FƏNN

is. [ ər. ]
1. Elm, bilik sahəsi, tədris obyekti. Riyaziyyat fənni. Zoologiya fənni kabineti.
[Teymur müəllim] yalnız sinifdə deyil, kənarda da öz sevimli fənni coğrafiyadan saatlarla danışmağı sevərdi. Ə.Sadıq.

2. bax fənd 1-ci mənada.
Yaman gündə tamam durub kənara; İstər bir fənn ilə özün qurtara. Q.Zakir.
Hər fənn ediriksə, işimiz tutmayır əsla; Ax!… Ax!… O keçən günlərimiz noldu, xudaya. M.Ə.Sabir.

3. Elm, texnika, bilik.
Bəlkə bir vaxt elm və fənn bərəkətindən bu işlər düzələ. C.Məmmədquluzadə.
Elmi, fənni, sənəti; Hər yana kitab yayır. M.Seyidzadə.

Omonimlər

  • FƏNN FƏNN I is. [ ər. ] Elm, bilik. Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə (M.Ə.Sabir). FƏNN II is. [ ər
FƏNƏRYANDIRAN
FƏRAQ
OBASTAN VİKİ
Fənn
Fənn – elm, texnika, bilik sahəsi, tədris obyekti, predmet. Məsələn, riyaziyyat fənni. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fənni-Sərfi-Türki
Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) - Mirzə Məhəmməd Əfşarın Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir. === Quruluşu === Fənni-sərfü nəhvi-türki əsəri qurulu-şuna görə müqəddimə (giriş), iki böyük hissə və hər hissə üzrə bir neçə bab və fəsildən, nəticə xarakterli Qüyudi-mübin (aydınlaşdırıcı qeydlər) adlı hissələrdən ibarətdir. Bu hissələrdə Azərbaycan dilinin fonetik, morfoloji və sintaktik quruluşları ayrı-ayrılıqda tədqiq olunmuş, öz dövrünə görə yenilik sayıla bilən bir sıra orijinal elmi müddəalar irəli sürülmüşdü. Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsəri-nə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Azərbaycan dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Azərbaycan dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir. Qrammatik oçerk bölməsində əsərin Azərbaycan dilçiliyi tarxində yeri müəyyənləşdirilir, müxtəlif dövrlər-də bu əsərə müraciət etmiş dilçi-alimlərin fikirlərinəmü-nasibət bildirilir, əsərin quruluşu və hissələri haqqında yığcam məlumat verilir. Burada həmçinin ayrı-ayrı morfo-loji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyin-dən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırıl-mış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi. Müqayisələr aparı-larkən təkcə Azərbaycan dilçiliyinin faktları ilə kifayətlə-nilməmiş, yeri gəldikcə ümumi dilçilik tarixinə aid nəzə-riyyə və konsepsiyalara da müraciət edilərək, əsərə tarixi-müqayisəli metod prizmasından qiymət verilmişdi.
Əl Nəşat Əl Fənni (dərgi)
Əl Nəşat Əl Fənni — ərəb dilində nəşr olunan dərgi. == Ümumi məlumat == Kərkük Maarif Müdirliyinə tabe olan bu nəşrin heyətində rəssam müəllim Mahmud Ubeydi (Bəşirli) və dostları var idi. İncəsənət yeniliklərinə maraq göstərən bu ərəbdilli məktəb nəşri dərgi formatında dərc edilirdi. İlk sayı 1963-cü ildə, son sayı 1963-64-cü illərdə Kərkükdə “Şimal” mətbəəsində çap edilib.

Digər lüğətlərdə

издробля́ться неко́рмленый отчего́-нибудь самопо́мощь то́псель втёсываться ежу́ понятно закрепи́ть иуде́и короткометра́жка придава́ться прони́зывать пузырёчек adoptive cold wave diamond-shaped hula knotweed picrate squiress tree-frog trouble man vegetable wax versicolour наспех