flüidlər
flüoressens
OBASTAN VİKİ
Flüor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. == Tapılması,təbii birləşmələri == Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. == Atom xüsusiyyətləri == Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm == Alınması == Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. == Fiziki xassələri == Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
Litium flüor
Litium flüor (LiF) - litium və flüorun ikili kimyəvi birləşməsidir, flüorid turşununlitium duzu. == Fiziki xassələri == Normal şəraitdə litium flüor ağ tozdur və ya kub sisteminin şəffaf rəngsiz kristallarıdır, hüceyrə parametrləri a = 0,40279 nm, Z = 4.Suda zəif həll olunur (0 °C-də 0,120 q / 100 ml), Temperatur artdıqca həllolma bir qədər artır(25 °C-də 0,134 q/100 ml; 35 °C-də 0,1357 q/100 ml).Standart şəraitdə istilik keçiriciliyi 4,01 Vt /(m K), == Alınması == Litium floridin zəif həll olmasından istifadə edərək, mübadilə reaksiyaları ilə almaq olar: L i C l + N H 4 F → L i F ↓ + N H 4 C l {\displaystyle {\mathsf {LiCl+NH_{4}F\ {\xrightarrow {\ }}\ LiF\downarrow +NH_{4}Cl}}} Litium hidroksid və flüorid turşunun qarşılıqlı təsiri ilə də əldə edilə bilər: L i O H + H F → L i F ↓ + H 2 O {\displaystyle {\mathsf {LiOH+HF\ {\xrightarrow {\ }}\ LiF\downarrow +H_{2}O}}} == Kimyəvi xassələri == Flüorid turşusunun qatı məhlullarında həll olunur: L i F + H F → L i H F 2 {\displaystyle {\mathsf {LiF+HF\ {\xrightarrow {\ }}\ LiHF_{2}}}} L i F + H 2 S O 4 → L i H S O 4 + H F ↑ {\displaystyle {\mathsf {LiF+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ LiHSO_{4}+HF\uparrow }}} L i F + H N O 3 → L i N O 3 + H F ↑ {\displaystyle {\mathsf {LiF+HNO_{3}\ {\xrightarrow {\ }}\ LiNO_{3}+HF\uparrow }}} Qatı qüvvətli turşularda həll olunur: 2 L i F + C a O → 600 o C L i 2 O + C a F 2 {\displaystyle {\mathsf {2\ LiF+CaO\ {\xrightarrow {600^{o}C}}\ Li_{2}O+CaF_{2}}}} 2 L i F + C a ( O H ) 2 → 2 L i O H + C a F 2 ↓ {\displaystyle {\mathsf {2\ LiF+Ca(OH)_{2}\ {\xrightarrow {\ }}\ 2\ LiOH+CaF_{2}\downarrow }}} == Tətbiqi == Litium flüorid çox yüksək şəffaflığa malikdir ultrabənövşəyidən infraqırmızı spektral diapazona qədər (0,12 ... 6 mikron), buna görə də o, ultrabənövşəyi (vakuum ultrabənövşəyi daxil olmaqla hansınınki şəffaflığı bütün digər optik materiallardan üstündür) və infraqırmızı optikada istifadə olunur.Bundan əlavə, termolüminessent dozimetriya ilə radiasiya dozalarını ölçmək üçün istifadə olunur. Yüksək ərimə istiliyi olduğundan (1044 kJ/kq) istilik enerjisinin saxlanması üçün istifadə olunur. Əridikdə həcmini 22% artırır. Maye litium flüoridin təsirindən metallar tez zamanda korroziyaya uğrayır. == Toksikliyi == Litium flüorid zəhərlidir. Havada maksimum icazə verilən konsentrasiya 1 mq/m³ təşkil edir. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., — М.—Л.: Химия, 1966.
Flüor tərkibli monomerlər
Flüorlu polimerlər-etilenin flüor törəməli homopolimeri və onların başqa olefinlərlə və flüor saxlayan olefinlərlə birgə polimerləri – bir çox qiymətli xassələrə malikdirlər: bir cox kimyəvi maddələrə qarşı inertlilik, istiliyə, şaxtaya və atmosfer təsirlərinə qarşı davamlılıq, sürtünmə əmsalının azlığı, yanmamış, suya və yağa qarışmaması kimi xassələr. Bütün bunlara və yaxşı dielektrik xassələrinə görə flüorpolimerlər plastik kütlələr arasında vacib yerlərdən birini tutur. Bunlar tibbdə və texnikada geniş tətbiq olunur. Ən geniş yayılmışlar politetraftoretilen, politrixlorfiüoretilen, polivinilidenflüorid və tetraflüoretilenin etilenlə, vinilidenflüoridlə, heksaflüorpropilenlə, flüoralkilvinil efirləri ilə birgə polimeri, həmçinin xlortriflüoretilenin etilenlə birgə polimerləridir.
Kripton (II)flüor
Kripton (II) flüor KrF2 - uçucu rəngsiz kristallardı, kriptonun ilk açıq birləşməsidir. Kimyəvi aktiv maddədir. Yüksək temperaturda flüor və kriptona parçalanır. == Fiziki-kimyəvi xüsusiyyətləri == == Strukturu və kristalik modifikasiyaları == Kripton (II) flüor iki kristal modifikasiyadan birində mövcud ola bilər: α-forma və β-forma. β-KrF2 -80 °C-dən yuxarı temperaturda sabitdir. Aşağı temperaturda α-forma sabitdir. == Alınması == Kripton (II) flüoru sadə maddələrdən bir çox yolla almaq olar. Aşağıda birləşmənin alınma sürətini artırmaq üçün KrF2-nin sintezi üsulları verilmişdir. Ümumi reaksiya sxemi aşağıdakı kimidir: K r + F 2 → K r F 2 {\displaystyle {\mathsf {Kr+F_{2}\rightarrow KrF_{2}}}} == Elektrik boşalmasının aktivləşdirilməsi == Bu üsul nəticəsində həm də kripton tetraflüor alınır. Flüor və kripton qarışığının 1: 1 və 1: 2 nisbətində, 40-dan 60 mm.c.st təzyiq altında güclü elektrik boşalması ilə (cərəyan şiddəti 30 mA, gərginlik 500-1000 V) aktivləşdirilir.
Azot flüorid
Azot flüoru — azotun flüorla qeyri-üzvi birləşməsi. Azot triflüor NF3, diflüordiazin N2F2, tetraflüorhidrazin N2F4, triazot flüor FN3, azot oksiflüor NOF kimi də tanınır. == Fiziki xassələri == Azot flüoru spesifik iyə malik şəffaf qazdır. == Alınması == NF3: NH4HF2 elektrolizindən. N2F4: NF3-in karbonla reaksiyasından. N2F2: flüorun natrium azotla reaksiyasından. == Ədəbiyyat == John K. Ruff. Derivatives of Nitrogen Fluorides // Chem. Rev.. — 1967.
Azot flüoru
Azot flüoru — azotun flüorla qeyri-üzvi birləşməsi. Azot triflüor NF3, diflüordiazin N2F2, tetraflüorhidrazin N2F4, triazot flüor FN3, azot oksiflüor NOF kimi də tanınır. == Fiziki xassələri == Azot flüoru spesifik iyə malik şəffaf qazdır. == Alınması == NF3: NH4HF2 elektrolizindən. N2F4: NF3-in karbonla reaksiyasından. N2F2: flüorun natrium azotla reaksiyasından. == Ədəbiyyat == John K. Ruff. Derivatives of Nitrogen Fluorides // Chem. Rev.. — 1967.
Flüorit
Flüorit Ca F2 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == İttroflüorit (17 %-dək Y2O3), seriumlu flüorit (15-%-dək Y2O3 və 18,5 %-dək Ce2O3), radioflüorit – radiumsaxlayan flüorit, xlorofan (pirosmaraqd) – yaşıl fosforessensiya edən flüorit. == Xassələri == Rəng – rəngsiz, sarı, bənövşəyi, yaşıl, mavi, göy, çəhrayı qarayadək; çox vaxt rəngi zonal və ləkəli olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; təmiz rəngsiz şəffaf kristalları optik flüorit adlanır; Sıxlıq – 3,1-3,2; Sərtlik – 4; Kövrəkdir; Ayrılma – {111} üzrə mükəmməl; Sınıqlar – pilləli, qabıqvarı; Lüminessensiya – flüoressensiya, fosforessensiya, termolüminessensiya, tribolüminessensiya; Bənövşəyi, mavi, yaşıl və qırmızı şüalanma səciyyəvidir; Başqa xassələr – bəzən pyezoxromatizm – təzyiq altında mineralın rənginin dəyişməsi təzahür edir; diamaqnitdir; Morfologiya – kristallar: heksaedrik, nadir hallarda oktaedrik, çox vaxt əyri üzlü; İkiləşmə: qarşılıqlı nüfuzetmə; çox vaxt {111} üzrə; Mineral aqreqatları: bütöv, sıx, torpaqvari (ratovkit), çubuqvari, radial-şüalı kütlələr, druzalar, pirit, qalenit, kalsit, barit və başqa minerallar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində əmələ gəlir. Maqmatik flüorit bəzi intruziv və effuziv süxurların aksessor mineralıdır. Karbonatitlərdə, dağ bülluru saxlayan qranit peqmatitlərində qeyd edilir. Qreyzenlərdə geniş yayılmışdır. Bəzən isti bulaqların çöküntülərində və fumarolların fəaliyyətinin məhsulu kimi müşahidə edilir. Hidrotermal flüorit ən çox inkişaf etmişdir, adətən, polimineral damarlarda əlvan və nadir metal minerallarını müşayiət edir, bəzən isə, demək olar ki, monomineral damarlar təşkil edir.
Flüorkarbon və xlorflüorkarbon yağları
Flüorkarbon və xlorflüorkarbon yağlar – son illərdə yüksək temperatura və yeyici kimyəvi maddələrin təsirinə davamlı mayelərə və sürtkü yağlarına tələbat artmışdır. Flüorkarbon və xlorflüorkarbon yağlar üzvi birləşmələr bu cür maddələrdəndir. Flüorkarbon karbohidrogenlərdən hidrogen atomlarını flüorla əvəz etmək yolu ilə alınır. Flüorkarbon yağları təmamilə flüorlaşmış parafin, naften və aromatik karbohidrogenlərdən, yaxud yanzəncirli və qarışıq tipli karbohidrogenlərdən əmələ gəlir. Flüorlu törəmələri ən əlverişli istehsal üsulu karbohidrogenlərin kobalt florid vasitəsilə flüorlaşdırılmasıdır. Bu maddə güclü flüorlaşdırıcı xassəyə malikdir və flüorlaşdırma prosesində karbohidrogenin quruluşunu pozmur: -CH2+4CoF3 → CF2-+2HF + 4CoF2 == Fiziki - kimyəvi xassələri == Flüorkarbonlar şəffaf, rəngsiz və ya aşıq sarı rəngli, müxtəlif özlülüklü iysiz mayelərdir. Onlar petroleyn efirindən, etil efirindən, xlorlaşdırılmış karbohidrogenlərdən yaxşı həll olur, suda , spirtlərdə və benzolda həll olmur. Fiziki – kimyəvi xassələrinə görə bu birləşmələr karbohidrogenlərdən kəskin fərqlənir. Onlar kimyəvi və termiki sabitdir. Belə ki, onlar hətta 1000C-dən yuxarı temperaturlarda qatı nitrat turşusu, tüstülənən sulfat turşusu, nitrolaşdırıcı qarışıq, qatı hidrogen-peroksid, xrom turşusu kimi güclü oksidləşdiricilərlə reaksiyaya girmir.

Digər lüğətlərdə

гневли́во непита́тельный ню́ня перистальти́ческий плака́тный скре́пка федерализа́ция га́мма-глобули́н гляцио́лог застёжечный нама́слить опозо́рить по́двиг при́ступ блуга lavender object art plaintful scorpion scrag thrombi warble каноник неприступный отсеивание