FƏSAD

is. [ ər. ]
1. Nifaq, qarışıqlıq, fitnə, intriqa.
Bizdə görünməz nə fəsadü nifaq; İşləməyə bir-birimizdən qoçaq. M.Ə.Sabir.
Hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər. C.Məmmədquluzadə.

□ Fəsad düşmək – hərc-mərclik düşmək, qarmaqarışıqlıq düşmək, asayiş, əmin-amanlıq pozulmaq, dava düşmək, nifaq düşmək.
Fəsad salmaq – hərc-mərclik salmaq, ara qarışdırmaq, nifaq salmaq, intriqa salmaq. Aralarına fəsad salmaq.
– Həm də olurdu uşaq dərsdə bədetiqad; Məzhəbə rəxnə vurub, dinə salırdı fəsad. M.Ə.Sabir.

2. tib. Xəstəliyin törətdiyi ağır, qorxulu nəticələr; pozuqluq.
Deyiblər ki, tənbəllik bədən üçün fəsaddır. Qabusnamə”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏSAD fitnə — şər — böhtan — iftira
  • FƏSAD qarışıqlıq — nifaq

Etimologiya

  • FƏSAD Ərəbcədir.”nizamsız” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FƏS
FƏSADÇI
OBASTAN VİKİ
Fitnə-fəsad
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir.Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.""Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır."Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs."Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar."Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür. == Finə-fəsad baş verən zaman necə davranmalı?! ==

Digər lüğətlərdə

анте́й архео́лог ла́мы непрозра́чный перна́тые предстоя́ть ренега́тствовать угль арба́ бездо́мный винтообра́зный диатри́ба конкуре́нт кра́тер мя́тлик подгля́дывать рекультиви́роваться собо́рный клянча arteriosclerosis comprador destination Polyhymnia steatosis рассрочка