FREYDİ́ZM

[Avstriya həkimi və psixoloqu Freydin adından] Psixologiya və psixopatologiyada insanın bütün hərəkətlərinin başlıca amilinin yalnız qeyri-şüuri bioloji instinktlər və meyillər olduğunu iddia edən, insanların həyatında sosial momentləri hesaba almayan və onların şüurlu fəaliyyətinin rolunu azaltmağa çalışan cərəyan. Freydizmin müasir tərəfdarları. Klassik freydizmin metodoloji xüsusiyyətləri.
FRÉSKA
FREZ
OBASTAN VİKİ
Freydizm
Freydizm — psixologiyada nəzəriyyə. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı müşayiət edir, bu meyillər yerinə yetməyəndə psixoloji sarsıntılar meydana gəlir. == Şüur və təhtəlşüur == Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin – "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir. Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s.– nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir.

Значение слова в других словарях

затишо́к на просто́ре нащёлкаться офтальмоло́гия помехозащи́тный стро́чечка хими́чка вздрю́чивание межсезо́нье ожире́вший пласти́нчатый симпа́тный туляреми́йный локшины нагидка cham epharmone expend fine-draw lady-fly part-exchange pneumostome вялиться размножение стельная