FÜYUZ
FÜZELYAJ
OBASTAN VİKİ
Füyuzat
"Füyuzat" — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb."Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyziyab olmaq deməkdir. "Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər. "Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.
Füyuzat (jurnal)

Füyuzat jurnalı

Əbülqasim Füyuzat
Əbülqasim Füyuzat (1888 və ya 1889, Təbriz – 1947, Təbriz) — Azadıstan respublikasının maarif naziri, jurnalist, pedaqoq. == Həyatı == Təbrizin maarif rəisi Əbülqasim Füyuzat bir çox ziyalıları və pedaqoqları Təbrizə cəlb etmişdi. 1923-cü ildə o, Mirzə Əsgər Bağçabanı Təbrizə dəvət edərək orada "Uşaq bağçası" adlı uşaq evi yaratmışdı. "Bağçaban" Füyuzatdan sonra maarif rəisi olan Möhsüni 1927-ci ildə Bağçabanın uşaq bağçasını bağladıb, özünü Təbrizdən uzaqlaşdırıb; Tehrana köçən Bağçaban təqib olunursa da, Fars əyalətinin maarif rəisi işləyən Füyuzat onu Şiraza çağıraraq orada onunçün təşkil etdiyi uşaq evinə müdir təyin edir.
Yeni Füyuzat (jurnal)
"Yeni füyuzat" — həftəlik ictimai-siyasi, ədəbi, şəkilli jurnal. 1910 il oktyabrın 18-dən 1911 il martın 15-dək Bakıda Azərbaycan dilində nəşr edilmişdir. Cəmi 21 nömrəsi çıxmışdır. == Haqqında == "Yeni füyuzat" 1910–1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr edilən həftəlik ədəbi, siyasi, ictimai illüstrasiyalı jurnal. Jurnalın naşiri və məsul redaktoru Əlipaşa Hüseynzadə (Səbur), baş redaktoru Əhməd Kamal idi. Jurnal Azərbaycan milli burjuaziyasının mənafeyinə xidmət edirdi. "Yeni füyuzat"ın səhifələrində M.Ə.Sabir, Ə.Qəmküsar, A.Şaiq, Ə.Kamal, Ə.Münzib, Axund Yusif Talıbzadə, Ə.Hüseynzadə, Namiq Kamal, Əli Mişan, Məhəmmədsadıq Axundov, Ə.Səbri və başqalarının bədii və publisist yazıları dərc olunmuşdur. 1911-ci il martın 19-da naşirin və baş redaktorun evində axtarış aparılmış, naşir və məsul redaktor Əlipaşa Hüseynzadə Həştərxana sürgün olunmuş, baş redaktor Əhməd Kamal isə Rusiya hüdudlarından çıxarılıb vətəni Türkiyəyə göndərilmiş, bununla da "Yeni füyuzat"ın fəaliyyəti dayandırılmışdı.2010-cu ildə jurnalın bütün materialları transliterasiya edilərək kitab halında nəşr edilmişdir (bax: "Yeni füyuzat" jurnalı (1910-1911-ci illər). Çapa hazırlayan və ön sözün müəllifi Hüseyn Həşimli. Bakı: Elm və təhsil, 2010, 448 səh.).
Füqəra füyuzatı
Füqəra füyuzatı (jurnal, 1920-1921) - ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu, Azərbaycan Hərbi inqilab komitəsinin orqanı (Bakı). Nəşri iki həftədə bir dəfə nəzərdə tutulmuşdu. Lakin cəmi üç, 1920-ci ildə (I.IX, I.XI) 2, 1921-ci ildə (28.IV) 1 nömrəsi çıxmışdır. Ağababa Yusifzadənin müdirliyi və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşr olunurdu. "Füqəra füyuzatı" Nəriman Nərimanovun şəkli və "Kommunizm nə verəcəkdir?" məqaləsilə açılırdı. Jurnalın məqsəd və məramı məsul müdirin "Füqəra Füyuzatı" nə edəcəkdir?" və baş mühərririn "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsində şərh olunmuşdur. A.Yusifzadə jurnalın proletar ədəbiyyatı yaratmaq məramını açıqlayaraq yazırdı: "Məcmuəmizin başlıca məqsədlərindən biri də məmləkət içrə qeyri-mütəşəkkil halda bulunan üdəba və şüəranı bir yerdə toplayaraq, füqəra nəfinə olmaq şərtilə onların qələmlərindən tərşih edən abdar kəlamlardan istifadə etməkdir. İştə təqib etdiyimiz məram, iştə məcmuəmiz!" "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsi ilə 1907-ci ilin noyabrında fəaliyyətini dayandıran "Füyuzat" jurnalı ilə yenicə nəşrə başlayan "Füqara füyuzatı" arasında əlaqələri aydınlaşdıran Məmməd Səid Ordubadi yazırdı: "ünvanımızda yazdığımız "Pərdə eniyor, pərdə qalxıyor" kəlmələri gərək ki, qarelərimizi əvvəlcə bir az düşündürmüşdür. Ona görə də bir neçə kəlmə izahat vermək istiyoruz. "Pərdə eniyor, pərdə qalxıyor" dedikdə, zənginlərin tamaşagah ədəbiyyatımızdakı nüfuzlarının pərdəsi enib, ədəbiyyatın füqəra öhdəsində olaraq, bütün aləm füqərasına tamaşa göstərəcək teatronun pərdəsi qalxıyor demək istiyoruz.

Digər lüğətlərdə

вы́топки вы́шитый поразмя́ться со́усный тепе́решнее злоязы́кий конформи́стка склеро́ма шестери́к экссудати́вный олябка clyster-pipe fly-gallery law-hand miracle man muliebrity pygostyle spot goods staminate hemp swore yawner каркас льнопрядильня сатанинский установка