FƏRZİYYƏÇİ
FƏSAD
OBASTAN VİKİ
Fəs
Fəs — kişi baş geyimi. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür. Osmanlı İmperiyası və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10—15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi. Əyanlara məxsus fəslərin qotazları qiymztli qaş və muncuqlarla bəzədilirdi. 1826—1925 illərdə qara qotazlı qırmızı fəs Türkiyədə məmur və əsgərlərin rəsmi baş geyimi olmuşdur.
Fəs (şəhər)
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Fəs şəhəri
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Acıçiçək (fəsilə)
Acıçiçəkkimilər (lat. Gentianaceae) — bitkilər aləminin acıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Yarpaqları qarşılıqlı, sadə, bütövkənarlı, çiçəkləri iri və parlaq olur, meyvəsi qozadır. Bu fəsiləyə aid bitkilərə demək olar ki, bütün qitələrdə rast gəlinir. 70-dən artıq cinsi və 1000-ə qədər növü var. Hamısının tərkibində acı qlükozid olur. Azərbaycanda bu fəsiləyə daxil olan 6 cinsiə aid 23 növ bitir. Bunlardan acıçiçək və isitməotu daha çox əhəmiyyətlidir. Bəzi növlərindən dərman bitkisi kimi, bəzilərindən isə gülçülükdə istifadə edilir.
Akame ga Kill! fəsillərinin siyahısı
Akame ga Kill! (アカメが斬る!, Akame ga Kiru!, azərb. Akame kəsib doğrayır!‎) Tetsuya Taşironun rəssamlığı ilə Takahiro tərəfindən yazılan manqa seriyasıdır. Manqa Tatsumi adlı kəndlinin kəndi üçün pul qazanmaq ötrü imperiya paytaxtına gəlməsindən, lakin paytaxtda güclü rüşvətxorluğun olduğunu kəşf etməsindən bəhs edir. Tatsumi tezliklə imperiyaya qarşı döyüşən Gecə Reydi adlı sui-qəsd komandasına qoşulur. Manqanın nəşr olunmasına Square Enix nəşriyyatının "Gangan Joker" jurnalının 20 mart 2010-cu ildə çıxmış 2010-cu il aprel sayında başlanmışdır. İlk tankobon cildi 21 avqust 2010-cu ildə buraxılmışdır. 22 avqust 2016-cı ilə qədər 14 cildi çapdan çıxmışdır. Yen Press 2014-cü ilin iyununda manqanı Şimali Amerika üçün lisenziyalaşdırmış və ilk cildi 20 yanvar 2015-ci ildə buraxmışdır."Monthly Big Gangan" jurnalının 25 oktyabr 2013-cü ildə çıxmış 11-ci sayında "Akame ga Kill! Zero" (アカメが斬る!
Assassination Classroom fəsillərinin siyahısı
Assassination Classroom (暗殺教室, Ansatsu Kyōshitsu) Yuusey Matsui tərəfindən yazılmış və çəkilmiş manqa seriyasıdır. Manqa seriyası səkkizayağa bənzər və həddən artıq güclü olan bir varlıq və onun dərs dediyi sinifin şagirdlərinin başına gələn gündəlik hadisələrdən bəhs edir. Fərdi fəsillər 2012-ci ilin iyulundan "Weekly Shōnen Jump" jurnalında nəşr olunur və Shueisha nəşriyyatı tərəfindən tankobon cildlərində toplanılır. 2016-cı ilin iyununa kimi 20 tankobon cildi çapdan çıxmışdır və hazırda dövriyyədə 20 milyon nüsxəsi var. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və manqanın ilk cildini 2014-cü ilin dekabrında həm çap, həm də rəqəmsal formatda nəşr etmişdir. == Siyahı == === 1 === == Əlavə fəsillər == Əsas seriyadan əlavə Koro-senseyin şəxsi həyatından bəhs edən 4 hissəlik kiçik seriya nəşr olunmuşdur. 1. "Ev vaxtı" (自宅の時間, Jitaku no jikan) 2. "Bar vaxtı" (居酒屋の時間, Izakaya no jikan) 3. "Şəxsiyyət vaxtı" (素性の時間, Sujō no jikan) 4.
Astral: Fəsil 2 (film, 2011)
Məkrli: 2-ci fəsil (ing. Insidious: Chapter 2) — ABŞ istehsalı olan və rejissor Ceyms Van tərəfindən 2013-cü ildə çəkilmiş qorxu filmidir. Bu film Vanın 2011-ci ildə çəkmiş olduğu "Məkrli" filminin davamıdır. == Rollarda == Patrik Vilson — Caş Lambert Qarret Rian — Caşın uşaqlığı Rouz Bayrin — Reney Lambert Lin Şaye — Elis Ranier Lindsi seim — Elisin gəncliyi Tay Simpkins — Dalton Lambert Stiv Kautler — Karl Hank Harris — Karlın gəncliyi Barbara Herşei — Lorrain lambert Leiq Uannel — Speks Anqus Sampson — Tuker Andre Astor — Foster Lambert Danielle Bisutti — Mişel Kreyn Tom Fitzpatrik — Qara gəlinlikdəki adam / Parker Kreyn Tiler Qriffin — Parkerin uşaqlığı Maykl Biç — Detektiv Sendal C. LaRouz — Uzun saçlı şeytan Bruk Poples — Qonşu Cessika Eduina Fayndli — Tibb işçisi Hillari Stefanie Pirseon — Qara saçlı qadın Corge Pallo — Brayn Priskilla Qarita — Natali Cenna Orteqa — Anna Denei Rodriquez — Elison == Nümayiş olunması == Əvvəlcə Məkrli: 2-ci fəsil filminin nümayişinin 30 avqust 2013-cü ildə olunacağı nəzərdə tutulsada, sonradan 20 sentyabr tarixinə dəyişdirildi. Daha sonradan isə yenidən nümayiş tarixi dəyişdirilərək 13 sentyabr 2013-cü ilə təyin edildi. == Gəlir == Şimali Amerikada 32-35 milyon dollar gəlir əldə film təkcə nümayiş olunduğu gecə 1.5 milyon dollar qazanıb, bütün sentyabr ayında isə bu rəqəm 20 milyon dollara çatıb. Ümumilikdə isə film dünya üzrə 161,919,318 dollar gəlir əldə edib. == Davamı == Əsas məqalə: Məkrli: 3-cü fəsilFilmin davamı olan Məkrli: 3-cü fəsil filminin 5 iyun 2015-ci ildə nümayiş olunacağı gözlənilir. == Ev üçün buraxılış == Məkrli: 2-ci fəsil filminin DVD diski 24 dekabr 2013-cü ildə satışa çıxarıldı.
Aterinlər (fəsilə)
Aterinlər (lat. Atherinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Badımcançiçəklilər fəsiləsi
Bahar fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Balıqçıllar fəsiləsi
Balıqçıllar (lat. Alcedinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Azərbaycanda 2 növü olan 1 cinsi (Alcedo L.) vardır. Xırda quşlardır. Dimdiyi iti, düzdür. Pəncələri gödəkdir. Barmaqları yarıya qədər bitişmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı "Elm".
Battle Angel Alita fəsillərinin siyahısı
"Battle Angel Alita" və ya Yaponiyada tanınan adı ilə "Gunnm" Yukito Kişiro tərəfindən çəkilmiş və yazılmış manqa seriyasıdır. Manqa seriyasının yayımlanması 15 dekabr 1990-cı ildə Shueisha nəşriyyatının "Business Jump" jurnalında başlamış, 1 aprel 1995-ci ildə isə başa çatmışdır. Bu müddət ərzində manqanın 53 fəsli çap olunmuşdur. Manqa Alita adlı (orijinal yapon versiyasında Qalli) yaddaşını itirmiş kiborq qızdan bəhs edir. Daysuke İdo adlı kibertibb mütəxəssisi tərəfindən tullantıların arasından tapılmış Alita əslində kim olduğunu və keçmişini öyrənməyə çalışır. Hadisələr XXVI əsrdə Tiferes (orijinal yapon versiyasında Salim) və Xarabalıq adlı uydurma şəhərlərdə cərəyan edir. Shueisha nəşriyyatı manqanın fəsillərini tankobon cildlərdə toplamışdır. İlk cild 19 sentyabr 1991-ci ildə, sonuncu – 9-cu cild isə 19 iyul 1995-ci ildə buraxılmışdır. Yukito Kişiro manqanın davamı xarakteri daşıyan daha iki manqa seriyası yaratmışdır. Birincisi, "Battle Angel Alita: Last Order" manqa seriyası 18 noyabr 2000-ci ildən 28 yanvar 2014-cü ilə kimi nəşr olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəsli
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəsli– Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəslində Birləşmiş Millətlər Təşkilatına (BMT) üzvlükdən bəhs olunur. Üzvlük Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş şərt və öhdəlikləri qəbul edən original imza edənlərə və Təşkilatın mühakiməsinə görə, bu öhdəlikləri yerinə yetirməyə qabil və hazır olan bütün digər sülhsevər dövlətlərə açıqdır. BMT Nizamnaməsinin II fəslinə görə, BMT-yə qəbul olmaq üçün ölkə əvvəlcə BMT Təhlükəsizlik Şurası tərəfindən tövsiyə olunmalı və sonra BMT Baş Məclisinin səsverməsi ilə təsdiqlənməlidir. Əlavə olaraq, qəbula bəzən Daimi Beş və ya D5 olaraq da adlandırılan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən (Çin, Fransa, Rusiya, İngiltərə və ABŞ), heç biri tərəfindən etiraz edilməməlidir. BMT üzvlüyünə qəbul xüsusilə mikro dövlətlər üçün suverenliyin və qanuni dövlətçiliyin əsas göstəricisi hesab olunur. Bəzi dövlətlərdə Tayvana dair Çin Respublikası kimi qeyri-rəsmi olaraq müstəqil tanınan, ancaq daimi üzv tərəfindən tətbiq edilən veto hüququna görə BMT-yə üzv olmayan hökumətlər var. Soyuq müharibə ərzində Birləşmiş Ştatlar və Sovet İttifaqı rəqib blokların BMT üzvlüyünə qəbuluna icazə vermədi. Onlar bu ölkələrin üzv olmasına icazə verməyə başladıqda, xüsusilə müstəqillik qazanan koloniyaların sayı artdıqca bu BMT üzvlüyünün genişlənmə dövrünə gətirib çıxardı. Həmçinin II fəsil Təşkilata üzvlükdən irəli gələn hüquq və imtiyazları dayandırılmış üzv dövlətlərin Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclis tərəfindən onların öz hüquq və imtiyazlarını həyata keçirməsini təmin edir. Çin Respublikası hökuməti, Çin Millətçi Heyətinin BMT Təhlükəsizlik Şurasının təqdimatı olmadan xaric edilməsindən bəri Çin Xalq Respublikasını Çin kürsüsünün qanuni sahibi elan edən BMT Baş Assambleyasının 2758 saylı qətnaməsinin qanuniliyini şübhə altına alır (ÇR-ın təsisçi üzv olduğu).
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli — BMT Təhlükəsizlik Şurasının sülhü qorumaq səlahiyyətlərini müəyyən edir. Nizamnamənin bu fəsli "barışıq üçün hər hansı bir təhdidin, sülhün pozulması və ya təcavüz aktının mövcudluğunu müəyyənləşdirməyə" və "beynəlxalq sülhü və təhlükəsizliyi bərpa etmək" üçün hərbi və hərbi olmayan tədbirlər görməyə imkan verir. VII fəsil, həmçinin Hərbi Qərargah Komitəsi üçün BMT Təhlükəsizlik Şurasının sərəncamına verilmiş qüvvələrin strateji əlaqələndirilməsinə görə məsuliyyət müəyyən edir; Komitə Şuranın beş daimi üzvünün qərargah rəhbərlərindən ibarətdir. BMT Nizamnaməsinin BMT üzv dövlətlərinin digər BMT üzv ölkələrinə hücum etməsini qadağan etməsi, BMT-nin İkinci Dünya müharibəsi bitdikdən sonra yaradılmasının əsas məqsədinə, yəni müharibənin qarşısını almağa xidmət edir. Həddindən artıq narahatlıq yaradan bu hal Nürnberq prosesində "bir dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya suverenliyinə qarşı müharibə aparmaq, ya da beynəlxalq müqavilələri və ya razılaşmaları pozmaq" kimi qeyd olunan sülh əleyhinə cinayət konsepsiyasında da əks olunur. == Tarixi inkişaf == Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən və Birinci və İkinci Dünya müharibəsi arasındakı illərdə Millətlər Liqasının mövcud olmasına baxmayaraq, diplomatiyanın son uğursuzluğundan sonra qurulmuşdur. Buna görə də Liqanın uğursuzluğuna reaksiya olaraq, Təhlükəsizlik Şurasına VII Fəsil vasitəsilə geniş səlahiyyətlər verilmişdir. Beləliklə, bu geniş səlahiyyətlər Təhlükəsizlik Şurasına tarix ərzində mövcud olan digər beynəlxalq təşkilatlarla müqayisədə daha çox funksiyanı yerinə yetirməyə imkan vermişdir. Belə bir mübahisə mövcuddur ki, Şuraya verilmiş bu geniş səlahiyyətlər onu "beynəlxalq birliyin icraçısı" və ya hətta "beynəlxalq hökumət" edir.Millətlər Liqasının Razılaşması tarixdə ilk dəfə iqtisadi və hərbi sanksiyalar yolu ilə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etdi. Üzv dövlətlər, həmçinin, Şuranın əvvəlcədən qərarı olmadan, Liqanın fikrincə qanunsuz hərəkət etmiş dövlətlərə qarşı tədbir görməyə borclu idilər.
Birəbittən fəsiləsi
Buludluğun fəsillər üzrə paylanması
Cümə, ayın 13-ü. Sonuncu fəsil (film, 1984)
Cümə, ayın 13-ü. Sonuncu fəsil (ing. Friday the 13th: The Final Chapter) — 1984-cü ildə istehsal olunmuş ABŞ filmidir.
Dörd fəsil (Vivaldi)
Dörd fəsil (Italian: Le quattro stagioni) – italyan bəstəkarı Antonio Vivaldi tərəfindən bəstələnmiş dörd violonçel üçün konsertlər dəsti. 1723 – cü ildə bəstələnmiş "Dörd fəsil" Vivaldinin ən məşhur əsəri olmaqla yanaşı, eyni zamanda Barokko dövrü musiqisinin də ən məşhur nümunələrindəndir. Dəstə daxil olan konsertlərin hər biri müxtəlif məzmun daşıyaraq, aid olduğu fəslin xüsusiyyətlərini əks etdirir. Məsələn "Qış" parlaq yüksək səsli notlarla bəzədildiyi halda, "Yay" özünün "Fırtına" da adlandırılan son hissəsində sanki fırtınanı səsləyir. Konsertlər ilk dəfə 1725 – ci ildə Vivaldinin on iki konsertdən ibarət op. 8 konsertlər seriyası kimi "Il cimento dell'armonia e dell'inventione" (Harmoniya və kəşf arasında yarışma) adıyla nəşr edilmişdir. İlk dörd konsret "Le quattro stagioni" adlandırılmış, həmin dörd konsertin hər biri daha sonra fəsillər kimi tanınmışdır. Hər konsert biri yavaş, ikisi isə bir qədər sürətli olmaqla üç parçadan ibarətdir. "Dörd fəsil" in yazılması zamanı çağdaş solo (tipik müasir solo və ya orkestrın müşayəti ilə solo) ifa tərzi hələ lazımı qədər tanımlanmamışdı. Vivaldinin solo violançelin ifası ilə skripka kvarteti və kontrabasın ifasını original şəkildə ayarlaması isə konsertin məzmununu tamamlamağa xidmət etmişdir.
Dörd fəsil xalçaları
Dörd fəsil xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbrizdə "Dörd fəsil" ənənəvi təsvirli xalçalar istehsal olunurdu (İlin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edən ənənəvi dörd yerə ayrılır. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub.
Dörd fəsil xalçası
Dörd fəsil xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbrizdə "Dörd fəsil" ənənəvi təsvirli xalçalar istehsal olunurdu (İlin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edən ənənəvi dörd yerə ayrılır. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub.
Fitnə-fəsad
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir.Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.""Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır."Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs."Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar."Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür. == Finə-fəsad baş verən zaman necə davranmalı?! ==
Fullmetal Alchemist fəsillərinin siyahısı
"Fullmetal Alchemist" manqası yapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir. "Square Enix" fəsilləri tankobon formatında cəmləşdirmişdir. İlk cild 22 yanvar 2002-ci ildə, sonuncu — 27-ci cild isə isə 22 noyabr 2010-cu ildə çap edilmişdir. Çox az fəsil Yaponiyada iki "Extra number" jurnalda yenidən yayımlanmışdır. Bundan başqa ilk 9 fəsli, eləcə də digər yan hekayələri özündə cəmləşdirən "Fullmetal Alchemist: The First Attack" da yayımlanmışdır.
Fırçaotu (fəsilə)
Fəsilə (taksonomik kateqoriya)
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Fəsiləüstü
Fəsiləüstü (lat. superfamilia) — taksonomik kateqoriya. XV Beynəlxalq zoologiya konqresində qəbul edilmiş Beynəlxalq kodeksin zooloji nomenklaturasına əsasən (1966) fəsiləüstü üçün «oidea»-dan ibarət suffiks və sonluq qəbul olunmuşdur. Beləliklə, fəsiləüstünün adı sözün kökünə suffiks və sonluq əlavə edilməklə yaranır. Fəsiləüstü yalnız heyvan orqanizmlərinin təsnifatında tətbiq olunur. Məs., durnalar (gruoidea), sığırçınlar (ralloidea) və s.
Fəstfud
Fastfud (ingiliscə fast food, tez yemək) — tez hazırlana bilən yemək növü olub, xüsusi yeməkxanalarda verilir. Sifarişetmə və hazırlama arasında çox vaxt cəmi 10 dəqiqə vaxt olur. Çoxlu miqdarda fastfud restoranları mövcuddur. Ən sürətli "fast food" forması, müştərinin gəlməsinə hazır vəziyyətdə saxlanılan əvvəlcədən bişmiş yeməklərdən ibarətdir (Boston Market rotisserie toyuğu, Little Caesars pizza və s.), Gözləmə müddəti saniyələrə qədər azaldıldı. Digər fast food mağazaları, ilk növbədə hamburger mağazaları (McDonald's, Burger King və s.) Kütləvi şəkildə hazırlanmış əvvəlcədən hazırlanmış maddələrdən (torbalı çörəklər və dad əlavələri, dondurulmuş mal ət köftələri, əvvəlcədən yuyulmuş / dilimlənmiş tərəvəzlər və s.) İstifadə edir, lakin işarə etmək üçün çox ağrılar "ət və kartof" un (hamburger və fransız kartofu) hər zaman təzə (və ya ən azı nisbətən yaxın zamanda) bişirildiyini və "sifarişlə" yığıldığını (yeməkxanada olduğu kimi) müştəriyə çatdırılır. Fastfud restoranları ənənəvi olaraq nəqliyyat vasitəsi ilə yemək vermək qabiliyyəti ilə seçilir. Satış yerləri heç bir sığınacaq və ya oturma yeri təmin edə bilməyən stendlər və ya köşklər, və ya fast food restoranları (sürətli servis restoranları kimi də bilinir) ola bilər. Restoran zəncirlərinin bir hissəsi olan françayzinq əməliyyatları standartlaşdırılan qida məhsulları ilə hər restorana mərkəzi yerlərdən göndərilə bilər. == Tarixi == Müasir fastfud (əlüstü yemək) sənayesinin əsası 1921-ci ildə ABŞ-də qamburger istehsal edən "White Castle" şirkətinin açılması ilə qoyulub. İstehlakçılara yad gələn məhsulların satılması üçün şirkət rəhbərliyi tərəfindən bu gün də önəm verilən prinsiplər rəhbər tutulmuşdu: sabit qiymət, təmizlik və aşkarlıq (qamburgerlər alıcıların gözləri önündə sanitar qaydada hazırlanırdı).
Fəsəli
Fəsəli - Azərbaycan mətbəxində geniş yayılmış un məmulatı. == Lazım olan məmulatlar == Əla növ buğda unu - 780q, maya - 20q, şəkər tozu - 55q, quyruq yağı - 110q, (və ya quyruq cızdağı). Ədviyyat - keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən - 2-3q, duz - 5q. Una maya, su və duz qatılıb xəmir yoğrulur. == Hazırlanma qaydası == Xəmir 1,5-2 saat saxlanılr və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında yayılır. xəmirin üzərinə əvvəlcədən narın döyülmüş, ədviyyat qatılmış yağ sürtülür və 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burulur. Həmin rulet vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır. Fəsəli hər iki tərəfdən tavada bişirilir. Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilir və ya yanına ayrıca bal qoyulur.
Fəsəndüz (Qoşaçay)
Fəsəndüz (fars. فسندوز‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,681 nəfər yaşayır (617 ailə).

Значение слова в других словарях

подгрыза́ние понтировать призабы́ть зоогигие́на крупноузо́рчатый леги́рующий промоло́ть терапевти́чески устила́ться мапка отвага brachy- deliriousness dichotomy melancholia minikin ski-scooter stinkeroo вахлак голосовой малодоступный отрасль подохнуть поездить святотатство