmuşdur. Daha sonralar Azərbayvcan Milli Dram Teatrında "Şeytan", "Aylı gecə" tamaşaları səhnələşdirilmişdir. Gürcüsatanın Kutaisi teatrı da "Aylı gecə" tamaşasını uğurla tamaşaya qoymuşdur.Bundan başqa "Sezarın qətli" , M.F.Axundovun həyatından bəhs edən "İdrak işığı" tamaşalaı da müxtəlif vaxtlarda izləyicilərə təqdim olunub. Dramaturgiyadan əlavə Arif Mədətov həm də pedaqoji fəaliyyət,biznes və xeyriyyəçiliklə də məşqul olmuşdur. Hal-hazırda Yazıçılar Birliyinin üzvüdür.
Aydın Hacıyev (filoloq)
Aydın Cəfər oğlu Hacıyev — professor. == Həyatı == Aydın Hacıyev 1936-cı ildə Şuşanın Malıbəyli kəndində anadan olmuşdur. O, 1947-ci ildə Malıbəyli kənd 7 illik məktəbini bitirib, Şuşadakı pedaqoji texnikuma daxil olmuşdur. Aydın Hacıyev 1951-ci ildə həmin texnikumu bitirərək Tərtər rayonunun Sarov kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1953-cü ildə təhsilini davam etdirmək üçün o, V. İ. Lenin adına (indiki N. Tusi adına) ADPÜ-nin fiologiya fakültəsinə qəbul olmuş və 1957-ci ildə həmin üniversiteti bitirmişdir. A. Hacıyev ölkəmizin qocaman ali məktəbində professor M. Rəfilidən, akademik Ə. Dəmirçizadədən, professor A. Abdullayevdən, S. Əfəndiyevdən, professor Ə. Seyidovdan elmlərin əsaslarını dərindən öyrənməyə səy göstərmişdir. A. Hacıyev 1957–62-ci illərdə Mingəçevir şəhərinin 10 saylı məktəbində əvvəl müəllim sonra isə direktor vəzifəsində çalışmışdır. A. Hacıyev 1962-ci ildə V. İ.adına ADPU-də ədəbiyyat tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuş, V–VIII siniflərdə lirik şerlərin tədrisi metodikası adlı dissertasiya mövzusu üzərində tədqiqat işləri aparmış, 1966-cı ildə bu dissertasiyanı uğurla müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən o, bir alim kimi H. Tusi adına ADPU –nin fiologiya fakültəsində həm müəllim kimi, həm də tədqiqatçı kimi fəaliyyətə başlamışdır. Aydın Hacıyev 1975-ci ildən başlayaraq "Azərbaycan Sovet uşaq nəsrinin təşəkkül və inkişaf problemləri (1920–1960)" adlı doktorluq dissertasiyası üzərində işləmişdir.
Dəmir Alməmmədov (filoloq)
Həsən Hüseynov (filoloq)
Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; 2 sentyabr 1953, Bakı) — Azərbaycan mənşəli sovet və rus filoloqu — Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi. == Bioqrafiya == 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A. F. Losev və A. A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978–1984), sonra SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990–1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992–1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-nin universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001–2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006–2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.
Həsən Qasımov (filoloq)
Kamran Əliyev (filoloq)
Kamran İmran oğlu Əliyev (5 mart 1953, Diyadin, Noraşen rayonu – 24 dekabr 2020, Bakı) — AMEA-nın müxbir üzvü (2017), filologiya elmləri doktoru, professor. == Həyatı == Kamran Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan MR Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Dövlət Univertsitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1976–1979-cu illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1980-cı ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Müdafiə Şurasının, Folklor İnstitunun Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif illərdə orta məktəbdə, liseydə və ali məktəbdə dərs demişdir.Hal- hazırda Azərbaycan MEA Folklor İnstitunun aparıcı elmi işçisidir. Kamran Əliyev AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisidir. 24 dekabr 2020-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. == Əsərləri == XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri.
Mustafa Mustafayev (filoloq)
Mustafa Mir Qasım oğlu Mustafayev — filologiya elmləri namizədi, professor Mustafa Mustafayev (Mir Mustafa Mir Qasım oğlu Mir Mustafayev - Talışlı) 18 noyabr 1926-ci ildə Lənkəran qəzasının Mahmudavar (indi Masallı rayonuna daxildir) qəsəbəsində anadan olmuşdur. O, XVIII əsrdə Talış xanlığının əsasını qoyan general-mayor Mir Mustafa xan Talışlının törəmələrindəndir. Sovet hakimiyyətinin ilk illərində inzibati tədbirlərlə əlaqədar ailəsi ilə Şirvana köçürülmüşdür. Mustafa Mustafayev ibtidai və orta təhsilini Şamaxı şəhərində almışdır. 1944-cü ildə hərbi səfərbərliyə alınmış, 1946-cı ildə Hərbi xidmətdən tərxis olunmuşdur. 1946-1947-ci illərdə Bakıda neft (Kirovneft, indiki Binəqədi) mədənlərində fəhlə və çilingər işləmişdir. 1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "dil-ədəbiyyat" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mustafa Mustafayev Lənkərana beş il təyinat almış, rayonun Mamusta və Kərgəlan kəndlərində dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləmişdir. 1958-ci ildən Bakıya köçmüş, Xəzər gəmiçiliyi idarəsində təhsil işləri üzrə müdir vəzifəsində çalışmışdır. 1961-ci ilin yanvarın 1-də "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” ixtisası üzrə V.İ.Lenin adına ADPİ-nin əyani aspiranturasına qəbul olunmuşdur.
Məhərrəm Məmmədov (filoloq)
Məhərrəm Məmmədov (tam adı: Məhərrəm Əvəz oğlu Məmmədov; d. 10 oktyabr 1958, Əlvənd, Zərdab rayonu) — Bakı Dövlət Universiteti, Türkologiya kafedrası, Azərbaycan dialektologiyası tədqiqat sahəsi üzrə müəllim, filoloq, filologiya elmləri doktoru, professor. 2023-cü ildən etibarən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri. 10 oktyabr 1958-ci ildə Azərbaycanın Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur. 1981-1985-ci illərdə İsmayıllı rayonunda Azərbaycan dili-Ədəbiyyat müəllimi işləmişdir. 1998-ci ildən hal-hazıra qədər BDU-nun türkologiya kafedrasında "Azərbaycan dialektologiyası", "Altayşünaslığın əsasları", "Türk dilçiliyinin əsasları", "Qədim türk dili", "Türkologiyaya giriş" fənlərindən dərs deyir. 1975-ci ildə Göyçay şəhəri 6 saylı orta məktəbi bitirmişdir. 1975-1980-ci illərdə BDU-nun filologiya fakültəsində oxumuşdur. 1986-1989-cu illərdə AMEA-nın Dilçilik İnstitutunun əyani aspirantı olmuşdur. 1990-1998-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
Məmməd Əliyev (filoloq)
Məmməd İrac oğlu Əliyev- filologiya üzrə elmlər doktoru, professor. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri. Əliyev Məmməd İrac oğlu 1948-ci il dekabr ayınnın 10-da Xızı rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji universitetinin filologiya fakültəsində, 1971-1975-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aspiranturasında təhsil almışdır. Hal-hazırda Nizami Gəncəvi adına Ədəbiyyat institutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin müdiridir. Dünya Ədəbiyyatında Orxan Pamuk zirvəsi. Dünya nəsrində Orxan Pamuk zirvəsi Aşıq Alı. Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi poeziyasının özəllikləri. Koroğlu eposu.
Ramil Əliyev (filoloq)
Ramil Manaf oğlu Əliyev (d. 28 sentyabr, 1953; Şəki, Azərbaycan SSR) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (2009), professor (2014). 1960–1970-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbdə təhsil alıb. 1970–1971-ci illərdə Şəki mətbəəsində çalışıb. 1972 – 1977-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. 1983-cü ildə Nizami adına Azərbaycan Ədəbiyyatı tarixi Muzeyində, 1983–1995-ci illərdə "Elm" nəşriyyatında işləyib. 1992-ci ildə "Mifoloji görüşlər və onların Azərbaycan nağıllarında izləri" mövzusunda namizədlik, 2008-ci ildə "Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2009-cu ildən filologiya üzrə elmlər doktorudur. 2014-cü il noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə professor elmi adını alıb. 1995–2002-ci illərdə АMEА Milli Münasibətlər İnstitutunda çalışıb.
Sərxan Abdullayev (filoloq)
Abdullayev Sərxan Əvəz oğlu (1942, Papı, Cəbrayıl rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universiteti Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri. Sərxan Abdullayev 1942-ci il martın 17-də Cəbrayıl rayonunun Papı kəndində anadan olub. 1949-52- ci illərdə Papı kənd ibtidai və Çərəkən yeddiillik məktəbində oxuyub. 1959-cu ildə Horovlu kənd orta məktəbini bitirib 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman dili fakültəsinə qəbul olunub 1965-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi saxlanılıb 1966-ci ildən Alman dili kafedrasında müəllim işləyir Kafedrada əvvəlcə baş müəllim, sonra dosent vəzifələrində çalışıb, bir müddət Roman-german filologiyası kafedrası ilə əməkdaşlıq edib 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib 1975-76- cı illərdə germanistikanın mərkəzi sayılan Leypsiq şəhərində (Almaniya) Karl Marks adına universitetdə 10 aylıq ixtisasartırma kursunda olmuşdur 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib 1993-cü ildə Alman dili kafedrasının professoru seçilib 1976-2003- cü illərdə Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb 2003-2009- cu illərdə Alman dili kafedrasının müdiri vəzifəsində işləyib Hal-hazırda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir Ailəlidir, 4 övladı var 1965, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu, Alman dili fakültəsi, fərqlənmə diplomu 1971, Filologiya elmləri namizədi, Elmlər Akademiyasının Dilçilik İnstitutu 1974, dosent, Azərbaycan Pedaqoji Dillər İnstitutu 1989, filologiya elmləri doktoru, Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti 1994, professor, Azərbaycan Pedaqoji Dillər İnstitutu 1966-1973, müəllim, baş müəllim, ADU-nun Alman dili kafedrası 1974-1994, dosent, ADU-nun Alman dili kafedrası 1966-2003, dekan, ADU-nun Alman dili fakültəsi 1994-2018, professor, ADU-nun Alman dili kafedrası 2003-2009, kafedra müdiri, professor, ADU-nun Alman dili kafedrası 2017, professor, ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası 2018-ci ildə professor Sərxan Abdullayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib.[1] Arxivləşdirilib 2018-12-30 at the Wayback Machine Müqayisəi-tiploloji dilçilik, German dilləri, Dil nəzəriyyəsi, Semantika, Diskurs nəzəriyyəsi Alman, rus, ingilis, türk dilləri 1968, Bakı, M.F.Axundov adına APDİ-nin professor-müəllim heyətinin elmi konfransı 1981, Bakı, Dil sisteminin funksional və konstruktiv səviyyələri mövzusunda Respublika konfransı 1982, Bakı, Xarici dil müəllimlərinin seminar yığıncağı 1983, Bakı, Konfrontativ linqvistika problemlərinə dair Respublika elmi konfransı 1990, Gəncə, “Respublikanın xalq təhsili sistemində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Bakı, Respublika elmi konfransı (Проблемы полиглосии и межьязыковой интерференции в Азербайджанской ЛСР) 1991, Xaçmaz, “Respublikada milli konsepsiya çərçivəsində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Gəncə, Respublikanın xalq maarifi sistemində xarici dillərin fasiləsiz tədrisi mövzusunda Respublika elmi konfransı 2005, Bakı, Tərcümə və transmilli proseslər mövzusunda beynəlxalq konfrans 1.Dərslik, dərs vəsaiti və monoqrafiyaları 1984, Dil və bədii qavrayış, “Yazıçı”, 166 s. 1987, Alman və Azərbaycan dillərində inkarın leksik-frazeoloji ifadə vasitələri, Azərbaycan Təhsil Nazirliyi nəşriyyatı, 67 s. 1990, Müasir alman dilində təsdiq və inkarın praqmatik-üslubi variativliyi, Azərbaycan Təhsil Nazirliyinin nəşriyyatı, 79 s. 1997, Deutsch (VIII sinif üçün Alman dili) “Maarif” nəşriyyatı, Bakı, 214 s. 1998, Müasir alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası “Maarif”, Bakı, 278 s. 2001, Alman atalar sözləri və onların azərbaycanca-rusca qarşılıqları, Bakı, “Maarif”, 178 s. (N.Seyidəliyevə birlikdə) 2004, Немецкий аффирмативный контекст, Bakı, 331 s.
Telman Cəfərov (filoloq)
Cəfərov Telman Həmzağa oğlu — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, Rus ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi. Cəfərov (Vəlixanlı) Telman Həmzağa oğlu 1963-cü ilin 22 iyul tarixində Yardımlı rayonunun Vəlixanlı kəndində anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1985-1988-ci illərdə doğma kəndində rus dili və ədəbiyyat müəllimi kimi çalışmış və 1988-ci ildə Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) əyani aspiranturasına daxil olmuşdur. Aspirantura müddətində ordu sıralarında xidmət etmiş və 1992-ci ildə «M.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində» adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 2004-cü ildə isə «Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. 1992-ci ildə Bakı Slavyan Universitetinin (BSU) rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsinə qəbul edilən Telman Cəfərov (Vəlixanlı) hazırda həmin kafedranın professorudur. 2008-ci ildə professor elmi adını almışdır. Elmi və yaradıcı fəaliyyətlə yanaşı, o, 1996-2014-cü illərdə BSU nəzdində Məktəb-lisey Kompleksinin (əvvəlki adları: "Turan" liseyi; BSU Humanitar liseyi) direktoru kimi çalışmışdır. 2014-cü ilin aprel ayında Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru təyin edilmişdir. Filologiya elmləri doktoru, professor Telman Cəfərov (Vəlixanlı) 1993-cü ildə yaradılmış «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir.
Tofiq Hacıyev (filoloq)
Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru (2003), professor (2013). Tofiq Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub. 1965-1975-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Tofiq Hacıyev əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. O, 1975-1976-cı illərdə Neftçala Rayon Tikinti İdarəsində fəhlə işləyib. Daha sonra 1987-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant olaraq fəaliyyət göstərib. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının metodikası kafedrasında müəllim və baş müəllim kimi çalışıb. 1994-2005-ci illərdə yenə həmin universitetin Azərbaycan dilçiliyi kafedrasının dosenti olub. Tofiq Hacıyev Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini vəzifəsini 1994-2000-ci illərdə yerinə yetirib.
Tofiq Hüseynov (filoloq)
Tofiq Hüseyn oğlu Hüseynov — Alim, filologiya elmləri doktoru, Professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri. Tofiq Hüseynov 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində qulluqçu ailəsində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdır. 1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. "Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və "Qan içində" romanı" mövzusunda namizədlik (1975), "Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı" mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə edib. İmişli rayonu və Qazax rayonunun Bəyazatlı kənd məktəblərində müəllim işləmişdir. (1961–1968) Azərbaycan Milli Ensiklopediyasında redaktor və BDU-da qiyabi təhsil şöbəsinin məsləhət məntəqə müdiri, metodist çalışıb. (1968–1975) Bakı Dövlət Universitetinin "Müasir Azərbaycan ədəbiyyatı" kafedrasında işləyir (1976-cı ildən) Ali təhsilin bakalavr pilləsində Müasir ədəbi proses, magistr pilləsində isə Müasir Azərbaycan ədəbiyyatının aktual problemləri və Elmin müasir problemləri fənlərindən dərslər aparır. 121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifidir. Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi dərəcəsi alıb, 5 dissertant və aspirantı var.
Tofiq Əhmədov (filoloq)
Əhmədov Tofiq Mürsəl oğlu (8 may 1938, Quba – 17 aprel 1998, Bakı) — Azərbaycanın dilçi alimi, toponimist, Azərbaycan Onomastika Cəmiyyətinin İdarə heyətinin sədr müavini, Azərbaycan İqtisad İnstitutunun “Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tofiq Əhmədov 1938-ci il mayın 8-də Quba şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1962-1967) təhsil almışdır. AMEA-nin Dilcilik institutuna işə dəvət olunmuşdur.AMEA-nın (1967-1969) müxtəlif şöbələrində işləmişdir. 1987-ci ildə Sovet Türkoloqları Komitəsinin XV plenumun qərarı ilə SSRİ EA Türk onomastikası bölməsinin büro üzvü və 1988-cici ildə Azərbaycan Mədəniyyət Fondunun elmi-ictimai Toponimiya şurası sədrin müavini seçilmişdi.Eyni zamanda Azərbaycan Onomastika Cəmiyyətinin İdarə heyəti sədri müavini idi. Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dili kafedrasının müdiri olmuşdur(1990-1998). Azərbaycan toponimlərini ilk dəfə sistem halında təhlil etmiş, onların müxtəlif sözlərdən törəmə olduğunu, ümumi leksik vahidlərlə toponimlərin fərqinin, mikro və makro toponimlərin xüsusiyyətlərini, elliptik və tam formada işləndiklərini, sintaktik xüsusiyyətlərini, qədim türk sözlərinin toponimlərdə əks olunması və s. problemlərə aid sanballı əsərlər yazmış, bu sahədə 120-dən çox elmi məqalə çap etdirmişdir. Onun səyi ilə ilk dəfə olaraq Bakı Dövlət Universitetində “Azərbaycan onomastikası” ümumi kursu təşkil olunmuş, “Azərbaycan toponimikası” ixtisas kursu tədris edilmiş, bu kursların dərs vəsaitləri hazırlanmış və çap olunmuşdur. Onomastika və dilçiliyin digər sahələri ilə məşğul olan onlarla alimə elmi rəhbər və opponent olmuşdur. Professor T.Əhmədovun rəhbərliyi altında "Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti" hazırlanmışdır.Türkdilli ölkələr arasında ilk dəfə olarag "Azərbaycan dilinin dialektoloji atlası" (1990) adlı monumental əsərin müəlliflərindən biri olmuşdur.
Vyaçeslav İvanov (filoloq)
Vyaçeslav Vsevolodoviç İvanov (rus. Вячесла́в Все́володович Ива́нов, 21 avqust 1929, Moskva, SSRİ — 7 oktyabr 2017, Los Anceles, ABŞ ) — Rusiya dilçisi, antropoloqu, filologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki. Труды по этимологии индоевропейских и переднеазиатских языков. Т.1. Индоевропейские корни в хеттском языке. М., ЯСК-Знак. 2007. 562 стр. 800 экз. (кандидатская диссертация, написана в 1955 году, опубликована в 2007 году) Иванов Вяч.
Vəli Məmmədov (filoloq)
Vəli Muxtar oğlu Məmmədov (1933, Ağdam rayonu – 2 dekabr 2011, Bakı) — filologiya elmləri namizədi, dosent. Muxtar Məmmədovun oğlu. Nəvai Məmmədovun qardaşıdır. Vəli Məmmədov 1933-cü ildə Ağdamın Qaradağlı kəndində anadan olmuşdur. Vəli Məmmədov 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsini bitirmiş, 1957–1960 illərdə orada nəşr olunan çoxtirajlı qəzetə redaktor təyin edilmişdir. Vəli Məmmədov 1960–1964 illərdə aspiranturada oxumaqla yanaşı, A. Zeynallı ad. Bakı Musiqi Məktəbində ifaçılıq sənəti üzrə təhsil almışdır Vəli Məmmədov Azərbaycan Pedaqoji İnstitutunda tədris hissə müdiri (1964–66), Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, dosent, Azərbaycan dili kafedrasının müdiri (1972–82), dosent (1982–2004) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "İxtisas kursu" fənnindən dərs demişdir. Vəli Məmmədov 2 dekabr 2011 ildə Bakıda vəfat etmişdir. Vəli Məmmədov "Əkinçi qəzeti" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi olmuşdur.
Yusif Səfərov (filoloq)
Yusif Səfər oğlu Səfərov (d. 1951) — Tanınmış folklorşünas-ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü. 01 yanvar 1951-ci ildə Culfa rayonunun Bəyəhməd kəndində anadan olub. 1966-cı ildə Əbrəqunus internat məktəbini, 1976-cı ildə Naxçıvan Pedaqoji İnstitutunu əla qiymətlərlə bitirib. 1982-ci ildən Naxçıvan şəhərində yaşayır. 1975-1982-ci illərdə orta məktəbdə müəllim və direktor, 1983-1994-cü illərdə Azərb. EA Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri işləyib. 1987-ci ildə namizədlik dissertasiyası, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-2002-ci illərdə Naxçıvan şəhər İH-də şöbə müdiri və ali məktəb müəllimi işləyib.
Məhəmməd Hacıyev (filoloq)
Məhəmməd Məhəmmədoviç Hacıyev (ləzg. Мегьамед Мегьамедан хва Гьажиев; 1897 – 1958) ləzgi filoloqu-Qafqazşünası, filologiya elmləri doktoru, Dağıstanın ilk peşəkar filoloqlarından biridir. ilk böyük ləzgi-rusca lüğəti işləyib. Dörd dildə danışırdı: azərbaycan, tabasaran, rus və ərəb. Professor L. I. Jirkovun rəhbərliyi altında Moskvada aspiranturada ümumi dilçilik nəzəri təhsili aldı. Tezisin mövzusu ləzgi dilinin sintaksisinə həsr edilmişdir. == Bioqrafiya == Məhəmməd Hacıyev 10 dekabr 1897-ci ildə Kürə rayonunun Məhərrəmkənd kəndində varlı və təhsilli bir ailədə anadan olmuşdur. Gələcək alimin atası Məhəmməd, piyada olaraq Məkkəyə getdi və yalnız üç il sonra geri döndü. Kənddə atası Məkkədən qayıdana qədər ad verilməyən bir oğlu var idi. Alim Hacı-Məhəmmədin atasının ailəsinin dörd oğlu və bir qızı var idi: İbrahim, Məhəmməd (gələcək alim), Şafi, Mirzə və Hacıxanım.
Aydın Məmmədov (filoloq)
Aydın Mirsaleh oğlu Məmmədov (16 yanvar 1944, Kiş, Nuxa rayonu – 19 aprel 1991, Qax rayonu) — Dilçi, türkoloq, tənqidçi, siyasətçi. == Həyatı == Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olub. Orta məktəbdə müəllim işləyən daha A. Məmmədov elmi işçi, ictimai xadim və siyasətçi olub. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi yollarla isbat edən Aydın Məmmədov "Sovetskaya turkologiya" jurnalının redaktor müavini və Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün bir sıra işlər görüb. Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A. Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında dayanıb. Millət vəkili seçilən A. Məmmədov milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkat yolunda ciddi işlər görüb. Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri olub. Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir. 1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Dilarə Əliyeva ilə).
Bəylər Məmmədov (filoloq)
Bəylər Məmmədov (1924, Şuşa, DQMV – 15 fevral 1991, Bakı) — filoloq, pedaqoq. == Həyat == Bəylər Ağalar oğlu Məmmədov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İxtisasca stomatoloqdur. Filologiya sahəsində dissertasiya müdafiə etdiyi üçün filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Alim hekayə və şeirlər yazmışdır Bəylər Məmmədov 15 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, vəsiyyətinə görə Şuşada dəfn edilmişdir. == Yaradıcılığı == Bəylər Məmmədov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xurşidbanu Natəvanın həyat və yaradıcılığının tədqiq etmişdir. Alim ilk dəfə olaraq Natəvanın şair qohumları haqqında da məlumat vermişdir. O, "Natəvanın şair qohumları" kitabında şairənin anası Bədircahan bəyimin, dayıları Kəlbəli xan Müsahibin, Fətəli bəy Halinin, bibiləri Ağabəyim ağa Ağabacının, Gövhər ağanın, əmisi Əbülfət xan Tutinin, əmisi oğlu Cəfərqulu xan Nəvanın, bibisi oğlu Qasım bəy Zakirin yaradıcılıqlarından bəhs etmiş, nümunələr göstərmişdir. Tədqiqatçı Natəvanın övladları Mehdiqulu xan Vəfanın, Mir Həsən Ağa Mirin, Xanbikə xanımın analarının poetik üslubunu davam etdirdiklərini, orijinal qəzəllər qələmə aldıqlarını yazmışdır. == Əsas elmi əsərləri == Xurşid Banu Natəvan.
Cəlal Qasımov (filoloq)
Qasımov Cəlal Əbil oğlu (1959, Püsyan, Noraşen rayonu – 31 oktyabr 2021) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar müəllim,AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri (2021). Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi idi və polkovnik rütbəsini daşıyırdı. == Həyatı və fəaliyyəti == Cəlal Qasımov 15 yanvar 1959-cu ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə görkəmli tənqidçi və ədəbiyyatşünas "Abdulla Surun həyat və yaradıcılıq yolu" mövzusunda namizədlik, 2000-ci ildə "Siyasi repressiya həyatda və ədəbiyyatda" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1984–1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991–1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildən 2020-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb. Ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Nurlana Əliyeva (filoloq, 1946)
Nurlana Əliyeva (Nurlana Müzəffər qızı Əliyeva; 28 avqust 1946, Kirovabad) — Bakı Slavyan Universitetinin sabiq rektoru (2016–2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri (2009–2021), Filologiya elmləri doktoru, professor. Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra — 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib. Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60–80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür. 12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009–2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olmuşdur.
Nurlana Əliyeva (filoloq, 1977)
Nurlana Sabir qızı Əliyeva (1 iyun 1977, Naxçıvan) — "Naxçıvan" Universitetinin rektoru (2019). Nurlana Əliyeva 1 iyun 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ailəlidir, iki övladı var. 1983-cü ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbin I sinfinə daxil olmuş, 1993–cü ildə oranı bitirmişdir. 1993-1997–ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix – filologiya ixtisası üzrə bakalavr təhsili almışdır. 1997-1999–cu illərdə Naxçıvan Dövlət Universitetində həmin istiqamət üzrə magistr təhsili almışdır. 1999-2001-ci illərdə Naxçıvan Dövlət Universiteti, “Qeyrət ” nəşriyyatında redaktor vəzifəsində işləmişdir. 2001-ci ildən “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədədbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimi dərəcəsi almışdır. 2017-ci ildə isə “Naxçıvan” Universitetinin Elmi şurasının qərarı ilə universitetin dosenti seçilmişdir.
Vasili Alekseyev (filoloq, 1881)
Vasili Mixayloviç Alekseyev (rus. Василий Михайлович Алексеев; 2 (14) yanvar 1881 və ya 14 yanvar 1881, Sankt-Peterburq – 12 may 1951[…], Leninqrad) — SSRİ filoloqu, çinşünası. SSRİ EA akademiki (1929; müvəqqəti üzvü 1923). Petroqrad Universitetinin professoru (1918-ci ildən). Çin mədəniyyəti, ədəbiyyatı, folkloru və teatrı haqqında elmi əsərlərin muəllifidir. Klassik Çin ədəbiyyatının bir sıra nümunələrini (Lyao Çjayın "Sehrbaz rahiblər" (1923), "Qəribə əhvalatlar" (1928), "Qeyri-adi adamlar haqqında hekayələr" (1937) əsərləri, "Klassik Çin nəsri" (1958, 2-ci nəşri 1959) və s.) rus dilinə tərcümə etmişdir. Балашов Н. И. Проблема возможности ренессансных процессов в различных культурных ареалах, споры вокруг неё и вопрос о преемственности взглядов академиков В. М. Алексеева и Н. И. Конрада. В кн: Россия-Восток-Запад / Отв. ред. акад.

Digər lüğətlərdə