GÜLÜMSƏMƏK

f.
1. Gülər kimi olmaq, təbəssüm etmək, qımışmaq, dodaqaltı gülmək, öz məmnunluğunu, ya istehzasını təbəssümlə ifadə etmək.
Mənasını anlamadığı bu sözə Aydəmir sadəcə gülümsəyərək kupeyə girdi. A.Şaiq.
Şəmsiyyə kədərli və fikirli olsa da [Sərhənglə] danışarkən gülümsəməyə, şad görünməyə çalışırdı. M.İbrahimov.

2. məc. Adamın üzünə gülmək, fərəh oyatmaq. Bahar gülümsəyir. Hər yer gülümsəyirdi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜLÜMSƏMƏK GÜLÜMSƏMƏK (dodaqaltı gülmək) ..Könül öz-özünə gülümsədi (X.Hasilova); QIMIŞMAQ Ədhəm bu dəfə istehza ilə qımışdı (M

Antonimlər (əks mənalı sözlər)

  • GÜLÜMSƏMƏK GÜLÜMSƏMƏK – KƏDƏRLƏNMƏK Mənim də xəyalım sizin kimidir; bəzən kədərlənir, bəzən gülümsər (R.Rza)
GÜLÜMSƏMƏ
GÜLÜMSƏR

Digər lüğətlərdə