FLAG
FLAG DAY
OBASTAN VİKİ
Black Flag
Black Flag ([blæk flæg], azərb. qara bayraq‎) — 1976–1986 cı illər aralığında fəaliyyət göstərən Kaliforniyalı Hardakor pank qrup. İlk adı "Panic" olub. Kollektivin heyəti bütün fəaliyyət göstərdiyi illər boyu dəyişib, yeganə daimi üzvü gitarist Qreq Qrin olub.Yeni Hardkor pank mədəni-musiqili yön yaradaraq, çağdaş pank mədəniyyətinə böyük təsir göstəriblər. Meynstrim kommersiya musiqisinə, yəni böyük leybllar, prodüserlər tərəfindən dəstəklənən, tanınmış jurnallarda çap olunan ifaçılara əks olaraq Black Flag bundan imtina etdi və yeni DIY (do it yourself, "özün elə") pank submədəniyyətini, və, onların vinillərini buraxmaqda imtina alandan sonra, öz leyblları olan "SST Records" u yaratdılar. Musiqiçilər tam bağsız, heç bir musiqi şirkətindən asılı olmayaraq fəaliyyət göstərirdi. Qrup, gəıəcəldə metal və qranj janrlarında ifa edən bir çox kollektivlərə böyük təsir göstərib,bu siyahıya Nirvana, Melvins, Soundgarden, Slayer, Eyehategod və s. kimi qruplar daxildir. == İstinadlar == .
Captain EO (film, 1986)
Captain EO, Frensis Ford Koppolanın rejissorluğunu üstləndiyi və baş rolunda Maykl Ceksonun oynadığı bir 3D filmi. 1980-ci və 1990-cı illərdə Disneyland'lərdə də göstərilmişdir. Filmin prodüseri Corc Lukas'dır. Filmin xeoqrafisti Jeffrey Hornaday, görüntü rejissoru Peter Anderson, ssenaristi isə Rusty LeMorande'dir. Anjelika Hyuston filmdə Cadı Kraliça rolunu canlandırmışdır. == Xüsusi effektlər == "Captain EO" da tamamilə 3D effektlərindən istifadə edilmişdir. Effektin on yeddi dəqiqəlik xərci təxminən 30.000.000 $ 'dır. Film dəqiqə başına 1.760.000 $ xərci ilə ən bahalı filmlər arasındadır.
Capture the flag (kibertəhlükəsizlik)
CTF (Capture The Flag və ya Bayrağı ələ keçir) kibertəhlükəsizliyində "bayraqların" (burada bayraq adətən bir kod və bir cümlə olur) məqsədyönlü şəkildə həssas proqramlarda və ya veb-saytlarda gizli şəkildə gizlədildiyi bir məşqdir. Bu, rəqabət və ya təhsil məqsədləri üçün ola bilər. Rəqiblər bayraqları ya digər rəqiblərdən (hücum/müdafiə, Attack-Defense, tipli CTF-lər) və ya təşkilatçılardan (təhlükə, Jeopardy, tipli çağırışlar) oğurlayırlar. Bir neçə variasiya mövcuddur. Müsabiqələrə bayraqları aparat cihazlarında gizlətmək daxil ola bilər, onlar həm onlayn, həm də şəxsən ola bilər və təkmil və ya giriş səviyyəsində ola bilər. Oyun eyni adlı ənənəvi açıq idman növünə əsaslanır. == Tarix == Capture the Flag (CTF) təhlükəsizlik bacarıqlarının sınağı kimi istifadə edilən kibertəhlükəsizlik yarışıdır. İlk dəfə 1993-cü ildə ABŞ-da hər il Nevada ştatının Las-Veqas şəhərində keçirilən ən böyük kibertəhlükəsizlik konfransı olan DEFCON -da hazırlanmışdır. Konfransda CTF də daxil olmaqla həftəsonu kibertəhlükəsizlik yarışları keçirilir. CTF-nin oynaya biləcəyi iki yol var: təhlükə və hücum-müdafiə.
Age of Pirates: Captain Blood
Age of Pirates: Captain Blood (azərb. Quldurlar Dövrü: Kapitan Qanı‎) — "THQ" tərəfindən hazırlanan, "MTV Games" tərəfindən nəşr edilən və döyüş-macəra janrında olan ləğv edilmiş videooyunu. Oyun Rafael Sabatininin "Kapitan Bladanın odisseyası" romanına əsaslanmışdı. Oyunçu bir 1685-ci ildə Amerikanın İspaniya sahillərində yaşamış bir gəmi kapitanını idarə edəcəkdi. == Geympley == "Captain Blood" dəniz qulduru-mövzulu missiya-əsaslı strukturu olan bir hack and slash döyüş oyunu olacaqdı. Oyunçular həm quruda, həm də dənizdə çoxlu düşmənlərlə, gəmilərlə döyüşəcəkdi. Oyunda əlbəyaxa döyüş üçün düşmən gəmisinə abordaj etmək xüsusiyyəti olacaqdı. Oyunçular düşmənləri məğlub edərək xüsusi ballar toplaya, bu ballarla yeni silahlar və döyüş yolları əldə edə biləcəkdi.Oyun 2006-cı ildə orijinal Xbox konsolu üçün satışa çıxarılacaqdı, ancaq 2005-ci ildə 7-ci nəsil videooyun konsolları üçün hazırlanmağa başlandı.
Assassin's Creed IV: Black Flag
Qatilin İnancı IV: Qara Bayraq döyüş-macəra açıq dünya janrında olan, Ubisoft Montreal tərəfindən istehsal edilmiş və Ubisoft tərəfindən nəşr edilmiş gələcək videooyundur. == Oynanılış == Hadisələr üç əsas şəhərdə baş verir; Havana, Kinqston və Nassau, hansı ki, əhali İspan, ingilis və pirat təsiri altında yaşayır. Oyunda həmçinin axtarış üçün başqa 50 ərazi də göstərilir; 60/40 balansla döyüş və səyahət üçün gəmi axtarışı. Assassin's Creed IV Assassin's Creed-ə bənzər və oyunçunu daha az məhdudlaşdıran missiyaları ilə daha açıq dünya hiss etdirəcək. Oyun dünyaya daha tez açılır; Assassin's Creed III-ə əks olaraq — çox ssenariləşdirilmiş və oyunçulara ətrafı araşdırmağa azadlıq verməyən, sadəcə ilk hərəkətə kimi yaxşı olan oyun deyil. Oyunda yeni aspekt gəmidir. Oynayan "Cekdau"da (ing. Jackdaw) kapitan olacaq. "Cekdau" oyun boyunca təkmilləşdirilən, nə vaxt istəsən girə bilən olacaq. Bundan əlavə, yeni sualtı omponent əlavə edilir.
было́е ирани́стка нейтралите́т повыла́зить подла́скиваться прави́телев привска́кивать прильну́ть изо́гнутость киберне́тика моще́ние насу́щный ни на ша́г подуши́ть твердоло́бый чеснокодави́лка труд breakaway jet-lag lady-dog misapplication misleading Paraguayan T-junction подступать