FƏRZ

I. i. supposition, surmise; ~ etmək to suppose; to surmise, to assume; to presume; Fərz edək ki,... (Let’s) suppose that...; Fərz edək ki, bu doğrudur Suppose / Assume it to be true, Suppose / Assume that it is true

II. s. necessary (for); indispensable (to), essential, obligatory

FƏRYAD
FƏRZƏND
OBASTAN VİKİ
Abdin Fərzəliyev
Fərzəliyev Abdin Ələsgər oğlu (1967, Həmzəli, İliç rayonu) — Abşeron Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. 1974–1984-cü illərdə orta məktəbdə təhsil almışdır. 1985-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-bioloqiya fakultəsinə daxil olmuşdur. 1992-ci ildə isə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1984–1985-ci illərdə H. Z. Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlamışdır. 1992-ci ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri vəzifəsində çalışmışdır. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsini bitirmişdir.
Anadolu fərziyyəsi
Anadolu fərziyyəsi 1987-ci ildə İngilis arxeoloqu Colin Renfrew tərəfindən hazırlanmış və proto-Hind-Avropalıların yayılmasının Neolit ​​Anadolusunda yarandığını irəli sürmüş bir nəzəriyyədir. Kurqan fərziyyəsinə qarşı akademik dairələrdə dəstəklənən ən mühüm nəzəriyyə hesab olunur. Anadolu fərziyyəsi, Neolit ​​dövründə Anadoluda yaşayan proto-Hind-Avropa dillərində (PHA) danışanların eramızdan əvvəl VII və VI minilliklərin Neolit ​​inqilabı zamanı yayıldığını və Hind-Avropa dillərinin tarixən yayılmasına səbəb olduğunu irəli sürür. Bu fərziyyəyə görə, Hind-Avropa dilləri eramızdan əvvəl VII minillikdə Aqrar inqilab nəticəsində Kiçik Asiyadan Avropaya sülh yolu ilə yayılmışdır. Bu fərziyyəyə görə, Neolit dövründəki ​​Avropa əhalisinin əksəriyyəti Hind-Avropa dillərində danışırdı və sonrakı köçlər əvvəllər mövcud olan Hind-Avropa dillərini başqa yeni gələn Hind-Avropa dilləri ilə əvəz etmişdir.
Arzu Fərzəliyev
Arzu Fərzəliyev (28 mart 1958, Naxçıvan) — Azərbaycanlı müğənni, əməkdar artist == Həyatı == Fərzəliyev Arzu İsmayıl oğlu 28 mart 1958-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə Naxçıvan Dövlət Pedaqoji institutunu bitirmişdir. Ailəlidir, 3 oğlu 5 nəvəsi var. == Fəaliyyəti == 1977-ci ildə Qafqaz İnstitutları arasında keçirilən Suxumi 77 festivalının qalibi, 1978-ci ildə Bakıda keçirilən "Qızıl Payız" musiqi festivalının qalibi olmuşdur. Naxçıvanda keçirilən mahnı televiziya müsabiqəsinin 7 dəfə qalibi olmuşdur. 1983-cü ildən Naxçıvan şəhərində mədəniyyət evində fəaliyyətə başlamışdır, 1985-ci ildə SSRİ mədəniyyəti xidmətinə görə əlaç döş nişanı ilə təltif olunmuşdur. 1984-cü ildə mədəniyyət evinin bədii rəhbəri, 1988-ci ildən 2017-ci ilədək Naxçıvan mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2018-ci ildən Naxçıvan Dövlət Filarmoniyasında bədii quruluş hissə müdürü vəzifəsində çalışır. Naxçıvanda və Bakıda keçirilən konsert proqramlarında çıxış etmişdir.
Balaş Fərziyev
Balaş İltizam oğlu Fərziyev (6 mart 1994, Bibiyani, Lerik rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balaş İltizam oğlu Fərziyev 6 mart 1994-cü ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Ailədə 4 qardaş olublar. Balaş evin 3-cü övladı idi. Mikayıl Qasımov adına tam orta məktəbdə oxuyub. == Hərbi Xidməti == Fərziyev Balaş 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə müharibə başlıyan zaman könüllü kimi yazılıb. 29 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə mina düşməsi nəticəsində şəhid olmuşdur.
Böyük toqquşma fərziyyəsi
Böyük toqquşma fərziyyəsi və ya Teyanın toqquşması — Günəş sisteminin formalaşmasından 20–100 milyon il sonra, təqribən bundan 4,5 milyard il əvvəl baş verdiyi ehtimal olunan Teya planetinin Yerlə toqquşması hadisəsi. Təqribən Mars böyüklüyündə olduğu düşünülən Teyanın Yerlə toqquşması nəticəsində, Yer ətrafı boşluğa yayılan qalıqların orbitdə toplanması nəticəsində Ayın formalaşdığı ehtimal olunur. == Alternativ fərziyyələr == Ayın formalaşması ilə bağlı bir sıra alternativ fərziyyələr də vardır. Bölünmə fərziyyəsinə görə Ay mərkəzəqaçma təcili nəticəsində Yer qabığından qoparaq ayrılmışdır. Belə olduğu halda Yerin başlanğıc sürətinin çox böyük göstəriciyə sahib olması lazımdır. Əgər bölünmə fərziyyəsi düzgün olarsa, Yerin ekvator müstəvisi ekliptikin müstəvisinə uyğun olmalı idi, ancaq bu belə deyil. Ayın Yerin cazibə qüvvəsi tərəfindən sonradan tutulması fərziyyəsinə görə Ay fərqli yerdə meydana gəlmişdir və Yerin yaxınlığından keçərkən onun cazibə qüvvəsi tərəfindən tutulmuşdur. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində bu fərziyyənin doğru olması üçün tələb olunan şərtlərin ödənmədiyi məlum olmuşdur. Birlikdə formalaşma fərziyyəsinə görə isə Yer və Ay Günəş sistemi formalaşarkən molekulyar buluddan eyni vaxtda və yerdə formalaşmışdır. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində Ayda metal maddələrinin həddən artıq az olması səbəbindən Yer və Ayın birlikdə formalaşması fərziyyəsinin doğru olması ehtimalı azdır.
Emin Fərzəliyev
== Həyatı == 20 dekabr 1998-ci ildə Ağcabədi rayonunda anadan olub. == Hərbi xidməti == [1]Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Ağcabədi rayon sakini, 1998 -ci il təvəllüdlü Əsgər Fərzəliyev Emin Elnur oğlu Ağcabədi rayon [2]şəhidlər xiyabanında dəfn olunub. Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə [3]Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Emin Fərzəlizadə
Emin Fərman oğlu Fərzəlizadə (30 yanvar 1995; Beyləqan rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Fərzəlizadə 1995-ci il yanvarın 30-da Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Emin Fərzəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Fərzəlizadə noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Firdovsi Fərzəliyev
Firdovsi Fərzəliyev (10 iyul 1993, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycanı təmsil edən Karateçi, Avropa Oyunlarının qalibi. == Karyerası == Firdovsi Fərzəliyev nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında imza atdı. Qrup mərhələsində üç görüşün üçündə də qələbə qazanan Firdovsi Fərzəliyev turnirin yarım-final mərhələsində KYRM nümayəndəsi, 2014-cü il Avropa Çempionatının qalibi Emil Pavlov üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Firdovsi Fərzəliyev İtaliya nümayəndəsi, son Avropa çempionu Lusa Maresaya 4:0 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Firdovsi Rəfi oğlu Fərzəliyev "Şöhrət" ordeniilə təltif edildi.Firdovsi Fərzəliyev 2016-cı ildə Avstriyanın Lins şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. 2017-ci ildə Firdovsi Fərzəliyev mayda Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının bürünc, iyunda isə Polşada Dünya Oyunlarının qızıl medallarına sahib oldu. 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə aparan Firdovsi Fərzəliyev bu səfər turnirin final görüşündə məğlub olaraq Avropa Oyunlarını gümüş medalla başa vurdu. 2021-ci ildə isə Firdovsi Fərzəliyev Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 5-də turnirində çıxış edən Firdovsi Fərzəliyev qrup mərhələsinin birinci görüşündə Avropa Çempionatının qalibi Türkiyə nümayəndəsi Eray Şamdan ilə üz-üzə gəldi.
Frigiya-yunan fərziyyəsi
Frigiya-yunan fərziyyəsi — Hind-Avropa dil qrupunun fərziyyəvi qolu. Bu qrup qədim yunan (müxtəlif dialektləri ilə birlikdə) və Frigiya dillərini birləşdirir. Yunan dili erməni (erməni-yunan; ari-yunan), qədim makedon və messap dilləriylə də uyğunlaşdırılmışdır. Ermənicə istisna olmaqla, bu dillər bəzən "yunan" qrupu altında sinifləşdirilir. Çexiya dilşünası Vatslav Blajek bu iki dilin qədimliyi və həmin dillərdə yazılmış mətnlərin az olmasından onların sinifləşdirilməsinin doğru olmadığını deyir. Klod Briks qədim yunan və frig dillərində digər dillərdə olmayan bənzərliklərin olduğunu deyir. == Biblioqrafiya == Blajek, Vatslav. "On the internal classification of Indo-European languages: survey" (PDF). Linguistica Online. noyabr 2005.
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Fərzad Hatəmi
Fərzad Hatəmi (fars. فرزاد حاتمی‎; 3 yanvar 1986, Tehran, İran) — İran futbolçusu. == Həyatı == Fərzad Hatəmi 3 yanvar 1986-cı ildə İranın paytaxtı Tehranda Zəncanlı bir Azərbaycan əsilli bir Türk ayilədə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Rah Ahən, Qəbələ, Sipahan, Səba Qum, Traktor Sazi, İstiqlal, Fulad, Persepolis Tehran, Mələvan Ənzəli. 2016-cı ildə bir daha Tiraxtur klubuna qoşuldu.
Fərzalı
Fərzalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Fərzalı Gədəbəy rayonunun Arabaçı inzibati ərazi vahidində, dağlıq ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qarabağdan gəlmiş Fərzalı adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. 1917-ci ildə Cavanşir qəzasında Fərzalıbəyli (1933-cü ildə Bərdə rayonunda Fərzalılar), Qazax qəzasında Fərzalı, (1933-cü ildə Şəmkir rayonunda Fərzah Quşçu) kəndləri də qeydə alınmışdır. Oykonim Xələc tayfalarının bir tirəsi olan fərzalıların adını əks etdirir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərzalı Abbasov
Abbasov Fərzalı Hətəm oğlu (20 noyabr 1932, Göycəli, Qazax rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952–1964-cü illərdə Ağstafa rayonunda "Nərimanov" və "Lenin" adına kolxozlarda inşaat briqadiri, 1964–1991-ci illərdə Qazax rayonunda S.Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ — nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1976-cı ildə "Lenin ordeni", 1980-ci ildə "Oraq-Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür. 1971–1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974–85-ci illərdə SSRİ Ali Sovetinə, 1985–90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975–90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990–1991-ci illərdə Kalininkənd Qəsəbə XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən hal hazıra kimi Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsidir.
Fərzan Özpətək
Fərzan Özpətək (türk. Ferzan Özpetek; 3 fevral 1959, İstanbul) — Türkiyə və İtaliya rejissoru, ssenaristi. == Həyatı == Fərzan Özpətək 1959-cu ildə İstanbulda anadan olmuşdur. 1976-cı ildə Roma Sapiensa Universitetində kino tarixi üzrə təhsil almaq üçün İtaliyaya köçmək qərarına gəlmişdir. Təhsilini Navona Akademiyasında sənət tarixi və kostyum dizaynı dərslərində tamamlamışdır.
Fərze rayonu
Fərze rayonu - Əfqanıstanın Kabil vilayətində rayon. == Haqqında == 18.000 nəfər əhalisi var. Kabil vilayətinin ən yaşıl rayonlarından biridir. Mərkəzi Dehnouye Fərze olan bu rayon 1991-ci ildə Mir Baça Kot vilayətindən müstəqil rayon kimi ayrılmışdır. Fərze rayonu 18 kənddən ibarətdir. Əhalinin əsas gəliri əsasən kənd təsərrüfatındandır. İstalif rayonundan cənubda, Güldərə rayonundan şimalda, Kələkan rayonundan qərbdə, Mir Baça kot rayonundan isə qərb və şimal qərbdə yerləşir.
Fərzikəndi (Germi)
Fərzikəndi (fars. فرضي كندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (6 ailə).
Fərzili
Fərzili (əvvəlki adı: Fərzəli) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Fərzəli kəndi Fərzili kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin tam adı Kərbəlayı Fərzəli olmuşdur. Yerli əhalinin məlumatına görə, Kərbəlayı Fərzəli həmin kənddə məskunlaşmış maldar ailələrin başçısının adı olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin qışlaq yerində oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərzəlinin adı ilə adlandırılmışdır. Oykonim 1917-ci ildə Fərzili variantında da qeydə alınmışdır. Kəndin adı 2001-ci ildən Fərzili kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Fərzəliçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərziyyə
Fərziyyə– 1) hipotez – həqiqi mənası qeyri-müəyyən olan haqqında elmi ehtimal. Fərziyyə metodunun meydana gəlməsi tarixən antik riyaziyyatın erkən inkişaf mərhələləri ilə bağlıdır; 2) bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fərzəli Əliyev
Fərzəli Fazil oğlu Əliyev — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. == Həyatı == Əliyev Fərzəli Fazil oğlu 1953-cü il mart ayının 12-də Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuşdur. 1961–1966-cı illərdə Aşağı Ləki kənd orta məktəbində və 1966–1971-ci illərdə Orta Ləki kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1971-ci ildə [[[Gəncə Dövlət Universiteti]]nə fizika-riyaziyyat fakultəsinin fizika ixtisasına daxil olmuş və 1975-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Ağdaş rayonu Orta Ləki kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1981-ci ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1989-cu ildə "Gümüş tellur və selendə qalvano-termomaqnit hadisələr" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2005-ci ildə "Gümüş tellur və selendə elektron-fonon prossesləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. == Əsas elmi nailiyyətləri == Əsas elmi istiqamətləri: darzolaqlı yarımkeçiricilərdə elektron-fonon prossesləri, gümüş halkogenidlərdə və faza keçidinə (FK) məruz qalan bəzi materiallarda FK –nin mexanizminin öyrənilməsi. Əsas elmi nəticələri: 1. Ag2Te kristalının elektrikkeçirmə və termoelektrik əmsallarının temperatur asılılıqlarını köməyi ilə elektronların T≈65K-də aşqar səviyyələrindən rezonans səpilməsi müəyyənləşdirilmişdir; 2.
Fərzəlioba
Fərzəlioba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Köhnə Xudat inzibati ərazi vahidində kənd. == Tarixi == Fərzəlioba kəndi Samur-Dəvəçi ovalığındadır. 1917-ci ildə Hacı Fərzəlioba variantında qeydə alınmışdır. Oykonim Fərzəli (ŞƏRQa.) və oba komponentlərindən duzelib, "Fərzəlinin obası, Fərzəliyə məxsus oba" mənasındadır. Keçmiş oba sonralar daimi yaşayış məntəqəsinə çevrilmışdir.
Fərzəliyev
Fərzəliyev — Azərbaycanlı soyadı. Bu soyadı olan tanınmış şəxslərAbbasqulu Fərzəliyev — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Abdin Fərzəliyev — Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı. Çingiz Fərzəliyev — Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi. Əkbər Fərzəliyev — Azərbaycan kino aktyoru, hüquqşünas. Firdovsi Fərzəliyev — Azərbaycan karateçisi. Məşədi Məmməd Fərzəliyev — Qarabağ xanəndəsi. Murad Fərzəliyev (d. 1963) — Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi. Natiq Fərzəliyev — Aktyor Pəhlivan Fərzəliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Hind-Het fərziyyəsi
Hind-Het və ya Hind-Anadolu; İndiyə qədər mövcud olmuş bütün Hind-Avropa və Anadolu dilləri də daxil olmaqla vahid Hind-Avropa termininə ekvivalent bir model olaraq, ilk dəfə 1926-cı ildə Amerika dilçisi "Edqar H. Sturtevant" tərəfindən təklif edilmişdir və sırf hipotetik dil ailəsidir. Termin; "Hind" prefiksi isə Hind-Ari və ya İran hissəsinə aid deyil, yalnız ənənəvi "Hind-Avropa" termini üçün simvolikdir, "Het" hissəsi isə bütövlükdə Anadolu dil ailəsini öz ağuşuna alır. Edgar H. Sturtevant; O, qeyd edir ki, het (Anadolu dilləri) proto-Hind-Avropa dilinin (PHA) yenidən qurulmuş formalarından daha çox arxaik xüsusiyyətlər nümayiş etdirirdi və ola bilsin ki, "proto-hind-avropa"dan əvvəlki, primitiv (ilkin) mərhələdə ayrılıb. Anadolu dilləri üzrə mütəxəssis olan dilçi Haig C. Melchert isə digər tərəfdən, belə fikirləşir ki, "hazırkı trend olan Proto Hind-Avropa dili təkamül etmiş, Anadolunun ibtidai icma quruluşu dövründəki yaşayan insanları proto Hind-Avropa dilində danışan cəmiyyətin qalan hissəsindən böyük ölçüdə təcrid olunmuşdurlar və bir çox ümumi dil yenilikləri xüsusiyyətlərini isə bölüşməmişdirlər". Oxşar bir formada Het və Anadolu "əmiuşaqlarının" "proto-Hind-Avropadan əvvəlki" zamanın çox erkən mərhələsində ayrılaraq, digər Hind-Avropa dillərində itirilmiş olan arxaizmləri mühafizə edərək saxladığı bildirilmişdir. Hind-Het fərziyyəsinin tərəfdarları iddia edirlər ki, ayrılma Hind-Avropa dillərinin qalan bütün qollarının yayılmasından bir neçə min il əvvəl, ehtimal ki, e.ə. VII minillikdə olduğunu iddia edirlər. Bu kontekstdə, Anadolu qolunun ayrılmasından əvvəlki proto dilin "Proto Hind-Het" (PHH) adlandırılması məqsədəmüvafiqdir. Müvafiq olaraq, bütün sonrakı qolları birləşdirən proto-dil növbəti bölünmə qoluna (bəlkə də Tohar) qədər "Proto-Hind-Avropa dili (PHA)" adlandırıla bilər. Bu terminologiya məsələsi olsa da, Hipotez; Anadolu dillərinin Hind-Avropa dilləri və onların geriyə qalan qolları ilə son genetik əlaqəsini müzakirə etmir, yalnız zaman fərqlərinin böyüklük sırasını və xronologiyasını vurğulayır.
Kosmoqonik fərziyələr
Kosmoqonik fərziyələr- (rus. космогонические гипотезы, ing. cosmogonical hypotheses) Günəş sisteminin yaranması haqqında fərziyyələr. İlkin elmi fərziyyələr XVIII əsrdə Kant və Laplas tərəfindən söylənilmişdir. Bu fərziyyəyə görə Günəş və planetlər fırlanan geniş qaz-toz buludunun sıxılması nəticəsində əmələ gəlmişdir. XX əsrin ikinci yarısında Kant və Laplas fərziyyəsi əsasında yaranmış və sovet alimi O.Y.Şmidt, ingilis alimi O.Xoyl və b. tərəfindən inkişaf etdirilmiş, Günəşin və planetlərin vahid soyuq qaz-toz buludundan yarandığı təsdiq edilmişdir.
Kurqan fərziyyəsi
Kurqan fərziyyəsi (nəzəriyyəsi) erkən Hind-Avropa mənşəyinin Qara dəniz-Xəzər çöllərində tapılan arxeoloji “Kurqan mədəniyyəti”nə mənsub olduğunu irəli sürən nəzəriyyələrdən biridir. Kurqan türkcə “koruqan” sözündən götürülmüş olub, hörülmüş məzar mənasını verən bir termindir. Kurqan modeli Hind-Avropa tayfalarının mənşəyi ilə bağlı ən çox qəbul edilən təklifdir. Kurqan təhlili olduqca maraqlıdır və bir çox arxeoloq və linqvistik tərəfindən tam və ya qismən qəbul edilmişdir. Kurqan fərziyyəsi ilk dəfə 1950-ci illərdə Marija Gimbutas tərəfindən irəli sürülmüşdür. Gimbutas “Kurqan mədəniyyəti”ni bir-birini izləyən dörd ardıcıl dövrün nəticəsi kimi tanımışdır. Ən qədimi (I Kurqan) Mis dövrünə (e.ə. 4-cü minilliyin əvvəlləri) aid olan və Dnepr/Volqa arasında tapılmış Samara və Seroqlazovka mədəniyyətlərini də ehtiva edir. Fərziyyəyə görə, bu mədəniyyətlərin köçəri tayfaları eramızdan əvvəl III minilliyə qədər Qara dəniz-Xəzər çöllərinə və Şərqi Avropaya yayılıblar. === Ümumi baxış === Nəzəriyyə ilk dəfə 1956-cı ildə Tarixdən əvvəlki Şərqi Avropa kitabının I hissəsində təqdim edilərkən, Marija Gimbutasın Hind-Avropa mənşələrinin axtarışına verdiyi töhfə arxeologiya və linqvistika fənlərinin sintezinə səbəb oldu.
Mehdi Fərzulla-zadə
Mehdi Zaman oğlu Fərzulla-zadə (27 iyul 1995; Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehdi Fərzulla-zadə 27 iyul 1995-ci ildə anadan olmuşdur. 2002-2012-ci illərdə Bakı şəhər 208 saylı tam orta məktəbdə orta təhsil almışdır. Hərbi xidmət qulluqçusu olduqdan sonra avtoservis sahəsində çalışmışdır. == Hərbi xidməti == Mehdi Fərzulla-zadə 2013-2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin sentyabr ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mehdi Fərzulla-zadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mehdi Fərzulla-zadə 7 noyabr 2020-ci ildə Xocavənd rayonunda yerləşən 612-ci yüksəklik istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mehdi Fərzulla-zadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Digər lüğətlərdə

ба́нтик лото́шник морфи́н поднови́ться пьезо... ру́бщик американиза́ция напу́хнуть обеспло́деть погово́рка поцеремо́ниться ротозе́йка скворе́чня ю́рта верета возле antifebrile nunciate Pisces preconize quantum yield somatic поднакапливать пьянить самосуд