Rosa gadzhievii
Hacıyev itburnusu (lat. Rosa gadzhievii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Qafqazda, Azərbaycanda yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 1,5-2 m olan, düzdayanan koldur. Gövdələri qırmızı-qonur, cavan zoğların rəngi isə açıq qonurdur. Gövdəciklərdə iynələri iri, enli bünövrəli, alt tərəfində bir az oraqvari əyilmiş, çiçəkli zoğlarda iti bucaq altında əyilmiş, bəzən qarmaqvaridir. Yarpaqları 5-7 xırda yarpaqlı, uzunluğu 8-10 sm; oval, kənarları mürəkkəb dişli, üstü çılpaq, əsasən oturaq vəziciklərlə sıx örtülmüşdür. Alt tərəfində damarcıqları tükcüklüdür, digər yerləri isə vəziciklərlə seyrək və ya bərabər örtülmüş olu; raxisi çılpaq və ya seyrək tükcüklü olub, ayaqcıqları vəziciklərlə örtülmüşdür. Yalançı zoğların uzunluğu 12-15 mm, bünövrəsindən enli, yaxşı inkişaf etmiş qulaqlı, xırda yarpaqları kimi vəziciklərlə sıx örtülmüşdür. Çiçəkləri əsasən tək, bəzən 3-4 ədəd, iri, açıq çəhrayı; çiçək altlıqlarının uzunluğu 15-20 mm, zəif tükcüklü, kənarları vəziciklidir.