FƏDAİ

is. [ ər. ] Ümumi bir iş yolunda, məslək uğrunda təhlükəli işlərə qoşulub canından keçməyə hazır olan şəxs. İnqilab fədailəri. Fədai dəstəsi.
– Bir il qabaq bir faciə eşitmişəm, ah! Bir qəhrəman fədaidən söhbət açım mən. S.Vurğun.
[Pərvin Ədalətə:] Yadındadırmı, hələ keçən ilin qışında bu meydanda fədailərimizin tonqalları yanırdı… Ə.Məmmədxanlı.

// Sif. mənasında.
Hər tərəfdə fədai və nizami qoşun nəfərləri intizamı qoruyurdu. M.İbrahimov.
[Uşaqlar] tüfəngli fədai dəstələrinin nümayişini görürkən əvvəlcə bu nümayişləri də Təbrizdə bundan əvvəl olan sadə nümayişlərdən biri hesab edirdilər. Ə.Sadıq.

// Məc. mənada. Ədəbiyyat fədaisi.

Синонимы

  • FƏDAİ FƏDAİ (inqilab yolunda canından keçən üsyançı) Bir qəhrəman fədaidən söhbət açım mən (S.Vurğun); MÜCAHİD Qorxu bilməz mücahidlər, bağrında yara; Atıld

Антонимы

  • FƏDAİ FƏDAİ – FƏRARİ Adım fədaidir, bil ağa dərviş;Çəkmə xəyalımı uzağa, dərviş (M.Rahim); Bizim nəslimizdə fərari yoxdur
FƏDA
FƏDAKAR
OBASTAN VİKİ
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fədai Təbrizi
Fədai Təbrizi-XVI əsrdə yaşamış Azərbaycan şairi.Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur.Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur.Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır.Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil.Ədəbiyyatımızda "Bəxtiyarnamə" əsərinin müəllifi kimi məşhur olmuşdur.Şairin bizə çatan yeganə əsəri də budur. == Bəxtiyarnamə == "Bəxtiyarnamə" poeması Fədai Təbrizinin tanınmış əsərlərindən biridir.Əsər poema janrındadır və Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqiyə həsr olunmuşdur. Əsərin məzmunu belədir:Azadbəxt adlı hökmdar ordunun əmirinin qızı Gülcamalı qaçırır və ona evlənir.Gülcamal hökmdardan uşaq dünyaya gətirir.Lakin döyüşə gedən hökmdar düşmən qabağından qaçmalı olur və oğlu düşmənlərə əsir düşür.İllər sonra müharibəni udan Azadbəxt düşməni məğlub edir və çoxlu əsir götürür.Əsirlərin içində onun oğlu da var və düşmən oğlana Xudadat adlı vermişdir.Azadbəxt oğlanı və daşmənləri bağışlayır,oğlana Bəxtiyar adı verib,sarayda ona vəzifə verir.Vəzirlərin buna paxıllığı tutur və Bəxtiyarı tələyə salırlar.Bu zaman hökmdarın arvadı Gülcamalın da adı vəzirlərin qurduğu tələdə hallanır və o məcburən gəncə iftira atmalı olur.Şah Bəxtiyarın edamı haqqında fərman verir.Lakin sonda,edama aparılan zaman Bəxtiyar haqqında hər şeyi bilən bir insan əhvalatı hökmdara danışır və Bəxtiyar xilas olur.Şah yerini Bəxtiyara verir və bununla da əsər bitir.Əsərdə Bəxtiyarın dilindən rəvayətlər də verilmişdir ki,bu da əsəri zənginləşdirir.Ümumilikdə "Bəxtiyarnamə" əsəri anadilli ədəbiyyatımızın ən dəyərli nümunələrindən biridir.
Niqol (fədai)
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van vilayəti) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
İşxan (fədai)

Bəhram bəy Fədai
Bəhram bəy Əsəd bəy оğlu Vəzirov və ya Bəhram bəy Fədаi (23 dekabr 1857, Mirzəcamallı, Şuşa qəzası – 1921, Qaryagin, Qaryagin qəzası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının üzvü, şair, hüquqşünas. == Həyatı == Bəhram bəy Əsəd bəy оğlu Vəzirоv 23 dekabr 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcаmаllı (Şərifbəyli) оbаsındа anadan olub. Sоnrа Şuşa şəhərinə köçüblər. Şuşa Realni Məktəbini bitirdikdən sonra Sankt Peterburq Dövlət Univerisitetinin Hüquqşünaslıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra Qarabağa geri dönmüş və hüquq sahəsində çalışmağa başlamışdır. O, Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarındandır. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, İttihad Partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Parlamentdə İttihad fraksiyasına daxil olub. Aprel işğalından (1920) sonra müxtəlif təsərrüfat müəssisə və idarələrində çalışıb.Bəhram bəy sоvеt dönəmində gizli İttihаdа dахil оlub və həmin vахtdаn gizli fəаliyyətə kеçib. Lаkin çох çəkmədən yеrli аdаmlаrın yаzdığı şikаyət ərizələri əsаsındа оrqаn işçiləri оnu, qаrdаşını, qаrdаşıоğlunu izləməyə bаşlаyıblаr və hər üçü də həbs оlunub.
Mirzə Məhəmməd Fədai
Mirzə Məhəmməd Qayıb oğlu Fədai (d. Aşağı Salahlı, Qazax sultanlığı - ö. XIX əsr, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası) — XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində fəaliyyət göstərmiş şair. == Həyatı == Müasir Qazax rayonunun Aşağı Salahlı kəndində dünyaya gəlmişdir. Atasının Qayıb olmuşdur. O, Azərbaycanın siyasi-mədəni həyatında mühüm rol oynamış Qayıbovlar ailəsinin banisi hesab edilir. == Yaradıcılığı == Mirzə Məhəmməd yaradıcılığının əksər hissəsini Azəbaycan türkcəsində yazmış və bu şeirlərində Fədai təxəllüsündən istifadə etmişdir. O, Qazax sultanları nəslindən gələn Kazım ağa Saliklə dostluq etmiş və olar bir-birilərinə qəzəllər həsr etmişdirlər: Salikin Mirzә Mәhәmmәd Qaib oğluna yazdığı bir qәzәl: == Həmçinin bax == Qayıbovlar == İstinadlar == == Mənbə == Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. 1998.
Fədail Nadirov
Fədail Fərhad oğlu Nadirov (23 iyul 1999; Qobustan rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fədail Nadirov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi == Fədail Nadirovun müharibədən bir neçə gün əvvəl təlimlər üçün hərbi hissəyə yollanan zaman avtomobili yolda saxlatdırıb, rəqs eləməsi sosial medialarda trendə çevrildi.
Fədailər
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fədaiyan-i İslam
Fadā'iyān-e İslam (fars: فدائیان اسلام, həmçinin Azərbaycan dilində "Islam fədailər" yazıldığına), bir xarizmatik 21 yaşlı İlahiyyat tələbə Nəvvab Səfəvi adına tərəfindən 1946-ci ildə İslam fundamentalist gizli cəmiyyət olarak, İranda təsis edilib.
İslam fədailəri

Значение слова в других словарях

бумажо́нка второго́дник клепа́ть отката́ть перешлифо́вываться пита́тель саженный сладкова́тый чуди́ха складчи́на сонм adjustable cast-iron cytochrome dan-buoy geosynoptics knifeboard lecherous vacillating отрясать пазуха перенаселить раздвигать стойбище шведский