Fitoplankton
Fitoplankton — su qatlarında yaşayan, ibtidai bitkilər — yaşıl, göy-yaşıl, qamçılı, diatom və b. yosunlar.
== Haqqında ==
Fitoplankton suyun işıqlanan üst qatında yaşayan yosunların məcmusu. Fitoplankton müxtəlif sistematik mənşəli birhüceyrəli yosunlardan (qızılı-sarı, peridinlər, diatomea, yaşıl, müxtəlifqamçılılar, evqlenlər və b.) ibarətdir. İntensiv inkişafı işığın gücündən və suda həll olmuş qida maddələrinin zənginliyindən asılıdır. Əlverişli şərait olduqda yosunların bəzi növləri sürətlə çoxalır və suyun yosunla örtülməsi müşahidə edilir. Fitoplankton okeanın qida zəncirində ilk həlqədir. Çox vaxt okeanlarda biogen çöküntütoplanma prosesləri fitoplankton paylanması ilə müəyyən olunur. Çöküntülərdə hüceyrələrin bərk hissələri (karbonatlı kokkolitinlər, silikoflagellər və silisiumlu diatomealar, bəzən peridinlərin üzvi qılafı) mühafizə olunur.
== İstinadlar ==
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti.