Fars dilində kəne sözü “bit” (heyvanda) və “gənə” anlamında işlədilir. Əbu Həyyan bu sözün yerinə saqurqa kəlməsini işlədib, (qan) “soran” deməkdir. Güman ki, iskənə (bu, farscadır) sözündəki kənə hissəsi də həmin sözlə bağlıdır. Gənə “deşən”, “soran” deməkdir. Gənəgərçək adlı bitkinin adındakı gənə hissəsi də məhz “клещ” deməkdir (bitkinin adı rusca “клещевина”dır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)