FUTURİ́ZM

[ lat. futurum – gələcək] XX əsrin əvvəllərində ədəbiyyat və incəsənətdə: realizmi, eləcə də mədəni irsi və müasiri olduğu incəsənəti rədd edən, guya zəmanəyə daha uyğun gələn, köhnə sənətin bütün ənənə və üsullarını dağıtmalı olan yeni üslub yaratmağa çalışan formalist cərəyan. Qərb futurizminin başlıca xüsusiyyətləri.
FUTURİSTİ́K
FÜQƏRA
OBASTAN VİKİ
Futurizm
Futurizm (lat. futura - gələcək) — XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında avanqard cərəyan. Avanqardizmin radikal variantıdır. Daha çox İtaliyada geniş vüsət tapmışdı. Nümayəndələri F.Marinetti, U.Boççoni, C.Balla, L.Russola, Rusiyada V.Mayakovski, V.Xlebnikov olmuşdur. Futuristlər təkcə incəsənətlə deyil, bütün mədəni keçmişlə vidaya üstünlük verirdilər. "Gələcəyin incəsənəti"ni yaratmağa cəhd edən futuristlər mədəni irsi, xüsusilə onun estetik, bədii, mənəvi-əxlaqi sərvətlərini rədd, urbanizmi təbliğ edir, poeziyada təbii dilin əleyhinə çıxırdılar. Onlar sənaye sivilizasiyasının təbliği və müasir böyük şəhərin inkişafını tərənnüm edirdilər. Əvvəlki estetikanın əvəzinə onlar enerji və sürət estetikasına, "lokomotiv, avtomobil estetikası"na üstünlük verirdilər. Futurizm ilk dəfə İtaliyada meydana gəlmiş, sonra Rusiya və digər Avropa ölkələrində yayılmışdı.
Futurizm (musiqi)
Futurizm — rus futurizmi bir qrup rus şairi və rəssamı Filippo Tommaso Marinetti tərəfindən yazılmış Futurist Bəyannaməni qəbul etdikdə ortaya çıxan sənət hərəkatı. Bu tendensiyanın 1912-ci ilin dekabrında Moskvada yerləşən Hylaea qrupunun Tokat to General Likes adlı manifestini dərc etməsi ilə başladığı qəbul edilən başqa bir fikirdir. Hylea qrupu 1910-cu ildə David Burlyuk və onun qardaşları tərəfindən yaradılmış, 1911-ci ildə Vasili Kamenski və Velimir Xlebnikov, Aleksey Kruçenix və Vladimir Mayakovski bu qrupa qoşulmuşlar.Hylea qrupu Rus Futurizminin yayılmasında ən təsirli qrup olsa da, bir çox başqa qruplar da bu hərəkata öz töhfələrini verdilər. Bunların arasında əsası Sankt-Peterburq şəhərində İqor Severyaninin yaratdığı Eqo-Futurist qrupu və Kiyev, Xarkov və Odessa kimi digər şəhərlərdə yaradılmış qruplardır.

Значение слова в других словарях

акро́поль жи́вность забухать нерента́бельно отду́ть ряби́нка сле́дом во́тум грохоче́ние завы́шенный лейбори́стский мо́лот неудо́бь сказуемый приле́чь рейсфе́дер спя́щий шибанки boxhaul Clare pitchwork кадр каменобоец обуглить простенок улежать