FLASH-LIGHT

n 1. siqnal işığı; mayakın parıldayan işığı; parlaq titrəyən işıq (işıq reklamlarının və s.); 2. elektrik cib fənəri

FLASH
FLASHY
OBASTAN VİKİ
Adobe Flash
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir. Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır. Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur.
Flash TV
Flash TV (tam adı: Flash Televiziyası, türk. Flash Televizyonu, tələffüzü: Fleş TV) — Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Grupun nəzdində fəaliyyət göstərən Türkiyənin ikinci özəl televiziya kanalı. 1992-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyə, Şimali Kipr və Azərbaycandır. == Tarixi == Flash TV, 1992-ci ildə test yayımına, 1993-cü ildə isə Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Qrupun nəzdində Bursa şəhərində normal yayıma başlamışdır. Yerli yayım aparan kanalın İstanbulda studiyaları var idi. Gerçək Kəsit proqramı Bursada çəkilmişdir. Proqramda real həyatda baş verən hadisələr efirə verilirdi. Serialda Cahid Qaşıqçılar, Mehmet Vanlıoğlu, Nəvzad Çiftçi, Cavad Dinçər, Zəki Bıçaqçı, Məsud Haqyeməz, Bərat Dəmirəyər kimi Bursalı aktyorlar rol almışdır. Bundan başqa, kanalda Tap On adlı bir musiqi proqramı da yayımlanmışdır. Bu proqramsa 1990-cı illərdə məşhuş olan türk-dilli mahnıların sözlərini yenidən yazaraq gülməli mahnılar hazırlamışdır.
Macromedia Flash
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir. Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır. Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Dark Light (albom)
Guiding light (1952)
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
HAL Light Combat Helicopter
HAL Light Combat Helikopter, HAL tərəfindən istehsal olunan Hindistanın çoxməqsədli hücum helikopteridir. İlk uçuşunu 29 Mart 2010-cu ildə etmiş və 2017-ci ildən tam istehsalına başlanılmışdır. Əsas istifadəçisi Hindistan Quru Qoşunları və Hindistan Hərbi Hava Qüvvələridir. 2010-cu ildən hal-hazırkı dövrə qədər 4 ədəd istehsal olunmuşdur. Vahidinin qiyməti 20.2 milyon US$ təşkil edir. HAL Dhruv helikopterinin bazasında inkişaf etdirilmişdir.
Oriental Light and Magic
OLM, Inc. (yaponca: 株式会社オー・エル・エム, Hepbörn: Kabushiki-gaisha Ō Eru Emu), əvvəlki adı ilə Oriental Light and Magic — mərkəzi Tokionun Setaqaya rayonunda yerləşən Yaponiya anime studiyası. 1995-ci ilin iyununda təsis edilmişdir. == Təşkilatı == "OLM" çoxsəviyyəli təşkilata malikdir. "OLM"-in özündə 216 işçi var və dörd şöbədən ibarətdir. Onlar istehsal, istiqamət, animasiya və 2D (rəqəmsal rəsm və fotoqrafiya ilə məşğul olan) şöbələridir. "OLM Digital"da 180 işçi fəaliyyət göstərir, 3D və Tədqiqat və İnkişaf olmaqla 2 şöbəsi var. == İstinadlar == == Xarici keçidlər == olm.co.jp — Inc. OLM rəsmi saytı OLM, Inc.
Light Me Up (Gromee mahnısı)
Light Me Up (azərb. Məni aydınlat‎) — Polşanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Gromee və Lukas Meyer "Light Me Up" mahnısı ilə Polşanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Gromee və Lukas Meyerə və sözləri isə Mahan Moin və Kristian Rabba aiddir.
Ray of Light (Madonna albom)
Ray of Light Madonnanın yeddinci studiya albomu. 3 mart 1998 ildə Maverick Records tərəfindən nəşr olundu.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.
аму́ры ло́шадь наблюда́тельский пригово́рный психи́ческая сплеча́ те́за чару́ющий вымина́ть закво́хтать износи́ть опи́вки поусе́рдствовать уси́дчиво aggravated pepper-castor seasick tractor undermanning доделывать неопубликованный объединить патриархальный пляска ухмыльнуться