FƏRYAD Badam xalanın fəryadını yalnız özü eşidirdi (M.Hüseyn); AH-FƏRYAD [Paşa bəy:] ..Bu qədər ah-fəryad eləməzdim (Ə.Vəliyev); AH-NALƏ O biri otaqda Səlimnaz arvadın ah-naləsi ucaldı (M.Hüseyn); AH-ZAR (ahü zar), DAD-FƏRYAD (dadü fəryad) Gör hesabın mən çəkdiyim azarın; Bu dadü fəryadın, bu ahü zarın (M.P.Vaqif); FƏĞAN Abbas: Gecə-gündüz qan ağlaram; Artıbdır fəğanım mənim (“Abbas və Gülgəz”); VANƏFSA (köhn.) Yol böyük vanəfsa səsi onları qamçı kimi qovurdu (Ə.Cəfərzadə); VAVEYLA Böyük bir vaveyla qopdu (A.Makulu); NALƏ (bax).