FULL

full1

adj 1. dolu, ağzınacan dolu; ~ glass / bottle dolu stəkan / butulka / şüşə; ~ audience house ağzınacan dolu tamaşa zalı; 2. doldurulmuş, dolmuş; ~ to the brim / to overflowing ağzınacan dolu/ dolmuş; qədərindən / həddindən artıq doldurulmuş; aşdırılıb-daşdırılmış; 3. tam, qısaldılmamış, gödəldilməmiş, əskildilməmiş, azaldılmamış; ~ load tam yük; ~ name tam ad; ad və soyad; 4. ətraflı, mükəmməl, müfəssəl, əsaslı, qəti; ~ details of a scheme / of a plan planın müfəssəl şərhi / izahı; a ~ account of smth. bir şey haqqında müfəssəl / ətraflı hesabat; 5. tam tərkibli; tam komplektləşdirilmiş; ~ orchestra tam tərkibli orkestr; ~ jury tam tərkibli məhkəmə iclasçıları; 6. tam, bütöv, bölünməz, vahid; ~ hour bütöv / fasiləsiz bir saat; ~ view tam görünüş sahəsi; 7. bol / çox olan, zəngin, rivers ~ of fish balığı bol olan çaylar; a dictionary ~ of useful examples faydalı misallarla zəngin lüğət; 8. bol, zəngin; ~ meal zəngin yemək (qidalı, tez doyuran); very ~ harvest bol məhsul; 9. dolğun, kök, koppuş, iri, cüssəli, canlı; yumru, yupyumru, dolu; rather ~ in the face girdəsifət, yumrusifət, sifətdən dolu; 10. enli, geniş; ~ skirt enli yubka; 12. doyunca yemiş; to eat till one is ~ doyunca / qarnı partlayınca yemək; to enjoy smth. to the ~ bir şeydən doyunca ləzzət / zövq / həzz almaq;

◊ ~ powers tam ixtiyar / səlahiyyət / vəkalət / hüquq; ~ brother / sister doğma qardaş / bacı

full2

v 1. geniş biçmək / kəsmək (paltarı); büzmə tikmək; to ~ a sleeve qolu geniş tikmək (paltarda); 2. şair. bütövlüyə çatmaq, bədirlənmək (ay haq.)

FULFILMENT
FULL AGE
OBASTAN VİKİ
Full Moon Hotel
Full Moon Hotel — Azərbaycanın paytaxtı Bakıda tikilməsi planlaşdırılan otel idi. Otelin tikintisinə 2012-ci ildə başlanması planlaşdırılırdı, hündürlüyü 120 metr və 35 mərtəbə olacaqdı. Otel əvvəlcə kənarları yuvarlaqlaşdırılmış disk və yuxarı künclərdən birində deşik olan, baxış bucaqlarından köklü şəkildə fərqli görünən aspektləri olan bir dizayn kimi ortaya çıxdı. Yuxarı küncündəki bu dəlik Ölüm Ulduzunu xatırladırdı, lakin yan tərəfdən adi şüşə qüllə kimi görünürdü. Full Moon Hotel şəhərin 21-ci əsr memarlığının yeni Dubayına töhfə verən Port Baku binalarının qarşısında Bakı buxtası ətrafında tikilməkdə olan Aypara Tower qarşısında planlaşdırılmışdı. Lakin binanın korpusu tamamlanmaq üzrə olduğu üçün orijinal dizayndan imtina edərək daha çox nəhəng Suzanbağı çiçəyinə bənzəyən dizayna üstünlük verildi. Hazırda binanın planlı torpaq sahəsində tikilmiş Dəniz Mall var.
Dipsacus fullonum
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Dipsacus fullonum var. sylvestris
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Fullapati Çakma
Fullapati Çakma (5 iyun 1996) — Banqladeşli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Banqladeşi təmsil edir. Fullapati Çakma İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Fulleksera
Fulleksera fəsiləsi-(lat. Phulloxeridae) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan fəsilə. == Xarici görünüşü == Bığcıqları qısa 3, tək-tək hallarda 4 buğumlu, qanadlılarda 2, qanadsızlarda isə bir ədəd ilkin rinariya olur. Şpis qısa və ya tamamilə olmur. Ön qanadlar 3 ədəd sadə çəpinə malikdir.Arxa qanadlar damarlanmamışdır. Bədəndəki tükcüklər qısa, adətən nəzərə çarpmır. Borucuğu yoxdur. Mənənələr maye ifraz etmir. Nümayəndlərin hamısı yumurtaqoyandır. Normal dişi və erkəklər xortumsuz, sürfəyə oxşayır.
Fullerenlər
Fullerenlər və ya Buckminster fulleren (digər adı "Buckyballs") — 60 Karbon atomu ilə meydana gəlmiş bir molekuldur. Kürə, silindir vəya qəfəs şəkillərində olur. Spesifik molekul olaraq 12 beşbucaq və bir necə altıbucaqdan ibarət qəfəsə malikdir. == Tarixi == 1973-cü ildə D.A. Boçvar və E.G. Halpern Rusiyada və bir qədər əvvəl isə Yaponiyada E. Osawa kvant kimyəvi hesablamalar əsasında şar şəkilli karbon molekullarının – karbododekahedron C20 və karbo-s-ikosahedron C60 mövcudluğunu təxmin etdilər. Həm də əvvəlcədən onların sabit və kimyəvi cəhətdən stabil olmaları söylənilmişdir. 1985-ci ildə N.V Kroto, R.F. Kerl, R.E. Smolli helium iştirakı və lazerin təsiri ilə 100000C temperaturda qrafitin buxarlanmasından sonra bu cür şar şəkilli molekulların mövcudluğunu aşkar etmişdir. Karbon atomunun C60 və C70 molekulları ilk dəfə altı və beştərəfli geodezik qübbəni inşa edən amerikalı mühəndis və memarı Richard Bakminster Fullerenin (1895–1983) şərəfinə fullerenlər adlandırılmışdır. 1996-cı ildə N.V. Kroto, R. F. Kerl və R. E. Smolli fullerenlərin gələcək tədqiqatları üçün Nobel mükafatına layiq görülmüşlər. Fullerenlərin bir çox növü var və hal-hazırda C60, C70, C80, C240, C540 və s. kimi adlanır.
Fullfeys
Fullfeys (ing. Fullface) — xüsusi qoruyucu papaq (şlem) olub velosipedçilər və motosiklistlər üçün nəzərdə tutulmuşdur.
Fullmetal Alchemist
Fullmetal Alchemist (鋼の錬金術師, Hagane no Renkinjutsushi, azərb. Polad əlkimyagər‎) — Hiromu Arakavanın manqası. == Məzmun == Edvard və Alfons Elriklər Amestris ölkəsinin Rizenburq kəndində yaşayırlar. Onları uşaqlıqda atası evi tərk edir. İllər sonra, anası Trişa Elrik xəstəlikdən ölür. Edvard və Alfons onu əlkimya ilə həyata geri qaytarmağa qərar verirlər. Onlara əlkimyanı öyrədən usta İzumi Körtis adlı xanımdır. Tədqiqat apararkən Edvard və Alfons anasını canlandıra bilən insan transmustasiyası haqqında öyrənirlər. Bu əlkimyanın tabu olan bir texnikidir. Anasını transmutasiya yoluynan həyata geri qaytarmağa cəd edəndə Edvard sol ayağını, Alfons isə bütün bədənini itirir.
Fullmetal Alchemist fəsillərinin siyahısı
"Fullmetal Alchemist" manqası yapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir. "Square Enix" fəsilləri tankobon formatında cəmləşdirmişdir. İlk cild 22 yanvar 2002-ci ildə, sonuncu — 27-ci cild isə isə 22 noyabr 2010-cu ildə çap edilmişdir. Çox az fəsil Yaponiyada iki "Extra number" jurnalda yenidən yayımlanmışdır. Bundan başqa ilk 9 fəsli, eləcə də digər yan hekayələri özündə cəmləşdirən "Fullmetal Alchemist: The First Attack" da yayımlanmışdır.
Graham Fuller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. == İstinadlar == == Xarici keçidlər == GRAHAM FULLER KİMDİR?
Olivia Fuller
Samuel Fuller
Samuel Fuller (12 avqust 1912[…], Vuster[d], Massaçusets – 30 oktyabr 1997[…], Hollivud, Kaliforniya) — əsasən qorxu, macəra və şiddət janrına üstünlük verən ABŞ senaristi və rejissoru. 12 yaşında olarkən bir qəzetdə kuriyer kimi işləməyə başladı. 17 yaşında müxbir oldu. Böyük Böhran illərində qatarla ölkəni gəzdi. Bu zaman romanlar yazdı. 1936-cı ildə bir dostu ilə ilk film senarisini yazdı. İkinci dünya müharibəsində döyüşdü və bir çox medalla təltif olundu. Müharibədən sonra ilk filmi "Mən Cessi Ceymsi vurdum" (1949) oldu. Çoxunun senarisini yazdığı dar büdcəli filmlərindəki gərçəkçi üslubundakı şiddəti fransızlar tərəfindən bəyənilmişdi. Filmlərinin əsas mövzusu əsgərlikdə yaşadığı hadisələr, jurnalistika və avaraçılıq olmuşdu.
Fulla
Fulla — Alman mifologiyasında ilahə. Norse mifologiyasında Fulla qızıl lent taxaraq, ilahə Frigqaya aid bir kül sandığına və ayaqqabılarına qulluq edən kimi təsvir edilir və Frigqa öz sirlərini Fulla'ya verir. Bu Fulla, Böyük Edda, Nəsr Edda və skaldik şeirlərdə yer alır. Alimlər ilahənin mənası ilə bağlı nəzəriyyələr irəli sürmüşlər. Qədim Norse adı Fulla "bol" kimi tərcümə olunur.
дерне́ть неосторо́жный обнару́живание флуороско́п фре́йлинский а́томщик в одино́чку зверю́шка раздрако́нить реда́кторство тератоге́нный усо́бица пучить coldish Cornwall cow college dorse eyes-only isopleth Komsomol parrot yourself yuk ендова магнитофон