fiziki qüvvə

İnsan əzələlərinin gərilməsi nəticəsində yaranan güc vasitəsi ilə mexaniki təsir göstərmək qabiliyyəti

fiziki çatışmazlıq
fiziki şəxs
OBASTAN VİKİ
Qüvvə (fiziki kəmiyyət)
Qüvvə — cismi hərəkətə gətirən və onu təcilləndirmə təsirinə malik vektorial fiziki kəmiyyətdir. Qüvvənin təcili - F=ma Qüvvə - cisimlər və zərrəciklər arasındaki qarşılıqlı təsirin miqdari ölçüsüdür. Ölçü vahidi BS-də 1N (Nyuton) götürülür. Nyuton - kütləsi 1 kq olan cismə 1m/san2 təcil verən qüvvəyə deyilir. Qüvvə cismin sürətini dəyişmək üçün yəni, təcil alması üçün lazmdır. Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, onun kütləsi ilə tərs mütənasib olub, bu qüvvə istiqamətində yönəlmişdir: a=F/m. Buradan F=ma. Qüvvə vektorial kəmiyyətdir. Superqüvvə-dörd fundamental qarşılıqlı təsiri (1.qravitasiya; 2.elektromaqnit; 3.nüvə (güclü); 4.zəif qarşılıqlı təsirlər) özündə birləşdirən,kainatı yaradan ,formalaşdıran qüvvədir.Makroaləmdə bu qüvvələrdən yalnız ikisi- gravitasiya və elektromaqnit qarşılıqlı təsirlər özlərini büruza verirlər. Qüvvələrin hamısı mənşəcə bu qarşılıqlı təsir növlərinə aiddir.
Daşıyıcı qüvvə
Daşıyıcı qüvvə, axışqanlar mexanikasında bir aerofoil boyunca axışqanın əmələ gətirdiyi səthi qüvvələrin nəticəsidir. Daşıma qüvvəsi, bir flüid daxilində yer alan cismə flüid tərəfindən tətbiq edilən bütün hidromexanika qüvvələrinin cəmidir. Bu qüvvənin istiqaməti flüidin daxilindəki cismin hərəkət xəttinə doğru düz bucaq yaradır.
Elastiki qüvvə
Elastiki qüvvə — deformasiya zamanı yaranan qüvvə. Qüvvənin növündən asılı olaraq cismə tətbiq olunan qüvvə ona təcil verir, yaxud cismi deformasiyaya uğradır (ölçü və formanı dəyişdirir). Qüvvənin təsiri ilə baş verən deformasiyaya nəzər salaq. Qüvvənin təsiri kəsildikdən sonra cismin ilk ölçüsünün və formasının bərpa olunma dərəcəsinə görə iki növ deformasiyaya rast gəlinir. Təsir kəsildikdən sonra cisim tamamilə ilk ölçü və formasını alırsa, baş vermiş deformasiya elastiki deformasiya adlanır. Təcrübi faktlarla müəyyən olunmuşdur ki, elastiki deformasiya cismin fərdi xüsusiyyətindən asılı olmaqla yanaşı təsir edən qüvvənin müəyyən qiymətləri intervalında baş verir. Qüvvənin müəyyən qiymətindən sonra təsirin kəsilməsinə baxmayaraq cisim tam mənada ilk hala qayıda bilmir. Elə maddələr vardır ki, onlarda hətta çox kiçik qüvvənin təsiri ilə meydana gələn deformasiya təsir kəsildikdən sonra bərpa olunmur. Bu növ deformasiyalar plastik deformasiya adlanır. Plastik deformasiyanı yaradan qüvvənin ən kiçik qiyməti (yaxud, elastiki deformasiyanı yaradan qüvvənin mümkün olan ən böyük qiyməti) müxtəlif cisimlər üçün müxtəlifdir.
Fövqəltəbii qüvvə
Fövqəltəbii qüvvələr — varlığı isbat olunmayan, dini, mifoloji, əfsanəvi mahiyyət kəsb edən anlayışlar. Tanrı, ruh, tale, cin, şeytan, mələk, təpəgöz, pəri və s. fövqəltəbii qüvvələrə misal ola bilər. Bu qüvvələr və ya varlıqlar elmə məlum deyil, aşkarlanması isbat olunmayıb və təbii hesab olunmur.
Konservativ qüvvə
Konservativ qüvvə — görülən işi cismin hərəkət trayektoriyasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvəyə deyilir. Məs: Ağırlıq qüvvəsi, Elastiklik qüvvəsi və s.Qeyri-konservativ qüvvə — Görülən işi cismin hərəkət trayektoriyasından asılı olan qüvvə qeyri-konservativ qüvvə adlanır. Məs. sürtünmə qüvvəsi və s. Konservativ qüvvələr sonrakı xassələrə malikdir: Konservativ qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı deyil. Qapalı trayektoriya boyunca hərəkət edən cismə təsir edən konservativ qüvvələrin işi sıfıra bərabərdir: A = 0. Konservativ qüvvələrin işi cismin başlanğıc və son vəziyyətlərindən asılıdır. Əgər cismə konservativ qüvvə təsir edirsə, onda cisim potensial enerjiyə malikdir. Ağırlıq, elastiklik və eletrostatik qüvvələr konservativdir.
Mərkəzi qüvvə
Klassik mexanikada cismə təsir göstərən mərkəzi qüvvə, qüvvə mərkəzi tərəfindən cismi cəzb və ya itələmə xarakteri daşıyan qüvvədir. F → = F ( r ) = | F ( r ) | r ^ {\displaystyle {\vec {F}}=\mathbf {F} (\mathbf {r} )=\left\vert F(\mathbf {r} )\right\vert {\hat {\mathbf {r} }}} Burada F → {\textstyle {\vec {F}}} qüvvədir, F vektor qiymətli qüvvə funksiyası, F skalyar qiymətli qüvvə funksiyası, r radius vektoru, ||r|| onun modulu və r ^ = r / ‖ r ‖ {\textstyle {\hat {\mathbf {r} }}=\mathbf {r} /\|\mathbf {r} \|} radius vektoruna uyğun vahid vektordur. Bütün mərkəzi qüvvə sahələri konservativ və ya sferik simmetrik deyil. Bununla belə, mərkəzi qüvvə yalnız və yalnız sferik simmetrik və ya fırlanma ilə invariant qalırsa, konservativdir. == Xüsusiyyətləri == Konservativ olan mərkəzi qüvvələr həmişə potensial enerjinin mənfi qradiyenti olaraq ifadə edilə bilər:- F ( r ) = − ∇ V ( r ) , hansı ki, V ( r ) = ∫ | r | + ∞ F ( r ) d r {\displaystyle \mathbf {F} (\mathbf {r} )=-\mathbf {\nabla } V(\mathbf {r} ){\text{, hansı ki, }}V(\mathbf {r} )=\int _{|\mathbf {r} |}^{+\infty }F(r)\,\mathrm {d} r} (inteqralın yuxarı sərhəddi ixtiyaridir, çünki potensiala sabit əlavə etmək və ya çıxartmaq qüvvəni dəyişdirmir.) Konservativ sahədə ümumi mexaniki enerji (kinetik və potensial) qorunur: E = 1 2 m | r ˙ | 2 + 1 2 I | w | 2 + V ( r ) = constant {\displaystyle E={\frac {1}{2}}m|\mathbf {\dot {r}} |^{2}+{\frac {1}{2}}I|\mathbf {w} |^{2}+V(\mathbf {r} )={\text{constant}}} (burada ṙ radius vektorunun zamana görə törəməsidir yəni cismin sürətidir, 'I' həmin cismin ətalət momentini, 'w' isə bucaq sürətini ifadə edir) və mərkəzi qüvvə sahəsində impuls momenti də qorunur: L = r × m r ˙ = constant {\displaystyle \mathbf {L} =\mathbf {r} \times m\mathbf {\dot {r}} ={\text{constant}}} Çünki qüvvənin verdiyi fırlanma momenti sıfırdır. Nəticədə, cisim impuls vektoruna perpendikulyar olan, mərkəz ehtiva edən müstəvidə hərəkət edir və Keplerin ikinci qanununa tabe olur. İstənilən mərkəzi qüvvənin təsiri altında hərəkət edən cismin Keplerin ikinci qanununa tabe olduğunu da göstərmək olar. Bununla belə, birinci və üçüncü qanunlar Nyutonun ümumdünya cazibə qanununun tərs-kvadratik təbiətindən asılıdır və digər mərkəzi qüvvələr üçün ümumiyyətlə keçərli deyil. Konservativ olmanın nəticəsi olaraq, bu xüsusi mərkəzi qüvvə sahələri irrotasionaldır, yəni başlanğıcdan başqa onun rotatoru sıfırdır. ∇ × F ( r ) = 0 .
Qaldırıcı qüvvə
Qaldırıcı qüvvə aşağıdakı mənalarda işlədilə bilər:
Çəki (qüvvə)
Çəki — cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsi. Ədədi qiymətcə cismin ağırlıq qüvvəsinə bərabərdir: P=mg (m — cismin kütləsi, g — sərbəstdüşmə təcilidir). Cismin çəkisi qütblərdə ən böyük, ekvatorda isə ən kiçikdir, qütblərdən ekvatora getdikcə və Yer səthindən uzaqlaşdıqca cismin çəkisi azalır. Cəki dayağa və ya asqıya təsir edən qüvvə olduğündan onu yaylı tərəzi (dinamometr) vasitəsilə ölçmək olar. Çəki N, kQ və s. qüvvə vahidləri ilə ölçülür. Cisim şaquli yuxarı yönəlmiş a təcili ilə hərəkət edərsə onun çəkisi artar və P=m(g+a) olar. Əlavə yüklənmə – cismin çəkisinin onun ağırlıq qüvvəsinə olan nisbətinə deyilir, n=P\mg=m(g+a)\mg=1+a\g. Məsələn, kosmik uçuşa start götürdükdə kosmanavtlar əlavə yüklənməyə məruz qalırlar. Cisim aşağı yönəlmiş a təcili ilə hərəkət etdikdə isə çəki P=m(g-a) düsturu ilə hesablanar və azalar.
Fiziki antropologiya
İnsanı fərqli aspektlərdən öyrənən Antropologiya elminin bir sahəsidə fiziki antropologiyadır. Fiziki antropologiya adından da göründüyü kimi insanın fiziki quruluşunu və onun müxtəlifliklərini öyrənən bioloji elm sahəsidir. XX əsrin 60-cı illərində yaşamış sovet dövrünün ən böyük antropoloqlarından olan Roqinski və Levin yazırlar: “Təbiətşünaslığın bu sahəsi (o zaman təbiətşünaslğın bir sahəsi hesab olunurdu) insanı və onun irqlərinin mənşəyini eyni zamanda təkamülünün fiziki təşkilatını öyrənir.” Məhdud çərçivə daxilində uzun müddət qalan fiziki antropologiya son dövrlərdə sərhədsiz elmi tədqiqatlar həyata keçirir. Bunun əsas sabəbi Fiziki antropologiyanın Antropologiya daxilində ayrıca bir bölmə şəklində öyrənilməsi olmuşdu. Bundan başqa paleoantropoloji tədqiqatlar bu sahəni inkişaf etdirmişdi. İnsan meydana gəldiyi andan etibarən bu günə qədər onun fiziki quruluşunda ciddi dəyişikliklər baş vermişdi. Nəticədə zamanla insanlar arasında bioloji fərqliliklər meydana çıxmışdır. Bu bioloji fərqliliklər antropologiyada “antropoloji əlamət” adlanır. Tərifini versək: “Antropoloji əlamət - İnsan orqanizminin hər hansı bioloji xüsusiyətinin konkret ifadəsidir. Bu əlamətlərə fasiləsiz dəyişən müxtəlif variasiyalar daxildir.
Fiziki coğrafiya
Fiziki coğrafiya — Yerin coğrafi qatı və onun struktur hissələri haqqında elm. Əsasən, yerşünaslıq və landşaftşünaslıq hissələrinə bölünür. Bundan əlavə F.c.-ya paleocoğrafiya da aid edilir. Fiziki coğrafiya elmləri qrupuna təbii mühitin ayrı-ayrı komponentlərini öyrənən elmlər – geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, qlyasiologiya, geokriologiya, torpaq coğrafiyası, biocoğrafiya daxildir. Fiziki coğrafiyanın əsas vəzifələri Yerin qatları arasındakı enerji və kütlə mübadiləsini, həmin qatların struktur dəyişkənliyini, rütubət dövranını, bioloji məhsuldarlığını, təbii-ərazi komplekslərini və onlardan səmərəli istifadə yollarını və s. öyrənməkdən ibarətdir.
Fiziki hadisələr
Fiziki hadisələr - bir maddənin digər maddəyə çevrilməsi ilə nəticələnməyən hadisələr, başqa sözlə, maddə tərkibinin dəyişməsinə səbəb olmayan hadisələrdir. == Ümumi məlumat == Cisimlərin daxilində, xaricində, onların iştirakı ilə baş verən hadisələr fiziki hadisələrdir. Fiziki hadisələr zamanı maddənin aqreqat halı, forması və s. dəyişir. Suyun donması, buzun əriməsi, mayenin buxarlanması, metalların döyülərək müxtəlif formalara salınması, neftin fraksiyalara ayrılması, qarışıqların süzmə, buxarlandırma, distillə, çökdürmə, kristallaşma, maqnitlə və xromatoqrafiya üsulu ilə ayrılması və s. fiziki hadisələrdir. == Fiziki hadisələrin növləri == Fiziki hadisələr 7 qrupa bölünür: mexaniki işıq elektrik maqnit səs istilik atom === Mexaniki hadisələr === Mexaniki hadisələr cisimlərin bir-birinə nəzərən zamanı baş verir. Yelləncəyin hərəkəti, təyyarənin uçuşu, Yerin Günəş ətrafında hərəkəti və s. buna misal ola bilər. === İşıq === İşıq hadisələri işıq şüalarının təsiri ilə baş verən hadisələrdir.
Fiziki kimya
Fiziki kimya — Fizika və Kimyaya aid bütün ümumi qanunları öyrənir. Fiziki kimyada kimyəvi təsirləri öyrənən zaman kimya və fizikanın həm nəzəri, həm də eksperimental metodlarından istifadə edilir. Fiziki kimya elmi kimyəvi proseslərin mahiyyətini öyrənir. Kimyəvi reaksiyalar fiziki proseslərlə - istilikkeçirmə, istiliyin udulması və ya ayrılması, işığın udulması və şüalanması, elektrik hadisələri, həcmin dəyişməsi və s. ilə əlaqədardır. Məsələn, hər-hansı bir kimyəvi reaksiyada sistemi əmələ gətirən maddə molekullarının qarşılıqlı təsiri nəticəsində xarici mühitə enerji verilir və ya xaricdən enerji udulur. Buxarlanma və sublimasiya proseslərində, eləcə də, müxtəlif parçalanma reaksiyalarında maddənin temperaturunun artması molekul hissəciklərinin intensivləşməsinə və beləliklə də, molekulda atomlar arasındakı kimyəvi rabitənin zəifləməsinə və nəhayət onların parçalanmasına səbəb olur. Qalvanik elementlərdə elektrodlarda gedən oksidləşmə-reduksiya prosesləri elektrik cərəyanının əmələ gəlməsinə səbəb olur. Yüksək temperaturlarda bərk maddələrin səthində adsorbsiya və desorbsiya prosesləri nəticəsində hidrogenləşmə, dehidrogenləşmə, izomerləşmə, polimerləşmə və s. reaksiyalar gedir.
Fiziki kəmiyyət
Fiziki kəmiyyət — hər hansı bir fiziki hadisə və ya cismin kəmiyyətcə xarakteristikası. Hər bir fiziki kəmiyyətin öz adı, işarəsi, vahidləri, simvolu və s. vardır. Uzunluq, həcm, zaman, sürət, qüvvə, temperatur, tutum, kütlə və s. bunlara aiddir.
Fiziki məşq
Fiziki məşq — fiziki hazırlığı və ümumi sağlamlığı, rifahı gücləndirən və qoruyan hər hansı bədən fəaliyyətidir.Bu, böyüməyə kömək etmək və gücü artırmaq, qocalmanın qarşısını almaq, əzələləri və ürək-damar sistemini inkişaf etdirmək, atletik bacarıqları inkişaf etdirmək, arıqlamaq və ya pəhriz saxlamaq, sağlamlığı yaxşılaşdırmaq və ya sadəcə həzz almaq üçün müxtəlif səbəblərdən həyata keçirilir. Bir çox fərdlər qrup halında toplaşa, ictimailəşə və rifahı və psixi sağlamlığı yaxşılaşdıra biləcəkləri açıq havada məşq etməyi seçirlər.Sağlamlıq faydaları baxımından tövsiyə olunan məşq miqdarı məqsədə, məşq növünə və insanın yaşından asılıdır. Hətta az miqdarda məşq etmək heç etməməkdən də daha faydalıdır. == Təsnifat == Fiziki məşqlər insan orqanizminə ümumi təsirindən asılı olaraq ümumiyyətlə üç növə bölünür: Aerobik məşq böyük əzələ qruplarından istifadə edən və bədənin istirahət zamanı olduğundan daha çox oksigen istifadə etməsinə səbəb olan hər hansı fiziki fəaliyyətdir. Aerobik məşqlərin məqsədi ürək-damar dayanıqlığını artırmaqdır. Aerobik məşqlərə misal olaraq qaçış, velosiped sürmə, üzgüçülük, sürətli yerimə, iplə atlama, avarçəkmə, yürüyüş, rəqs, tennis, davamlı məşq və uzun məsafəyə qaçış daxildir. Güc və müqavimət məşqlərini özündə birləşdirən anaerob məşq əzələ kütləsini möhkəmlədə, gücləndirə və artıra, həmçinin sümük sıxlığını, tarazlığı və koordinasiyanı yaxşılaşdıra bilər. Güc məşqlərinə misal olaraq push-up, pull-up, lunges, squats, bench press daxildir. Anaerob məşqlərə həmçinin qısamüddətli əzələ gücünü artıran çəki təhsili, funksional məşq, ekssentrik məşq, interval təlimi, sprinting və yüksək intensivlikli interval məşqləri daxildir. Elastik bədən məşqləri əzələləri dartır və uzadır.
Fiziki optika
Fiziki optika və ya dalğa optikası — həndəsi optikanının çərçivəsinə daxil olmayan optik hadisələri öyrənən optikanın bölmələrindən biridir. Bu hadisələrə difraksiya, işığın interferensiyası, polyarlaşma effekti və s. bu kimi hadisələr daxildir. == Fiziki optika aproksimasiyası == İşığın yayılmasının dalğa xarakteri hələ 17-ci əsrin 2- ci yarısında X. Hüygens tərəfindən müəyyən edilmişdir. İşığın interferensiyasını, difraksiyasını və polyarizasiyasını yalnız müşahidə etmək yox, həm də izah etməyə imkan verən (həndəsi optika bu hadisələri izah edə bilmir) təcrübələr aparan T.Yunq, O. Fre nel və D. Araqonun tədqiqatlarında Dalğa optikası əhəmiyyətli dərəcədə inkişaf etdirilmiş dir. Dalğa optikası müxtəlif mühitlərdə işığın yayılmasını, iki mühiti ayıran sərhəddə işığın əks etməsini (qayıtmasını) və sınmasını, işığın maddədə dispersiyasını, səpilməsini və başqa hadisələri öyrənir. Elektromaqnit sahəsini təsvir edən işıq dalğaları klassik elektrodinamikanın ümumi tənlikləri ilə ifadə olunur. Bu tənliklər dielektik və maqnit nüfuzluğu kəmiyyətlərini mad - dənin molekul yar quruluşu və xassələri ilə əlaqələndirən kvant mexanikasının tənlikləri ilə tamamlanır. Belə yaxınlaşma Dalğa optikası hadisələrini müxtəlif mühitlərdə öyrənməyə imkan verir. İşıq dalğalarının hərəkət edən mühitlərdə və həmçinin güclü qravitasiya sahələrindəki xüsusiyyətləri xüsusi və ümumi nisbilik nəzəriyyəsi ilə izah edilir.
Fiziki sabitlər
Fiziki sabitlər — çoxdur və onlardan çox rastlaşdıqlarımız bunlardır: Sərbəstdüşmə təcili - Yerin səthi yaxınlığında və orta coğrafi enlikdə cisimlərin havasız fəzada düşmə təcilidir,g ilə işarə olunur və g=9,81m/san2-dır.Bu kəmiyyət cismin kütləsindən asılı deyil və bəzən qravitasiya sahəsinin intensivliyi adlanır. Qravitasiya sabiti - ədədi qiymətcə kütlələri 1kq, aralarındakı mısafə 1m ollan iki bircins kürə arasındakı qravitasiya qüvvəsinə bərabər olan sabitdir,G ilə işarə olunur və G=6,67·10-11Nm2/kq2Habbl sabiti-bir-birindən 1Mpk(meqaparsek)məsafədə olan qalaktikaların vir-birindən uzaqlaşma sürətinə bərabər olan sabitdir,H ilə işarə olunur və H=75 km/Mpk·san. Avoqadro sabiti - bütün maddələrin 1mol-dakı molekulların sayidir, NAilə işarə olunur və NA=6,02·1023mol-1-dir. Bolsman sabiti - ideal qazın temperaturu 1K artanda bir molekulun enerji artımına uyğun gələn enerjidir,k ilə işarə olunur və k=1,38·10-23C/K. Universal qaz sabiti-1mol ideal qazın temperaturunu 1K yüksəltdikdə onun daxili enerjisinin artımına uyğun olan enerjidir, R ilə işarə olunur və R=8,31 C/mol·K Kulon sabiti - yükləri 1Kl aralarındakı məsafə im olan iki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsinə bərabər olan sabitdir,k ilə işarə olunur və k=9·109N·m2/Kl2. Elektrik sabiti - ε0=8,85·10-12Kl2/N·m2/ Elementar yük - təbiətdə rast gəlinən ən kiçik elektrik yükünün moduludur,e ilə işarə olunur və e=1,6·10-19Kl. Elektronun xüsusi yükü - elektronun yükününmodulunun kütləsinə olan nisbətidir və e/m=1011Kl/kq. Faradey sabiti - elektroliz zamanı elektrod üzərində 1 qram ekvivalent maddə ayrılması üçün elektrolitdən keçən yükdür və F=96500Kl/mol. İşıq sürəti - İşığın vakuumda 1san-də getdiyi yoldur və c=3·108m/san. Plank sabiti - h=6,63·10-34C·san. Ridberq sabiti - R≈1,097373143·107m-1.
Fiziki təhlükəsizlik
Fiziki təhlükəsizlik, obyektlərə, avadanlıqlara və mənbələrə icazəsiz girişin qarşısını almaq, işçiləri və əmlakı zərər və ziyanlardan (casusluq, oğurluq və ya terror hücumları) qorumaq üçün hazırlanmış təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Fiziki təhlükəsizlik, qapalı dövrə televiziya nəzarəti, xüsusi təhlükəsizlik işçisi, qoruyucu baryerlər, kilidlər, giriş nəzarəti protokolları və bir çox digər texnika daxil olmaqla bir çox əlaqəli sistem təbəqəsinin istifadəsini əhatə edir. == Ümumi baxış == Qorunan obyektlər üçün fiziki təhlükəsizlik sistemləri ümumiyyətlə aşağıdakıları nəzərdə tutur: potensial müdaxilələrin qarşısını almaq (məs. xəbərdaredici nişanlar və ətraf mühit nişanları); müdaxilə edənləri aşkar etmək və onları izləmək/qeyd etmək (məsələn, dəvətsiz qonaqların xəbərdarlığı siqnalları və CCTV sistemləri); müvafiq hadisələrə cavabların hazırlanması (məsələn, təhlükəsizlik işçiləri və polis tərəfindən).
Fiziki şəxs
Fiziki şəxs (ing. natural person) – özəl və ya ictimai (məsələn hökumət) təşkilat ola bilən hüquqi şəxsin daha geniş kateqoriyasından fərqlənən fərdi insan olan şəxs. Tarixən insandan çox köləliyin mövcud olduğu bəzi yurisdiksiyalarda insan mütləq fiziki şəxs hesab edilmirdi. == Azərbaycanda == Rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.
Hindistan fiziki
Hindistan (hind भारत, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind भारत गणराज्य, ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma ilə, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə ikinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. == Adın etimologiyası == Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur. Qədim yunanlar isə hindliləri İndoi olaraq adlandırmışdır.
Hicaz Qüvvə-i səfəri
Hicaz Qüvvə-i səfəri və ya Hicaz səfəri qüvvələri — Osmanlı ordusuna bağlı olaraq qurulan səfər ordusu. Ordu komandanlığı rütbəsindəki hərbçi komandanlığını edirdi. I Dünya müharibəsində Mədinə mühasirəsindən əvvəl Mədinədə qurulmuşdur.Fəxrəddin paşa 17 iyul 1916 tarixində Hicaz səfəri qüvvələrinin komandanı olaraq təyin edilmişdir. Bu ordunun əsas qüvvəsi Mədinə qarnizonu idi. 1916-cı ilin payızında bu orduda 14 min döyüşçü var idi.
Əfsanəvi qüvvə (film, 1978)
== Məzmun == Film kənd təsərrüfatının səmərəliliyini artırmaq haqqında Azərbaycan KP MK-nın iyul plenumu qərarlarının həyata keçirilməsi barədədir. Kinolentdə Sumqayıt Superfosfat Zavodunun respublikanın tarlalarına "əfsanəvi qüvvə"yə malik gübrə göndərməsi, bunun nəticəsində kənd təsərrüfatında məhsuldarlığın artması haqqında danışılır.
Cənubi Amerika fiziki
Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi və s. Olmaqla == Coğrafi mövqeyi == Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır.Şimali Amerika ilə quru əlaqəsi əvvəllər mövcud olmamışdır. Bu əlaqə yalnız Kordilyer dağlarının yarandığı vaxt litosfer tavalarının sərhəddində qalxma prosesi nəticəsində meydana gəlmişdir. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur, yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu Torpaq adasını materikdən ayırır.Materikdə ən hündür dağ gölü olan Titikaka yerləşir Cənubi Amerika Amerika qitəsində ABŞ-dən cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir. Region əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid olan ispan (62%), portuqal (34%) və fransız dillərində danışır. Buna görə də region Latın Amerikası adlandırılır.
Kütlə (fiziki kəmiyyət)
Kütlə - fiziki kəmiyyət olub, cismin ağırlıq qüvvəsi qazandıran, həmçinin onun ətalətliyini pozmağa çalışan qüvvəyə qarşı göstərdiyi müqavimət üçün ölçü kəmiyyətdir. Fizikaya Nyuton tərəfindən daxil edilmişdir[istinad bildirilməli]. Kiloqram etalonu Fransanın Sevr şəhərində saxlanılır. Müasir fizikada kütlə anlayışı altında obyektin iki xassəsi başa düşülür: Nyutonun ikinci qanununda təsvir olunan, cismin ətalətliyini xarakterizə edən ətalət kütləsi. Eyni qüvvənin təsiri altında olan iki cisimdən kütləsi kiçik olanı daha çox təcil qazanır. Kütlənin qiyməti ona təsir edən qüvvə və zamandan, eyni zamanda cismin yerləşdiyi fəzadan asılı deyil. Qravitasiya kütləsi cismin yaratdığı qravitasiya sahəsini və ya digər cisimlər tərəfindən yaranan qravitasiya sahəsində qazandığı ağırlıq qüvvəsini xarakterizə edən kəmiyyətdir.Ümumi Nisbilik Nəzəriyyəsinin əsasını təşkil edən Eynşteynin ekvivalentlik prinsipi cismin ətalət kütləsi ilə qravitasiya kütləsinin bir-birinə ekvivalent olmasını ortaya qoyur. Belə ki, hər zaman m q = m ə {\displaystyle m_{q}=m_{\text{ə}}} şərti ödənilir.
Qərbi Rusiya fiziki
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Vahid (fiziki kəmiyyət)
Vahid (ing. unit) — fiziki kəmiyyətlərin hesablanmasında, ifadə edilməsində və eyni cinsdən olan kəmiyyətlərin bir-biri ilə qarşılaşdırılmasında istifadə edilən beynəlxalq standart böyükləridir. Beynəlxalq vahidlər sistemində əsas vahidlər; kütlə Kiloqram, uzunluq Metr, zaman Saniyə, istilik Kelvin, elektrik cərəyanı şiddəti Amper, işıq şiddəti Kandela və maddə miqdarı Mol vahidləri ilə ifadə olunur.
изра́ненный кри́тик логи́ст перемости́ть поддува́ть промы́вщик сверхбалло́н стра́ус уранини́т хлороформи́ровать штамм спелеологи́ческий умиря́ть футбо́лка варжа липнуть A-1 according headliner junked up minded non-coherent виндсерфинг выворачиваться молодец