GƏRMƏ
GƏRMƏK
OBASTAN VİKİ
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Gərmə şəhristanı
Gərmə şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gərmə şəhəridir.
Amerika gərməşovu
Amerika gərməşovu (lat. Euonymus americanus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Avropa gərməşovu
Avropa gərməşovu (lat. Euonymus europaeus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 2-4 (5) m, hamar küt dördtilli budaqları olan, kol və ya balaca ağacdır. Cavan budaqları yaşildır, daha sonra isə tilləri mantar törəmə ilə örtülür. Yarpaqları azacıq qalındərilidir, töküləndir, ellipsvari-neştərşəkilli, enli oval və yaxud uzunsovdur, uzunluğu 2-7 (10) sm, eni 1,5-4 (6) sm-dir. Kənarlardan bərabər kiçik dişli, üst tərəfdən çılpaq, alt tərəfdən damarlar boyunca qısa yumşaq tüklüdür. Saplağı qısadır, uzunluğu 2–14 mm-dir. Yarımçətirləri seyrək çiçəklidir, yarımçətirdəki orta çiçək adətən tam inkişaf etməmişdir. Ləçəkləri 4 ədəd olub, kütdür, sarımtıl-yaşılımtıldır, uzunluğu 5 mm-dir. Qutucuq uzunluğu 8–12 mm-dir, əyiləndir, şarşəkilli-armudvaridir, küt dörd bölümlüdür, qanadsızdır, hamar və çılpaqdır, yetişənə yaxın parlaq çəhrayı rəngdə olur, qutucuğun hər yuvasında bir toxum olur, nadir hallarda toxumların sayı 2 ədəd olur.
Enliyarpaq gərməşov
Enliyarpaq gərməşov (lat. Euonymus latifolius) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 2–3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır. Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8–12 (20) sm, eni (2) 4–6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5-22 mm-dir. Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7–21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur. Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5) bölümlüdür; qanadlarının uzunluğu 4-7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür.
Gərmərud mahalı
Gərmrud nahiyəsi — XIV əsr-XIX əsrlər. Sərabın İnzibati ərazi. Mərkəzi Gərmrud (digər adı Gərməri) şəhəri idi. Miyanə kəndi == Tarixi == Elxanilər dövlətinin Sərab tüməni nin nahiyəsi. Gərmərud—İsti çay anlamındadır. Bəzi ədəbiyyatda bu mahalın adı Gərməri kimi də yazılır. Sərhədləri Qərbdən Həştərud mahalı, şimaldan Sərab mahalı, şərqdən Sərab mahalı, cənubdan Xalxal xanlığı. Həmdullah Müstofi Qəzvini (740h.q.) Nüzhətülqülub kitabında Azərbaycanın şəhərlərini belə sayır: "Təbriz, Ocan, Təsuc, Ərdəbil, Xalxal, Darmərzin, Şahrud, Meşkin, Ənar, Ərcaq, Təklifə, Xiyav, Dəravərd, Kəhran qalası, Kəleybər, Gilan fəslun, Mərdan qum, Nozər, Xoy, Səlmas, Urumiyə, Üşnəviyə, Sərav (Sərab), Mianc(Miana), Gərmrud, Mərağa, Dehxarqan, Bəsoy, Neylan (Leylan), Mərənd, Dizmar, Zəngian, Zunuz, Kərkər (Gərgər), Nəxcivcan, Ordubad, Əcənan, Azad, Makuye(Maku)." Gərmrud ülkasının kəndləri Zərniqabad kəndi Yengicə kəndi1727-də Ərdəbil livası Gərmərud nahiyəsi olmuşdur. 1747 Sərab xanlığının inzibati ərazilərindən biri Məşhur Türkmənçay kəndi burada yerləşir. == Əhalisi == Əhalisi Şəqaqilər == Tanınmış şəxsiyətləri == Mirzə Məhəmmədsəid Gərmərudi isə bu mahalın şeyxülislamı və qazısı Mirzə Əbdürrəhim Gərmərudi - Gərmərud mahalının kələntəri Fatma xanım Kəminə - Əslən Cənubi Azərbaycanın Gərmərud mahalından == Coğrafiyası == Gərmərud mahalının XVIII əsrdə 110 kəndi vardı.
Gərmərud nahiyəsi
Gərmrud nahiyəsi — XIV əsr-XIX əsrlər. Sərabın İnzibati ərazi. Mərkəzi Gərmrud (digər adı Gərməri) şəhəri idi. Miyanə kəndi == Tarixi == Elxanilər dövlətinin Sərab tüməni nin nahiyəsi. Gərmərud—İsti çay anlamındadır. Bəzi ədəbiyyatda bu mahalın adı Gərməri kimi də yazılır. Sərhədləri Qərbdən Həştərud mahalı, şimaldan Sərab mahalı, şərqdən Sərab mahalı, cənubdan Xalxal xanlığı. Həmdullah Müstofi Qəzvini (740h.q.) Nüzhətülqülub kitabında Azərbaycanın şəhərlərini belə sayır: "Təbriz, Ocan, Təsuc, Ərdəbil, Xalxal, Darmərzin, Şahrud, Meşkin, Ənar, Ərcaq, Təklifə, Xiyav, Dəravərd, Kəhran qalası, Kəleybər, Gilan fəslun, Mərdan qum, Nozər, Xoy, Səlmas, Urumiyə, Üşnəviyə, Sərav (Sərab), Mianc(Miana), Gərmrud, Mərağa, Dehxarqan, Bəsoy, Neylan (Leylan), Mərənd, Dizmar, Zəngian, Zunuz, Kərkər (Gərgər), Nəxcivcan, Ordubad, Əcənan, Azad, Makuye(Maku)." Gərmrud ülkasının kəndləri Zərniqabad kəndi Yengicə kəndi1727-də Ərdəbil livası Gərmərud nahiyəsi olmuşdur. 1747 Sərab xanlığının inzibati ərazilərindən biri Məşhur Türkmənçay kəndi burada yerləşir. == Əhalisi == Əhalisi Şəqaqilər == Tanınmış şəxsiyətləri == Mirzə Məhəmmədsəid Gərmərudi isə bu mahalın şeyxülislamı və qazısı Mirzə Əbdürrəhim Gərmərudi - Gərmərud mahalının kələntəri Fatma xanım Kəminə - Əslən Cənubi Azərbaycanın Gərmərud mahalından == Coğrafiyası == Gərmərud mahalının XVIII əsrdə 110 kəndi vardı.
Gərmətük
Gərmətük — Azərbaycan Respublikasının Lənkəran rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Lənkəran çayının sahilində, Lənkəran ovalığındadır. Oykonim yerli əhali tərəfindən Qamətük şəklində tələffüz edilir. Yaşayış məntəqəsinin adı talış dilindəki «qam» (isti) və «tük» (bicarlıq, çəltik əkilən yer) sözlərindən düzəlib (burada -ə bitişdirici saitdir), "isti yerdə çəltik sahəsi" deməkdir. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Gərmətük bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gərməçataq
Gərməçataq (əvvəlki adı: Kərməçatax) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Gərməçataq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Buzqov kənd inzibati ərazi dairəsi tərkibindəki Kərməçatax kəndi Gərməçataq kəndi adlandırılmış, Gərməçataq kəndi Buzqov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Gərməçataq kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Gərməcataq kəndi şimaldan Ermənistanın kecmiş Əzizbəyov rayonu və şərqdən Şahbuz rayonu ilə həmsərhədir. Dağliq ərazi olmaqla şimal hissədən Qara qüzey və şərqdən Taqniya (1948 m) daği ilə əhatələnir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Gərməçataq kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Gərməçataq dağı
Gərməçataq dağı – Babək rayonu ərazisində dağ (hünd. 1614.0 m). Dərələyəz silsiləsinin cənub yamacında, Gərməçataq kəndindən 750 m qərbdə zirvə. Üst Tabaşirin Kampan mərtəbəsinə aid eyniadlı lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari, şimal və qərb yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, Xanbulaq-Badamlı qalxımının şimal cinahına aid ikincidərəcəli Aşağı Buzqov antiklinalının cənub-şərq periklinal hissəsində yerləşir.
Gərməçataqçay
Gərməçataqçay — Babək rayonu ərazisində çay. Cəhri çayının qolu. == Haqqında == Uzunluğu 20 km-dir. Hövzəsinin sahəs 66 kv. km-dir. Əsasən yağış və qrunt suları ilə qidalanır.
Gərməşov
Gərməşov (lat. Euonymus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Evonymus L., orth. var. Kalonymus (Beck) Prokh. Pragmotessara Pierre Pragmotropa Pierre Quadripterygium Tardieu Sphaerodiscus Nakai == Növləri == Euonymus acanthocarpus Franch. Euonymus acanthocarpus var. lushanensis (F.H.Chen & M.C.Wang) C.Y.Cheng Euonymus acanthoxanthus Pit. Euonymus actinocarpus Loes. Euonymus aculeatus Hemsl.
Gərməşovkimilər
Gərməşovlu nekropolu
Gərməşovlu nekropolu — Culfa rayonunun Göynük kəndindən şimalda, Xornu çayının yuxarı axarında, hündür təpənin yamacında arxeoloji abidə. == Ümumi məlumat == Nekropol Azər­bay­can Elmlər Akade­miyasının Naxçıvan bölməsinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Nekropol yamacda yerləşdiyindən qəbirlər aşınma nəticəsində üzə çıxmış və dağıdılmışdır. Qəbirlər dördkünc, bəzən isə oval formalı olub müxtəlif istiqamətlərə yönəldilmiş vəziyyətdədir. Onlar yanlarda iri sal daşlarla qapadılmışdır. Ətrafa səpələnmiş skelet qalıqları inqumasiya üsulu ilə dəfn adətinin olduğunu göstərir. Qəbirlərdən aşkar olunan gil qablar qırılmış və ətrafa səpələnmişdir. Boz və çəhrayı rəngdə bişirilən keramika məmulatı 1-2-ci əsrlərə aiddir.
Gərməşöylü
Gərməşöylü — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Gərməşöylü kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. Kənddəki nəsillərdən biri də bu səbəbdən "Nəbilər" nəsli adlanır. Bu kənddə əsasən iki qohum nəsil "Sərdarlı" və "Nəbilər" nəsli məskunlaşmışlar.Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində status verilmişdir. == Toponimikası == Gərməşöylü oyk. Gədəbəy r-nunun Düz Rəsullu i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal yamacındadır. Əsl adı Gərməşovludur.Yaşayış məntəqəsi vaxtilə gərməşov ağacının çoxluq təşkil etdiyi sıx meşənin talasında salındığından belə adlandırılmışdır. Hazırda kəndin ərazisində tək-tək germəşov ağacına təsadüf olunur.
Hamarçiçək gərməşov
Enliyarpaq gərməşov (lat. Euonymus latifolius) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 2–3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır. Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8–12 (20) sm, eni (2) 4–6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5-22 mm-dir. Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7–21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur. Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5) bölümlüdür; qanadlarının uzunluğu 4-7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür.
Mirzə Mehdi Gərmərudi
Mirzə Mehdi Mirzə Əbu Məhəmməd oğlu Gərmərudi (?-1866) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Mirzə Mehdi Mirzə Əbu Məhəmməd oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Bəyanülmülk ləqəbini daşıyırdı. Mirzə Mehdi Gərmərudi atası Mirzə Əbu Məhəmməd Abbas mirzə Qovanlı-Qacarın münşisi idi. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Mirzə Mehdi Gərmərudi şair idi. Nisar təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun iki min beytə yaxın qəsidə və qəzəllər divanı 1906-cı ildə Təbrizdə çap olunmuşdu.
Mirzə Məsud xan Gərmərudi
Mirzə Məsud Mirzə Əbdürrəhim oğlu Gərmərudi (12 may 1781, İşlaq, Şərqi Azərbaycan ostanı – fevral 1849) — diplomat, tarixçi. == Həyatı == Mirzə Məsud Mirzə Əbdürrəhim oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Mirzə Məsud atası Mirzə Əbdürrəhim Təbrizin vəziri olmuşdu. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Mirzə Məsud xan Gərmərudi türk, fars, ərəb, ingilis və fransız dillərini bilirdi. Onun fransızca məktubları qalıb. Mirzə Məsud xan Gərmərudi əvvəlcə Abbas mirzə Qovanlı-Qacarın yanında mustovfi vəzifəsində çalışmışdı. 1829-cu ildə Xosrov mirzə Qovanlı-Qacar ilə birlikdə Rusiyaya yollanmışdı.
Mirzə Səid xan Gərmərudi
Mirzə Səid xan Mirzə Süleyman oğlu Gərmərudi (15 mart 1816, İşlaq, Şərqi Azərbaycan ostanı – 17 noyabr 1883, Tehran) — diplomat, vali. == Həyatı == Mirzə Səid xan Mirzə Süleyman oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Mötəmənülmülk ləqəbini daşıyırdı. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Süleyman ibn Mirzə Məhəmmədsəid ibn Mirzə Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi. Mirzə Səid xan Gərmərudi 1853-cü ildə İranın Xarici işlər naziri vəzifəsinə təyin olunmuşdu. 1869-cu ildə Gilan əyalətinə vali göndərilmişdi. 1870-ci ildə təkrar Xarici işlər naziri vəzifəsinə qaytarılmışdı.
Mirzə Əbdülfəttah Gərmərudi
Mirzə Əbdülfəttah xan Mirzə Abdulla xan oğlu Gərmərudi (d. 1786 – ö. 1848) — Azərbaycanın gözəl xətti və inşası olan münşirlərindən olmuşdur, diplomat. == Həyatı == Hicri qəməri 1254 (1838)-cü ildə Nizamüddövlə ləqəbi ilə məşhur olan Hüseyn xan Acudanbaşı İran dövləti tərəfindən Avstriya, İngiltərə və Fransa dövlətlərinə diplomatik işlər üçün göndərildikdə Gərmərudi Əbdülfəttah da münşi vəzifəsində onunla birlikdə getmişdir. O, Avropada gördükləri hadisələri və dövrün vəziyyətini müxtəsər şəkildə qələmə alıb, "Çehil fəsl" ("Qırx fəsil") adlı bir əsər yazmışdır. Əbdülfəttahın digər əsəri Avropa şəhərlərindəki əyyaşlıq və əxlaqsızlıq haqqında "Şəbnamə" adlı əsərdir. Bu kitabların müxtəlif nüsxələri çap edilib yayılmışdır. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Mirzə Əbdürrəhim Gərmərudi
Mirzə Əbdürrəhim Mirzə Məhəmmədsəid oğlu Gərmərudi (?-?) — şair, vali. == Həyatı == Mirzə Əbdürrəhim Mirzə Məhəmmədsəid oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Təbriz şəhərində ərəb dilini və ədəbiyyatını öyrənmişdi. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Məhəmmədsəid ibn Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi. Mirzə Əbdürrəhim Gərmərudi Gərmərud mahalının və Sərab şəhərinin kələntəri olmuşdu. Abbas mirzə Qovanlı-Qacar onu bütün Cənubi Azərbaycanın vəziri təyin etmişdi. Mirzə Əbdürrəhim Gərmərudi şair idi.
Mirzə Əli bəy Gərmərudi
Mirzə Əli bəy Gərmərudi (?-?) — şair, elbəyi. == Həyatı == Mirzə Əli bəy Gərmərudi Sərab vilayətinin Gərmərud mahalının Baslıq kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Gərmərud mahalının və Şəqaqi elinin başçısı olmuşdu. Mirzə Əli bəy şair idi. Əşrəf təxəllüsü ilə şeirlər yazırdı. Ünlü bioqraf Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: "Əşrəf - adı Mirzə Əli, XIII (XIX) əsr söz ustalarındandır. O, Təbrizin Gərməri mahalının Baslıq kəndində doğulmuş və uzun müddət ata-babaları kimi Sərab, Gərməri ellərinə və Şəqaqi elinə başçılıq etmişdir. O, bəzən qəzəl də yazardı. Aşağıdakı beyt onun qəzəllərindən birinin birinci beytidir: == Mənbə == Ənvər Çingizoğlu.
Mirzə Əlinağı Gərmərudi
Mirzə Əlinağı Mirzə Məhəmmədrza oğlu Gərmərudi (?-?) — şair, xəttat. == Həyatı == Mirzə Əlinağı Mirzə Məhəmmədrza oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Təbriz şəhərində ərəb dilini və ədəbiyyatını öyrənmişdi. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Məhəmmədrza ibn Mirzə Süleyman ibn Məhəmmədsəid ibn Mirzə Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi. Mirzə Əlinağı Gərmərudi şair idi. Xoştəb şeirlər yazırdı. Xəttat kimi ad çıxarmışdı.
Mirzə Əliqulu xan Gərmərudi
Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu Gərmərudi (10 fevral 1875, Tehran – 1938, Tehran) — diplomat. == Həyatı == Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Müşavirülməməlik ləqəbini daşıyırdı. Mirzə Əliqulu xan Gərmərudinin atası Mirzə Həsən xan İranın Xarici İşlər naziriliyində çalışmışdı. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Mirzə Əbdürrəhim Gərmərudinin nəticəsidir. Mirzə Əliqulu xan Gərmərudi İranın Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 1896-cı ildə səfir kimi Rusiyaya yollanmışdı.

Digər lüğətlərdə

авантюри́зм картогра́фия комбинато́рный микши́рование подно́ска пообсо́хнуть поса́пывание Ри́хтер сеное́ды сродя́сь тарху́нный те́хно бенедикти́нец на тычке́ опознава́нье перестрада́ть подда́тенький прогла́тывать чупрыснуть energy storage mother tree nonprescription psychochemical uncurb мускус