Afrikada futbol
Afrika qitəsinin istedadlı, qeyri-adi bacarığa malik qaradərili oyunçuları heç bir məktəb keçmədən, dünyanın hansı ölkəsində çıxış etməsindən asılı olmayaraq, fiziki və atletik hazırlıq baxımından, istənilən futbolçudan üstündür. Bu fakt reallığın aşkar nümunəsidir. Kimsə afrikalılarda olan qeyri-adi istedadı dana bilməz. "Qaralar" düşdüyü məkanın yaratdığı müəyyən problemlərə rəğmən, ilk gündən özlərini sevdirməyi bacarırlar. Bir qismini xatırlasaq, kifayət edər: Corc Veah (Liberiya), Rojer Mila (Kamerun), Abede Pele (Qana), Lahdar Bellami (Əlcəzair), Rabah Macer (Əlcəzair), Teofil Abeqa (Kamerun), Loran Roku (Kot d"İvuar), Fransua Omam Biyik (Kamerun), Əhməd Faras (Mərakeş), Corc Finidi (Nigeriya), Mahmud Əl-Xətib (Misir), Yapet N"doram (ÇAD), Yusif Fofana (Kot d"İvuar), Əbdül Əziz (Mərakeş), Tarek Dyab (Tunis), Daniel Amokaçi (Nigeriya), Auqustin (Cey-Cey), Okoça (Nigeriya), Əli Bençeh (Əlcəzair), İbrahim Yusuf (Misir), Larbi Ben Barek (Mərakeş), Sequn Odeqbair (Nigeriya). Bunlar hələ keçmiş oyunçulardır. Hazırkı dövrdə isə Avropanın aparıcı klublarının formasını geyinən qaradərili futbolçular bununla müqayisədə, 3-4 dəfə çoxdur. Nəzərə alaq ki, o vaxt ölkədən kənara çıxmaq hələ müəyyən qədər çətin idi. Samuel Eto"O (Kamerun), Cey-Cey Okoça (Nigeriya), Əl Haci Diuff (Seneqal), Kvinton Forçun (CAR), Didye Droqba (Kot d"İvuar) kimi nəhəng futbolçular da "qara qitə"nin kainata bəxşidir.
Afrikanın dünya çempionatlarında debütü 1970-ci ilə təsadüf edir.