fond birjası

Qiymətli kağızlarla əqdlərin bağlanması üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, onlar haqqında lazımi məlumatın yayılması üzrə peşəkar fəaliyyət

fond
fonoqram
OBASTAN VİKİ
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Amerika fond birjası
Amsterdam fond birjası
Amsterdam birjası — Niderlandın Amsterdam şəhərində birja. == Tarixi == 1876-cı ildə yaranmışdır.
Bakı Fond Birjası
Bakı Fond Birjası (ing. Baku Stock Exchange) — Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası. Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 1997-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur. Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası QSC çıxış edir. Onun yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
Brüssel fond birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Frankfurt fond birjası
Frankfurt birjası (alm. Frankfurter Wertpapierbörse‎) — Almaniyanın Frankfurt şəhərində birja. == Tarixi == 1585-ci ildə yaranmışdır.
London fond birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. == Tarixi == Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. == FTSE 100 Index == FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
Paris fond birjası
Paris birjası — Fransanın Paris şəhərində birja. == Tarixi == == Ədəbiyyat == Ayers, Andrew (2004). The Architecture of Paris. Stuttgart; London: Edition Axel Menges. ISBN 978-3-930698-96-7. Biais, B., Foucault, T. and Hillion, P. 1997 Microstructure des marchés financiers: institutions, modèles et tests empiriques, Paris: PUF. Hamon, J. 1995 Marché d'actions: architecture et microstructure, Paris: Economica.
Qazaxıstan fond birjası
Qazaxıstan fond birjası (Kazakhstan Stock Exchange — KASE) — Mərkəzi Qazaxıstanın Almatı şəhərində yerləşən birja, səhm bazarının kapitallaşmasına görə MDB birjaları arasında ikinci yerdədir. 1993-cü ildə qurulmuşdur. == Yaradılma tarixi == 15 noyabr 1993-cü ildə Qazaxıstanda milli pul vahidi tengə tətbiq edildi. Bu hadisədən sonrakı ikinci gündə — 17 noyabr 1993-cü il — Qazaxıstan Respublikasının Milli Bankı və 23 aparıcı Qazaxıstan kommersiya bankı valyuta mübadiləsi yaratmağa qərar verdi. Əvvəllər mövcud olan Banklararası Valyuta Əməliyyatları Mərkəzi (Valyuta Mübadiləsi) Qazaxıstan Respublikası Milli Bankının struktur bölməsi idi. Yeni mübadilə üçün qarşıya qoyulan əsas vəzifə, tengenin tətbiqi ilə əlaqədar milli valyuta bazarının təşkili və inkişafı idi. Bir hüquqi şəxs olaraq, birja 30 dekabr 1993-cü ildə "Qazaxıstan Banklararası Valyuta Birjası" adı altında qapalı bir səhmdar cəmiyyətinin hüquqi formasında qeydiyyata alındı. 3 mart 1994-cü ildə birja "Qazaxıstan Banklararası Valyuta Birjası" adı altında yenidən qeydiyyata alındı ​​və bu, birja adının mövcud qanunvericiliyə uyğunlaşdırılması zərurəti ilə izah edildi. Mövcud qanunvericilikdə birja əmtəə birjası funksiyalarını yerinə yetirməsini qadağan etdiyi üçün 12 aprel 1996-cı ildə birja "Qazaxıstan Fond Birjası" adı altında yenidən qeydiyyata alındı. 13 Noyabr 1996-cı ildə birja Qazaxıstan Respublikasının Qiymətli Kağızlar üzrə Milli Komissiyasından qiymətli kağızlarla ticarətin təşkili üçün məhdudiyyətsiz lisenziya aldı.
Tokio Fond Birjası
Tokio Fond Birjası (TSE ) — Tokioda qurulmuş bir birjadır və Asiya qitəsindəki market cap baxımından ən böyük birjadır. Həmçinin dünyanın da ən böyük ikinci birjasıdır. Dekabr 2011 etibarilə birjada ümumi market cap dəyəri 3.9 trilyon US $ olan 2.292 şirkət əməliyyat etməkdədir. Birjanın sahibi Japan Exchange Group şirkətidir.
İtaliyanin fond birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. == Tarixi == 1808-ci ildə yaranmışdır.
Nyu-York Fond Birjası
Nyu-York Fond Birjası — ABŞ-nin Nyu-York şəhərində yerləşən və bazar kapitallaşmasına görə dünyanın ən böyük səhm birjası. Nyu-York Fond Birjası dünyanın ən böyük fond birjasıdır və hər gün milyardlarla dollar dəyərində səhmlər satılır.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Amsterdam birjası
Amsterdam birjası — Niderlandın Amsterdam şəhərində birja. == Tarixi == 1876-cı ildə yaranmışdır.
Brüssel birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Frankfurt birjası
Frankfurt birjası (alm. Frankfurter Wertpapierbörse‎) — Almaniyanın Frankfurt şəhərində birja. == Tarixi == 1585-ci ildə yaranmışdır.
London birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. == Tarixi == Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. == FTSE 100 Index == FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
Madrid birjası
Madrid birjası — (isp. Bolsa de Madrid səhmlər və konvertasiya edilə bilən istiqrazlar və sabit gəlirli qiymətli kağızlar, həm dövlət, həm də özəl sektor borcları satan İspaniyanın dörd regional birjasının ən böyük və ən beynəlxalq (digərləri Barselona, Valensiya və Bilbaoda yerləşir). Bolsa de Madrid Bolsas y Mercados Españoles şirkətinə məxsusdur. == Quruluşu və əməliyyatları == İspaniya Fond Birjasının milli çətiri altında İspaniyanın maliyyə bazarının yenidən qurulmasına bolsas, törəmə bazarlar və sabit gəlir bazarları daxildir. Ticarət, əməliyyatların 90% -dən çoxunu həyata keçirən elektron İspan Birja Birliyi Sistemi (SIBE) ilə əlaqələndirilir; sabit gəlirli bütün aktivlər SIBE vasitəsi ilə satılır. == Tarixi == Bolsa de Madrid rəsmi olaraq 1831-ci ildə qurulub. 1993-cü ildə Bolsa de Madrid sabit gəlirli qiymətli kağızlar üçün bütün elektron ticarətə keçdi. İspaniya qanunvericiliyinin tələb etdiyi kimi, İspaniya Krallığının qanunlarına əsasən təşkil edilmiş bir şirkət olan Sociedad Rectora de la Bolsa de Valores de Madrid S. A. tərəfindən idarə olunur və idarə olunur. Madrid Fond Birjasının üzvlüyü 41 iri maliyyə qurumundan və qurulmuş 12 qiymətli dilerdən ibarətdir. 31 dekabr 2001-ci il tarixində təxminən 1477 yerli və xarici şirkət səhm qiymətli kağızlarını Madrid Birjasında siyahıya aldı.
Milan birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. == Tarixi == 1808-ci ildə yaranmışdır.
Paris birjası
Paris birjası — Fransanın Paris şəhərində birja. == Tarixi == == Ədəbiyyat == Ayers, Andrew (2004). The Architecture of Paris. Stuttgart; London: Edition Axel Menges. ISBN 978-3-930698-96-7. Biais, B., Foucault, T. and Hillion, P. 1997 Microstructure des marchés financiers: institutions, modèles et tests empiriques, Paris: PUF. Hamon, J. 1995 Marché d'actions: architecture et microstructure, Paris: Economica.
İstanbul Birjası
İstanbul Birjası , ya da BİST 1985-ci ildən "İstanbul Menkul Kiymetler Borsası" olaraq fəaliyyətə başlayıb, 5 Aprel 2013-cü ildə özündə İstanbul fond birjasını və qızıl birjasını birləşdirərək İstanbul birjası (BIST) olaraq fəaliyyətinə davam edir. Ayrıca "Yatırıma dəyər!" rəsmi sloqan olaraq qəbul edilmişdir. 24 Fevral 2017-ci ildə yayımlanan qərarnamə ilə dövlətə aid bütün hissələrin Türkiyə Varlıq Fonduna dövr edilməsi qərarlaşdırılmışdır. 13 iyun 2017-ci il tarixində BİST 100 indeksi 100000 səviyyəsinə qədər yüksəldi.27 iyul 2020-ci ildə indeks 23 il öncəki halına qaytarılaraq iki sıfır atılmışdır. == Tarix == === 1983–1984: Quruluş === Rəsmi qəzetin 18183 sayında 6 oktyabr 1983-cü il tarixində "Menkul Kiymetler Borsaları hakkında 91 saylı qanun hökmündə qərarnamə" yayımlandı.6 oktyabr 1984-cü il tarixli, 18537 saylı rəsmi qəzetdə yayımlanan "Menkul Kıymetler Borsalarının Kuruluş ve Çalışma Esasları Hakkında Yönetmelik" ilə Türkiyədə menkul qiymətlər birjalarının quruluş, çalışma və birjada alqı-satqı əsasları ilə birja üzvlərinin quruluş, çalışma və məsuliyyətləri göstərilmişdir. İlk əməliyyatlar 3 yanvar 1986-cı ildə 19 hissə sənədi ilə başladı. == İdarəsi == İstanbul Birjası 3 il üçün seçilən və 9 üzvdən ibarət olan İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti sədri İdarə heyəti tərəfindən seçilir.
Əmtəə birjası
Əmtəə birjası — müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilatdır. Birja onunla əlamətdardır ki, burada ticarət müntəzəm təşkil edilir, malın keyfiyyətinə, şəraitinə və tədarük vaxtına olan tələblər eyniləşdirilmiş (unifikasiya olunmuş) olur, alıcıların və satıcıların qarşılıqlı təkliflərinə, sonradan sazişlər bağlanmasına əsaslanır. Birjalar xüsusi adamların assosiasiyası kimi təşkil olunur, çox vaxt korparasiya kimi birləşmiş olur və məqsəd isə, ticarəti rahatlaşdırmaq və ucuzlaşdırmaqdır.
Bakı Əmək Birjası
Bakı Əmək Birjası — tələb və təklif əsasında sahibkarlarla fəhlələr arasında vasitəçilik edən, habelə əmək bazarının uçotu və tənzimlənməsi sahəsində fəaliyyət göstərən müəssisə. == Tarixi == Bakı Əmək Birjası Bakı şəhər ictimai idarəsi tərəfindən təsis olunmuşdu. Nizamnaməsi 1918-ci il yanvarın 13-də Bakı Şəhər Dumasında təsdiq edilən birja həmin ilin fevralından fəaliyyətə başlamışdı. Birjanın proqramının hazırlanmasında Petroqrad birjasının təcrübəsindən istifadə olunmuşdu. Rusiya birjalarında tətbiq olunan qaydalar isə Almaniya bələdiyyə əmək birjalarının təcrübəsinə əsaslanırdı. Əmək bazarını tənzimləyən birjanın yaradılması zərurəti təsərrüfatın dağılmasından və işsizlikdən irəli gəlirdi. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra fəaliyyətini davam etdirən Bakı Əmək Birjası əhalinin ümumi məşğulluğunun təmin edilməsində müəyyən rol oynamışdır. Bakı Əmək Birjası əməyə tələb və təklifləri qeydiyyata alır, işə götürülməkdə vasitəçilik xidməti göstərir, əmək bazarının statistikasını müəyyənləşdirdi. Birjanın fəaliyyəti bütün əmək növlərini əhatə edirdi. Birja hər iki tərəfə pulsuz xidmət göstərir, onları yalnız peşə və işə götürülmə şərtləri barədə məlumatlandırır, heç bir tövsiyə və zəmanət vermirdi.
иж капитали́зм лави́ной мальчуга́шка надклёпываться перепра́шиваться фотомоде́ль ду́ра прогры́зться разде́лочный ра́стровый сва́льщик унита́з форси́ровать свекровь annulus book off coalscuttle interneural Lord Chamberlain song twin-engined untroubled несходство спаривать