FƏHMİL
FƏHMİNƏ
OBASTAN VİKİ
Fəhmin Hacıyev
Fəhmin Əhmədpaşa oğlu Hacıyev (23 aprel 1959, Ucar) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1992–1993). == Həyatı == Fəhmin Hacıyev 1959-cu il aprelin 23-də Ucar şəhərində anadan olub. == Hərbi xidməti == 1988-ci ildən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvü olub. AXC Hərbi Çağırış üzrə Komissiyasının sədri olub. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbs edilib. 9 ay müddətində əvvəlcə Lefortovo həbsxanasında, sonra isə Bayıl həbsxanasında saxlanılıb. Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 22 may 1992-ci il tarixli Sərəncamına əsasən Fəhmin Hacıyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. 1993-cü il iyunun 16-da isə həmin vəzifədən azad olunub. Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Fəhmin Hacıyev İstanbul şəhərinə mühacirətə gedib, bir müddət sonra isə Azərbaycanın tələbi ilə həbs edilib. 2004-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən əfv olunub.
Fəhmin Muradbəyli
Fəhmin Muradbəyli (16 mart 1996, Bakı) – azərbaycanlı peşəkar futbolçu.
Fəhmin Quliyev
Fəhmin Yunis oğlu Quliyev (22 noyabr 1998; Qaramanlı, Yevlax — 7 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəhmin Quliyev 1998-ci il noyabrın 22-də Yevlax şəhərində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar İbrahimli Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 7-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Yevlaxda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəhmin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fəhmin Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəhmin Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əli Fəhmin
Əli Fəhmi (19 fevral 1919, Bakı – 13 mart 1975, Bakı) — mətnşünas. == Həyatı == Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. "Səndə İmam Əli fəhmi var" – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan "Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar" deyə soruşduqda "Əlbəttə ki, Əli Fəhmi" deyə cavab vermişdir. Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır.
лече́бно- неисчисли́мый обгова́риваться по-македо́нски семнадцати... соизво́лить со́слепу учени́ческий чума́к вы́бить вы́ковыряться знай себе́ надува́ть разря́дкой саз совнархо́з чуло́чки accrete emblaze haricot jar-owl monobasic sitophobia stick-at-it-ive бемоль