FƏRİD
FƏRİDƏDDİN
OBASTAN VİKİ
Fəridə Abbasova
Fəridə Abbasova (tam adı: Fəridə Nəriman qızı Abbasova; 14 fevral 1952, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 14 fevral 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Evdar qadın idi. Ailəli olmuş, 2 oğlu və 1 qızı yadigar qalmışdır. Oğlu Pərviz Asif oğlu Abbasov 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə ürəyindən aldığı güllə yarasından Şəhid olmuşdur. == Qanlı Yanvar faciəsi == Saat 00.00 radələrində Fəridə Abbasova yaşadığı evin həyətində[1] Sovet Ordusunun əsgərləri tərəfindən atılan güllələrdən biri ürəyinə dəymişdir. Təcili tibbi yardım maşını çağırılsa da, həkimlər gələnədək Fəridə aldığı xəsarətdən vəfat etmişdir. 20 yanvarda mərhumu dəfn etmək üçün onun nəşi Nardarana aparılarkən hərbçilər buna maneə olmuşdur. Buna baxmayaraq, onun meyidi gizli yollar ilə Nardarana aparılmış və Nardaran qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı şəhəri, 11-ci keçid küçəsi, 1.
Fəridə Abıyeva
Fəridə Abıyeva (d. 20 mart 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Fəridə Abıyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Həyatı == Fəridə Abıyeva 20 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == Fəridə Abıyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -61 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Abıyeva, finalda görüşündə, İran nümayəndəsi Rozita Əlipurkeşkaalesaadı 3:0 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Fəridə Cəlal
Fəridə Cəlal(hind फरीदा ज़लाल, ing. Farida Jalal, 18 may 1944, Yeni Dehli) — Hindistanın kino və televiziya aktrisası. == Həyatı == 14 mart 1949-cu ildə Yeni Dehlidə anadan olmuşdur. Filmə çəkilməyə 1961-ci ildən başlayıb. "Bobbi" filmində xəstə qız rolunu oynayıb. Son filmə 2013-cü ildə çəkilib. Ailəlidir, bir oğlu var.
Fəridə Hicran
Fəridə Hicran — azərbaycanlı folklorşünas alim ,filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin böyük elmi işçisi, Azərbaycanda yuxu yozumlarının əsas tədqiqatçılarından biridir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şura üzvüdür. Publisist yazıçı, şairə və I Qarabağ müharibəsi qazisidir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.. Qarabağ gerçəkliklərini Haaqa Ədalət Məhkəməsinə çatdıran ilk yazar və məşhur "Qarabağda talan var" kitabının müəllifidir. Bu kitab müəllif tərəfindən Haaqa Ədalət Məhkəməsinin kitabxanasına təqdim edilmişdir == Kitabları == Yuxu və onun rəmzləri. Bakı: Elm, 1990. Qarabağda talan var. Bakı: Gənclik, 1992, 160 səh. Azərbaycan mühacirət folklorşünaslığı.
Fəridə Həsənxanova
Fəridə Həsənxanov (4 iyun 1997 – 28 sentyabr 2013) — Azərbaycanlı cüdoçu. 2011-ci ildə Türkiyənin Antalya və 2013-cü ildə Ukraynanın Kiyev şəhərində keçirilən Avropa Kubokunun bürünc medalçısıdır. == Həyatı == Fəridə Ruslan qızı Həsənxanova Azərbaycan Respublikası Cüdo Federasiyası yığmasının qadın üzvüdür. == Karyerası == Dəfələrlə Azərbaycan çempionu, Kievdə Avropa kubokunun 3-cüsü, Türkiyədə keçirilən Uşaq oyunları yarışının 3-cüsü. 2013-cü ildə əhvalı pisləşən güləşçi xəstəxanaya yerləşdirilsədə bir neçə gün xəstəxanada komada qalır və 09.28.2013-cü il tarixdə 16 yaşında əbəbdi olaraq gözünü yumur.
Fəridə Həyat
Fəridə Həyat (d. 20 iyun 1949, Tehran, İran) — əslən İran azərbaycanlılarından olan britaniyalı antropoloq və yazıçı. O, SOAS London Universitetində və Bişkekdəki Amerika Mərkəzi Asiya Universitetində işləmişdir.O, Azərbaycan və Qırğızıstandakı qadınlar barədə xeyli sayda məqalənin müəllifidir. O, həmçinin "Azəri qadını dəyişimdə: Sovet və postsovet Azərbaycanında qadın" və "Qırx qəbilənin torpağı" kitablarının müəllifidir. == Həyatının erkən dövrü == O, Tehran şəhərində İran azərbaycanlısı olan alədə dünyaya gəlmişdir. Uşaqlıq illəri Tehranda keçən Fəridə Həyat farsdilli və azərbaycandilli mühitdə böyümüşdür. == Təhsil == Orta məktəbi bitirdikdən sonra Türkiyəyə getmiş və orada Ankara Universitetində fizika təhsili almışdır. 1967-ci ildə isə ali təhsil almaq üçün Londona köçmüşdür. İlk dərəcəsini hesablama və statistikadan almışdır. Bundan sonra kompüter elmləri üzrə magistr dərəcəsinə yiyələnmişdir.
Fəridə Ləman
Fəridə Ləman (26 noyabr 1953, Kəmərli, Qazax rayonu) — filologiya üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutunin alimi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır. 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub. Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir. Fəridə Ləman bununla yanaşı "Məhsəti" jurnalının təsisçisi və baş redaktorudur. == Yaradıcılığı == Bədii yaradıcılığa 1980-ci illərdən başlamışdır. Fəridə Ləman 50-dan çox kitabın müəllifidir. == Fəaliyyəti == İran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.
Fəridə Məlikova
Məlikova Fəridə İsmayıl qızı — kamança ustası. == Həyatı == Fəridə Məlikova 7 dekabr 1967-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya gəlib. 1975-ci ildə orta məktəbin I sinfinə, eləcə 2 saylı incəsənət məktəbinə daxil olub. 1983-cü ildə S. Hacıbəyov adına musiqi texnikumuna daxil olub və 1987-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Respublika musiqi ifaçıları müsabiqəsinin I dərəcəli, 1986-cı ildə Ü. Hacıbəyov adına birinci Respublikalararası müsabiqənin II dərəcli qalibi olub. 1987–1992-ci illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Ü. Hacıbəyov təqaüdçüsü kimi təhsil alaraq fərqlənmə diplomu ilə bu təhsil ocağını bitirib. 1988-ci ildə ilk dəfə qadın üçlüyündə respublikanın xalq artisti Gülyaz Məmmədovanı müşayət edib və qadın üçlüyünün ilk təəssübkeşlərindən olub.
Fəridə Məmmədova
Fəridə Məmmədova (müğənni) — Azərbaycan müğənnisi. Fəridə Məmmədova (tarixçi) — Azərbaycan tarixçisi.
Fəridə Nesterenko
Fəridə Nesterenko — aktrisa == Həyatı == Fəridə Nesterenko 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir. Onların arasında: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Nənə (Y.Şvars "Snejnaya koroleva"), Qretxen (V.Reznikova "Şelkunçik"), Gözətçi (T.Vilyams "Tramvay Jelaniye") kimi rolları misal gətirmək olar.
Fəridə Səfiyarzadə
Fəridə Səfiyarzadə (d. 7 may 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. == Həyatı == Fəridə Səfiyarzadə 2004-cü il 7 mayda anadan olub. 9 yaşından idman ilə məşğul olur. == Karyerası == Fəridə Səfiyarzadə 2012-ci ildən etibarən bədii gimnastika ilə məşğul olur. Fəridə Səfiyarzadə beynəlxalq səviyyədə birinci uğurunu 2015-ci ildə qazandı. Fəridə Səfiyarzadə, Bolqarıstanın Plovdiv şəhərində baş tutan yarışda, qızıl medala layiq görüldü. Fəridə Səfiyarzadə 2018-ci ilin 15-16 noyabrında İsrailin Ramat-Qan şəhərində baş tutan "Venera Cup" beynəlxalq turnirində mübarizə aparadı.[3] Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup ümumi nəticədə 16.000 balla beynəlxalq turnirin qızıl medallarına sahib olub.[3] 2019-cu il: Gənclər arasında birinci uğurlar Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədənibarət qrup növbəti uğuruna 2019-cu ilin 5-8 aprelində PolşanınVarşava şəhərində baş tutan "Irina Cup" beynəlxalq turnirində imza atdı. Bütün rəqiblərindən üstün olan qrup turnirin qalibi oldu. Daha sonra Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup 2019-cu ilin 20-22 aprelində baş tutan gənclər arasında "Azerbaijan Gymnastics Federation Trophy" beynəlxalq turnirində mübarizə apardı.
Fəridə Vəlixanova
Fəridə Vəlixanova (tam adı:Fəridə Ağaəli qızı Vəlixanova; ) 21 oktyabr 1935 — 3 sentyabr 2023 - Bakı Ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), əməkdar elm xadimi (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) == Həyatı == Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. == Fəaliyyəti == Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub. Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir.
Fəridə Vəzirova
Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981). == Həyatı == Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur. Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir. Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Ənvər Çingizoğlu. Sərdarlı kəndi.
Fəridə Əliyarbəyli
Fəridə Həsən qızı Əliyarbəyli (2 iyun 1924, Gəncə – dekabr 2011, Gəncə) – şairə, dramaturq, 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Fəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur. 1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989). 1959-1989-cu illərdə Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur.
Fəridə Əliyeva
Fəridə Əliyeva (d. 8 dekabr 1997) — Azərbaycanlı karateçi. Fəridə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Həyatı == Fəridə Əliyeva 8 dekabr 1997-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. == Karyerası == Fəridə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +68 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Əliyeva, finalda görüşündə, Türkiyə nümayəndəsi Məltəm Hocaoğluna 2:6 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Fəridə Əzizova
Fəridə Əzizova (6 iyun 1995, Qusar) — Azərbaycanlı taekvondoçu. Fəridə Əzizova 2013-cü ildə Puebla şəhərində Dünya Çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Fəridə Əzizova həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. Fəridə Əzizova 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. == Karyerası == Fəridə Əzizova birinci uğurunu 2007-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində qazandı. O, gənclər arasında Avropa Çempionatının bürünc medalını qazandı. 2008-ci ildə isə Fəridə Əzizova yeniyetmələr arasında Dünya çempionu oldu. Növbəti il isə Fəridə Əzizova Serbiyanın paytaxtı Belqrad şəhərində gənclər arasında Avropa Çempionatında qızıl, Trilleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatında isə bürünc medal qazandı. 2012-ci ildə həmçinin Fəridə Əzizova Yay Olimpiya Oyunlatında lisenziya xarakterli yarışın qalibi oldu və London Olimpiadasına vəsiqə qazandı. Qeyd edək ki, Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taekvondoçu oldu.
Fəridə Məmmədova (müğənni)
Məmmədova Fəridə Kamal qızı (29 sentyabr 1976, Bakı şəhəri) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Fəridə Məmmədova (soprano) Bakı şəhərində anadan olub. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1994-2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı vəzifəsində çalışır. 1997-ci ildə Azərbaycanda vokalçıların "İlin vokalçısı" müsabiqəsində I mükafata, 2000-ci ildə Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində III mükafata layiq görülmüşdür. 2007-ci ildə Almaniyanın Veyden şəhərində keçirilən Maks Reger adına Beynəlxalq müsabiqənin finalçısıdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: J.Bizenin "Carmen" operasında Mikaela, W.A.Mozartın "Cosi fan tutte" və "Fiqaronun toyu" operalarında Fiordilici və Qrafinya, V. Bellininin "Norma" operasında Norma, G.Verdinin "İl Trovatore" və "Don Carlos" operalarında Leonora və Yelizaveta, R.Leoncavallonın "I Pagliacci" operasında Nedda, P.Msscagninin "Cavalleria rusticana" operasında Santuzza, G.Puccini "Il Tabarro", "Manon Lescaut" və "Gianni Schicchi" operalarında Giorgetta, Manon və La Ciesca, Çaykovskinin "Qaratoxmaq qadın" operasında Liza, R.Mustafayevin "Vaqif" operasında Xuraman, M.Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, F.Əlizadənin "Intizar" operasında Gəlin, L.Vaynşteynin "Zoluşka" operasında Javotta, Y.Rakhmadiyevin "Alpamis" operasında Mıstan ve s. F.Məmmədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Dəfələrlə klassik dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansamblari ilə çıxış edir.
Fəridə Məmmədova (tarixçi)
Fəridə Cəfər qızı Məmmədova (8 avqust 1936, Zubovka – 8 dekabr 2021, Bakı) — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir. Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[mənbə göstərin] == Əsas elmi nailiyyətləri == İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə.
Fəridə xanım Sultan
Fəridə xanım Sultan (30 aprel 1847 – dekabr 1920) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Fəridə xanım Sultan 30 aprel 1847-ci ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 3 yaşında ikən anası vəfat etdi və bacısı Səniyə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Fəridə xanım bacısının ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il 1868-ci ildə Mahmud Nədim Paşayla evləndirildi və bu nigahdan bir oğlu dünyaya gəldi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar. 1904-cü ildə ərinin ölümüylə dul qalan Fəridə xanım Sultan 1920-ci ilin dekabrında vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsi yaxınlığındakı məzarlığa bacısının yanına dəfn olundu. == Övladı == Mehmed Sahib bəy (ö.
Fəridə Cəfər qızı Məmmədova
Fəridə Cəfər qızı Məmmədova (8 avqust 1936, Zubovka – 8 dekabr 2021, Bakı) — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir. Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[mənbə göstərin] == Əsas elmi nailiyyətləri == İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə.
Fəridəddin Gəncşəkər
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎, pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر, ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fəridəddin Əttar
Fəridəddin ibn Məhəmməd Əttar (fars. فرید الدین عطار, Farid od Din Əttər; 1145–1229) — Orta əsr fars şairi və mütəsəvvüfü. Sufizm nəzəriyyəçisi. == Həyatı == Fəridəddin Əttar 1136-cı ildə Nişapurda anadan olub. Onun anadan olduğu tarixlə bağlı tədqiqatçılar yekdil rəyə gələ bilməyiblər. A. Knış bu tarixi 1119, (A. D, Knış. Musulmanskiy mistisizm. Moskva-Sankt-Peterburq, "Dilə", 2004), Y. Bertelts isə 1150-ci il olaraq göstərir (E. G. Bertels. Sufizm i sufiyskaə literatura. Moskva, "Nauka", 1965.).
Fəridən şəhristanı
Fəridən şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Daran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 81,622 nəfər və 20,215 ailədən ibarət idi.

Digər lüğətlərdə

агра́ф вверх нога́ми внуча́тный нараба́тываться недооблага́ться нунча́ки подрисо́вывание энергозатра́ты воти́ровать Деда́л кисть бизой concinnous demographic transition flocci gas-bath huckstery lupin monoxylon poll serendipity выкипятить пригореть сеттер чертёнок