is. [
fars. ] Acı-acı bağırma; nalə, fəğan, ah-nalə, vaveyla. Oğlunu itirmiş ananın fəryadı.
– İnilti, qışqırıq, ah, fəryad, gülüş; Bürüyüb aləmi, dönüb tufana. M.Rahim.
Bu insan fəryadına; Baxdıqca nələr düşür; Hər baxanın yadına. B.Vahabzadə.
□ Fəryad etmək (qoparmaq, çəkmək, qılmaq) – acı-acı bağırmaq, ah-nalə etmək, fəğan etmək.
Həqiqət hal, hər həftə fəryad etmək də yaxşı deyil. N.Nərimanov.
Gəlin… acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal.
// məc. İnləmək, ağlamaq, sızlamaq.
Axır günün əvvəl eyləyib yad; Axıtdı sirişkü qıldı fəryad. Füzuli.
Külək uğuldadıqca çinarın qurumuş yarpaqları fəryad qoparırdı. Ə.Vəliyev.
Üç addım o tərəfdə kiçik bir qız fəryad edir. Ə.Məmmədxanlı.
Fəryada gəlmək – bax
fəryad etmək.
Ələmi-layətənahinin əlindən, Hadi; Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi.
// Qışqırıq, bağırtı, çığırtı. Xəstənin fəryadı.
– İçəridən boğuq bir səs gəldi, ani bir fəryad duyuldu. Çəmənzəminli.
□ Fəryad qoparmaq (etmək) – qışqırmaq, bağırmaq, çığırtı salmaq.
// İmdada, köməyə çağırış səsi. Fəryadına yetişən olmadı.
– Heç kəs Nəbinin səsini, naləsini, fəryadını eşitmirdi… Ə.Abasov.