FƏRƏMƏZ

(Ağdaş, Beyləqan, İsmayıllı, Kürdəmir, Qax, Salyan, Şamaxı, Şəki, Zərdab)
bax fəraməz . – Əşi, bu lap fərəməzdi, mınnan oxıyan olmaz (Şamaxı); – Fərəməzin birisi, dediyim sözü yaman yerinə yetirdin (Zərdab); – Bi fərəməz oğlum var, heş yaxşı oxumur (Şəki); – Kamil çox fərəməz adamdı (Beyləqan); – Fərəməz oğuldansa kor qız yaxşıdı (Kürdəmir)
FƏRAZA
FƏRƏZƏ
OBASTAN VİKİ
Fərəməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000). == Həyatı == Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir. == Elmi fəaliyyəti == 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur.F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. == Əsas elmi nailiyyətləri == F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir. Kəsilməz spektrə malik geniş sinif operator dəstələrinin spektral nəzəriyyəsinin əsasını qoymuşdur.
Fərəməzovların evi
Fərəməzovların evi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Şuşanın qədim tacir evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mülkün birinci mərtəbəsində ticarət məkanları yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Şuşanın qədim tacir evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mülkün birinci mərtəbəsində ticarət məkanları yerləşdirilmişdir.Evin divarları daş və əhəng-gil məhlulu qarışığından ina edilmiş, daların arasıda həmin məhlulla üzlənmişdir ki, bu da binanın fasadına xüsusi kolorit verir; birinci mərtəbədə tikilinin fasadı tağvari formalı üç böyük girişə malikdir, ikinci mərtəbədə simmetrik formada üç pəncərə yerləşdirilmişdir. Divar boyunca keçən sadə daş lent pəncərələrin yuxarı ¼ hissəsinə çataraq onların tağını əhatələyir və beləliklə də bir növ çərçivə xarakterini yerinə yetirir. == Ədəbiyyat == Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
Nurlan Fərəməzov
Nurlan Fərəməzov (tam adı: Nurlan Əhliman oğlu Fərəməzov; 1 may 1992; Təngərüd, Astara rayonu — 9 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərəməzov Nurlan Əhliman oğlu 1 may 1992-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olmuşdur. Orta məktəbi Təngərüd kənd tam orta məktəbində bitirmişdir. 2009–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun tibb xidməti baş leytenantı Nurlan Fərəməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən oktyabrın 9-da şəhid olub. Şəhidimiz oktyabrın 10-da doğulduğu kənddə torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

ба́рин изощрённо калмы́ки первобытно-общи́нный сопричисля́ть таври́ться иску́сывать котёнок лету́чка мы́ть косточки кому-л сорня́к спо́рость стре́лочница удовлетворе́ние флейти́стка рациональный чурбан Agnes bawdy-house coolie housemother nonsense sea-lawyer tin lid антисептический