FİŞƏNGQAYIRAN
FİTƏ
OBASTAN VİKİ
Fit qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Fit registeri
Fit registeri (həmçinin fit notu, fit səsi və fit notası da deyilir) modal ve falsetto registerlərinden daha incə olan, insanın çıxarda biləcəyi ən incə registerdir. Bu register digər registerlərdən fərqli olaraq xüsusi bir fizioloji xüsusiyyətə malikdir. Bu səs rənginin yaratdığı səs, fit səsinə bənzəyir. Bəzi sopranolarda, modal register istehsalı tez-tez fit registeri adlandırılır. == İstifadəsi == Populyar musiqidə fit notası klassik musiqidən daha çox müxtəlif və incə səslər çıxarmaq üçün istifadə olunur. Daha çox Mariah Carey, Minnie Riperton, və Ariana Qrande kimi qadın müğənnilər tərəfindən istifadə olunur. Bəzi kişilərdə fit notasından istifadə edə bilərlər. Wang Xiaolong, bir kişinin çıxarda biləcəyi ən incə vokal notu ilə Ginnesin Rekordlar Kitabına düşmüşdür (Mi8, 5243 Hz). Qadın müğənni Georgia Brown 2005-ci ildə Ginnesin Rekordları Kitabında indiyə qədər əldə edilmiş ən incə nota (Sol10 veya 25 kHz) çatdı, lakin 2007-ci il mahnılar buraxılışında həqiqət olduğunu sübut edən heç bir qeyd olmadığı üçün bu iddia qaldırıldı.
Fit dağı qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Google Fit
Google Fit — Android, Wear OS və iOS üçün Google tərəfindən hazırlanmış sağlamlıq izləmə platforması. Bu birdən çox proqram və cihazdan məlumatları birləşdirən tək API dəstidir. Google Fit istifadəçinin fiziki fəaliyyətlərini (məsələn, gəzinti, velosiped sürmək və s.) qeyd etmək üçün istifadəçinin fəaliyyət izləyicisindəki və ya mobil cihazındakı sensorlardan istifadə edir. Bu fəaliyyətin hərtərəfli görünüşünü təmin etmək üçün istifadəçinin qoyduğu məqsəd ilə müqayisə olunur. == Tarixi == Google Fit 25 iyun 2014-cü ildə Google I/O konfransında elan edildi. Google Fit üçün proqram təminatı tərtibat dəsti 7 avqust 2014-cü ildə yayımlandı. Fit 28 oktyabr 2014-cü ildə ictimaiyyətə təqdim edildi. 2018-ci ilin avqustunda Google Android Fit platformasına Amerika Ürək Assosiasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən müxtəlif hədəflər əlavə etdi. Güncəlləmələr Fit-ə gəzintidən başqa digər fəaliyyətlər üçün ölçüləri daha yaxşı təmin etməyə kömək etmək və istifadəçilərin idman zalına getməsini tələb etmədən ürək döyüntüsünü artıracaq fəaliyyətlərlə məşğul olmağa təşviq etmək üçün nəzərdə tutulub. 2019-cu ilin aprelində Google iOS üçün Google Fit-i elan etdi.
Discovery Fit & Health
Discovery Fit & Health Discovery Communicationsun fitness və sağlamlığa həsr olunmuş yeni televiziya kanalı. Bu kanal Discovery Health və FitTV kanallarının birləşməsi nəticəsində yaradıldı.Kanal 1 fevral 2011-ci il tarixində yayıma başlamışdır.
Əl-qanun fit-tibb
“əl-Qanun fit-Tibb (ərəb. القانون في الطب‎) — tibb tarixi ilə bağlı ən məşhur əsərlərdən biri. Əbu Əli İbn Sinanın kitabı. Şərqin böyük alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” (“Tibb qanunları”) əsərinin II cildinin əlyazması qədimliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir. Əsər hicri 537, miladi 1143-cü ildə müəllifin ölümündən 6 il sonra köçürülmüşdür. Bu mənada, əlyazmanın bu nüsxəsi ən etibarlı nüsxələrdəndir. İslam Şərqinin elm tarixinin qədimliyini sübut edən bu əlyazma YUNESKO-nun təsis etdiyi “Dünyanın yaddaşı” Proqramının siyahısına daxil edilmişdir. “Tibb qanunları” Orta əsrlərdə həm Qərb, həm də Şərqdə tibb sahəsində yazılmış ən mükəmməl, tayı-bərabərı olmayan ensiklopedik əsər sayılırdı. XII əsrdə Kremonalı Gerard (1140-1187) bu kitabı ərəb dilindən latın dilinə çevirəndən sonra, o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılmışdır. Kitab o qədər böyük şohrət qazanmışdı kı, dahi rəssam və heykəltaraş Mikelancelo onun haqqında bunları demişdi: “İbn Sinanın ardınca gedib yanılmaq, başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır”.
Ella Fitscerald
Ella Ceyn Fitscerald(ing. Ella Jane Fitzgerald; 25 aprel 1917, Nyuport-Nyus, Virciniya, ABŞ — 15 iyun 1996, Beverli-Hils, Kaliforniya, ABŞ) — amerika caz müğənnisi. == Həyatı == "Mahnıların Birinci Ledisi" - Ella Fitsceraldı belə adlandırırdılar. Onun vokalı, haqlı olaraq caz tarixində ən incə vokal hesab edilirdi, hərçənd çoxları bu baxımdan Sarah Vaughanı, yaxud Billie Holidayı də ən uca pillədə hesab edə bilər. Təbiətin geniş diapazonlu gözəl səs bəxş etdiyi Ella oxumaqda kimi desəniz üstülüyə bilərdi. O, bənzərsiz skat-müğənni idi və praktiki olaraq ideal elokvensiyaya malik idi. İnsanlar həmişə onun məhz nə oxuduğunu, onun hər bir kəlməsini başa düşürdü. Ellaya xas olan yeganə daimi və yeri gəlmişkən bir qədər kurzey xarakterli nöqsan ondan ibarət idi ki, o, hədsiz dərəcədə həyatsevər idi və mahnının mətninin tələb etdiyi kimi, hədsiz lirik tərzdə oxuya bilmirdi. Hətta "Love For Sale" kompozisiyasında da onun ifası şən və şaqraq səslənirdi. Hər halda onun karyerasını bütövlükdə qiymətləndirmək istəsək, sadəcə olaraq bu səviyyəli başqa bir müğənni yox idi.
Fitch Ratings
Fitch Ratings — reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır. == Fitch == Fitch qrupunun tərkibinə aşağıdakılar daxildir: Fitch Ratings Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb. == Mülkiyyətçilər və rəhbərlik == Fitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir). == Tarixi == Fitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb. 1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı. 1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu. 2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı. 2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi.
Fitchia
Fitchia (lat. Fitchia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Fitil (kinojurnal)
Fitil — yumoristik kinojurnal. == Haqqında == L.İ.Brejnev Bakı şəhərinə "Lenin" ordeni təqdim edərkən söylədiyi nitqində xalq təşəbbüsünün, mətbuatın, o cümlədən də "Fitil" satirik kinojurnalının tənqidi çıxışlarının nöqsanlara qarşı mübarizədə mühüm rol oynadığını göstərmişdir. Leonid Qayday 1981-1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkmişdir. == Baş redaktorları == RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Sergey Mixalkov 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.
Fitilyo
Fitilyö (fr. Fitilieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartröz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38165. Kommunanın 1999-cu il üçün əhalisi 1275 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 280 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km şimalda yerləşir.
Fitnes
Fitnes — söz mənası olaraq "Sağlam və formada olmaq"dır. Bir çox məşqə söykənən bir idmandır. Digər bütün idmanlardan fərqli olaraq təməldə əzələlərin tək-tək alətli ya da alətsiz işlədilməsiylə möhkəmləşdirilməsi və gücləndirilməsi məqsəd qoyular. Əsasən bütün idmanların təməlidir. Çünki hər idman budağında bədəndə ağırlıqlı istifadə edilən əzələ qrupları vardır. Bu əzələ qruplarına kondisyon qazandırılması üçün fitness məşqlərinə müraciət edilər. Hər məqsədin məşq proqramı bir-birindən fərqlidir. Fitness idmanında bir standartdan söz edilə bilməz. Yəni, hər yaşın, hər həyat tərzinin və bədən tipinin bir-birindən fərqli olaraq bir mütəxəssis tərəfindən izlənilən iş şəkli olmalıdır. 16 yaşında bu İdmana başlaya bilərsiniz.
Fitnə
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir. Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur." "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır." Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs." Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar." Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
Fitnə-fəsad

Fitnə (dəqiqləşdirmə)
Fitnəkarlıq Fitnə (film, 1970) — 1970-ci ildə Azərbaycanda istehsal olunmuş cizgi filmi. Fitnə (film, 2016) — 2016-cı ildə Azərbaycanda istehsal olunmuş və dini radikalizmə qarşı mübarizədən bəhs edən sənədli film.
Fitnə (film, 1970)
Fitnə — 1970-ci ildə Azərbaycanda istehsal olunmuş cizgi filmi. == Məzmun == İnsan əlinin zəhməti və iradəsi hesabına ən çətin, hətta ağlasığmaz işlərin də öhdəsindən gələ bilər. Filmin təlqin etdiyi fikir budur. Nağılın qəhrəmanı gözəl Fitnə xalq arasından çıxmış bir qızdır. O, şaha və onun əyanlarına öz üstünlüyünü sübut edir, şahın məhəbbət və hörmətini qazanır. Film Orta əsr Azərbaycan miniatür sənəti üslubundadır. == Film haqqında == Film dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmişdir. Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Ağanağı Axundov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Aqşin Əlizadə Operator: Aleksandr Milov Səs operatoru: Əziz Şeyxov Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Nazim Məmmədov Fon rəssamı: R.Ələkbərov, Elçin Axundov Rejissor assistenti: F.Əfəndiyev Operator assistenti: Ramiz Babayev Montaj üzrə assistent: Lidiya Vyalsova Mətni Oxuyan: Konstantin Artyomov Redaktor: İntiqam Qasımzadə Filmin direktoru: İbrahim Səfərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Fitnə (film, 2016)
Fitnə — 2016-cı ildə Azərbaycanda istehsal olunmuş və dini radikalizmə qarşı mübarizədən bəhs edən sənədli film. == Məzmunu == Film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir. Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadir Bədəlov Quruluşçu rejissor: Böyükağa Məmmədov Quruluşçu operator: Samir Həsənov Rejissor: Günel Sayılova Operator: Rəşad Qurbanov Səs rejissoru: Azər Əsgərov Montaj rejissoru: Fariz Əliyev Kompüter qrafikası: Elmar Behbudov Redaktor: Zenfira Bədəlova İcraçı prodüser: Ramil Baba Prodüser: Mircabbar Babayev Mətni oxuyan: Məmməd Səfa Məsləhətçilər: Səyavuş Heydərov, Gündüz İsmayılov; Ekspert: Elman Nəsirovdur; == İlk baxış və təqdimatı == 2016-cı il mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında filmə baxış, 19 mayda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində filmin nümayişi və 25 mayda isə Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir.
Fitnə törətmək
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir. Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur." "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır." Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs." Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar." Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
Fitnəkarlıq

Fitobentos
Fitobentos — bitki və bentos deməkdir. Bitki bentosu — su hövzələrini dibində həmçinin dibdə yerləşən əşyaların üzərində olan bitkilərin məcmusudur == Ümumi məlumat == Fitobentosa çiçəkli bitkilər, az miqdarda ayıdöşənəyikimilər, mamırlar, göbələklər və yosunlar daxildir. Dərin olmayan saf su hövzələrində fitobentos bütün dic hissəni, dərin və ya saf olmayan su hövzələrində isə dayaz yerləri tutur. Fitobentosun tərkibi suyun axar vəziyyətindən, temperaturundan, saflığından və digər faktorlarda asılıdır. Fitobentosin bir sıra nümayəndələrinsən sənaye üçün xammal (məs. yod istehsalında) həmçinin qida mənbəyi (dəniz kələmi) kimi istifadə olunur.
Fitofaq
Fitofaq — bitki yeyən heyvanlar. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Fitofaqlar
Fitofaqlar (müvafiq olaraq "bitki" və "yemək" mənasın verən q.yun. φῠτόν və φαγεῖν sözlərindən yaranıb) — heyvanların bitkilərlə qidalanması Bura əsasən daxildir: dırnaqlılar, gəmiricilər, çoxlu cücülər, o cümlədən karpofaqlar (meyvəni yeyir), ksilofaqlar (oduncağı) rizofaqlar (kök sistemini, kökümsovu, soğanağı), mikofaqlar (məs. gənələrin sürfələrini, göbələklərin qiflərini yeyir). Bitki ilə qidalanan onurğalıların çoxu (məs. gəmiricilər, dənyeyən quşlar) heyvan mənşəli qidaları, onurğasızları da yeyirlər.
Fitogeosfer
Fitogeosfer — Landşaft təbəqəsində canlı orqanizmin əsasən bitkilərin daha artıq toplandığı təbəqəyə deyilir. Fitogeosfer dedikdə bütün bitki örtüyü və heyvanlar aləmi, habelə həyat olan (bərk,maye və qaz) mühit nəzərdə tutulur. Fitogeosferin qalınlığı quruda bir neçə on metr,dənizlərdə və okeanlarda isə 100–350m-ə qədərdir.
Fitoiqlim
Fitoiqlim — bitki örtüyünün yaratdığı iqlim. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Fitolakka
Fitomeliorasiya
Fitomeliorasiya - bitki qruplaşmalarının istifadəsinin nizama salmaq, həmçinin meşə zolaqlarının, ot səpinlərinin yaradılması və s.yolu ilə təbii şəraitin yaxşılaşdırılması üzrə tədbirlər sisteminin keçirilməsi. Fitomeliorasiyanı aşağıdakı sahələrə ayrılır: humanitar fitomeliorasiya (insanın fiziki və mənəvi vəziyyəti üçün mühitin sağlamlaşdırılması), təbiəti qorumaqla (biosenozların saxlanılmaq və yaxçılaşdırmaq), bioməhsuldar (məhsulun kəmiyyətını artırmaq) və mühəndis (yol və hidrotexniki) qurğuların istismar şəraitinin yaxşılaşdırılması.
Fitomonadlar dəstəsi
Fitomonadlar dəstəsi (lat. Phyto – monadida ) — Qamçılılar sinfinə aid olan dəstə. == Haqqında == Fitomonadlar iki qamçılı yaşıl qamçılılardır. Onlar autotrof orqanizmlərdir. Böyük əksəriyyəti volvokskimilər fəsiləsində (Volvocidae) birləşərək koloniya şəklində rast gəlinir. Koloniya lövhəşəkilli, şarşəkilli formada ola bilər. Bu fəsilənin ayrı-ayrı koloniyalarında ölçüsü və fərdlərinin sayı müxtəlif olur. Ən sadə quruluşlu koloniya yastı lövhəşəkilli qonium koloniyasıdır. Bu koloniyada fərdlərin sayı 4–16 ədəd olub, tamamilə eyni fərdlərdən ibarətdir və bütün hüceyrələr bir cərgədə düzülərək lövhə şəklindədir. Hər bir fərd koloniyadan ayrılaraq bölünmə vasitəsilə qeyri-cinsi yolla coxalıb yeni koloniya əmələ gətirə bilir.
Fizuli Hüseynov (həkim-fitoterapevt)

Digər lüğətlərdə