FİRUDİN
FİRZAD
OBASTAN VİKİ
Firuz Qureşli
Firuz Qureşli (azərb. Qureyşli Firuz Əli oğlu‎; 2 dekabr 1993, Külüs, Naxçıvan Muxtar Respublikası – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qureşli Firuz Əli oğlu 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil almışdır. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olmuşdur. == Hərbi xidməti == 2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi verilmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib.
Firuz Sadıqzadə
Firuz Sadıq oğlu Sadıqzadə (25 fevral 1931, Bakı – 24 may 1997, Bakı) — nasir, tənqidçi, ədəbiyyatşünas, şərqşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Firuz Sadıq oğlu Sadıqzadə 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Naxçıvanda, xalq yazıçısı Mirzə İbrahimovla birgə yüksək vəzifədə çalışan Sadıq Vahabov olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, ibtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945-ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. Azərbaycana qayıdarkən məşhur "Vahabovlar" soyundan olduğu üçün soyadının atasının adı ilə əvəzlənməsi tələb olunmuşdu. 1946-cı ilin dekabrında Bakıda orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. İctimai işlərdə fəal çalışmışdır. 1957-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.
Firuz Sadıxzadə
Firuz Sadıq oğlu Sadıqzadə (25 fevral 1931, Bakı – 24 may 1997, Bakı) — nasir, tənqidçi, ədəbiyyatşünas, şərqşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Firuz Sadıq oğlu Sadıqzadə 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Naxçıvanda, xalq yazıçısı Mirzə İbrahimovla birgə yüksək vəzifədə çalışan Sadıq Vahabov olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, ibtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945-ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. Azərbaycana qayıdarkən məşhur "Vahabovlar" soyundan olduğu üçün soyadının atasının adı ilə əvəzlənməsi tələb olunmuşdu. 1946-cı ilin dekabrında Bakıda orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. İctimai işlərdə fəal çalışmışdır. 1957-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. == Həyatı == Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Firuz Xudaverdiyev
Firuz İslam oğlu Xudaverdiyev — Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Azərbaycanın əməkdar artisti (2002). == Həyatı == Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub.1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.Aktyor səhnə yaradıcılığından əlavə bir sıra tele tamaşalar və bədii filmlərdə rol alıb bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar. Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə dünyasını dəyişmişdir.Uzun müddət mədə xərçəngindən əziyyət çəkib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb. == Teatr səhnəsində ifa etdiyi rollar == Mingəçevir Dövlət Dram Teatrı(1969-1976) Fuad ("Almaz", Cəfər Cabbarlı) Şəmsi bəy ("Eşq və intiqam", Süleyman Sani Axundov) Vəzir ("Fərhad və Şirin", Səməd Vurğun) Ədalət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev) Assistent ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət)Akademik Milli Dram Teatrı(1976-2017) Bir kişi ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə) Qoca ("Fitnə", Abdulla Şaiq) Əsgər ("Maqbet", Uilyam Şekspir) Xəstə ("Biganələr oteli", Rüstəm İbrahimbəyov) N.Kokin ("Daşqın", A. Safronov) Çolaq ("Yad adam", L. Frank) 1-ci polis ("Səhra yuxuları", Anar) Ter Vahan və Mamayı ("Xurşidbanu Nətavan", İlyas Əfəndiyev) Mola ("Mirzə Şəfi Vazeh", Nəbi Xəzri) Hans ("Gecənin sirri", A. Safronov) 1-ci Qanun ("İblis", Hüseyn Cavid) Kərbəlayı Bəndalə ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) Aşpaz Abbas ("Sehrli alma", Y. Lada) 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov) Qulam ("Aydın", Cəfər Cabbarlı) Həkim ("Kəllə", Nazim Hikmət) Molla ("Brüsseldən məktublar", Həsən Həsənov) Reynaldo ("Hamlet", Uilyam Şekspir) Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə) Hacı Hüseyn ("Dirilən adam", Mir Cəlal) Müəllim ("Nazirin xanımı", Branislav Nuşiç) Yaşlı kişi ("21:15 qatarı", Toyqun Orbay) Hacı Kazım ("Ölülər", Cəlil Məmmədquluzadə) Xristian İvanoviç Gibner ("Müfəttiş", Nikolay Qoqol) == Filmoqrafiya == Kişilər (film, 1979) Mənim günahım (film, 1985) Ordan-burdan (film, 1987) Pəncərədə işıq (film, 1987) Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini "Fransız" (film, 1995) Bağdada putyovka var... (film, 2000) Qeybdən gələn səs (film, 2002) Dəvətnamə (film, 2003) Sonuncu şahid (film, 2004) Cavid ömrü (film, 2007) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim! (film, 2008) Vəkil hanı? (film, 2011) Mürafiə vəkillərinin hekayəti (film, 2011) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: baba) Bir ovuc torpaq (teleserial, 2013) Ümid işığı (film, 2014) Azərbaycan tarixinin parlaq epizodları.
Firuz Şirinzadə
Firuz Böyükağa oğlu Şirinzadə — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2006-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2007-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Vətən uğrunda" medalı ilə təltif edilib.Firuz Şirinzadə 2010-cu ildə Dövlət Sərhəd Xidmətinin Baş Əməliyyat-Axtarış İdarərə rəisinin müavini — Kəşfiyyat İdarəsinin rəisi olub. Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2010-cu il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-mayor ali hərbi rütbəsi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2011-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2016-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Firuz Şirinzadə 2020-ci ildə Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-leytenant ali hərbi rütbəsi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2023-cü il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Firuz Əhmədov
Firuz Məzahir oğlu Əhmədov (9 dekabr 1985; Tovuz, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Firuz Əhmədov 1985-ci il dekabrın 9-da Tovuz şəhərində anadan olub. == Hərbi xidməti == Firuz Əhmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Firuz Əhmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Firuz Əliyev
== Həyatı == Firuz Əliyev 1950-ci il iyunun 4-də Abşeron torpağında, mavi Xəzərin sahilində, Buzovna qəsəbəsində anadan olub. 1957-ci ildə 206 nömrəli məktəbədaxil olub, 1965-ci ildə 8-ci sinifi bitirib və həmin ildə indiki Asəf Zeynallı adına musiqi kollecinə daxil olub, 1969-cu ildə oranı bitirib, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsinə daxil olub, 1975-ci ildə oranı bitirib. Əmək fəaliyyətinə 1967-ci ildən Əzizbəyov rayonundakı mədəniyyət evində müəllim kimi başlayıb. bir qədər sonra isə 19 nömrəli və Buzovnadakı 4 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1983-cü ildən mərhum müğənni, xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda konsertmeyster kimi fəaliyyət göstərməyə başlayıb. 1992-ci ildən Azərbaycan Dövlət Milli Musiqi Akademiyasında, hal-hazırda Milli Konservatoriyada baş müəllim, dosent vəzifəsində çalışır. Eyni zamanda "Abşeron" instrumental ansamblının bədii rəhbəridir. 2002-ci ildə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə: ABŞ-da, Kanadada, Fransada, Braziliyada, Yunanıstanda, Türkiyədə, İranda, Hollandiyada, Almaniyada, Avstraliyada, Macarıstanda, Rumuniyada, Belçikada, və s. yerlərdə qastrolda olmuşdur.
Firuz bəy Ordubadski
Firuz bəy Mehdi oğlu Ordubadski (1888–1937) — həkim. == Həyatı == Firuz bəy Mehdi oğlu 1888-ci ildə Ordubad şəhərində anadan olmuşdu. 1914-cü ildə tibb fakültəsini bitirmişdi. Universiteti tamamladıqdan sonra Bakı-Culfa dəmir yol xəttində sanitar həkim və Bakı səhiyyə idarəsində çalışmışdı. Azərbaycan MİK-nin üzvü olmuşdu. 1916-cı ildə Sarıqamış və Ərdahan zərərçəkənlərinə yardım edib (Müsəlman xeyriyyə cəmiyyəti onu və İdris Axundovu göndərib). 1916-cı ildən Ufada yaşayıblar, 1917-ci ildə Ordubada gəliblər. Bakıya 1919-cu ildə gəliblər. 1920-ci ildən Ərzaq Nazirliyində, sonra Dövlət plan komitəsində (1929-30-da: sədr) işləyib. D.Bünyadzadədən sonra İqtisadi Şuranın sədri olub.
Firuz mirzə Nüsrətəddövlə
Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Nüsrətəddövlə (1889–1937) — İranın xarici işlər naziri. == Həyatı == II Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Qovanlı-Qacar 1889-cu ildə Tehran şəhərində anadan olmuşdur. Orta təhsilini bitirəndən sonra ali savad almaq üçün 1897-ci ildə Beyrut şəhərinə yollanmışdı. Təhsilini tamamlayandan sonra, 1905-ci ilin yanvarında Tehrana qayıtmışdı. Fransız dilini mükəmməl bilirdi. Həmin ildə atası tərəfindən Kerman əyalətinin vali naibliyinə təyin edilmişdi. Nüsrətüddövlə ləqəbini daşıyırdı. Nüsrətüddövlə Qacar səltənətinin yıxılmasında yaxından iştirak etmişdi. O, respublika tərəfdarı idi. Nüsrətüddövlə 1920-ci ilin payız və qışını İngiltərədə olmuşdu.
Firuz şah Tuğluq
Firuz şah Tuğluq (1309 – 20 sentyabr 1388 və ya 1388, Caunpur) — 1351-1388-ci illər arasında Dehli sultanlığını idarə edən Tuğluqoğulları sülaləsindən hökmdar. == Həyatı == Tuğluqoğulları sülaləsinin qurucusu Qiyasəddin Tuğluqun qardaşı oğlu, Sipəhsalar Məlik Rəcəbin oğluydu. Məhəmməd bin Tuğluqun hakimiyyəti dönəmində (1325-1351) önəmli dövlət vəzifələrini daşıdı və onun ölümümdən sonra Tattada taxta çıxtı (23 aprel 1351-ci il). Bu sırada kiçik bir uşağı, Məhəmməd bin Tuğluqun oğlu olduğunu irəli sürərək hökmdar elan edən Cahan Əhməd Ayvazı uzaqlaşdırmaq üçün Dehliyə girdi. 1353-cü ildə də Benqalda müstəqilliyini elan edən İlyas Hacıya qarşı bir səfər təşkil etdi, amma nəticə almadı. 1358-ci ildə yenə nəticəsiz bir Benqal səfəri daha apararaq Dehliyə döndü. Dönüşündə Cacnagar (bu gün Orissa) racəsini vergiyə bağladı. 1360-cı ildə Nagarkot qalasını mühasirəyə aldı, amma altı ay sürən mühasirə sonunda qalanı ala bilmədi. Əsgəri sayına görə ən önəmli səfərini Sind hökmdarı Cem Babiniyaya qarşı apardı və uzun sürən çarpışmalardan sonra onu məğlubiyyətə uğratdı (1372). Əsgəri sayına görə bacarıqsız bir hökmdar olan Firuz şah, Dehli sultanlığının siyasi gücünü qoruya bilmədi.
Firuz Baxor
Firuz Baxor (tac. Фирӯз Баҳор; əsl adı – Firuz Hacıyeviç Əhmədov; 19 noyabr 1942, Düşənbə) — Tacikistan və SSRİ bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının (1971-ci ildən) və SSRİ Kinematoqrafçılar İttifaqının (1976-cı ildən) üzvüdür. Tacikistan Bəstəkarlar İttifaqının katibi (1976-cı ildən). Tacikistan SSR əməkdar mədəniyyət işçisi (1990). Tacikistan "Lenin komsomolu" mükafatı laureatı (1977). == Həyatı == Firuz Baxor 19 noyabr 1942-ci ildə Düşənbə şəhərində, opera müğənnisi ailəsində anadan olmuşdur. O, 1963–1966-cı illərdə Moskva Musiqi Pedaqoji İnstitutunda fortepiano ixtisası üzrə təhsil almışdır.1976-cı ildən Tacikistan Bəstəkarlar İttifaqının katibidir. 1986-1996-cı illərdə SSRİ-də (Moskva, Kiyev, Novosibirsk, Düşənbə) və xaricdə (İngiltərə) bir sıra konsertlər vermiş, İtaliyada sovet bəstəkarlarının konsertlərində iştirak etmişdir. 1994-cü ildən Almaniyada daimi yaşayır.
Firuz Kazımzadə
Firuz Kazımzadə (27 oktyabr, 1924, Moskva - 17 may, 2017, ABŞ ) — Amerika tarixçisi, Yel Universitetinin tarix üzrə əməkdar professoru, əslən azərbaycanlıdır . == Həyatı və təhsili == Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Atası İran səfirliyinin əməkdaşı olub. İlk təhsilini Moskvada alan Firuz Kazımzadə sonradan ABŞ-yə gedərək 1944-cü ildə Stenford Universitetinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə ilə bitirib. Bir il sonra elə həmin universitetdə magistraturanı bitirib. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixi dair doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1954-1956-cı illərdə Harvard Universitetində işləyən Firuz Kazımzadə sonradan Yel Universitetində fəaliyyətini davam etdirib O, "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını qısa müddətdə tamamlamışdır. 1951-ci ildə həmin kitab "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunmuşdur. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır.
Firuz Mustafa
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) — nasir, dramaturq, esseist, filosof. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Firuz Mustafa (Mustafayev Firuz Qədimalı oğlu) 18 fevral 1952-ci il tarixdə Azərbaycan Respublikası Gədəbəy rayonunun İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən gah həmin ilin iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustafa 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Azərbaycan Pedaqoji Universitetin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinat üzrə Saatlı rayonunda müəllim işləmişdir. Firuz Mustafa 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri olmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978–80-ci illərdə Az. TV-də müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir.
Firuz Mustafayev
Feyruz Mustafayev (18 oktyabr 1933, Mərzili, Ağdam rayonu – 7 iyul 2018, Gəncə) — Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra edən (4 aprel, 1992 — 16 may, 1992); Azərbaycan Baş nazirinin birinci müavini (22 may 1991—18 may 1992); A. R. "Azərquşsənaye" Dövlət Şirkətinin prezidenti (8 fevral 1993); A. R. Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti (25 noyabr 1993 — 16 oktyabr 1994); Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2 oktyabr 2002) == Həyatı == Feyruz Rəcəb oğlu Mustafayev 1933-cü il 18 oktyabrda Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində yeddillik məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib.1950-ci illərdə Xanlar (indiki Göygöl) rayonunun Samux kəndinə köçüblər. 1955-ci ildə hərbi xidməti başa vurandan sonra Samux kolxozunda sıravi işçi kimi əmək fəaliyyətinə başlayır. Sonra mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilir. Bu müddətdə Moskva İqtisadiyyat insti-tunda qiyabi təhsil alır. Kolxozda yüksək nailiyyətlər əldə edən sədr Xanlar rayonuna Rayon İcraiyyə komitəsinə sədr təyin edilir. 1 il sonra Xanlar RPK- nin birinci katibi seçilir. Feyruz Mustafayev daha sonra Şamaxı rayonuna təyinat alır.Şamaxı rayonunda apardığı quruculuq işləri, dəmyə sahələrə çəkdirdiyi 600 km su xətti və bütün oxşar quruculuq işləri və apardığı islahatlara görə 1981-ci ildə Azərbaycan KP MK-nin birinci katibi H. Əliyev və Sovet İttifaqı KP MK-nin birinci katibi L. İ. Brejnev tərəfindən Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. 1975-ci ildə Azərbaycan KP Xanlar RK-nın birinci katibi olan vaxt 343 nömrəli Qızılca seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilib. Mədəniyyət komissiyasınınü üzvü olub.1987-ci ildə Aqrar Sənaye komitəsində sədr müavini.
Firuz Məlikov
Firuz Əli oğlu Məlikov (7 yanvar 1902, Salyan, Cavad qəzası – 12 noyabr 1965, Bakı) — professor (1935), Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü (1948). == Həyatı == Firuz Məlikov 7 yanvar 1902-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1921-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş və 1927-ci ildə həmin ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == Firuz Məlikov Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonra isə Zootexnika-bitkiçilik fakültələrinin dekanı vəzifələrində çalışmışdır. O, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsini icra etmişdir. Firuz Məlikovun əməyi nəticəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır. Akademik Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində isə Genetika kafedrasında professor kimi çalışmışdır. Firuz Məlikov 1962–1965 illərdə Bakı Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru olmuşdur. O, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Firuz Qureyşli
Firuz Qureşli (azərb. Qureyşli Firuz Əli oğlu‎; 2 dekabr 1993, Külüs, Naxçıvan Muxtar Respublikası – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qureşli Firuz Əli oğlu 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil almışdır. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olmuşdur. == Hərbi xidməti == 2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi verilmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib.
Hacı Firuz
Hacı Firuz vəya Hacı Piruz ( {{Dil-fa|حاجی فیروز), İranın yeni ili Novruzun ənənəvi xəbərçisidir. Üzünü qurumla boyanmış haldadır, parlaq qırmızı paltarı və başındakı papaq ilə diqqəti çəkir. Novruza girərkən, Hacı Firuz bir dəf çalar və "Hacı Firuzam, sali yek ruzəm" (Hacı Firuzam, ildə bir günəm) deyər. Hər yaşdan insan onun və musiqiçilərin ətrafında toplanar, çaldıqları nağara, tar və kamançanı dinləyərək rəqs edərlər. Eyni zamanda Əmi Noruz (Nevruz əmi)də deyərlər.
I Firuz
I Firuz (fars. پیروز یکم‎ tərcümədə "Qalib" deməkdir) — Sasanilər nəslinin 17-ci hökmdarı. (459–484), II Yezdəgirdin böyük oğlu. == Həyatı == Ağsuvar xan Sasani şahı I Yezdəgirdi özündən asılı vəziyyətə saldı və 459-cu ildə himayə etdiyi sasani vəliəhdi Firuzu Sasani taxtına çıxartmağa nail oldu. Firuz Ağ hunlardan asılılığı qəbul edərək, hər il onlara vergi verirdi. O, eyni zamanda Seyhun çayı ətrafındakı torpaqları Ağ hunlara güzəştə getmışdi. Lakin az sonra Firuz öhdəsinə götürdüyü şərtləri pozaraq, ağ hunlara qarşı yürüşə başladı. Sasani hökmdarlarının ikiüzlü siyasətinə bələd olan Ağsuvar xan bu yürüşün qarşısını almaq üçün əvvəlcədən tədbirlər görmüşdü. O, bütün hərbi qüvvələrini bir yerə toplayaraq döyüşə xeyli qoşun çıxardı, onları dağlıq əraziyə saldı. Onlar Turan taktikası ilə sasaniləri dar keçiddə tutdular.
Məryəm Firuz
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Firuz-1 düşərgəsi
Firuz-1 düşərgəsi — Qobustan ərazisində Kiçikdaş dağının şərq ətəyində arxeoloji abidə. == Arxeoloji tədqiqi == Firuz-1 düşərgəsi Qobustanda Kiçikdaş dağının şərq ətəyinin orta hissəsində, dəmir yolu xəttindən aralıda qədim qayaüstü təsvirlər kolleksiyasının 80 №-li daşın üstünü örtmüş, uzunluğu 20 m, parçasının şərq və şimal tərəfləri altında əmələ gəlmiş, 2–3 m dərinliyində örtülü sahədə aşkar edilmişdir. Düşərgədə 1970 və 1971-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. Düşərgədə iki tarixi mərhələnin – Mezolitdən Neolitə keçid və ilk Tunc dövrünə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Düşərgədə Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Görünür düşərgənin örtülü sahəsində son Mezolit – ilk Neolitdən sonra Tunc dövrünə aid sakinlər tərəfindən burada özlərinə qədərki nə varsa, mədəni təbəqə qalıqlarını da kənara atmışlar. Çöl sahədə saxlanmış qalıqların üstü isə sahənin şərqə tərəf maili olması, yağış suları ilə yuyulması və güclü küləyə məruz qaldığından örtülməmişdir. “Firuz-1” düşərgəsində örtülü sahənin şərq hisəsində 20-30 sm qalınlığında Mezolit dövrü təbəqəsi arada lal təbəqə olmadan bilavasitə Tunc dövrü təbəqəsinin altından başlanır. “Firuz-1” düşərgəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Mezolit Neolitə keçid mərhələsinə aid alt təbəqədən 4 yerdə ocaq qalığı, 9 minə yaxın arxeoloji material və kollektiv qəbir aşkar edilmişdir. Ocaqlardan üçünün altına əhəngdaşı layı düzülmüş, birində isə od bir qədər çökəldilmiş sahədə yandırılmışdır.
Firuz-1 sığınacağı
Firuz-1 düşərgəsi — Qobustan ərazisində Kiçikdaş dağının şərq ətəyində arxeoloji abidə. == Arxeoloji tədqiqi == Firuz-1 düşərgəsi Qobustanda Kiçikdaş dağının şərq ətəyinin orta hissəsində, dəmir yolu xəttindən aralıda qədim qayaüstü təsvirlər kolleksiyasının 80 №-li daşın üstünü örtmüş, uzunluğu 20 m, parçasının şərq və şimal tərəfləri altında əmələ gəlmiş, 2–3 m dərinliyində örtülü sahədə aşkar edilmişdir. Düşərgədə 1970 və 1971-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. Düşərgədə iki tarixi mərhələnin – Mezolitdən Neolitə keçid və ilk Tunc dövrünə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Düşərgədə Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Görünür düşərgənin örtülü sahəsində son Mezolit – ilk Neolitdən sonra Tunc dövrünə aid sakinlər tərəfindən burada özlərinə qədərki nə varsa, mədəni təbəqə qalıqlarını da kənara atmışlar. Çöl sahədə saxlanmış qalıqların üstü isə sahənin şərqə tərəf maili olması, yağış suları ilə yuyulması və güclü küləyə məruz qaldığından örtülməmişdir. “Firuz-1” düşərgəsində örtülü sahənin şərq hisəsində 20-30 sm qalınlığında Mezolit dövrü təbəqəsi arada lal təbəqə olmadan bilavasitə Tunc dövrü təbəqəsinin altından başlanır. “Firuz-1” düşərgəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Mezolit Neolitə keçid mərhələsinə aid alt təbəqədən 4 yerdə ocaq qalığı, 9 minə yaxın arxeoloji material və kollektiv qəbir aşkar edilmişdir. Ocaqlardan üçünün altına əhəngdaşı layı düzülmüş, birində isə od bir qədər çökəldilmiş sahədə yandırılmışdır.
Firuz-2 düşərgəsi
Firuz-2 düşərgəsi — Qobustanda Kiçikdaş ərazisində arxeoloji abidə. == Arxeoloji tədqiqi == "Firuz-2 düşərgəsi" Qobustanda Kiçikdaş ərazisində “Firuz-1” düşərgəsindən 385 m cənub-qərbdə, Kiçikdaş qayaüstü təsvirlər kolleksiyasının 19 №-li daşı ilə cənub-qərbdən ona söykənmiş 98 №-li daşdan 3 m şimal-şərqdəki 97 №-li daşların arasındakı bir növ qapalı, yaşayış üçün əlverişli sahədə, 19 №-li daşın qədim təsvirlərlə örtülmüş qərb tərəfində aşkar edilmişdir. Düşərgədə 1972 və 1973-cü illərdə 70 kv.m sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntı nəticəsində yer səviyyəsindən 80-105 sm dərinlik arasında 19 №-li daşın əsas qərb və şimal-qərb dibində 15-20 kv.m sahədə 5-25 sm qalınlığında Mezolit dövrünə aid mədəni təbəqə qeydə alınmışdır. Bu mədəni təbəqə özündən üstdə qeydə alınmış mədəni təbəqədən 5, 10 və bəzən 15 sm qalınlığında lal təbəqə ilə ayrılırdı. Mədəni təbəqənin rəngi şabalıdı, torpağı bərk və qum qarışıqlıdır. Alt təbəqədən 4 yerdə ocaq qalığı aşkar edilmişdir. == Maddi-mədəniyyət tapıntıları == Qobustanda bütün Daş dövrü düşərgələrində olduğu kimi, “Firuz-2” düşərgəsində də aşkar edilmiş materiallar çaxmaqdaşı və çaydaşından hazırlanmışdır. Çaxmaqdaşından 33 ədəd, prizma və konus formalı nukleus, 12 ədəd mikro iti uc, 19 ədəd trapes şəkilli alət, 13 ədəd biz və burğu, 7 ədəd kəsərcik, 7 ədəd iskənə tipli alət, çoxlu bir yanı kütləşdirilmiş və gəzli mikro lövhələr, qaya daşından rəsm döymək üçün alətlər, sürtgəclər, bıçaq və qaşov kimi itiləşdirərək iti ağzında kütləşmə və dişək alınmış ilk qəlpələr və s. tapılmışdır.
Hacı Firuz (Sulduz)
Hacı Firuz (fars. حاجي فيروز‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (28 ailə).
Məhəmmədhüseyn mirzə Firuz
Məhəmmədhüsеyn mirzə Əbdülhüseyn mirzə oğlu Firuz (1893-1983) — şahzadə, İran ordusunun generalı. == Həyatı == Əbdülhüsеyn mirzə Fərmanfərmanın dördüncü оğlu Məhəmmədhüsеyn mirzə 1893-cü ildə Təbriz şəhərində anadan оlmuşdu. Sankt-Pеtеrburqda Hərbi Akadеmiyada təhsil almışdı. Nizaməddin ləqəbini daşıyırdı. Məhəmmədhüsеyn mirzə 1911-ci ildə jandarmеriyada xidmətə başlamışdı. 1915-ci ildə Rus оrdusunda, Qusar alayında xidmət еtmişdi. Birinci Cahan Savaşı nədəniyə rus оrdusu İrandan çıxandan sоnra, Qacar оrdusuna qatılmışdı.1919-cu ildə Əhməd şahın qvardiyasında qulluq еtmişdi. 1919-cu ildən 1921-ci ilədək Xоrasanda, Məşhəd şəhərinin jandarmеriyasına başçılıq еtmişdi. 1921-ci ildə pоlkоvnik rütbəsi almışdı. 1921-ci ildə оrduda yüksək vəzifə tutmuşdu.
Firuzabad
Firuzabad (Göygöl)
Firuzabad (Fars)
Firuzabad- İranın Fars ostanının şəhərlərindən və Firuzabad şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,210 nəfər və 12,888 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Firuzabad (Göygöl)
Firuzabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Quşqara inzibati ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi qoyunçuluğun inkişafı ilə əlaqədar 1949-cu ildə yaranmışdır. Qəsəbəyə akademik Firuz Məlikovun (1902-65) adı verilmişdir. Memorial toponimdir.
Firuzabad (Kövsər)
Firuzabad - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 319 nəfər yaşayır (83 ailə).
Firuzabad (Luristan)
Firuzabad — İranın Luristan ostanının Silsilə şəhristanının Firuzabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,857 nəfər və 614 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Firuzabad (Pərsabad)
Firuzabad (fars. فيروزاباد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,316 nəfər yaşayır (273 ailə).
Firuzabad (Qoşaçay)
Firuzabad (fars. فيروزاباد‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,539 nəfər yaşayır (331 ailə).
Firuzabad (Qürvə)
Firuzabad (fars. فيروز آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 89 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Firuzabad (Ərdəbil)
Firuzabad (fars. فيروزاباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (18 ailə).
Firuzabad şəhristanı
Firuzabad şəhristanı (fars. شهرستان فیروزآباد‎) — İranın Fars ostanında inzibati–ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Firuzabad şəhəridir. 2011–ci il siyahıyaalınmasına əsasən şəhristanın əhalisi 30.724 ailədə 58.990 nəfəri kişilər və 60.731 nəfəri qadınlar olmaqla cəmi 119.721 nəfərdir. Şəhristan inzibati cəhətdən Mərkəz və Meymənd bəxşlərinə bölünür.Şəhristan əhalisi iki böyük sosial qrupa bölünür: elat və qeyri–elat. Elat qrupunu Qaşqayların Dərəşorlu, Şeşbəyli, Əmələ, Böyük və Kiçik Kəşküllü tayfaları, həmçinin Kohgiluyə və Boyer–Əhməd lurlarının Xacə Bozorg, Molla, Moğənni, Məvizi, Kuhmərə, Bavəriyani, Gəlehzən, Badeni, Məhdxani, Filivənd, Xocebəglu, Dərvişi, Çegini, Xəlifə, Əmini ve Əmirsalar tayfaları təşkil edir. Qeyri–elatlar isə farsdilli etnik qruplardan ibarətdir. Şəhristan əhalisinin dili qaşqayı türkcəsi, tacik və lur dilləridir. Şəhristan əhalisinin təxminən 75%-ni Qaşqay Türkləri təşkil edir.
Firuzan
Firuzan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Xəzəl bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,054 nəfər və ya 1,069 ailədən ibarət idi.
Firuziyan (Urmiya)
Firuziyan (fars. فيروزيان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 452 nəfər yaşayır (77 ailə).
Firuzkuh
Firuzkuh (Farsca: Fîrûzkûh فیروزکوه) — İranın Tehran ostanındakı Firuzkuh şəhristanının mərkəzi olan şəhər. 2016-cı il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17 500 nəfər olmuşdur. Tehranın şimal-şərqində, Əlburz dağlarının mərkəzində yerləşir. Əvvəllər Mazandaran ostanının bir hissəsi olub. == Tarixi == XII–XIII əsrlərdə Firuzkuh Qurilər (1000–1215) dövlətinin mərkəzi idi. Hərirud çayının yuxarı hissəsində yerləşirdi.
Firuzkuhi
Firuzkuhi — Əfqanıstan və İranda yaşayan aymaqların dörd önəmli qəbilələrinin birisinin adı.Digərləri Cəmşidi, Taymani və Teymuri adlanırlar.Əfqanıstanda əsasən Badğis vilayətində yaşayırlar.

Digər lüğətlərdə

атеиза́ция вчу́вствование кинофо́рум куря́тница одушевлённо расска́зывать тропле́ние автомассажёр а́либи ви́це- мирво́лить пону́рый посо́бие суста́в тролле́йбусник фотоэксперти́за anchorman anyways cam follower cenoby indiscipline porteous охотно угловатый ухитряться