FƏTƏLİ

Ərəbcədir, “fateh Əli” (igid Əli) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

FƏSAD
FƏTİ
OBASTAN VİKİ
Fətəli xan
Fətəli xan Qovanlı-Qacar — Astrabad hakimi. Fətəli xan Əfşar — Urmiya xanı, Cənubi Azərbaycan və Şimali İran hakimi. Fətəli xan Qubalı — Quba xanı, Şimali-Şərqi Azərbaycan hakimi. Fətəli xan (Şəki xanı) — Şəki xanı. Fətəli şah Qacar — Qacarlar sülaləsindən olan 2-ci İran şahı. Fətəli xan Xoyski — ADR-in Daxili və Xarici İşlər naziri. Fətəli xan (İrəvan) — İrəvan xanı Hüseynqulu xanın nəvəsi, Sərdarabad qalasının rəisi.Fətəli xan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.
Fətəli Xan Xoyski
Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (az.-əbcəd فتلیخان ایسگندر اوغلو خویسکی‎; 7 dekabr 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır. == Həyatı == === İlk illəri === Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.
Fətəli fəthi (roman)
"Fətəli fəthi" (rus. Фатальный Фатали) — Azərbaycan yazıçısı Çingiz Hüseynovun tarixi mövzuda yazdığı roman. == Ümumi məlumat == "Fətəli fəthi" romanının ilk variantı "Labüdlük" adı ilə povest kimi nəşr olunmuşdur. Müəllif əsər üzərində işləmiş, daha sonra onu roman kimi nəşr etdirmişdir. Roman əvvəlcə rus dilində yazılmış, sonra isə Azərbaycan dilində yenidən işlənilmişdir. Bu mənada "Fətəli fəthi" romanının iki variantı mövcuddur. == Mövzu == "Fətəli fəthi" romanının mövzusu XIX əsr Azərbaycan tarixindən alınmışdır. Əsərin baş qəhrəmanı böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovdur. Müəllif M.F.Axundovun timsalında Azərbaycanın Rusiya və İran imperiyaları arasında parçalanması tarixinə güzgü tutmuşdur. == Janr == Müəllif "Fətəli fəthi" romanının janrını "tarixi fantaziya" kimi müəyyənləşdirmişdir.
Fətəli xan (İrəvan)
Fətəli xan Qovanlı-Qacar — İrəvan xanı Hüseynqulu xanın nəvəsi, Sərdarabad qalasının rəisi. Həyatı haqqında mənbələrdə çox məlumat yoxdur. Sərdarabad qalası İrəvan xanlığında ikinci böyük qalalardan olmuşdur. Qala 1815-ci ildə istifadəyə verilmişdi. II Rusiya-Qacar müharibəsi zamanı Sərdarabad qalasının rəisi idi. Müharibə dövründə, 1827-ci ildə qalaya Qafqazdakı rus qoşunlarının baş komandanı Paskeviçin əmri ilə K.X.Benkendorf Sərdarabad qalasına hücum etmişdi.Fətəli xanın başçılığı ilə qalada 3 min nəfərlik qarnizon və 22 top var idi. Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general Benkendorf aprelin 16-da səhər 5 taqım və 4 topla qalaya hücum etsə də, yalnız axşam gizlicə qalaya yaxınlaşa bildi. Lakin qaladakılar rusların gəlişindən xəbər tutdular və onlara toplardan atəş açmaqla rusları geri otuzdurmağa nail oldular. Benkendorf qaladakıların könüllü təslim olması üçün qala rəisinin yanına elçi göndərdi. Fətəli xan Benkendorfun bu tələbini rədd edərək "qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdı" cavabını verdi.
Fətəli xan Dağıstani
Fətəli xan Dağıstani (1694, Dağıstan vilayəti (Səfəvilər) – 1722, Şiraz) — Dağıstanın köklü qumuq ailələrindən olan Şamxal ailəsinə mənsub əsilzadə. Səfəvi şahı Hüseynin dövründə (1694–1722) 1716-cı ildən 1720-ci ilə qədər Səfəvi imperiyasının baş vəziri olmuşdur. Dağıstanın Qumuq nəslindən olan Fətəli xan digər Səfəvi baş vəzirlərindən fərqli olaraq sünni idi, halbuki sünnilər ənənəvi olaraq Səfəvi imperiyasında təzyiqlərlə üzləşirdilər, Fətəli xan baş vəzir vəzifəsinə qədər yüksəlməyi bacarmışdı. Onun şahı olan Hüseynin dövlət işlərinə o qədər də marağı olmadığı üçün demək olar ki, bütün dövlət işlərinin həll edilməsini Fətəli xana tapşırmışdı, lakin dövlət işlərinin hamısının onun öhtəsinə buraxılması onun xeyli sayda düşməninin ortaya çıxması ilə nəticələndi. Bu, onun 1720-ci ildə hiylə ilə vəzifədən endirilməsinə yol açdı. Kor edilən və Şiraza sürgün edilən Fətəli xan elə orada da vəfat etdi. Onun yerinə bu vəzifəyə Məhəmmədqulu xan Şamlı gəldi. == Ailəsi == Fətəli xan qumuq şamxalları nəslindən gəlməkdə idi. Onun babası Aldas (İldas) Mirzə Şamxal və ya digər adı ilə İldırım xan Şamxal, atası isə Səfi xan və ya digər adı ilə Əlqas Mirzə idi. Onun ailəsi Səfəvi imperiyasının Dağıstan bölgəsində Terek çayı sahilində bir bölgəni idarə etməkdə idi.
Fətəli xan Qacar
Fətəli xan Qovanlı-Qacar (1686 – 1726) — Qacar xanı, Astrabad və Mübarəkabad hakimi. == Həyatı == Fətəli bəy Şahqulu xan oğlu Astrabad civarında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Oymaqlarına başçılıq etmişdi. Fətəli bəy Şah Sultan Hüseyndən öncə sultan, sonra xan ünvanı almışdı. Fətəli xan Mübarəkabad qalasının hakimi olmuşdu. Qəzvin hakimi Məhəmməd xan Türkman və vəziri Əhməd sultan onu tutmaq üçün ora gəlir. Fətəli xan yomut türkmənlərinin yanına qaçır. Orda evlənir. Eşidir ki, qardaşlarını qalada öldürüblər.
Fətəli xan Qubalı
Fətəli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu ; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.....Burada zadəgan Qacar nəslindən bir qız Hüseyn xana vurulur...O tezliklə onunla evlənir....və bu izdivacdan Əhməd xan doğulur ki, Quba xanlarının nəslinin əsasını qoyur...Buna görə Ağa Məhəmməd Qubalı Şeyx Əli xanı öz qohumu adlandırırdı .
Fətəli xan Xoylu
Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (az.-əbcəd فتلیخان ایسگندر اوغلو خویسکی‎; 7 dekabr 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır. == Həyatı == === İlk illəri === Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.
Fətəli xan Əfşar
Fətəli xan Əfşar (1700, Urmiya – 1763) — Urmiya xanlığının hakimi. Nadir şah Avşar elinin Qırxlı, Fətəli xan Araşlı oymağındandır. Nadir şah Xorasanda, Fətəli xan Urmiyada anadan olmuşdu. == Siyasəti == Fətəli xan Xanlığın ərazisini genişləndirmək üçün ilk olaraq Təbrizi ələ keçirir və paytaxtını buraya köçürür. Fətəli xanın bu siyasəti onu Zənd tayfasının təmsilçisi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu Savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir. Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq 1753-cü ilin sonu 1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bilmişdi. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağ xanlığını da özünə tabe elətdirir.Xorasanın Güneyində möhkəmlənmiş Kərim xan Zənd 1752-ci ilin sonunda Urmiya Xanlığı üzərinə yürüş edir.
Fətəli-i Soltanlı (Kəleybər)
Fətəli-i Soltanlı (fars. فتحعلي سلطان لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (61 ailə).
Fətəli bəy Hali-Gəncəvi
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı == Həyatı == Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı. == Yaradıcılığı == Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb.
Fətəli bəy Xali-Gəncəvi

Fətəli mirzə Qovanlı-Qacar
Fətəli mirzə Rzaqulu mirzə oğlu Qovanlı-Qacar (15.3.1854-?) — çar ordusunun podpolkovniki. == Həyatı == Fətəli mirzə Rzaqulu mirzə оğlu 15 mart 1854-cü ildə Şuşa şəhərində anadan оlmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Rus оrdusunda xidmət еtmişdi. Xidmətə 22 may 1877-ci ildə Qafqaz lеyb-qvardiyasının 4-cü eskadronunda коrnеt кimi başlamışdı. Fətəli mirzə Qacar 1877-1878-ci illərdə rus-Osmanlı müharibəsində iştirak etmişdi. Döyüş zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu. Fətəli mirzə Qacar 9 iyul 1878-ci ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. Açıq bürüncü medalla mükafatlandırılmışdı. Fətəli mirzə Qacar 30 avqust 1879-cu ildə poruçik rütbəsi almışdı.
Fətəli xan (Quba xanı)
Fətəli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu ; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.....Burada zadəgan Qacar nəslindən bir qız Hüseyn xana vurulur...O tezliklə onunla evlənir....və bu izdivacdan Əhməd xan doğulur ki, Quba xanlarının nəslinin əsasını qoyur...Buna görə Ağa Məhəmməd Qubalı Şeyx Əli xanı öz qohumu adlandırırdı .
Fətəli xan (film, 1947)
== Məzmun == Film XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan qubalı Fətəli xanın (Ələsgər Ələkbərov) mübarizəsindən danışır. == Film haqqında == Film yenidən 1958-ci ildə redaktə edilmişdir. Bu zamana qədər film 11 il rəflərdə qalmışdır. Film aktrisa Nəcibə Məlikovanın kinoda ilk işidir. Film aktyor Kazım Ziyanın kinoda son işidir. Filmdə böyük qala səhnəsi tamamilə dekorasiyadır. Dekorasiya Zuğulbada tikilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Mehdi Hüseyn, Ənvər Məmmədxanlı Quruluşçu rejissor: Yefim Dziqan Quruluşçu operator: Əlisəttar Atakişiyev Operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Yuri Şvets Bəstəkar: Niyazi Rejissor: Zeynəb Kazımova Səs operatoru: Kərim Əmirov (1947), Sabir İsgəndərov (1958) Geyim rəssamı: K. Xanlarov Qrim rəssamı: Georgi Parisaşvili Redaktor: Məmmədsadıq Allahverdiyev Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev Rəssam: Ağamehdi Qumriyev Rejissor assistenti: Məmməd Əlili Rəqslərin quruluşu: Əlibaba Abdullayev(titrlərdə yoxdur) === Rollarda === Ələsgər Ələkbərov — Fətəli xan İsmayıl Əfəndiyev — Əmir Həmzə Leyla Bədirbəyli — Tuti Bikə Əli Qurbanov — Usta Səməndər Mustafa Mərdanov — Şirin kişi Nəcibə Məlikova — Xədicə N. Nəsirov — Novruz Möhsün Sənani — Məlikməmməd xan Sidqi Ruhulla — Rza bəy Əlisəttar Məlikov — Hüseyn xan Rza Təhmasib — Ağası xan Kazım Ziya — Mirzə Nadir Ağasadıq Gəraybəyli — Sərdarın elçisi A. Astaxov İ. Roslyakov Fateh Fətullayev Həsənağa Salayev Hacıməmməd Qafqazlı === Filmi səsləndirənlər === Məlik Dadaşov — Əmir Həmzə (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Müxlis Cənizadə (titrlərdə yoxdur) == Şəkillər == == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30.
Fətəli xan (Şəki xanı)
Fətəli xan — Şəki xanı. Məhəmmədhüseyn xanın ikinci oğlu. "Möhnəti" təxəllüsü ilə şeirlər də yazıb. == Haqqında == 1780-cı ilin avqust ayında atası Məhəmmədhüseyn xan öz iqamətgahı Nuxa qalasında ikən, qala qəfildən Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin adamları tərəfindən tutulur. Məhəmmədhüseyn xan özü tikdirdiyi Qurğuşunlu otaqda oğlu Fətəli ağa ilə birlikdə basqınçılara müqavimət göstərir, "yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür.". Məhəmmədhüseyn xan silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadirin əlinə keçir. Bir neçə il sonra Məhəmmədhüseyn xanın əvvəllər ölmüş hesab edilən oğlu Məmmədhəsən ağa Qarabağda peyda olur. O, özünə qoşun toplayıb, tezliklə Şəkini ələ keçirir, Hacı Əbdülqadir xanı tutub öldürtdürür və Şəki xanı olur. Məhəmmədhəsən xanın qardaşı Fətəli xanın oğlu Kərim ağa Şəkixanov yazır ki, "Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır.
Fətəli xan Araşlı-Avşar
Fətəli xan Əfşar (1700, Urmiya – 1763) — Urmiya xanlığının hakimi. Nadir şah Avşar elinin Qırxlı, Fətəli xan Araşlı oymağındandır. Nadir şah Xorasanda, Fətəli xan Urmiyada anadan olmuşdu. == Siyasəti == Fətəli xan Xanlığın ərazisini genişləndirmək üçün ilk olaraq Təbrizi ələ keçirir və paytaxtını buraya köçürür. Fətəli xanın bu siyasəti onu Zənd tayfasının təmsilçisi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu Savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir. Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq 1753-cü ilin sonu 1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bilmişdi. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağ xanlığını da özünə tabe elətdirir.Xorasanın Güneyində möhkəmlənmiş Kərim xan Zənd 1752-ci ilin sonunda Urmiya Xanlığı üzərinə yürüş edir.
Fətəli İsmixanov
Fətəli İsmixanov (??-??) — Azərbaycan maarifçisi, tərcüməçisi. 1915-1917-ci illərdə "Yeni İqbal" və daha sonra "Açıq Söz" qəzetlərində məqalələri ilə çıxış etmiş, erməni hərəkatları haqqında Azərbaycan dilində məlumatlar vermişdir. Kiqarmyants adlı erməni müəllifin "Erməni hərəkatının qısa tarixi" adlı kitabını 1917-ci Azərbaycan dilinə tərcümə edərək "Açıq Söz" qəzetində dərc etmişdir. Bu kitabda ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək üçün düşündükləri planlar, kimlərə, hansı dövlətlərə müraciət etdikləri qeyd olunub.Represiya qurbanı olduğu güman edilir. == Erməni dilindən tərcümələri == "Qaynana", Adelyan ; tərc. ed. İsmixanov "Alvan", Araks ; ermənicədən çevirəni. İsmixanov "Yaşayanlar", Arazi ; çevirəni. F. İsmixanov "Xaos", A. Şirvanzadə ; tərc. ed.
Fətəli şah
Fətəli şah Hüseynqulu xan oğlu Qovanlı-Qacar (1771, Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağa Məhəmməd şahın qardaşı Hüseyn Kulik Xan-ı Cihansızın oğludur. Əmisi Məhəmməd Şah uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim Xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı. == Həyatı == Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
Mirzə Fətəli
Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; az.-əbcəd میرزا فتحعلی آخوندزاده‎) və ya Mirzə Fətəli Axundzadə (12 (24) iyul 1812, Şəki – 10 (22) mart 1878, Tiflis) — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi. Axundov həmçinin romantik və müasir İran millətçiliyinin sələflərindən biri idi. Qafqaz Arxeologiya Komissiyasının sədri (1864–1878).Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir, lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Fətəli şah Qacar

Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundzadə

Qubalı Fətəli xan
Fətəli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu ; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.....Burada zadəgan Qacar nəslindən bir qız Hüseyn xana vurulur...O tezliklə onunla evlənir....və bu izdivacdan Əhməd xan doğulur ki, Quba xanlarının nəslinin əsasını qoyur...Buna görə Ağa Məhəmməd Qubalı Şeyx Əli xanı öz qohumu adlandırırdı .
Fətəli xan (film)
== Məzmun == Film XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan qubalı Fətəli xanın (Ələsgər Ələkbərov) mübarizəsindən danışır. == Film haqqında == Film yenidən 1958-ci ildə redaktə edilmişdir. Bu zamana qədər film 11 il rəflərdə qalmışdır. Film aktrisa Nəcibə Məlikovanın kinoda ilk işidir. Film aktyor Kazım Ziyanın kinoda son işidir. Filmdə böyük qala səhnəsi tamamilə dekorasiyadır. Dekorasiya Zuğulbada tikilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Mehdi Hüseyn, Ənvər Məmmədxanlı Quruluşçu rejissor: Yefim Dziqan Quruluşçu operator: Əlisəttar Atakişiyev Operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Yuri Şvets Bəstəkar: Niyazi Rejissor: Zeynəb Kazımova Səs operatoru: Kərim Əmirov (1947), Sabir İsgəndərov (1958) Geyim rəssamı: K. Xanlarov Qrim rəssamı: Georgi Parisaşvili Redaktor: Məmmədsadıq Allahverdiyev Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev Rəssam: Ağamehdi Qumriyev Rejissor assistenti: Məmməd Əlili Rəqslərin quruluşu: Əlibaba Abdullayev(titrlərdə yoxdur) === Rollarda === Ələsgər Ələkbərov — Fətəli xan İsmayıl Əfəndiyev — Əmir Həmzə Leyla Bədirbəyli — Tuti Bikə Əli Qurbanov — Usta Səməndər Mustafa Mərdanov — Şirin kişi Nəcibə Məlikova — Xədicə N. Nəsirov — Novruz Möhsün Sənani — Məlikməmməd xan Sidqi Ruhulla — Rza bəy Əlisəttar Məlikov — Hüseyn xan Rza Təhmasib — Ağası xan Kazım Ziya — Mirzə Nadir Ağasadıq Gəraybəyli — Sərdarın elçisi A. Astaxov İ. Roslyakov Fateh Fətullayev Həsənağa Salayev Hacıməmməd Qafqazlı === Filmi səsləndirənlər === Məlik Dadaşov — Əmir Həmzə (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Müxlis Cənizadə (titrlərdə yoxdur) == Şəkillər == == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30.
150 il. Mirzə Fətəli Axundov (film, 1962)
150 il. Mirzə Fətəli Axundov filmi rejissor Niyazi Bədəlov tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur. == Məzmun == Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir.Burada dramaturqun məşhur "Hacı Qara" pyesindən bir səhnə ekranlaşdırılmışdır.Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır. == Mükafat == 1963-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında rejissor Niyazi Bədəlov ən yaxşı rejissor işinə görə Diplom almışdır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Məmməd Cəfər Cəfərov, Əhmədağa Qurbanov Rejissor: Niyazi Bədəlov Operator: Vladimir Zbudski Rəssam: Nadir Zeynalov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Aşıq Abdulla Fətəliyev
Aşıq Abdulla Fətəliyev — Naxçıvan aşıqlarından biridir. == Aşığın həyat və yaradıcılığı == Aşıq Abdulla Fətəli oğlu Fətəliyev 1963-cü ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olmuşdur. Atası Fətəli kişi aşıq sənətini çox sevdiyi üçün Azərbaycan aşıqlarının şeirlərini və xalq dastanlarını mükəmməl bilirdi. Ailədə saza-sözə olan bu həvəs kiçik yaşlarından Abdullaya da təsir etmiş, onda aşıq sənətinə böyük həvəs yaratmışdır. Abdullanın aşıqlığa həvəsini görən ustad Xudu ona 11 simli, 18 pərdəli bir saz bağışlayır. Bu saza sahiblənən Abdulla Azərbaycan aşıq havalarını mənimsəmək üçün Aşıq Kamandarın, Aşıq Hüseyn Saraclının lent yazılarını qoyub onların sazlı-sözlü havalarını dinləyir, bu yolla aşıq sənətinin sirlərini mənimsəməyə çalışır. Az bir zamanda aşıq havalarını öyrənən Abdulla artıq saz çalmağa və el şənliklərində oxumağa başlayır. Onu bir sıra məclislərə, dövlət tədbirlərinə dəvət edirlər. Artıq 20 yaşlarında saz havalarını mükəmməl bilən Abdulla el arasında istedadlı aşıq kimi tanınır. Sinəsi el havaları ilə coşan Abdulla artıq özü də yaradıcı aşıq kimi şeirlər qoşmağa və qoşduğu şeirləri saz üstündə oxumağa başlayır.
Dilarə Fətəliyeva
27 iyun 1958-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Xarici Dillər Universitetini bitirmişdir. Kinodramaturq Ramiz Fətəliyevin həyat yoldaşıdır.
Eldar Fətəliyev
Eldar Səxavət oğlu Fətəliyev (4 yanvar 1991, Novoivanovka, Gədəbəy rayonu – 25 iyul 2015, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Eldar Fətəliyev 4 yanvar 1991-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Eldar Fətəliyev ailəli idi, iki azyaşlı övladı yadigar qalıb. == Hərbi xidməti == Əsgər Eldar Fətəliyev 2015-ci ildə, iyulun 24-ü axşam saatlarında saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. İyulun 25-i isə Eldar Fətəliyev doğulduğu Gədəbəy rayonunun Novoivanovka kəndi son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Fətəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Eldar Fətəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Emil Fətəliyev
Emil Mayis oğlu Fətəliyev (30 oktyabr 1992; Qax rayonu, Azərbaycan — 22 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Fətəliyev 1992-ci il oktyabrın 30-da Qax rayonunun Qorağan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Emil Fətəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil Fətəliyev oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fatimə Fətəliyeva
Fatimə Fətəliyeva (3 aprel 1978, Bakı) — azərbaycanlı rəqqasə, Xoreoqraf. == Həyatı == Fatimə Fətəliyeva Xosrov qızı 3 aprel 1978 ci ildə Bakıda Əzizbəyov adına xəstəxanada dünyaya gəlib. Ailəlidir. İki övladı - bir oğlu, bir qızı var. Qızı Aydan 1995-ci il anadan olub. Oğlu Hüseyn 2011-ci ildə anadan olub. 6 yaşında Nəsimi rayonu 5 nömrəli məktəbin rus dilli bölməsinə gedib. Məktəbi bitirən kimi ailə həyatı qurub. İki universitet bitirib:Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti- xoreoqrafiya ixtisası üzrə. 6 yaşında "Cücələrim" rəqs ansamblına gedib - Lalə Kamalovadan dərs alıb.
Fətəli xan Qovanlı-Qacar
Fətəli xan Qovanlı-Qacar (1686 – 1726) — Qacar xanı, Astrabad və Mübarəkabad hakimi. == Həyatı == Fətəli bəy Şahqulu xan oğlu Astrabad civarında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Oymaqlarına başçılıq etmişdi. Fətəli bəy Şah Sultan Hüseyndən öncə sultan, sonra xan ünvanı almışdı. Fətəli xan Mübarəkabad qalasının hakimi olmuşdu. Qəzvin hakimi Məhəmməd xan Türkman və vəziri Əhməd sultan onu tutmaq üçün ora gəlir. Fətəli xan yomut türkmənlərinin yanına qaçır. Orda evlənir. Eşidir ki, qardaşlarını qalada öldürüblər.
Fətəli xan Əmir-nizam
Fətəli xan Hidayətulla xan oğlu Əmir-nizam (?-?)— Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin əmiri olmuşdur. Mirzə Fətəli xan bir müddət Fətəli şah Qacarın sarayında eşikağası vəzifəsində çalışmışdı. Mirzə Fətəli xan bəylərbəyi bir müddət Cənubi Azərbaycan hakimi Əhməd xan Müqəddəmin müavini vəzifəsində çalışmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Jauber xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli xan barədə bu sözləri yazır: "Fətəli xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım." Mirzə Fətəli xan sonra İranın hərb naziri olmuşdu. == Həmçinin bax == Mirzə Məhəmmədbağır xan Əmirnizam - Fətəli xanın nəvəsidir.

Digər lüğətlərdə

камерге́рский нафтали́н нырну́ть огнепокло́нство по-обы́чному подма́нивать подсыха́ть приспева́ться пробро́ситься тре... зага́шник душа cold turkey cover story cut daughter language deflux heady hexahemeron irrecognition jackhammer pseudaxis Rita severally snuffle valve