GAME

game1

n I 1. oyun; to play the ~ qayda ilə oynamaq; 2. məc. alicənablıqla hərəkət etmək; to play a good / poor ~ yaxşı / pis oyunçu olmaq; to be off one’s ~ yaxşı formada olmamaq, pis oynamaq; to have the ~ in one’s hands oyunu ələ almaq; 3. id. oyun, partiya; a ~ of tennis bir partiya tennis; a ~ of chess bir partiya şahmat; 4. : ~s pl yarış; idman oyunları; 5. zarafat; to have a ~ with smb. bir kəsi ələ salmaq; to make ~ of sataşmaq, lağa / araya qoymaq; to speak in ~ zarafatla demək

n II 1. quş, ov quşları; fair ~ ovlanması yasaq edilməmiş ov quşları; məc. hücum obyekti; big ~ böyük heyvanlar (fil, pələng və şirlər); 2. məc. arzu olunan qənimət

game2

adj 1. cəsur, mübariz, qızğın, həris; to die ~ qəhrəman kimi ölmək; 2. həvəslə razı olan; to be ~ for anything hər şeyə hazır olmaq; 3. şikəst edilmiş, eybəcər hala salınmış; iflic olmuş (əl, qol və s.)

game3

v qumar oynamaq; to ~ away qumarda uduzmaq (həm də yarışda)

GAMBOL
GAME-ACT
OBASTAN VİKİ
Game-Revolution
"GameRevolution" (əvvəllər "Game Revolution" və "Game-Revolution") və ya "GR" — 1996-cı ildə yaradılmış videooyun saytı. Mərkəzi qərargahı Kaliforniyanın Berkli şəhərində yerləşir. Buraya rəylər, resenziyalar, oyundaxili endirmə sahəsi, çitlər, mağaza, veb-komikslər, skrinşotlar və videolar daxildir. "GameRevolution" bu gün fəaliyyətdə olan ən köhnə videooyun xəbərləri və icmal saytlarından biridir. == Tarixi == Qərargahı Kaliforniyada yerləşən "Net Revolution, Inc." 1996-cı ilin aprelində Dyuk Ferris tərəfindən holdinq şirkəti və "Game Revolution" veb-saytının sahibi kimi təsis edilmişdir. Ferris 2005-ci ildə "Bolt Media, Inc." tərəfindən açıqlanmayan bir məbləğə satın alınana qədər şirkətin prezidenti vəzifəsində çalışmışdır. 1996-cı ildə qurulan "GameRevolution" veb-saytına gündəlik yüz minlərlə ziyarətçi daxil olur.
Game Informer
Game Informer (qısa adı:GI) — "FuncoLand" müəssisəsi tərəfindən Avqust ayında 1991-ci ildə istehsal olunmuş ABŞ jurnalıdır. 2009-cu ildə bu jurnal ən böyük 12 jurnal siyahısına düşmüşdür. 2000-ci ildə ""FuncoLand" şirkəti "GameStop" tərəfindən alınmış və "Game Informer" jurnalı "GameStop" şirkəti tərəfindən nəşr edilir. "Game Informer" jurnalında video oyunlar haqqında resenziya dərc edilir.
Game Jam
3D videooyunlar sahəsində keçirilən yarış. == Game Jam Azərbaycanda == 2017-ci ilin noyabr ayının əvvəlindən start götürən “Hackathon Azerbaijan” komandasının təşkilatçılığı, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin final mərasimi keçirilib. İlkin olaraq müsabiqədə iştirak üçün 53 komanda müraciət etsə də Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub. Təlim sessiyalarını uğurla başa vuran iştirakçılar yazdıqları oyun tətbiqlərinə dair xüsusi təqdimatla münsiflər heyəti qarşısında çıxış ediblər, seçilən iştirakçılar finalda iştirak hüququ qazanıb. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə pul mükafatı və xüsusi hazırlanan kubok təqdim olunub.
Game Revolution
"GameRevolution" (əvvəllər "Game Revolution" və "Game-Revolution") və ya "GR" — 1996-cı ildə yaradılmış videooyun saytı. Mərkəzi qərargahı Kaliforniyanın Berkli şəhərində yerləşir. Buraya rəylər, resenziyalar, oyundaxili endirmə sahəsi, çitlər, mağaza, veb-komikslər, skrinşotlar və videolar daxildir. "GameRevolution" bu gün fəaliyyətdə olan ən köhnə videooyun xəbərləri və icmal saytlarından biridir. == Tarixi == Qərargahı Kaliforniyada yerləşən "Net Revolution, Inc." 1996-cı ilin aprelində Dyuk Ferris tərəfindən holdinq şirkəti və "Game Revolution" veb-saytının sahibi kimi təsis edilmişdir. Ferris 2005-ci ildə "Bolt Media, Inc." tərəfindən açıqlanmayan bir məbləğə satın alınana qədər şirkətin prezidenti vəzifəsində çalışmışdır. 1996-cı ildə qurulan "GameRevolution" veb-saytına gündəlik yüz minlərlə ziyarətçi daxil olur.
Bethesda Game Studios
Bethesda Game Studios (azərb. Bethesda Oyun Studiyaları‎) — Kompüter oyunlarının inkişafında ixtisaslaşan, 2001-ci ildə yaradılan və valideyn şirkəti Bethesda Softworks olan ABŞ xüsusi şirkəti. Şirkətin loqosu və adı 2002-ci ildə, "The Elder Scrolls III: Morrowind" satışa çıxarılan zaman qurulmuşdur. Şirkətin rəhbəri icraçı prodüser Todd Hovarddır. Kanadanın Kvebek əlayətində yerləşən Monreal şəhərində ikinci bir studiya açılmışdır. == Tarix == "Bethesda Game Studios" 2001-ci ildə qurulmuşdur. 2002-ci ildə, "Bethesda Softworks" və "Bethesda Game Studios" nəşr edən və hazırlayan olaraq iki ayrı şirkət olanda "Bethesda Softworks"dakı bütün inkişafçılar "Bethesda Game Studios"a köçmüşdür. Keçmişdə bütün oyunlar "Softworks" diviziyası tərəfindən nəşr edilmişdir. "The Elder Scrolls IV: Oblivion" PlayStation 3 üçün satışa çıxarılandan sonra "Bethesda Softworks", "Bethesda Game Studios"un bütün oyunlarını nəşr etməyə başlamışdır. 2000-ci illərin ortalarında "Bethesda Game Studios"un iki komandası var idi — rol videooyunları hazırlayan və "International Hot Rod Association" üçün dreq-reysinq oyunları hazırlayan.
Game Boy Color
Game Boy Color Nintendonun davamçısı olan Game Boyun, oktyabrın 21-i 1998 ildə ilk dəfə Yaponiyada çıxan versiyasıdır. Bunun Game Boy Pocket-dən əsas fərqi, ekranı rəngli, qalın və hündür olmasıdır. Baxmayaraq ki, bu versiyada da 8-bitlik processor ilə işləyir ancaq ilkin sistemdən daha kiçikdir.
Game of Thrones
Taxt-tac oyunları (teleserial, 2011)
Fallout: A Post Nuclear Role Playing Game
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir. Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing.
New Game!
New Game! (ニューゲーム, Nyū Gēmu, azərb. Yeni oyun!‎) — Şotaro Tokuno tərəfindən hazırlanan yonkoma seriyası. 2013-cü ilin yanvarından Houbunsha nəşriyyatının "Manga Time Kirara Carat" seynen manqası jurnalında nəşr olunur. 4 iyul 2016-cı ildən 19 sentyabr 2016-cı ilə kimi Doga Kobo tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır. 11 iyul 2017-ci ildən ikinci mövsümü yayımlanır. 2017-ci ilin yanvarında 5pb. şirkəti tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası buraxılmışdır. == Məzmun == Uşaq ikən oynadığı "Fairies Story" videooyununun böyük fanatı olan Aoba Suzukaze liseydən məzun olduqdan sonra Eagle Jump videooyun şirkətində personaj dizayneri kimi işə başlayır. "Fairies Story 3" adlı yeni oyun üzərində işlədiklərini öyrənən Suzukaze hələ gənc olmasına baxmayaraq yeni dostlar qazanmağa və bacardığı qədər kömək etməyə çalışır.
Darkside Game Studios
Darkside Game Studios — ABŞ videooyun istehsalı studiyası. Mərkəzi Florida ştatında yerləşir. == Tarixi == 2002-ci ildə bir qrup rəssam və videooyun həvəskarları videooyun yaratmaq məqsədi ilə yaradılmışdır. Daha sonra "Shadows in Darkness" adlanan bu komanda 2008-ci ildə "Darkside Game Studios" videooyun istehsalı studiyasına çevrilmişdir."Microsoft" 2015-ci ildə "Darkside Game Studios"a həvalə edilən "Phantom Dust" layihəsinin istehsalını ləğv etmişdir. Bundan sonra əlli nəfərdən ibarət studiya səbəblərini açıqlamadan bağlanmışdır.
No Game No Life
No Game No Life (ノーゲーム・ノーライフ, Nōgēmu Nōraifu, azərb. Oyun yox, həyat yox‎) və ya qısaca NGNL — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 avqust 2016-ci ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. 15 iyul 2017-ci ildə "No Game No Life Zero" adlı film adaptasiyası buraxılmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Seriya "Boşluq" (空白, Ku:haku, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir.
Pan European Game Information
Pan European Game Information (PEGİ) - Avropalı videooyun və başqa proqram təminatlarının reytinq sistemi. İnteraktiv proqram təminatının Avropa Federasiyası ilə hazırlanmışdı və 2003-cü ilin aprelində işləməyə başlamışdı. PEGİ sistemi Avropa Komissiyası ilə dəstəklənir, amma Avropa İttifaqı tərəfindən idarə edilmir.
The Game of Death
Ölüm oyunu (ing. Game of Death, kantonca: 死亡遊戲) — ABŞ rejissoru Robert Klauz tərəfindən çəkilən döyüş filmdir. İlk dəfə orijinal film 1972-cü ildə çəkilmişdir. Lakin həmin filmdən çox az materiallar qalmışdır. Bu səbəbdən rejissorlar filmi yenidən çəkmək qərarına gəldilər. İlk film əsasında 1978-ci ildə "Ölüm oyunu" filmi çəkilir. Ssenari isə orijinal ssenaridən tam fərqlidir. Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim filmin bir sıra epizodlarında Brüs Linin rolunu canlandırır. == Məzmun == Banda qrupu məşhur aktyor Billi Louya müxtəlif şərtlərlə təzyiq edirlər. Onlar Billidən qazancın bir hissəsinin banda heyətinə verməyi tələb edirlər.
James Cameron’s Avatar: The Game
James Cameron’s Avatar: The Game (azərb. Ceyms Kameronun Avatarı: Oyun‎) - Ubisoft Montreal videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu oyun Avatar filminin çıxış tarixinə 17 gün qalmış (17 dekabr) nümayiş etdirilmişdir.
2K Games
2K Games – ABŞ videooyun şirkəti.
Computer Games Magazine
"Computer Games Magazine" — 1988–2007-ci illərdə nəşr olunan ABŞ videooyun jurnalı. 2000-ci ilə qədər jurnal "Computer Games Strategy Plus" kimi tanınırdı və Birləşmiş Krallıqda "Games International" adı ilə təsis edilmişdir. Jurnal geniş çeşiddə oyun platformalarını və janrlarını əhatə edirdi, lakin jurnalın əsas diqqəti strategiya oyunları idi. Jurnal videooyunlar üzrə ən uzunmüddətli dövri nəşrlərdən biridir. == Başqa ölkələrdə == "Computer Games Magazine " jurnalının Yunanıstan versiyası 2000-ci ilin iyunundan iyun 2008-ci ilə qədər nəşr edilmişdir. Jurnalın cəmi 92 nömrəsi çap olunmuşdur. Jurnalın Meksika versiyası çap olunurdu. == İstinadlar == == Ədəbiyyat == Harrison Gish. Computer Games Magazine // Encyclopedia of Video Games . 1 (сборник).
Computer and Video Games
"Computer and Video Games" (CVG) — Birləşmiş Krallıq videooyun jurnalı. Jurnal 1981-ci ilin noyabrından 2004-cü ilin oktyabrına qədər nəşr olunmuşdur."Computer and Video Games" 1980-ci illərin əvvəllərində jurnal ev videooyunları üçün artan bazarı işıqlandıran ilk jurnallardan olmuşdur. Jurnalın internet saytı 1999-cu ildə açılmış və 2015-ci ilin fevralında bağlanmışdır. == Golden Joystick Awards == Jurnal videooyunlar sahəsində nüfuzlu mükafat olan illik "Golden Joystick Awards"ın əsas təşkilatçısı olmuşdur.
Danger Close Games
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
Doctor Who: The Adventure Games
Doctor Who: The Adventure Games — beş oyundan ibarət olan, «Doktor Kim» serialın əsasında yaradılmış macəra janrda videooyun seriyası.
Epic Games
Epic Games, Inc. baş ofisi Şimali Karolina ştatının Kari şəhərində yerləşən Amerika videooyun və proqram təminatı tərtibatçısı və yayımcısıdır. Şirkət 1991-ci ildə Tim Suini tərəfindən Potomac Computer Systems kimi təsis edilib və əvvəlcə onun ailəsinin Merilend ştatının Potomak şəhərindəki evində yerləşirdi. İlk kommersiya videooyunu olan ZZT-dən (1991) sonra şirkət 1992-ci ilin əvvəlində Epic MegaGames, Inc adını aldı və o vaxtdan vitse-prezident vəzifəsini Mark Reyn icra edir. 1999-cu ildə baş qərargahını Kariyə köçürən studiyanın adı Epic Games olaraq sadələşdirilib. Epic Games Fortnite, Unreal, Gears of War və Infinity Blade seriyaları kimi daxili istehsal videooyunlarına da dəstək verən və kommersiya məqsədli oyun mühərriki olan Unreal Engine-nin inkişaf etdiricisidir. Unreal Engine 2014-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən "ən uğurlu videooyun mühərriki" seçilib.Epic Games, Chair Entertainment, Psyonix, Mediatonic və Harmonix oyun tərtibatçılarına, həmçinin bulud əsaslı proqram təminatçısı Cloudgine-ə sahibdir və Sietl, İngiltərə, Berlin, Yokohama və Seulda studiyaları idarə edir.
GameFAQs
"GameFAQs" — videooyunlar ilə bağlı tez-tez verilən suallara cavabları, həmçinin təlimatlar, məsləhətlər və digər məlumatları dərc edən internet portalı. == Tarixi == "GameFAQs" 1995-ci ildə proqramçı Ceff Vizey tərəfindən yaradılmışdır, lakin 2003-cü ilin mayında "CBS Corporation" tərəfindən satın alınmış və hazırda onların törəmə şirkəti "CBS Interactive" tərəfindən idarə olunur. Sonradan portal böyük uğur qazanmış və istənilən ziyarətçi tərəfindən redaktə edilə bilmək funksiyasına görə məzmunu xeyli artmışdır. Saytda təqdim olunan məlumatlar ilkin 8 bitlik "Atari" konsollarından tutmuş indiki generasiya və kompüter videooyunlarını, konsollarını əhatə edir. Bütün dəyişikliklər baş redaktor Allen "SBAllen" Tiner tərəfindən izlənilir və idarə olunur. "GameFAQs" haqqında müsbət rəylər "The Guardian" və "Entertainment Weekly" kimi nəşrlərdə dəfələrlə dərc edilmişdir. "Alexa Internet" şirkətinin 2009-cu ildəki statistikasına uyğun olaraq, portal dünyada ən çox ziyarət edilən üç yüz ingilisdilli saytın siyahısına daxil edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Официальный сайт GameFAQs (ing.) GameFAQs Archive (ing.) Secondary Boards FAQ (ing.) GameFAQsContests.com (ing.) WikiFAQs.netArxivləşdirilib 2018-03-30 at the Wayback Machine (ing.) Totilo, Stephen. "Meet The Man Who'll Make You A Smooth Criminal In San Andreas" (ingilis). MTV. 2006-01-24.
GameFan
"GameFan" (əvvəllər "Diehard GameFan") — ABŞ videooyun jurnalı. == Tarixi == "GameFan" 1992-ci ilin sentyabrında Tim Lindkvist, Qreq Off, Corc Vayzinq və Deyv Halderson tərəfindən yaradılmışdır. O dövrdə ABŞ-nin digər nəşrlərində yaxşı ekran görüntülərinin olmaması səbəbindən səhifə dizaynında oyun skrinşotlarından geniş istifadə edilməsi ilə diqqəti cəlb edirdi. Orijinal jurnal 2000-ci ilin dekabrında fəaliyyətini dayandırmışdır. 2010-cu ilin aprelində Halverson "GameFan"i hibrid videooyun və film jurnalı kimi yenidən işə salmışdır. Buna baxmayaraq, jurnalın fəaliyyəti qısamüddətli olmuş və bir çox daxili münaqişələrdən əziyyət çəkmişdir. == Qalmaqal == "GameFan" jurnalının 1995-ci ilin sentyabr nömrəsində yaponlar haqqında bir neçə alçaldıcı şərhdən ibarət məqalə çap olunmuşdur. Burada yaponlar üçün "kiçik cep bicləri" ifadəsindən istifadə edilmişdir. Bu, İkinci Dünya müharibəsi illərində ABŞ yaponlarını təhqir etmək üçün istifadə edilən irqi alçaldıcı ifadədir. Mətn idman mövzusundakı "College Football '96" videooyunu üçün hazırlanan resenziyalardan birinin bəndlərində yer almışdır."GameFan" rəhbərliyinin rəsmi izahatında baş verən hadisə yaramaz bir işçinin jurnalın Yaponiyadan olan auditoriyanı və azarkeş bazasını özündən uzaqlaşdırmaq üçün jurnalı sabotaj etməsi ilə əlaqələndirilmişdir.
GameInformer
Game Informer (qısa adı:GI) — "FuncoLand" müəssisəsi tərəfindən Avqust ayında 1991-ci ildə istehsal olunmuş ABŞ jurnalıdır. 2009-cu ildə bu jurnal ən böyük 12 jurnal siyahısına düşmüşdür. 2000-ci ildə ""FuncoLand" şirkəti "GameStop" tərəfindən alınmış və "Game Informer" jurnalı "GameStop" şirkəti tərəfindən nəşr edilir. "Game Informer" jurnalında video oyunlar haqqında resenziya dərc edilir.
GameNOW
"GameNOW" (bəzən "GN" olaraq qısaldılır) — ABŞ videooyun jurnalı. 2001-ci ilin noyabrından 2004-cü ilin yanvarına qədər Ziff-Davis tərəfindən nəşr olunmuşdur. Ümumilikdə 27 nömrə çap olunmuşdur. "GameNow" jurnalının məzmunu "PlayStation 2", "Xbox", "GameCube" və "Game Boy Advance" kimi videooyun konsollarına əlavə olaraq, fərdi kompüterləri də əhatə edirdi. "GameNOW" jurnalının kökləri 1994-cü ilin iyulunda "Electronic Gaming Monthly" jurnalı "EGM2" adlı spin-off jurnalını buraxmasına dayanır. "EGM²" mahiyyətcə "başqa bir EGM" idi, lakin burada resenziya bölməsi və idxal oyunlarına daha çox diqqət yetirilmirdi.
GamePro
GamePro Media — 1989-2011-ci ildə istehsal olunmuş ABŞ jurnalı. 1998-ci ildə jurnalın ilk rəsmi saytı çıxmışdır. Mərkəzi Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşib. "GamePro" jurnalında video oyunlar haqqında resenziya dərc edilirdi..
GameRankings
GameRankings — kompüter oyunları haqqında rəylər toplayan ingilisdilli veb-sayt. Burada hər bir mal üçün verilmiş icmallar əsasında ümumi rəy verilir. Əsası Skott Bedard tərəfindən qoyulmuşdur.
GameRevolution
"GameRevolution" (əvvəllər "Game Revolution" və "Game-Revolution") və ya "GR" — 1996-cı ildə yaradılmış videooyun saytı. Mərkəzi qərargahı Kaliforniyanın Berkli şəhərində yerləşir. Buraya rəylər, resenziyalar, oyundaxili endirmə sahəsi, çitlər, mağaza, veb-komikslər, skrinşotlar və videolar daxildir. "GameRevolution" bu gün fəaliyyətdə olan ən köhnə videooyun xəbərləri və icmal saytlarından biridir. == Tarixi == Qərargahı Kaliforniyada yerləşən "Net Revolution, Inc." 1996-cı ilin aprelində Dyuk Ferris tərəfindən holdinq şirkəti və "Game Revolution" veb-saytının sahibi kimi təsis edilmişdir. Ferris 2005-ci ildə "Bolt Media, Inc." tərəfindən açıqlanmayan bir məbləğə satın alınana qədər şirkətin prezidenti vəzifəsində çalışmışdır. 1996-cı ildə qurulan "GameRevolution" veb-saytına gündəlik yüz minlərlə ziyarətçi daxil olur.
GameSpot
GameSpot — konsol və videooyunlara resenziya verən veb-saytdır. Veb-sayt 1 may 1996-cı ildə ABŞ-də Kaliforniya ştatının San-Fransisko şəhərində əsası qoyulmuşdur. "GameSpot" başladığı ilk illərdə kompüter oyunları üçün nəzərdə tutulmuşdu. Sonralar konsol oyunlarına da resenziya verməyə başlamışdır. "GameSpot UK" (Böyük Britaniya) resenziyası isə oktyabr ayında 1997-ci ildə əsası qoyulmuşdur.
GameSpy
GameSpy Industries, Inc. — kompüter oyunları haqqında rəylər toplayan və onlayn video oyunlar təqdim edən veb-saytdır. Əsası ABŞ-nin Kaliforniya ştatında Kosta Mesta şəhərində 1996-cı ildə qoyulmuşdur.
GameStop
"GameStop" — ABŞ pərakəndə satış şəbəkəsi. Şirkət videooyun konsolları, videooyunlar və oyun aksesuarları satır. 30 yanvar 2021-ci il tarixinə olan məlumata görə, "GameStop" mağazalar şəbəkəsinin ABŞ-də və dünyanın 17 ölkəsində 4,816 satış məntəqəsi var. Şirkətin mağazaları həmçinin "EB Games" və "Electronics Boutique" brendləri altında satış məntəqələri ilə təmsil olunur. Şirkət "Game Informer" adlı videooyun jurnalını dərc etdirir. == Tarixi == Şirkətin tarixi Texas ştatının Dallas şəhərində kiçik proqram təminatı şirkəti "Babbage's" ilə başlamışdır. Şirkət sonradan "Software Etc." ilə birləşmiş, ardınca "Babbage’s Etc. LLC" yaranmışdır. 1999-cu ildə bu şirkət kitablar, elektron kitablar, jurnallar və media satan pərakəndə satış şəbəkəsi olan "Barnes & Noble"a satılmışdır. Mağazalar şəbəkəsi 2000-ci ilin iyununda "Funco, Inc" ilə birləşmişdir.
GameTrailers
"GameTrailers" (qısaca "GT") — ABŞ videooyun veb saytı. Saytda videooyunların videoları və treyleri, sinematik videolar, önizləmələr, resenziyalar, istehsalçılarla müsahibələr, geympley videoları və s. yer alır. Sayt istifadəçilərinə qeydiyyat tələb olunmayan bütün video məzmunlara tam pulsuz giriş təmin edilir. Eyni zamanda, video materialları əksər hallarda həm onlayn izləmək, həm də istifadəçinin öz kompüterində endirmək funksiyası mövcuddur. İstifadəçilər "GameTrailers" veb saytına video yükləyə, bloqlar yarada və forumlarda iştirak edə bilərlər. Onlar həmçinin, videooyunlara və ya digər maraqlara əsaslanan icmalar yarada bilərlər. Bu icmalar özəl qapalı forumlara çıxışı var. "GameTrailers" veb saytının öz valyutası var. Əvvəllər bu valyuta "GTD" adlanırdı, lakin sonradan "GTP" olaraq dəyişdirilmişdir.
вобра́ться декатироваться козлоборо́дник кулёма перепу́тываться похище́ние прислу́шаться сто́пка гарт дошвы́риваться каза́лось лабрадори́т обою́дно промыслови́к слага́тельница creaky dispossession heptad telecast Ugandan замазываться констатировать косоугольный стеснение уединиться