Qədim mənbələrdə bu kəlmənin gündün variantı da qeydə alınıb. Aydın qəlibi üzrə (ay və dan, yəni “ay işığı”), gündün (gün və dan, yəni “gün işığı”) sözü yaranıb. Elə gündüz özü də “gün işığı” deməkdir (ulduz qəlibi üzrə əmələ gəlib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)