flüorimetr
flüoroqraf
OBASTAN VİKİ
Flüorit
Flüorit Ca F2 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == İttroflüorit (17 %-dək Y2O3), seriumlu flüorit (15-%-dək Y2O3 və 18,5 %-dək Ce2O3), radioflüorit – radiumsaxlayan flüorit, xlorofan (pirosmaraqd) – yaşıl fosforessensiya edən flüorit. == Xassələri == Rəng – rəngsiz, sarı, bənövşəyi, yaşıl, mavi, göy, çəhrayı qarayadək; çox vaxt rəngi zonal və ləkəli olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; təmiz rəngsiz şəffaf kristalları optik flüorit adlanır; Sıxlıq – 3,1-3,2; Sərtlik – 4; Kövrəkdir; Ayrılma – {111} üzrə mükəmməl; Sınıqlar – pilləli, qabıqvarı; Lüminessensiya – flüoressensiya, fosforessensiya, termolüminessensiya, tribolüminessensiya; Bənövşəyi, mavi, yaşıl və qırmızı şüalanma səciyyəvidir; Başqa xassələr – bəzən pyezoxromatizm – təzyiq altında mineralın rənginin dəyişməsi təzahür edir; diamaqnitdir; Morfologiya – kristallar: heksaedrik, nadir hallarda oktaedrik, çox vaxt əyri üzlü; İkiləşmə: qarşılıqlı nüfuzetmə; çox vaxt {111} üzrə; Mineral aqreqatları: bütöv, sıx, torpaqvari (ratovkit), çubuqvari, radial-şüalı kütlələr, druzalar, pirit, qalenit, kalsit, barit və başqa minerallar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində əmələ gəlir. Maqmatik flüorit bəzi intruziv və effuziv süxurların aksessor mineralıdır. Karbonatitlərdə, dağ bülluru saxlayan qranit peqmatitlərində qeyd edilir. Qreyzenlərdə geniş yayılmışdır. Bəzən isti bulaqların çöküntülərində və fumarolların fəaliyyətinin məhsulu kimi müşahidə edilir. Hidrotermal flüorit ən çox inkişaf etmişdir, adətən, polimineral damarlarda əlvan və nadir metal minerallarını müşayiət edir, bəzən isə, demək olar ki, monomineral damarlar təşkil edir.

Digər lüğətlərdə

бесконе́чный Бессме́ртный выстрига́ние нерести́ться си́рые эх-ва́ авиатра́нспортный Геку́ба зада́лбливание коленко́р нечернозёмный первоочередно́й раздёрганный распляса́ться biophysics convertaplane crater dolly-in euthanatize folacin ready smalm urography со теряться