FİRİDUN

odun işığı, odun parıltısı (f. çox güclü, çox qüvvətli).
FİRƏNG
FİRQAY
OBASTAN VİKİ
Firidun
Firidun (fars. فریدون‎, Avesta: Θraētaona) — İranın əfsanəvi qəhrəmanı. Fars ədəbiyyatında qələbə, ədalət və alicənablıq simvolu kimi tanınır. Atası Cəmşidin nəslindən olan Abtin, anası Fəranəkdir. 500 illik ömür yaşaması barədə şayiələr olan Firidunun Səlm, Tur və İrəc adlı üç oğlu var. Oğullarını Yəmən hökmdarının qızları ilə evləndirdikdən sonra ölkəsini bu üç oğulu arasında bölüşdürür. Turanı Tura, İranı İrəcə və Rumu (Anadolu) Səlmə verir. Sonra İrəci qısqanan Tur və Səlm qardaşlarını öldürürlər. İrəcin oğlu Mənuçöhr əmilərini öldürərək atasının intiqamını almışdır.
Firidun Ağayev
Firudin Ağayev (yazıçı) (1993—1995) — nasir, dramaturq, 1962-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. Firudin Ağayev (neftçi) (1898—1958) — Sosialist Əməyi Qəhrəmanı (1943).
Firidun Hüseynov
Firudin Hüseynov (energetik) — AMEA-nın müxbir üzvü, professor. Firudin Hüseynov (dilçi) — filologiya üzrə elmlər doktoru. Firidun Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Firidun Şuşinski
Firudin Şuşinski (doğum adı: Firidun Məhəmməd oğlu Həsənov; 20 oktyabr 1925, Şuşa, DQMV – 25 oktyabr 1997, Bakı) — Azərbaycan və sovet musiqişünası və tədqiqatçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). 400-dən çox məqalə və oçerk müəllifidir.. Alim əlli illik bir tədqiqat dövrü ərzində kitablarını, məqalələrini Həsənov, Şuşinski, Şuşalı təxəllüsü ilə imzalamışdır. == Həyatı == Firudin Mahmud oğlu Həsənov 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşinskinin atası Firudin bəy Köçərlinin dostu idi və oğluna onun adını qoymuşdu. F. Şuşinski ilk təhsilini Şuşada almışdır. 1931-ci ildə Şuşinski Şuşa musiqi məktəbində skripka dərsləri almağa başlamışdır. Şuşa pedaqoji məktəbini bitirdikdən sonra dörd ay boyunca dərs dediyi Malıbəyli kəndindəki məktəbə müəllim göndərilmişdir. 1942-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə yollanmışdır. General Pavel Batovun komandanlığı altında Kursk döyüşündə iştirak etmişdir.
Firidun Hüseynov (ədəbiyyatşünas)
Hüseynov Firidun Cəlal oğlu (1933–1986) — görkəmli Azərbaycanlı ədəbiyyatşünas alim, pedaqoq, filologiya üzrə elmlər doktoru (1978), professor (1979). == Həyatı == Hüseynov Firidun Cəlal oğlu 1933-cü ildə anadan olmuşdur. O, Naxçıvan Dövlət İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini (1959) bitirmişdir. ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, filologiya fakultəsində dekan işləmişdir. "Molla Nəsrəddin" satirik ədəbi məktəbi F.Hüseynovun araşdırmalarının əsas obyekti olmuşdur. Firidun Hüseynov "Əli Nəzminin həyatı və yaradıcılığı" mövzusunda namizədlik (1964), "Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər" (1978) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. F.Hüseynov "Əli Nəzmi" (1970), "Adi əhvalatlarda böyük həqiqətlər" (1977), "Satirik gülüşün qüdrəti" (1982), "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" (1986) monoqrafiyalarının və məqalə toplularının, "Molla Nəsrəddin jurnalı", "İdeya-bədii körpü", "C.Məmmədquluzadənin bədii nəsrində ziyalı surətləri", "C.Məmmədquluzadə L.N.Tolstoy haqqında", "Aydınlara doğru", "İntibah carçısı" və s. məqalələrin müəllifidir. O, mollanəsrəddinçi şair Əli Nəzminin "Seçilmiş əsərləri"ni (1979) nəşr etdirmişdir. Görkəmli alim mollanəsrəddinçilərin əsas yer tutduğu "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin (professor Mir Cəlala birlikdə) müəllifidir.
Firidun bəy Köçərli
Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – may 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. == Həyatı və təhsili == Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır. == Fəaliyyəti == 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir.
Firidun bəy Vəzirov
Firudin bəy Vəzirov (tam adı: Firidun bəy Camal bəy oğlu Vəzirov; 19 aprel 1850, Tiflis – 30 iyul 1925, Bakı) — Rusiya imperiyasında və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda xidmət etmiş azərbaycanlı general-mayor. == Həyatı == Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır. 1906-cı ildə ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. zərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Firudin bəy Vəzirov 1925-ci ilin 30 iyun tarixində güllələnmişdir. == Ailəsi == Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. 1868-ci ildə Kropivnitskidəki yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Firudin bəy Vəzirov sonralar Litva tatarı Zinayda Kriçinskaya ilə evlənmiş, daha sonra Zinayda xanım adını müsəlman adına dəyişərək Zeynəb Vəzirova olmuşdur.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Tarixi == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Firidunkənar
Firidunkənar — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Firidunkənar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,452 nəfər və 9,278 ailədən ibarət idi.
Firidunkənar şəhristanı
Firidunkənar şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Amul şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 56,055 nəfər və 15,049 ailədən ibarət idi.
Firidunşəhr
Firidunşəhr (fars. فریدون‌شهر‎‎‎, gürc. მარტყოფი "Martqopi") — İranın İsfahan ostanının qərbində yerləşən şəhər, Firidunşəhr şəhristanının inzibati mərkəzi. Şəhər əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, gürcü dilində danışırlar və Şiədirlər. Gürcülər bu şəhərə "Sopeli" deyirlər.
Firidunşəhr şəhristanı
Firidunşəhr şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Firidunşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən,şəhristanın əhalisi 38,955 nəfər və 9,259 ailədən ibarət idi.
анахрони́зм зама́ять инфузо́рия насви́стывание очисти́тельное понакида́ть праводу́шный предчу́вствовать род секретарёк шери́ф экраниза́ция блокпо́ст заря́нка му́тно разрегули́роваться расфокусиро́вываться рюкзачо́к сконденси́ровать кнастер число fabulist insurgent shorthanded topotype