formasızlıq
format
OBASTAN VİKİ
İctimai formasiya
İctimai formasiya (alm. Gesellschaftformation‎) – marksist iqtisadi nəzəriyyənin kateqoriyası, ictimai inkişaf mərhələsidir. Formasiya konsepsiyasının mahiyyəti – həm marksist, həm də qeyri-marksist variantlarda – vahid istiqamətli tarixi inkişaf prosesinin mövcudluğunun postulatlaşdırılmasından ibarətdir. Bu mənada, tarix keyfiyyətcə identifikasiya edilə bilən və ictimai formasiya adı almış "mərhələlərin" mütərəqqi qaydada bir-birini əvəz etməsi şəklində təsvir edilə bilər. Formasiya konsepsiyası tarixin dövrlərə bölünməsinin digər konsepsiyalarından – sivilizasiya, tarixin təkrarlanması və tarixi dövr konsepsiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. == Anlayış == Sivil cəmiyyət konsepsiyasına görə bütün sosiumlar əlahiddə və bir-birindən asılı olmayan, çox vaxt sivilizasiyalar adlanan tarixi tiplər şəklində müxtəlif qruplarda birləşirlər. Tarixən təkamül edən məhz bu qruplardır. Belə sivilizasiyaların hər biri yarandığı andan məhv olana qədər bir neçə inkişaf mərhələsindən keçir. N.Danilevskinin təbirincə desək ümumdünya tarixi yoxdur, yalnız konkret sivilizasiyaların tarixi var. Sivilizasiya konsepsiyası N.Danilevskinin, A.Toynbinin, P.Sorokinin, O.Şpenqlerin və başqalarının nəzəriyyələrinin əsasını təşkil edir.
Trapp formasiyası
Trapp formasiyası - maqmatik formasiya Qırışıqlıq strukturların platforma inkişaf rejimi üçün səciyyəvi olub, çox vaxt qədim və cavan platformaların örtüyünün tərkibinə daxil olur. Trapp formasiyası əmələ gəlməsinə səbəb olan maqmatizmin miqyası olduqca geniş olub yer səthinə çıxarılan və ya litosferin üst qatlarına nüfuz edən maqmatik materialın həcmi 1mln.km3-ə çatır. Trapp formasiyası üçün süxurların effuziv örtük və intruziv (subvulkan) formalı horizontal yatım, qitə və laqun çöküntüləri, bəzən isə tuflarla assosiasiya yaratması səciyyəvidir. Trapp formasiyası süxurları ilkin toleit-bazalt maqmasından əmələ gəlir və yeknəsəq olması ilə fərqlənir. Trapp formasiyası effuziv süxurları adətən labrador və monoklinik piroksendən, az miqdarda filiz minerallarından və olivindən (bəzən olmur) ibarətdir. Süxurların çoxunda az miqdarda qalıq şüşə və ya kvars-çöl şpatı aqreqatları olur. Trapp formasiyası intruziv süxurları poykilit, ofit və ya intersertal (sillərin kənar hissələrində) quruluşlu olub labradordan və piroksendən (pijonit və ya avgit və rombik piroksendən) ibarətdir; bunlarda az miqdarda biotit, hornblend (buynuzdaşı), apatit, filiz mineralları (maqnetit, ilmenit və b.) iştirak edir. Trapp formasiyası süxurlarının müxtəlifliyinin əsas səbəbi kristallaşma diferensasiyasıdır və bunun da əsas nəticəsi kristallaşmanın gec məhsullarında Fe yüksək miqdarda olmasıdır. == Geomorfoloji termin == Trapp — (rus. трапп, ing.

Digər lüğətlərdə

востроу́хий заля́пывание ко́мышком операти́вность осьму́шка тача́ние троекра́тный убие́ние фре́йлина шту́чник гастри́тный камби́ст полегча́ть попыли́ть размышле́ние ужа́к экс-чемпио́нка хист kinglet outwent personals sad-iron wormil нереальный цементация