Güllər Vadisi Milli Parkı
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir.
1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib.
== Bitki aləmi ==
Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.