FOTOQRAFXANA
FÖVQƏLADƏ
OBASTAN VİKİ
Fotoşəkil
Bir fotoşəkil (Cənubi azərbaycanda əks, ing.Photograph), işığa həssas bir səthə, ümumiyyətlə fotoşəkil filminə və ya bir CCD və ya CMOS çipi kimi elektron görüntü sensoru üzərinə düşən bir görüntüdür. == Tarix == Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.
Fotoşəkil gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.
Ən bahalı fotoşəkillərin siyahısı
Bu fotoşəkillər üçün ödənilən ən yüksək 30 qiymətin siyahısı (başqa cür göstərilmədiyi təqdirdə ABŞ dolları ilə). Bütün qiymətlərə işin aparılması üçün hərrac evi haqqı olan alıcının mükafatı daxildir.
Əzilmiş fotoşəkillər (roman)
"Əzilmiş fotoşəkillər" — Varis Yolçiyev tərəfindən yazılmış roman. == Məzmun == Əzilmiş fotoşəkillər - Varisin oxucularla beşinci görüşüdür. 2008-ci ildə "Sonuncu ölən ümidlərdir" kitabı ilə oxucularla ilk görüşə gələn və dərhal da özünə böyük oxucu auditoriyası toplamağa müvəffəq olan yazıçının sonrakı kitabları da ("Bir ovuc torpaq" - 2009, "Sənə inanıram" - 2010, "Yetmiş yeddinci gün" - 2011) sevildi, populyarlıq qazandı. "Əzilmiş fotoşəkillər" adlanan 5-ci romanın süjeti həyatdan, günümüzün reallığından götürülmüşdür. Yeniliklər etməyi xoşlayan yazıçının bu əsərində bədiiliklə publisistika son dərəcə orijinal bir şəkildə birləşmiş, ortaya olduqca maraqlı, oxunaqlı bir material qoyulmuşdur. Və bu yeni romanın da bəyəniləcəyinə müəllifin inamı olduqca böyükdür.

Digər lüğətlərdə

-ошенько белоголо́вый засу́чивание меже́нь нахвата́ть обкра́шивание перепира́ться рондо слу́шательский пала́точный писе́ц пробу́риваться суеве́рный betel nut contraindicative counterrevolutionary dressing-cloth Euclidean indissoluble pass examination swoop unique воздушный зебу теннисистка