Gələcək Dövr Gəlirləri

müəssisənin alıcıdan aldığı avans hesabına mal göndərəcəyi və xidmətlər göstərəcəyi barədə öhdəliyini əks etdirən qısamüddətli öhdəlik növüdür.
Gələcək Dəyər
Gələcək Dövr Xərcləri
OBASTAN VİKİ
Gələcək
Gələcək — zaman oxunun hipotetik hissəsidir, hələ baş verməmiş, lakin baş verə biləcək hadisələr məcmusudur. == Gələcək fəlsəfi termin kimi == Gələcək fəlsəfədə və ümumən insan şüurunda həmişə xüsusi yer tutmuşdur. Nəzəriyyələrdən birinə (indeterminizm) görə gələcək əvvəlcədən təyin olunmur və onu insanlar özləri yarada bilərlər. Başqa bir nəzəriyyəyə (determinizm) görə, gələcək əvvəlcədən müəyyən edilir. O da mümkündür ki, insanlar gələcəyi özləri yaratsınlar, lakin gələcəyi yaratmaq üçün onların qərarları və hərəkətləri əvvəlcədən müəyyən etməlidir. Gələcəkdə zamanın (kainatın) tsiklik modeli çərçivəsində keçmişdə olanlar təkrarlanır. Bir çox dinlər ölümdən sonrakı həyat, eləcə də dünyanın sonu haqqında kəhanətlər təklif edir. Xristianlıqda Allahın gələcəyi bilməsi ilə insanın azad iradəsi arasındakı ziddiyyət qabaqcadan təyinetmə doktrinasına gətirib çıxarır. Gələcəyin əhəmiyyəti insanların başlarına nə gələcəyi ilə bağlı öncəgörmələrə və proqnozlara çox ehtiyac duyması ilə vurğulanır. Ola bilsin ki, insan beyninin inkişafı böyük ölçüdə gələcəyi proqnozlaşdırmaq üçün lazım olan idrak qabiliyyətlərinin, yəni təxəyyülün, məntiqin və induksiyanın inkişafı ilə bağlıdır.
Dövr
Dövr ərəb sözüdü (دور), цикл (rusca), cycle (ingiliscə), devir, devre(türkcə) yəni devrə, dolanma, bir şeyin öz oxu ətrafında hərəkəti, bir şeyi təkrarlama, gəzib dolanib əvvəlki vəziyyətə qayıtma. Dövr (astronomiya) — Günəş dövrülüyü Dövr (məclisin baş tərəfi) — Dövr (geologiya) — Geologiyada bir geoloji sistemin çöküntülərinin əmələ gəlməsi üçün lazım olan vaxt (zaman).
Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Antrapogen dövr
Antropogen Dövr — Stratiqrafik şkalanın son sistemi və Yerin geoloji tarixinin son dövrü, hazırda davam edir. A.d. üzvi aləmin inkişafında mühüm dəyişikliklər baş vermişdir ki, bu da insan cəmiyyətinin yaranması və inkişafıdır. Müddətinə görə bərabər olmayan iki hissəyə bölünür: Pleystosen və Holosen. Keçmiş sovet geoloji ədəbiyyatlarında Dördüncü dövr (sisitem) kimi işlədilir və başlanğıc 0,7 mln.il qəbul edilmişdir. Dördüncü dövr ərzində Yer səthi, bitki və heyvanat aləmi müasir görkəmini almışdır. İnsanın yaranması və təşəkkülü bu dövrlə əlaqədardır. Yer səthinin çox hissədə xüsusən şimal yarım kürəsində nəhəng qitə buzlaşmalarının inkişafı səciyyəvidir. Bu dövrdə yer qabağında güclü tektonik hərəkətlər baş vermiş, xüsusilə bu hərəkətlər Avrasiyanın alp qırışıqlıq qurşağında, Sakit okeanın kənarlarını əhatə edən cavan qırışıq strukturlarda, Mərkəzi və Orta Asiyanın dağ sistemlərində intensiv vulkanizmin təzahürü ilə özünü göstərmişdir. Qurunun səthində müxtəlif mənşəli (buzlaq, delivüal, allüvial, prolüvial, göl, eol və b.) kontinental çöküntülər üstünlük təşkil edir.
Dördüncü dövr
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. == Elmi tədqiqatların tarixi == === Dünyada === Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Dövr (astronomiya)
Dövr — Astronomiyada Günəş dövriliyi nəzərdə tutulur və günəş fəallığının dəyişiklikləri nəticəsində müşahidə olunur. Ən yaxşı öyrənilmiş və daha çox tanınmış 11 illik Günəş dövrləridir. Günəş fəallığının dəyişikliklərinin əsas səbəbkarları Günəşin səthində görünən ləkələr hesab olunur. Günəşin səthində görünən ləkələrin sahəsi dəyişdikçə Günəşin fəallığıda dəyişir. Bu proses dövri xarakter daşıyır. Alimlər 11 iilik, 22 illik, əsrlik, 2 əsirlik, minillik, 2300 illik və s. Günəş dövrlərini müşahidə edirlər.
Dövr (geologiya)
Dövr - tarixi geologiyada nisbi geoxronoloji şkalanın vahidi. Yerin və canlılar aləminin inkişafının böyük bir mərhələsinə uyğundur. Eranın bir hissəsi olub, sistemin əmələgəlmə vaxtı və geoxronoloji ekvivalentidir. Dövr mütləq davamiyyəti bir neçə on milyon illərlə ölçülür (~1,8 mln il davam etmiş dördüncü dövrdən başqa). Dövr Yer qabığının ehtizazi və horizontal hərəkətlərilə səciyyələnir. Yer üzərində dəniz hövzələrinin paylanması və forması, həmçinin fauna və flora aləmində baş verən dəyişikliklər bu hərəkətlərlə bağlıdır. Çox vaxt bu iri hərəkətlər, dövrlərin müxtəlif əsrlərində və ya onların sərhədlərində baş verən daha zəif ehtizazi hərəkətlər və qırışıq əmələgətirmə prosesləri ilə müşayiət edilir. Dövr 2 və ya bir neçə əsrə bölünür. Dövr adı sistemin adından əmələ gəlir. == Həmçinin bax == Geologiya == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Dövr dəqiqə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Orbital dövr
Orbital dövr — bir göy cisminin xarici ağırlıq mərkəzi və ya başqa bir göy cismi ilə ümumi olan bir kütlə mərkəzi ətrafında orbitdə tam bir inqilab etdiyi vaxtdır. Göy mexanikasının öyrənilməsi mövzusudur. Orbital dövr göy cisminin ölçüsündən asılı deyil. Kiçik bir təbii ədədə bərabər olan iki (və ya daha çox) göy cisminin orbital dövrlərinin nisbəti orbital rezonansa səbəb olur və cismin orbital dövrünün və onun oxu ətrafında fırlanma dövrünün belə bir nisbəti ilə — spin-orbitala. rezonans. Günəş sistemindəki toz hissəciklərinin orbital dövrü Poyntinq-Robertson effektinə görə azala bilər. == Formula Xülasəsi == Keplerin üçüncü qanununa görə, dairəvi və ya elliptik orbitdə bir-birinin ətrafında fırlanan iki cismin orbital dövrü T (saniyələrlə) T = 2 π a 3 μ {\displaystyle T=2\pi {\sqrt {\frac {a^{3}}{\mu }}}} a — orbitin yarım əsas oxudur μ = GM standart qravitasiya parametridir G — qravitasiya sabitidir M — daha böyük cismin kütləsidir. Eyni yarım böyük oxa malik bütün elliptik orbitlər üçün ekssentriklikdən asılı olmayaraq, inqilab dövrü eynidir. μ = GM standart qravitasiya parametridir Əksinə, verilmiş orbital dövrə malik olmaq üçün cismin fırlanmalı olduğu məsafəni hesablamaq üçün formula belədir: a = G M T 2 4 π 2 3 {\displaystyle a={\sqrt[{3}]{\frac {GMT^{2}}{4\pi ^{2}}}}} Məsələn, 100 kq bədən kütləsi ilə hər 24 saatda bir hərəkəti başa çatdırmaq üçün kiçik bir cisim öz kütlə mərkəzindən 1,08 metr məsafədə fırlanmalıdır. Nisbətən kiçik bir cisim dairəvi bir orbitdə hərəkət etdikdə və kütlə mərkəzinin sıxlığından asılı olduqda — p (kq / m³), ​​yuxarıdakı tənlik sadələşdirilir: T = 3 π G ρ {\displaystyle T={\sqrt {\frac {3\pi }{G\rho }}}} .
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. == Geomorofloji termin == Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Prenatal dövr
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Hamiləliyin əlamətləri == Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır. Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər. == Hamiləliyin diaqnostikasi == Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur. Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir: Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- hərislik.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. == Haqqında == Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qızıl dövr
Qızıl dövr və ya Qızıl Əsr aşağıdakı mənalara gələ bilər: Qızıl Əsr (mifologiya) - türk mifologiyasında, xalq inancında və ictimai fəlsəfədə mükəmməl dünya idealı. Qızıl dövr (metafor) - bir siyasi-ictimai qurumun yüksək nailiyyətlər əldə etdiyi dövr. == Həmçinin bax == Altın əsr - Türkmənistanda göl.
Qədim dövr
Sonsuz dövr
Sonsuz dövr (ing. infinite loop, rus. бесконечный цикл, türk. sonsuz döngü) – semantik və ya məntiqi yanlışlıqlara görə normal şəkildə başa çata bilməyən dövr; həmçinin, qəsdən aşkar başaçatma şərti olmadan yazılmış, lakin kənar müdaxilə ilə başa çatdırılan dövr. Bax: LOOP, SIDE EFFECT. #include <stdio.h> main() { while(1) { printf("Infinite Loop\n"); } } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Make an infinite loop in several languages, on programming-idioms.org.
Çoxillik dövr
== Çoxillik müşahidə məlumatları == Atmosfer prosesləri o qədər dəyişkən və çoxşaxəlidir ki, müasir iqlimin öyrənilməsində onun müxtəlif xüsusiyyətlərini əks etdirmək üçün onların uzunmüddətli və ya çoxillik dövr ərzində müşahidələrini aparmaq lazımdır. İqlimşünaslıq elmi ilkin material kimi meteoroloji müşahidə məlumatlarını istifadə edir və bu nəticələr zaman və məkan daxilində müqayisə edilir, tutuşdurulur. İqlim barədə təsəvvür əldə etmək üçün qısa dövr ərzində müşahidə məlumatları kifayət etmir. Çoxillik müşahidə məlumatlarından nəticə çıxarmaq üçün onları statistik cəhətdən işləmək lazımdır. Ona görə iqlim xarakteristikaları çoxillik müşahidə sıralarından statistik nəticə çıxarmaqdan ibarətdir. Belə xarakteristikalar müxtəlif meteoroloji kəmiyyətlərin çoxillik orta qiymətindən, illik anomaliyaların orta qiymətlərdən orta meylindən, çoxillik dövr ərzində ayrı- ayrı meteoroloji elementlərin limit qiymətlərindən, bu və ya digər hadisənin təkrarlanmasından, müəyyən meteoroloji hadisələrin son müddətindən və s. ibarət ola bilər. == Çoxillik dövr == Çoxillik dövrdə statistik korrelyasiya metodunun köməyi ilə meteoroloji kəmiyyətlər arasında əlaqələrin olub- olmamasını kəmiyyətcəifadə etmək mümkündür. Hadisələr arasında kəmiyyət əlaqələrini ifadə etmək üçün meteorologiyada çoxillik dövr ərzindəki müşahidələrə əsasən empirik düsturlar işlənir. Deməli meteorologiyada statistik metodlar birinci dərəcəli əhəmiyyətə malikdir ki, bu da çoxillik dpvr ərzində müşahidə məlumatları olmadan tətbiq edilə bilməz.
Romantik dövr
Romantik dövr- XVIII əsrin sonunda Klassik Roman hərəkatına reaksiya olaraq yaranan və Viktor Hüqo ilə böyük şöhrət qazanan və insanın yaradıcılıq azadlığının qarşısında duran hər şeyə qarşı çıxan hərəkatdır. “Ən yaxşı qayda qaydasızlıqdır” deyən romantiklər insan duyğularını, təxəyyülünü və insanı düzəltməyin cəmiyyəti islah etməklə edilə biləcəyini iddia edirlər. Romantizm müxtəlif ölkələrdə müxtəlif formalarda yaranmışdır. İngilis ədəbiyyatında özünü daha çox poeziyada göstərir. İngilis poeziyasında özünü qalın bir xəttdə göstərən romantizmin ilk adı Uilyam Wordsvortdur. O, təbiətə müqəddəs ehtiram ideyasını mənimsəmiş, şeirlərində təbiəti bəhanəsiz təsvir etmişdir. Həmçinin bu sırada Samuel Taylor Coleridge, Percy Bysshe Shelley və John Keats var. Xəttin ən qalın hissəsi Lord Bayrondur. == Alman ədəbiyyatında romantik dövr == Alman ədəbiyyatında 18-ci əsrin ikinci yarısında "coşqun cərəyanı" ilə inkişaf edir. Bu hərəkatın qabaqcılları Klopstok və Herder romantizmdən xəbər verir.
Proqressiv dövr
Proqressiv dövr (ing. Progressive Era) — XX əsrin əvvəllərində ABŞ-də korrupsiya, monopoliya, israfçılıq və səmərəsizliyə qarşı mübarizə aparan sosial aktivizm və siyasi islahat dövrü. Proqressivlər sürətli sənayeləşmə, urbanizasiya, immiqrasiya və siyasi korrupsiyanın yaratdığı problemləri həll etməyə çalışırdılar.
Rəqəmsal dövr
İnformasiya çağı, İnformasiya əsri, Rəqəmsal dövr, Rəqəmsal əsr — XX əsrin ortalarından başlayan tarixi dövr. Sənaye inqilabı zamanı qurulan ənənəvi sənayelərdən informasiya texnologiyalarına əsaslanan iqtisadiyyata sürətli keçid ilə xarakterizə olunur. İnformasiya çağının başlanğıcı 1947-ci ildə tranzistorun, 1957-ci ildə optik gücləndiricinin və 1970-ci il yanvarın 1-də başlayan "Unix" vaxtının inkişafı ilə əlaqələndirilir. Bu texnoloji irəliləyişlər məlumatın emalına və ötürülməsinə əhəmiyyətli təsir göstərmişdir. Birləşmiş Millətlər Təşkilatının Dövlət İdarəetmə Şəbəkəsinə görə, İnformasiya çağı sosial təkamülün hərəkətverici qüvvəsi kimi modernləşdirilmiş informasiya sistemləri və internet kommunikasiyalarına səbəb olan kompüter mikrominiatürləşdirmə nailiyyətlərindən istifadə etməklə formalaşmışdır. == Erkən inkişafın icmalı == === Kitabxananın genişləndirilməsi və Mur qanunu === Kitabxananın genişləndirilməsi 1945-ci ildə Fremont Rayder tərəfindən hesablanmışdır ki, kifayət qədər yer mövcud olduqda hər 16 ildən bir tutum ikiqat artır. O, həcmli, çürüyən çap əsərlərini kitabxananın müştəriləri və digər qurumlar üçün tələb əsasında çoxaldıla bilən miniatürləşdirilmiş mikroformalı analoq fotoşəkillərlə əvəz etməyi təklif etmişdir. Bununla belə, Rider, illər sonra analoq mikroformanın rəqəmsal görüntüləmə, saxlama və ötürmə mühiti ilə əvəzlənəcəyini, avtomatlaşdırılmış, potensial itkisiz rəqəmsal texnologiyalar vasitəsilə məlumatın inkişaf sürətində böyük artımların mümkün ediləcəyini proqnozlaşdırmırdı. Müvafiq olaraq, 1965-ci ildə tərtib edilmiş Mur qanunu, sıx inteqral sxemdəki tranzistorların sayının təxminən hər iki ildən bir iki dəfə artdığını hesabladı. 1980-ci illərin əvvəllərində hesablama gücünün təkmilləşdirilməsi ilə yanaşı, daha kiçik və daha ucuz fərdi kompüterlərin çoxalması məlumatlara anında daxil olmaq və bu məlumatı paylaşmaq və saxlamaq imkanı yaratdı.
Gündəlik dövr
Gündəlik dövr — Yer planetinin öz oxu ətrafında tam fırlanması nəticəsində hər 24 saatdan bir təkrarlanan dövrdür. Yerin fırlanması gecə-gündüz yer səthinin temperaturunun dəyişməsinə, eləcə də il boyu hava dəyişikliklərinə səbəb olur. Gündəlik dövr əsasən Yerin qəbul etdiyi Günəş radiasiyasından asılıdır. == İqlim və atmosfer == İqlimşünaslıqda gündəlik dövr gündəlik temperatur və yağıntı ilə birlikdə iqlim dəyişkənliyinin ən fundamental formalarından biridir.
Gələcək Azərbaycan Partiyası
Gələcək Azərbaycan Partiyası və ya qısaca GAP — Azərbaycanın siyasi partiyalarından biri. 23 fevral 2014-cü ildə keçirilən təsis qurultayı ilə əsası qoyulmuşdur. 15 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. 2014-cü ildən etibarən partiyanın sədri Ağasif Şakiroğludur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Gələcək Azərbaycan Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. == Tarixi == 20 dekabr 2013-cü ildə təsis konfransı keçirilib. 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib. Və bununlada bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır. GAP-ın ilk və hazır ki sədri Ağasif Şakiroğludur. == Rəhbərlik == === İdarə Heyəti === Ağasif Şakiroğlu — Partiya sədri Aslan Həmidli — Partiya sədrinin Səlahiyyətli Nümayəndəsi Rəşid Nazim — Mərkəzi icra aparatının sədri Zamil Zərbəliyev — Mühacirətda yaşayan azərbaycanlılarla iş üzrə sədr müavini Rəşad Məhəmmədov — İqtisadi Məsələlər üzrə sədr müavini Xətayə Xasməmmədova — Qadınlarla iş üzrə sədr müavini Sabir İbrahimov — Kütləvi Aksiyaların təşkili ilə iş üzrə sədr müavini Elnur Qasımov — Ali Məclisin sədri Namir Həsənli — Gənclər Komitəsinin sədri Cəfər İsmayılov — GAP sədrinin müşaviri === Fəxri üzvləri === Eks spiker — Rəsul Quliyev Eks deputat — Solmaz Ələsgərova Eks deputat — Akif Şahbazov Rejisor — Elşən Məmmədov AMEA üzvü — Ağa Abdullaoğlu == Seçkilərdə == Partiya 2015-ci il parlament seçkilərində iştirak etmək istəsə də, tam qanunsuz olaraq seçkilərə buraxılmamışdır.
Gələcək gün (roman)
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Orta dövr (Misir)
Orta padşahlıq ya Orta dövr Qədim Misirin (e.ə. təqr. 2050-e.ə. təqr.1750 bəzi mənbələrdə e.ə. 2137-1781) XI-XII bəzi mənbələrdə XI-XIII (Manefon) sülalələr dövrünü əhatə edir. Bu dövrdə Misir yenidən güclü mərkəzləşmiş dövlətə çevrildi. XII sülalə fironları Nubiya, Sinay y-a və Cənubi Fələstinin bir sıra vilayətlərini zəbt etdirlər. Bu zaman Suriya, Mesopotamiya, Punt və Nubiya ilə ticarət əlaqələri genişlənmiş, sənətkarlıq, ağac emalı və toxuculuq inkişaf etmişdir. Bu dövrdə ziddiyyətlər, üsyanlar mərkəzləşmiş firon hakimiyyətini zəiflədərək ayrı-ayrı nomların siyasi əhəmiyyətini artırmış olur. E.ə.
Qədim dövr müharibələri
Qədim dövr müharibələri — Qədim dövrdə həm Azərbaycan, həm də dünya tarixində dövlətlər arasında toqquşmalar olmuşdur. Bu toqquşmalar siyasi, iqtisadi, sosial, etnik və.s məsələlər üzərində baş vermişdir. == Manna, Urartu və Assuriya arasındakı döyüşlər == Assuriyanın Mannaya basqınlarının davam etdiyi bir vaxtda, e.ə IX əsrin sonlarında Manna yeni bir təhlükə ilə- Urartu dövlətinin hücumları ilə üzləşdi. Həm Assuriya, həm Urartu Manna torpaqlarını ələ keçirmək üçün mübarizə aparırdı. E.ə VIII əsrin birinci yarısında Urartunun Mannaya yürüşləri daha da artdı. Çətin münaqişə dövründə Mannanın hökmdarı İranzu (e.ə 740–719) Assuriya ilə müttəfiqlik əlaqələri qurmağı qərara aldı. Bu dövrdə Assuriya ilə Urartu arasında uzun sürən mübarizə e.ə 735-ci ildə Assuriyanın qələbəsi ilə başa çatdı. Hökmdar Azadan (e.ə 718–716) sonra hakimiyyətə gələn Ullusunu Urartu meyilli siyasət aparmağa başladı. Assuriya onunla ittifaqda olan Mannanın düşmənləri sırasına keçməməsi üçün e.ə 716-cı ildə hücuma keçdi. Bu hücum nəticəsində Urartu meyilli qüvvələr məğlub edildi.