Herba Flora
Herba Flora - bitki tərkibli məhsulların istehsalını həyata keçirən Azərbaycan şirkətdir. İstehlakçıları yüksək keyfiyyətli dərman bitkiləri və fitoçaylarla, həmçinin bitki ekstraktları ilə təmin etməyi qarşısına məqsəd qoyan, yeni növ məhsulların istehsalı üçün tədqiqatlar aparan Herba Flora şirkəti 24 ildir fəaliyyət göstərir.
== Tarixi ==
1998-ci il 25 may tarixində Rəşad Ağayev və həkim-fitoterapevt Fizuli Hüseynov tərəfindən təsis edilmişdir.
== Fəaliyyəti ==
Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir.
Yaradıldığı gündən etibarən müalicəvi bitkilər, bitki yığıntıları, müxtəlif xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, şərbətlər, müalicəvi xınaları, təbii gillər, müalicəvi yağlar, şampunlar, drajelər, saç və dəriyə qulluq vasitələri olmaqla toplamda 250-dən çox məhsul istehsal etməyə nail olmuşdur.
İstehlak bazarına çıxarılan məhsulların istehsalında, yerli bazardan əldə olunan bikilərlə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, Polşa, Hindistan, Çin, Misir və digər ölkələrdən idxal olunan dərman bitkiləri də istifadə edilir. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir. İstehsal olunan məhsulların hər biri respublika üzrə bütün bölgələrdə fəaliyyət göstərən apteklərdə satışa təqdim olunur.
Şirkətin məsləhətçiləri arasında, 1990-2017-ci illər ərzində ATU-nun Farmakoqnoziya kafedrasının müdiri vəzifəsində çalışmış, 160-dan çox elmi əsər, 13 ixtiranın müəllifi olan əczaçılıq elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Yusif Kərimov və Əczaçılıq fakültəsinin baş müəllimi, 30-dan çox elmi məqalənin, 15 patentin müəllifi dosent Sərxan Tağıyev yer alır.
Şirkət daxilində fəaliyyət göstərən laboratoriyada 3 laborant, 3 köməkçi laborant, 2 texnoloq və əczaçı çalışmaqdadır.