FƏRSƏNG

is. [ fars. ] köhn. Təxminən 5-6 kilometrlik məsafə.
[Odabaşı:] Şəhərdən on-on beş fərsəng kənara sağ-sol göz işlədikcə ağanın əmlakı idi. Ə.Haqverdiyev.
Ordu Gəncədən İsfahan kəndinə qədər olan on iki fərsəng yolu xalqın şadlıq səsləri, musiqi nəğmələri altında keçirdi. M.S.Ordubadi.

Синонимы

  • FƏRSƏNG fərsəng bax ağac 1

Этимология

  • FƏRSƏNG (Parəsəng variantı da var) farscadır, bir fərsəng 3 milə, o da min gəzə bərabərdir. (bir gəz bir dəvə addımının məsafəsi olub)
FƏRSƏX
FƏRSİZ
OBASTAN VİKİ
Fərsəng
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.

Значение слова в других словарях

-ан- бульо́н менто́л мозжечко́вый ни́вхи отка́шиваться поддо́й подло́пастный развенча́ть фитотро́ника аккумуляцио́нный бесцензу́рность натрениро́вать прича́л чахо́тка бавить чечевица cosmosphere cream-coloured glyptodon manchineel Pisces squireen thioaldehyde жадно