GÜLƏBƏTİN

GÜLƏBƏTİN I is. bot. Çöl bitkisi. Bu yerlərin istiliyinə baxma, güləbətin az bitir buralarda.

GÜLƏBƏTİN II is. Tikmənin bir növü. Ağızları yaşmaqlı; Güləbətin başmaqlı (M.Rahim).

GÜL
GÜLƏŞ
OBASTAN VİKİ
Güləbətin
Güləbətin sözünün mənaları: Güləbətin (bitki) — bitki cinsi; Güləbətin (tikmə) — tikmə növü.
Bənövşəyi güləbətin
Bənövşəyi güləbətin (lat. Pulsatilla violacea) — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-20 sm hündürlükdədir, yarpaqlarla birlikdə yumşaq tüklüdür. Kök üzərində olan yarpaqlar çiçəklərlə birlikdə əmələ gəlir, uzunsov, ikiqat lələkvari yarılmış xətvari, qısa, itiləşmiş hissələrə ayrılmışdır. Çiçəklər bənövşəyi, bəzən də ağımtıl rənglidir. Çiçəkyanlığının yarpaqları ellipsivari və ya tərsyumurtavari, uzunsov, 3 sm-ə qədər uzunluqdadır. Meyvələrin saplağı tükcüklü, 2-3 sm uzunluqdadır.
Güləbətin (bitki)
Güləbətin (lat. Pulsatilla) - qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Gülçülükdə güləbətinin 3 növü xüsusilə geniş yayılmışdır: Alp güləbətininin (P. alpina) yarpaqları sallaq və qönçəli, gülləri ağ olub, hündürlüyü 25 sm, diametri 7 sm-ə qədərdir. Yaz güləbətini (Yuxuotu) (P. vernalis) — hündürlüyü 15 sm, yarpaqları sallaq və bənövşəyi, bəzən ağ gülləri olan bitkidir. Adi güləbətin (P. vulgaris) hündürlüyü 20 sm, bənövşəyi, yasəmən rəngli ya da çəhrayı güllü bitkidir. Güləbətinlər kalsiumla zəngin torpaqlarda yaxşı inkişaf edir. Güləbətin toxumla çoxaldılır, ilk cücərtiləri payızda əmələ gəlir. Çiçəkləmə yarpaqdan əvvəl müşahidə edilir. Qiymətli dərman bitkisidir. == Növləri == == İstinadlar == Güləbətin (bitki):The Plant List saytında takson barədə məlumat.
Güləbətin (tikmə)
Güləbətin (tikmə) (türk. Altınişi, Telkırma, Bartın işi, türkm. akqayma, sarıqayma ) - qızılı və ya gümüşü saplardan, habelə onlara bənzədilən materiallardan qatışığı olan saplardan istifadə edilməklə icra edilən tikmə növüdür. == Tarixçə == Ən qədim tikmə növlərindən biridir. Uzmanların fikrincə, Orta Asiyada əmələ gəlib. Azərbaycanda isə daha çox Təbriz, Bakı, Şamaxı, Naxçıvan və s. şəhərlərində inkişaf etdirilmişdir. Ən qiymətli Şamaxı sənətkarlarının güləbətin tikmələri idi . Xurşudbanu Natəvanın ecazkarlığı ilə gözoxşayan tikmələri o vaxtlar Rusiyada təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş etdirilib. 1882-ci ildə keçirilən Ümumrusiya sərgisinin Qafqaz şöbəsində göstərilən sənət nümunələri arasında şairənin incə zövqlə hazırladığı tikmə də olub.
Alban güləbətini
Alban güləbətini - (lat. Pulsatilla albana (Stev.) Bercht. et Presl).Qaymaqçiçəyikimilər (Ranunculaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur.
Haller güləbətini
Haller güləbətini (lat. Pulsatilla halleri) - güləbətin cinsinə aid bitki növü.
Yuxu güləbətini
Yuxu güləbətini (lat. Pulsatilla vulgaris) - güləbətin cinsinə aid bitki növü.

Значение слова в других словарях

безразли́чный деду́ленька затруднённо опро́счик преры́висто проставле́ние смычо́к широколо́бый ви́хрем высокотра́вный заруба́ть игру́нья нализа́ться рейнве́йн капь coin machine dovetail empire invermination lady's maid pontifices thin away white paper спец штопанье