garer
gâter
OBASTAN VİKİ
Gate (ranobe)
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri (yaponca: ゲート 自衛隊 彼の地にて、斯く戦えり, azərb. Darvaza: Buna görə Yaponiya Özünümüdafiə Qüvvələri orada döyüşdü!‎) — Daysuke İzuka və Kurocişinin rəssamlığı ilə Takumi Yanay tərəfindən yazılan fentezi ranobe seriyası. AlphaPolis nəşriyyatı tərəfindən nəşr olunur. Satoru Saounun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 2011-ci ilin iyulunda nəşr olunmağa başlamışdır. Bundan əlavə 2015-ci ildən 3 spin-off manqası nəşr olunur. Ranobe əsasında A-1 Pictures tərəfindən anime serialı adaptasiyası çəkimişdir. Animenin birinci mövsümü 2015-ci ilin iyulundan sentyabrına qədər, ikinci mövsümü 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Manqa adaptasiyası Sekai Project, anime serialı Sentai Filmworks, Madman Entertainment və MVM Films tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Bir gün Tokionun Ginza rayonunda müəmmalı darvaza açılır və darvazanın içindən çıxan legion əsgərləri və fentezi bədheybətləri şəhərə hücum edirlər. Daha yaxşı silahlanmış və taktiki cəhətdən daha üstün olan Yaponiya Özünümüdafiə Qüvvələri asanlıqla düşməni püskürdür və darvazanın nəzarətini ələ keçirir.
Steins;Gate
Steins;Gate (シュタインズ・ゲート, Shutainzu Gēto, azərb. Şteyns darvazası‎) — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır. İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si" (想定科学ADV, Sōtei Kagaku ADV) adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali Amerika və Avropada satışa çıxarmışdır.
Golden Gate körpüsü
Qolden Qeyt körpüsü (ing. Golden Gate Bridge) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı, San-Fransisko körfəzinin girişində, Qolden Qeyt boğazı üzərində yerləşən körpü. Qolden Qeyt körpüsünün inşasına 1933-cü ilin 5 yanvar tarixində başlanılmışdır. Köprü asma formasında olub, polad metalından hazırlanmışdır. Köprü hal-hazırda dünyanın ən uzun yeddinci asma körpüsü hesab olunur. Köprünün uzunluğu 2.73 km, polad dirəklər arasındakı məsafə isə 1.28 km'dir. Qolden Qeyt körpüsü su səviyyəsindən 235 metr yüksəklikdə yerləşir və nəqiliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulan 6 zolaqlı yola malikdir. Körpü San-Fransisko şəhərinin Marin County ilə Napa və Sonoma Valley səmtlərini birləşdirir. == Körpünün inşası == Körfəzdə körpünün tikilməsi fikri XIX əsrin ortalarında mövcud idi. Ançaq həmin dövrdə kiçik tutumlu gəmilərlə körfəz sahilləri arasında səfərlər həyata keçirilirdi və belə bahalı bir layihənin icrası real görünmürdü.
Steins;Gate 0
Steins;Gate 0 (シュタインズ・ゲート ゼロ, Shutainzu Gēto Zero) — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman. 10 dekabr 2015-ci ildə PlayStation 3, PlayStation 4 və PlayStation Vita platformaları üçün yayımlanmışdır (24 iyun 2016-cı ildə Yaponiyada oyunun PC versiyasının yayımlanması planlaşdırılmışdır). "Steins;Gate 0" "Steins;Gate" oyununun midkvelidir. 2018-ci ildə anime adaptasiyası yayımlanmışdır. 25 noyabr 2016-cı ildə Avropada, 29 noyabr 2016-cı ildə Şimali Amerikada PS4 və PS Vita platformalarında buraxılmışdır. == Geympley == "Steins;Gate 0"-in geympleyi oyunun çox hissəsində oyunçudan çox az qarşılıqlı təsir tələb edir. Oyunçu oyunu oynarkən vaxtının çoxunu ekranda müxtəlif personajlar arasındakı dialoqları və personajların şəxsi fikirlərini oxumaqla keçirir. Qərar vermə anları üçün "Steins;Gate 0"-da "Steins;Gate"-dən daha fərqli "telefon tətiyi" (フォーントリガー, fōn torigā) sistemi istifadə olunmuşdur. "Steins;Gate 0"-da oyunçu RINE tətiyi (RINEトリガー, rain torigā) sistemi ilə tanış olmuşdur.
The New Gate
The New Gate (ザ・ニュー・ゲート, azərb. Yeni darvaza‎) — Makay no Cuuminin rəssamlığı ilə Şinoqi Kazanami tərəfindən yazılan ranobe seriyası. İlk cildi AlphaPolis nəşriyyatı tərəfindən 2013-cü ilin dekabrında buraxılmışdır. 2016-cı ilin iyununa kimi isə 7 cildi çapdan çıxmışdır. Yoşiyuki Mivanın rəssamlığı hazırlanan manqa adaptasiyası 11 noyabr 2014-cü ildən Alphapolis Web Manga vasitəsilə onlayn şəkildə yayımlanır. Manqanın iki cildi buraxılmışdır. == Məzmun == "The New Gate" adlı onlayn oyunun ölüm oyununa çevrilməsi nəticəsində on minlərlə oyunçu bu oyunda ilişib qalır. Lakin ən güclü və keçmiş oyunçulardan biri olan Şinin səyləri nəticəsində bütün oyunçular oyundan çıxa bilirlər. Lakin Şin ən sonuncu bossu məğlub edib hər kəsi azad edəndə qəribə işıq görür və qəflətən özünü 500 il gələcəkdəki oyun dünyasında tapır. == Personajlar == Şinya Kiritani (桐谷 進也) / Şin "The New Gate" onlayn oyununun veteran oyunçusudur.
Steins;Gate Elite
Steins;Gate Elite (シュタインズ・ゲート エリート, Shutainzu Gēto Erīto) – 2018-ci ildə Yaponiyada buraxılmış elmi fantastika vizual romanı və interaktiv film videooyunu. "Science Adventure" seriyasına daxildir. Oyun 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş, animasiya edilmiş remeykidir. Oyunun hazırlanması zamanı 2011-ci ildə yayımlanmış anime serialının səhnələrindən, eləcə də, White Fox studiyası tərəfindən hazırlanmış yeni animasiyalardan istifadə olunmuşdur. Oyun Çiyomaru Şikura tərəfindən vizual roman janrını inkişaf etdirmək məqsədilə yaradılmışdır. O, xüsusilə, tam animasiya olunmuş "Yarudora" oyun seriyasından təsirlənmişdir, lakin yüksək xərclər və uzun istehsal müddəti səbəbilə mövcud animasiyalardan istifadə etməyə qərar vermişdir. Oyun tənqidçilər tərəfindən bəyənilmişdir. == Ümumi baxış == "Steins;Gate Elite" elmi fantastika janrında olan vizual roman və interaktiv film oyunudur. 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş versiyasıdır. "Science Adventure" seriyasına daxil olan digər oyunlardan fərqli olaraq tam animasiya olunmuşdur.
Hacking to the Gate
"Hacking to the Gate" (azərb. "Keçidi qırmaq"‎) — 27 aprel 2011-ci ildə 5pb. və Frontier Works səsyazma studiyaları tərəfindən yayımlanmış sinql. == Haqqında == Sinql "Steins;Gate" anime serialının bütün seriyaları boyunca açılış mahnısı kimi istifadə olunmuşdur. Mahnı Çiyomaru Şikura tərəfindən yazılmış və bəstələnmiş, İsoe Toşimiçi tərəfindən qaydaya salınmış və Kanako İto tərəfindən ifa olunmuşdur.Funimation Entertainment tərəfindən mahnının ingilis versiyası hazırlanmışdır.
Steins;Gate seriyalarının siyahısı
Steins;Gate seriyalarının siyahısı — 2011-ci ildə yayımlanmış anime serialı "Steins;Gate"-in seriyalarının siyahısı. "Steins;Gate" 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş eyniadlı vizual romanın anime adaptasiyasıdır. Anime serialı Rintaro Okabe adlı çılğın alimin dostları ilə keçmişə mesaj göndərə bilən mikrodalğalı soba ixtira etməsindən və müxtəlif zaman xətlərində səyahət etməsindən bəhs edir. White Fox studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 6 aprel 2011-ci ildən 13 sentyabr 2011-ci ilə qədər yayımlanmışdır və Crunchyroll vasitəsilə göstərilmişdir. 22 fevral 2012-ci ildə sonuncu BD/DVD cildi ilə bir OVA seriyası da buraxılmışdır. Funimation Entertainment serialın seriyalarını Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Anime serialında iki parça mahnıdan istifadə edilmişdir; açılış mahnısı "Hacking to the Gate" (Kanako İto), bağlanış mahnısı "Toki Tsukasadoru Jūni no Meiyaku" (刻司ル十二ノ盟約) (Yui Sakakibara) olmuşdur. 23-cü seriyada vizual romanın Xbox 360 üçün olan versiyasında açılış mahnısı olan və Kanako İto tərəfindən ifa olunan "Skyclad no Kansokusha" (スカイクラッドの観測者, Sukaikuraddo no Kansokusha) mahnısından istifadə edilmişdir. IBM-nin əməkdaşlığı "Steins;Gate: Sōmei Eichi no Cognitive Computing" adlanan və 4 qısa seriyadan ibarət OVA serialı çəkilmişdir.
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri (yaponca: ゲート 自衛隊 彼の地にて、斯く戦えり, azərb. Darvaza: Buna görə Yaponiya Özünümüdafiə Qüvvələri orada döyüşdü!‎) — Daysuke İzuka və Kurocişinin rəssamlığı ilə Takumi Yanay tərəfindən yazılan fentezi ranobe seriyası. AlphaPolis nəşriyyatı tərəfindən nəşr olunur. Satoru Saounun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 2011-ci ilin iyulunda nəşr olunmağa başlamışdır. Bundan əlavə 2015-ci ildən 3 spin-off manqası nəşr olunur. Ranobe əsasında A-1 Pictures tərəfindən anime serialı adaptasiyası çəkimişdir. Animenin birinci mövsümü 2015-ci ilin iyulundan sentyabrına qədər, ikinci mövsümü 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Manqa adaptasiyası Sekai Project, anime serialı Sentai Filmworks, Madman Entertainment və MVM Films tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Bir gün Tokionun Ginza rayonunda müəmmalı darvaza açılır və darvazanın içindən çıxan legion əsgərləri və fentezi bədheybətləri şəhərə hücum edirlər. Daha yaxşı silahlanmış və taktiki cəhətdən daha üstün olan Yaponiya Özünümüdafiə Qüvvələri asanlıqla düşməni püskürdür və darvazanın nəzarətini ələ keçirir.
Steins;Gate: Fuka Ryōiki no Déjà vu
Steins;Gate: Load Region of Déjà Vu və ya Yaponiyada tanınan adı ilə Steins;Gate: Fuka Ryōiki no Déjà vu (シュタインズ・ゲート 負荷領域のデジャヴ, Shutainzu Gēto: Fuka Ryōiki no Dejavu, azərb. Ştayns Qeyt: Yüklənmiş dejavü sahəsi‎) — White Fox studiyası tərəfindən istehsal olunmuş anime filmi. Film 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman əsasında çəkilmiş anime serialı — "Steins;Gate" əsasında çəkilmişdir. Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır. 13 dekabr 2013-cü ildə BD/DVD formatında yayımlanmışdır. == Məzmun == Anime serialında cərəyan etmiş hadisələrdən artıq 1 il keçib. Keçmişə göndərilə bilən D-poçtların ixtirasına görə müxtəlif dünya xətlərində səyahət edən Rintaro Okabe nəhayət Ştayns Qeyt adlandırdığı, Makise Kurisu və Mayuri Şiinanın ölümlərinin, eləcə də gələcəkdə SERN-in hökmdarlıq edəcəyi gələcəyin qarşısının alındığı dünya xəttində yaşayır. 3 avqustda Kurisu mətbuat konfransında iştirak etmək məqsədilə Yaponiyaya gəlir və Gələcəyin Alətləri Laboratoriyasının üzvləri ilə yenidən birləşir. Eyni zamanda Okabedə zaman səyahətlərinə görə şiddətli yan təsirlər peyda olur, müxtəlif alternativ dünya xətlərini görməyə başlayır.
Steins;Gate: Load Region of Déjà Vu

Melinda Gates
Melinda Ann Gates (15 avqust 1964, Dallas) — Amerikalı xeyriyyəçi və Microsoft-da keçmiş baş menecerdir. 2000-ci ildə həyat yoldaşı Bill Geyts ilə birlikdə Bill & Melinda Gates Fondunu, 2015-ci ildə dünyanın ən böyük özəl xeyriyyə təşkilatı olaraq qurdu. Geyts ardıcıl olaraq Forbes tərəfindən dünyanın ən güclü qadınlarından biri olaraq yer alır == Həyatı == Melinda Ann French 15 avqust 1964-cü ildə Texas ştatının Dallas şəhərində anadan olub. O, aerokosmik mühəndis olan Raymond Cozef Fransız Jr.-da doğulan dörd uşağın ikincisidir və ev qurucusu Elaine Agnes Amerland. Melindanın böyük bir bacısı və iki kiçik qardaşı var. Roma-Katolik kilsəsidə Melinda, sinifdə ən yaxşı tələbə olduğu Müqəddəs Monika Katolik Məktəbində iştirak etmişdir. 14 yaşında Melinda, atası tərəfindən Apple II ilə tanış oldu, daha sonra kompüter oyunlarına və BASIC proqramlaşdırma dilinə olan marağını artırdı. Melinda 1982-ci ildə Dallas Ursulin Akademiyasını valedictorian olaraq bitirib. 1986-cı ildə Duke Universitetinin kompüter elmləri və iqtisadiyyatı üzrə bakalavr dərəcəsini və 1987-ci ildə Duke-nin Fuqua Biznes Məktəbinin MBA dərəcəsini qazandı. == Karyera == Geytsin ilk işi uşaqlara riyaziyyat və kompüter proqramlaşdırması üzrə dərs vermək idi.
Iris gatesii
Qatessi süsəni (lat. Iris gatesii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Ümumi məlumat == Qatessi süsəni qısaboylu tək çiçək açan bitkidir. Çiçəklərinin gözəl görünüşü var. 0-1600 m-də bitir, 4-5-ci aylarda çiçək açır. Toxum (32%) və soğanaqları ilə çoxaldılır. Yaşıllaşdırmada geniş istifadə oluna bilər.

Digər lüğətlərdə

лабора́нтский наканифо́ливать нитеобра́зный петлеобра́зный увари́ть фана́тствовать ча́лка черне́ть шало́н вышина́ гу́мми европе́йка ми́рра моги́льщик полуни́щий приплы́ть служи́тельский циа́н галега air-heading congratulant imprint zastruga благонамеренный вероника