FİRDOVSƏ
FİRDOVSİYYƏ
OBASTAN VİKİ
Firdovsi
Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. == Sultan Mahmud və Firdovsi == Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
Araş Firdovsi
Araş Firdovsi (fars. آرش فردوسی‎; d. 7 oktyabr 1985, Overland Park, Kanzas, ABŞ) — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.Araş Firdovsi Massaçusets Texnologiya İnstitutunu bitirib. O, məhz orada daha sonra onunla birlikdə "Dropbox" xidmətinin həmtəsisçisi olacaq Dryu Hyuston ilə tanış olub.
Firdovsi (dəqiqləşdirmə)
Firdovsi — Kişi adı. Cənnətə layiq olan mənasındadır. Bu adı olan tanınmışlarFirdovsi — İran ədəbiyyatının görkəmli simalarında biri. Firdovsi Naibov — Firdovsi Bağırzadə — Firdovsi Atakişiyev — Firdovsi Umudov - sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi.
Firdovsi Atakişiyev
Atakişiyev Firdovsi Nurəddin oğlu (7 iyun 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikası Əməkdar Artisti (2008), Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1992-ci ildən). == Həyatı == Firdovsi Nurəddin oğlu Atakişiyev 1970-ci il iyunun 7-də anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində Nəsir Sadıqzadənin kursunu bitirib. Elə həmin ildən bu günədək Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir. Lider TV-də "Bakımız" layihəsinin aparıcısı olmuşdur.28 oktyabr 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Sənətkarın taleyi" tamaşasında canlandırdığı Ərəblinski obrazına görə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Firdovsi Bağırzadə
Firdovsi Əliş oğlu Bağırzadə (d. 1 sentyabr 1996; Yardımlı, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Firdovsi Bağırzadə 1 sentyabr 1996-cı ildə Yardımlı rayonunun Bərcan kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Firdovsi Bağırzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Firdovsi Bağırzadə Masallı rayonunun Güllütəpə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bağırzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Firdovsi Bağırzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Firdovsi Fahralı
Firdovsi Məmmədov (Fahralı) (d.31 oktyabr, 1954) —həkim-nevropotoloq, şair- publisist, "İlin Həkimi" diplomu, "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Firdovsi Əli (Alı) oğlu Məmmədov (Firdovsi Fahralı) 31 oktyabr 1954-cü ildə Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-ci ildə Kirovabad (indiki Gəncə) şəhər 15 saylı orta məktəbin birinci sinfinə daxil olmuş və 1966–1970-cı illərdə təhsilini 41 saylı orta məktəbdə davam etdirmişdir. 1970-ci ildə ata yurdu Faxralı kəndinə gələrək bir il Faxralı kənd orta məktəbində oxuyaraq 1971-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1977-ci ildə həmin institutu bitirirək terapevt ixtisasına yiyələnmişdir. Həmin ildən etibarən təyinat üzrə Gəncə şəhərində həkimlik fəaliyyəyinə başlamış və hal-hazırda Gəncə şəhər Dəqiq Nəticələr Klinikasında (DNK) həkim-nevropotoloq işləyir. Bakı və Moskva şəhərlərində təkmilləşmə kursları keçib. Beyin müayinəsinin elektroensefaloqrafiya və exoensefaloqrafiya metodlarından istifadə edir. Əldə etdiyi nailiyətlərə dair bir sıra tibbi məqalələr hazırlayaraq dərc etdirmişdir. 2013-cü ildə "İlin Həkimi" fəxri diplomuna layiq görülmüşdür.Firdovsi Məmmədov (Fahralı) həkimlik fəaliyyəti ilə yanaşı poeziya və publisistikayaya maraq göstərmiş və yüksək nailiyyətlər əldə etmişdir.
Firdovsi Fərzəliyev
Firdovsi Fərzəliyev (10 iyul 1993, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycanı təmsil edən Karateçi, Avropa Oyunlarının qalibi. == Karyerası == Firdovsi Fərzəliyev nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında imza atdı. Qrup mərhələsində üç görüşün üçündə də qələbə qazanan Firdovsi Fərzəliyev turnirin yarım-final mərhələsində KYRM nümayəndəsi, 2014-cü il Avropa Çempionatının qalibi Emil Pavlov üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Firdovsi Fərzəliyev İtaliya nümayəndəsi, son Avropa çempionu Lusa Maresaya 4:0 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Firdovsi Rəfi oğlu Fərzəliyev "Şöhrət" ordeniilə təltif edildi.Firdovsi Fərzəliyev 2016-cı ildə Avstriyanın Lins şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. 2017-ci ildə Firdovsi Fərzəliyev mayda Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının bürünc, iyunda isə Polşada Dünya Oyunlarının qızıl medallarına sahib oldu. 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə aparan Firdovsi Fərzəliyev bu səfər turnirin final görüşündə məğlub olaraq Avropa Oyunlarını gümüş medalla başa vurdu. 2021-ci ildə isə Firdovsi Fərzəliyev Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 5-də turnirində çıxış edən Firdovsi Fərzəliyev qrup mərhələsinin birinci görüşündə Avropa Çempionatının qalibi Türkiyə nümayəndəsi Eray Şamdan ilə üz-üzə gəldi.
Firdovsi Məmmədov
Firdovsi Məmmədov (Fahralı) (d.31 oktyabr, 1954) —həkim-nevropotoloq, şair- publisist, "İlin Həkimi" diplomu, "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Firdovsi Əli (Alı) oğlu Məmmədov (Firdovsi Fahralı) 31 oktyabr 1954-cü ildə Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-ci ildə Kirovabad (indiki Gəncə) şəhər 15 saylı orta məktəbin birinci sinfinə daxil olmuş və 1966–1970-cı illərdə təhsilini 41 saylı orta məktəbdə davam etdirmişdir. 1970-ci ildə ata yurdu Faxralı kəndinə gələrək bir il Faxralı kənd orta məktəbində oxuyaraq 1971-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1977-ci ildə həmin institutu bitirirək terapevt ixtisasına yiyələnmişdir. Həmin ildən etibarən təyinat üzrə Gəncə şəhərində həkimlik fəaliyyəyinə başlamış və hal-hazırda Gəncə şəhər Dəqiq Nəticələr Klinikasında (DNK) həkim-nevropotoloq işləyir. Bakı və Moskva şəhərlərində təkmilləşmə kursları keçib. Beyin müayinəsinin elektroensefaloqrafiya və exoensefaloqrafiya metodlarından istifadə edir. Əldə etdiyi nailiyətlərə dair bir sıra tibbi məqalələr hazırlayaraq dərc etdirmişdir. 2013-cü ildə "İlin Həkimi" fəxri diplomuna layiq görülmüşdür.Firdovsi Məmmədov (Fahralı) həkimlik fəaliyyəti ilə yanaşı poeziya və publisistikayaya maraq göstərmiş və yüksək nailiyyətlər əldə etmişdir.
Firdovsi Naibov
Firdovsi Qiyas oğlu Naibov (22 aprel 1935 – 29 noyabr 2009) — aktyor, rejissor, Azərbaycan SSR əməkdar artisti (1978), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejissorluğu" kafedrasının müdiri, professor. == Həyatı == Firdovsi Naibov 1935-ci ildə Ağdam şəhərində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Teatr və Kino aktyoru" şöbəsini bitirib. Azərbaycan Dövlət Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. Bu teatrda aparıcı səhnə ustası kimi 80-a qədər müxtəlif xarakterli rollar oynayıb. Bunların içində Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında Fərhad, İ. Coşqunun "Komsomol poeması"nda Cəlal, Vilyam Şekspirin "Romeo və Culyetta"sında Romeo, Ə. Abbasovun "Məlik Məmməd"ində Məlik Məmməd, C. Məmmədovun "Zəncirlənmiş Promotey"ində Zevs, Ş. Xurşudun "Məhəbbət novellası"nda Vasif, A. Babayevin "Yarımçıq şəkil"ində Bəhruz Kəngərli obrazları xüsusi qeyd edilməlidir. F. Naibov 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi pedaqoji fəalliyətə başlayıb, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlmişdir. 10 ilə yaxın "Teatr rejissorluğu" kafedrasına rəhbərlik etmişdir. Hazırladığı tələbələrin əksəriyyəti Respublikanın müxtəlif mədəniyyət ocaqlarında, teatr və televiziya kanallarında uğurlu fəaliyyət göstərirlər. Bir çoxları yüksək mükafatlara, fəxri adlara layiq görülmüşlər.
Firdovsi Paşayev
Firdovsi Paşayev (tam adı: Firdovsi Afiq oğlu Paşayev; 14 noyabr 2000, Gədəbəy rayonu Kəlaman kəndi – 14 oktyabr 2020, Füzuli rayonu — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Paşayev Firdovsi Afiq oğlu 14 noyabr 2000-ci ildə Gədəbəy rayonunun Kəlaman kəndində anadan olmuşdur. 2007–2018-ci ildə E. İsgəndərov adına Hacılar kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə Gədəbəy rayon Peşə litseyini bitirib. == Hərbi xidməti == 6 may 2020-ci ildə həqiqi hərbi xidmətə getmişdir. İkinci Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanmışdır. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşmüşdür. 14 oktyabr 2020-ci ildə yaralanmış komandirini və döyüş yoldaşlarını döyüş bölgəsindən çıxardaraq özü yenidən döyüşə qayıtmış, bu zamam düşmənin atdığı minamyot qəlpəsindən yaralanaraq həlak olmuşdur. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == https://president.az/articles/49098. https://president.az/articles/49511.
Firdovsi Seyidov
Firdovsi Seyidov (28 yanvar 1948, Çaykənd kəndi, Çəmbərək rayonu, Ermənistan SSR) — Azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == Seyidov Firdovsi Tatar oğlu 1948-ci il dekabr ayının 28-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə Çaykənd səkkizillik məktəbini, 1966-cı ildə isə Gölkənd orta məktəbinin onuncu sinfini bitirmiş və H.Zərdabi adınaGəncə Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmişdir. 1970-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Təyinat ilə Tovuz şəhərinə göndərilmiş və orada az müddət müəllim işlədikdən sonra Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş, “Sintetik yağların kimyası və texnologiyası“ laboratoriyasında çalışmağa başlamışdır. Ordu sıralarinda qulluq edib instituta qayitdıqdan sonra kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Aspiranturanı bitir-dikdən sonra 1979-cu ildə «Bitsiklik endometilen quruluşlu efirlər və onların sürtgü yağları kimi tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “kimya elmləri namizədi” elmi dərəcəsi almışdır. 1992-ci ildə F.T.Seyidov “Neftkimyası” ixtisası üzrə “Yeni mürəkkəb efir tipli sintetik sürtgü yağları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-1995-ci illərdə “Sintetik sürtgü yağları və xüsusi mayelər” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1995-ci ildə İran İslam Respublikasına dəvət edilmiş və orada İran Elm və Texnologiya Mərkəzi Təbriz bölməsində baş müşavir vəzifəsində çalışmışdır.
Firdovsi Tahirov
Firdovsi Balaxan oğlu Tahirov (18 fevral 1997; Dico, Lerik, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firdovsi Tahirov 1997-ci il fevralın 18-də Lerik rayonunun Dico kəndində anadan olub. 2003-2007-ci illərdə Dico kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə N. Hacıyev adına Tikəband kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Tarix müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Firdovsi Tahirov 2019-cu ildə Lerik Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət elədi. Azərbaycan Ordusunun əsgəri olan Firdovsi Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Dico kəndində dəfn olunub.
Firdovsi Umudov
Firdovsi Umudov (azərb. Firdovsi Qəminalı oğlu Umudov‎; 5 yanvar 1977, Qazax rayonu) — Sərhədçi İdman Mərkəzinin rəis müavini(hal-hazırda), İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən müharibəsi iştirakçısı. == Həyatı == Firdovsi Umudov Qazax rayon 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbi əla qiymətlərlə oxumaqla yanaşı, aktiv şəkildə idmanın sərbəst güləş növü ilə də məşğul olmağa başlayıb. Hələ orta məktəbdə oxuyarkən bu idman növündə çoxsaylı qələbələrə imza atıb. Naxçıvan Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə başa vurub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. F. Umudov 1993–2004-cü illərdə sərbəst güləş üzrə Milli Yığma Komandanın üzvü olub. Yeniyetmə, gənclər və böyüklər arasında dəfələrlə ölkə çempionu olub. Beynəlxalq turnirlərin qalibidir.
Firdovsi Əliyev
Firdovsi Əliyev (nazir müavini)
Əbülqasim Firdovsi
Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. == Sultan Mahmud və Firdovsi == Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
Firdovsi Məmmədov (Fahralı)
Firdovsi Məmmədov (Fahralı) (d.31 oktyabr, 1954) —həkim-nevropotoloq, şair- publisist, "İlin Həkimi" diplomu, "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Firdovsi Əli (Alı) oğlu Məmmədov (Firdovsi Fahralı) 31 oktyabr 1954-cü ildə Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-ci ildə Kirovabad (indiki Gəncə) şəhər 15 saylı orta məktəbin birinci sinfinə daxil olmuş və 1966–1970-cı illərdə təhsilini 41 saylı orta məktəbdə davam etdirmişdir. 1970-ci ildə ata yurdu Faxralı kəndinə gələrək bir il Faxralı kənd orta məktəbində oxuyaraq 1971-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1977-ci ildə həmin institutu bitirirək terapevt ixtisasına yiyələnmişdir. Həmin ildən etibarən təyinat üzrə Gəncə şəhərində həkimlik fəaliyyəyinə başlamış və hal-hazırda Gəncə şəhər Dəqiq Nəticələr Klinikasında (DNK) həkim-nevropotoloq işləyir. Bakı və Moskva şəhərlərində təkmilləşmə kursları keçib. Beyin müayinəsinin elektroensefaloqrafiya və exoensefaloqrafiya metodlarından istifadə edir. Əldə etdiyi nailiyətlərə dair bir sıra tibbi məqalələr hazırlayaraq dərc etdirmişdir. 2013-cü ildə "İlin Həkimi" fəxri diplomuna layiq görülmüşdür.Firdovsi Məmmədov (Fahralı) həkimlik fəaliyyəti ilə yanaşı poeziya və publisistikayaya maraq göstərmiş və yüksək nailiyyətlər əldə etmişdir.
Firdovsi küçəsi (Bakı)
Firdovsi küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda bir küçə. == Tarixi == Görkəmli fars şairi Firdovsinin adına küçədir. == Tikili == 3 (1883), 4 (1919), 5 (1888), 7 (1890), 9 (1898), 10 (1870), 11A (1825), 13 (1920), 15 (1853), 16 1900), 17 (1883), 21 (1893), 23 (1880) yerli əhəmiyyətli memarlıq abidələri elan edilib. == Görməli yerlər == 20 - Хanlar məscidi (XIX-XX əsr). == Məşhur insanlar == 3 - Mir Mövsüm Ağanın evi == Küçədə kino == == Mənbə == Ичеи-шехер.
Firdovsi Əliyev (alim)
Firdovsi Əliyev (Tam adı:Firdovsi Şamil oğlu Əliyev; d.1937; Azərbaycan, Tovuz, Düzqırıxlı k.) — Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Firdovsi Əliyev 1937-ci ildə Azərbaycanın Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. 1959-cu ildə dağ mühəndisi-hidrogeoloq ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitunun geoloji-kəşfiyyat fakültəsini bitirib. 1959—2002-ci illərdə Azərbaycan Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsində işləmiş və kollektordan gidrogeoloji və mühəndis-geoloji partiyaların rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. 1988—2002-ci illərdə Dövlət Geoloji Komitəsinin hidrogeoloji və mühəndisi geologiya idarəsinin baş hidrogeoloqu işləmişdir. 1979-cu ildə "Suvarma şəraitlərində Şirvan düzünün qrunt sularının əmələgəlməsi qanunauyğunluğunun təhlili və rejimlərinin proqnozu" mövzusunda namizədlik, 1995-ci ildə "Texnogenez şəraitlərində Azərbaycan Respublikasının yeraltı sularının rejimlərinin əmələgəlmə qanunauyğunluğu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == F.Ş.Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazilərində hidrogeoloji və mühəndis-geoloji planalma işləri aparılmışdır. Şirin, mineral və termal sularının axtarışı və kəşfiyyatı, onların rejimlərinin öyrənilməsi ilə məşğul olmuşdur. Onun tərəfindən yeraltı suların çirklənməsi və tükənməsinin öyrənilməsi üzrə geoekoloji tədqiqatların aparılması layihəsi işlənib hazırlanmışdır. F.Ş.Əliyev Azərbaycanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ekiloji təmiz yeraltı sularla təchiz olunması problemi ilə məşğul olmuşdur.
Firdovsi Əliyev (geoloq)

Firdovsi Əliyev (siyasətçi)
Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev) — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini. == Həyatı == Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
Firdovsi Əliyev (əsgər)
Firdovsi Muxtar oğlu Əliyev (d. 8 sentyabr 1973, Gədəbəy rayonu — ö. 8 avqust 1992) — Azərbaycanlı şəhid. == Həyatı == Əliyev Firdovsi Muxtar oğlu 8 sentyabr 1973-cü ildə Gədəbəy rayonunun Çobankənd kəndində kolxozçu ailəsində anadan olub. 1991-ci ildə orta məktəbi bitirmişdir. 1992-ci ildə Gədəbəy rayon hərbi komissarlığı tərəfindən orduya çağırılır. İki aylıq hərbi təlim keçdikdən sonra, Sarı qaya, Liman, Qaraarxı, Alagöllər, Başkənd uğrunda gedən döyüşlərdə iştirak etməyə başlayır. Mahir topçu kimi döyüş yoldaşları və komandirlər arasında nüfuz qazanır. Firdovsi 1992-ci il avqustun 8-də Liman adlanan zirvə uğrunda gedən döyüşlərdə şəhid olur. Firdovsinin xatirəsi əbədiləşdirilmişdir.
Firdovsi Əliyev (nazir müavini)
Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev) — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini. == Həyatı == Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
Əbülqasım Firdovsi
Firdovsi (940, Tus, Samanilər dövləti – təq. 1020, Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri. Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır. Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir. == Sultan Mahmud və Firdovsi == Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
Firdovsinin dəfni
"Firdovsinin dəfni" — azərbaycanlı rəssam Qəzənfər Xalıqovun 1934-ci ildə çəkdiyi rəsm əsəri.
Firdovsiyyə Əhmədova
Əhmədova Firdovsiyyə Firdovsi qızı — Azərbaycan Respublikasının əməkdar müəllimi (2014), Tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri. == Həyatı == == Elmi fəaliyyəti == "Nəriman Nərimanov – ideal və gerçəklik" kitabının, 40-dan çox elmi məqalənin, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" iki cildliyində 200 məqalənin və 7 elmi toplunun tərtibçilərindən olmuşdur. Türkiyə və Bakıda keçirilmiş beynəlxalq konfransların iştirakçısı olmuşdur.“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə redaksiya heyətinin üzvüdür. == Kitab və məqalələri == Nəriman Nərimanov – ideal və gerçəklik. Bakı, 1998, 170 s.
Firdovsiyə Əhmədova

Digər lüğətlərdə

ведерница духо́вка клейми́ть небожи́тель подкра́ивание пресс-но́жницы прока́рмливаться слива́ться элеги́чность возыме́ть модели́роваться омофо́рмы передвига́ние половы́е губы прикопле́ние спа́иваться субъекти́вность тень ямской play-spell Salvo trunkline закройный рельсопрокатный смазывание