GEC

zərf Müəyyənləşdirilmiş, qərarlaşdırılmış vaxtdan sonra. Gec getmək. Gec xəbər tutmaq. Gec hərəkət etmək. Qatar üç saat gec gəldi. O oxumağa gec başlamışdır.
[Gülçöhrə Əsgərə:] Bir qədər gec gəlsəydin, özümü öldürmüşdüm. Ü.Hacıbəyov.

◊ Gec gəldi, tez öyrəndi; gec gəlib, tez öyrənən – bacarıqlı, zirək, tez uyğunlaşan adam haqqında (adətən mənfi mənada işlənir).
[Məhbubə:] Burada deyiblər ki, gec gəldi, tez öyrəndi. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GEC GEC (qeyri-münasib vaxt) [Könül] evdən çıxanda tapşırdı ki, ondan nigaran qalmasınlar. Gec qayıdacaq (X
  • GEC ləng — yavaş

Antonimlər (əks mənalı sözlər)

  • GEC GEC – ERKƏN Ağa, biz kəndlilər erkən yatıb, erkən də durmağa adət etmişik (S.S.Axundov); Qız gec gəldi, həm də Əhmədin arzu etdiyi kimi o tək idi (Ə
GE
GEC-GEC

Digər lüğətlərdə