general-mayor

is. major général m

general-leytenant
general-polkovnik
OBASTAN VİKİ
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-mayor (Azərbaycan)
General-mayor — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-mayor rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir. SSRİ dövründə general-mayor rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun baş zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir. Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-mayor rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir. "Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-mayor ali rütbəsi hərbi dəniz donanmasındakı vitse-admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı III dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur. Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-mayor rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır: Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə — general-mayor ali hərbi rütbəsi; Silahlı birləşmələrdə və dövlət orqanlarında — tibb xidməti general-mayoru ali hərbi və ali xüsusi rütbələri; Ədliyyə və prokurorluq orqanlarında — ədliyyə general-mayoru ali hərbi və ali xüsusi rütbələri; Gömrük orqanlarında — gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi; Daxili işlər orqanlarında — polis general-mayoru ali xüsusi rütbəsi; Fövqəladə hallar orqanlarında — daxili xidmət general-mayoru ali xüsusi rütbəsi; Feldyeger rabitəsi orqanlarında — feldyeger xidməti general-mayoru ali xüsusi rütbəsi. Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.
Hikmət Həsənov (general-mayor)
Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021). 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir. Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib. 2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.
Hüseyn Quliyev (general-mayor)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. Hüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
Murad Hüseynov (General-mayor)
Murad Qoşun oğlu Hüseynov (11 aprel 1948) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi (1998-2005), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşlər İdarəsinin rəisi (1995-1998), polis general-mayoru. Hüseynov Murad Qoşun oğlu 1948-ci ildə Qafan rayonunun Oxtar kəndində anadan olub. 1965-ci ilin sentyabrında keçmiş "Leninneft" NQÇİ-nin 11 saylı mədənində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Buruqlarda baş vermiş yanğın hadisələri Murad Hüseynovun həyat yolunu müəyyənləşdirib. 1966-cı ilin sentyabrında Bakıda Yanğından Mühafizə İdarəsinin 1-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayıb. 1968-ci ildə SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbinin əyani şöbəsində təhsil almağa göndərilib həmin nazirliyin Moskvadakı Akademiyasını bitirib. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra leytenant Murad Hüseynov Bakıdakı 2-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində qaravul rəisi vəzifəsinə təyin olunub. 1972-ci ildən 1983-cü ilə qədər müəllim və baş müəllim vəzifələrində çalışıb. 1983-cü ilin ortalarında Murad Hüseynova Naxçıvan Muxtar Respublikasının yanğından mühafizə xidmətinin rəhbərliyi həvalə olunub. 1988-ci ilin yanvarında Bakıya dəvət olunan Murad Hüseynov Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Xidmətinin mərkəzi aparatında Əməliyyat-faktiki şöbənin rəis müavini vəzifəsində xidmətini davam etdirib.
Məhəmməd Həsənov (general-mayor)
Məhəmməd Kərim oğlu Həsənov (25 fevral 1966, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyin rəisi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanının müavini; Günnüt əməliyyatı və Vətən müharibəsinin iştirakçısı. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2018-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Məhəmməd Həsənov Qazax rayonu Aslanbəyli kəndində anadan olub. Ali təhsilini bitirdikdən sonra rus dili müəllimi olaraq işləməyə başlamışdır. 20 yanvar hadisələrində Sovet İttifaqına qarşı etiraz nümayişində fəal iştirakçılardan olmuş və son anda tankın altından sağ çıxmağı bacarmışdır. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış və ağır döyüşlərdə iştirak edərək bir neçə qəlpə yarası almışdır. Müharibədən sonra hərbi xidmətdə qalaraq ordu quruculuğunda mühüm işlər görmüşdür. Mətbuatda açıqlanmayan bir çox əməliyyatların iştirakçısı olmuşdur. Hərbi hissə komandiri və digər mühüm vəzifələrdə xidmət etmişdir. 2019-cu il aprel ayında polkovnik Məhəmməd Həsənov Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunmuşdur.
Natiq Əliyev (general-mayor)
Natiq Əliyev (26 avqust 1964, Əmirxeyir, Krasnoselsk rayonu) — General-mayor. Əczaçılıq elmləri namizədi, Ehtiyatda olan hərbi zabit Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi. Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir. "Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 1999–2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.
Nikolay Adlerberq (general-mayor)
Qraf Nikolay Aleksandroviç Adlerberq (rus. Николай Александрович Адлерберг; 12 avqust 1844 və ya 24 aprel 1844, Sankt-Peterburq – 14 (27) aprel 1904, Yalta, Tavriya quberniyası[d]) — Rusiya sərkərdəsi, general-mayor, 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsinin iştirakçısı. Nikolay Aleksandroviç Adlerberq 12 avqust 1844-cü ildə Rusiya imperiyasında, Sankt-Peterburqda qraf Aleksandr Adlerberqin ailəsində anadan olmuşdur. O, Səhifələr korpusunda təhsil almış, 13 iyun 1862-ci ildə buradan tərxis edilmiş və 2 avqustda Preobrajenski alayının xilasedici qvardiyasının giziri rütbəsinə yüksəlmişdir. Adlerberq 1863-cü ildə Polşa üsyanının yatırılmasında iştirak etmiş və fərqlənməyə görə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir. Adlerberq 5 sentyabr 1867-ci ildə Əlahəzrətin müşayiəti ilə adyutant qanad təyin edilmişdir. O, 1868-ci ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 1870-ci ildə isə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif edilmişdir. Adlerberq 13 may 1871-ci ildə Əlahəzrətin Hərbi Düşərgə İdarəsinin məmuru təyin edilmişdir. O, 11 yanvar 1874-cü ildə fərqləndiyinə görə polkovnik rütbəsi almış, 19 mart 1877-ci ildə isə Dövlət Əmlakı Nazirliyinin Ümumi İşlər İdarəsinin müdiri vəzifəsini icra edən təyin edilmişdir. Исмаилов Э. Э. Золотое оружие с надписью «За храбрость».
Oqtay Məmmədov (general-mayor)
Oqtay Məmmədov (tam adı:Oqtay İlyas oğlu Məmmədov; 17 iyun 1963, Ermənistan SSR) — Azərbaycanlı general-mayor, Kürdəmir rayon Polis şöbəsinin rəisi (2013–2016). Oqtay Məmmədov 1963-cü il 17 iyun tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1986–1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, iki övladı, beş nəvəsi var. 1986–2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2006–2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2013–2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur. 2016-cı il 5 iyul tarixindən ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.
Rafiq Abbasov (general-mayor)
Rafiq Abbasov (1960, Mahmudoba, Şahbuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru. Abbasov Rafiq Qoşunəli oğlu 1960-cı ildə Azərbaycan Respublikasının Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. 1988-ci ildə Moskva Ümumittifaq Maliyyə-İqtisad İnstitutunu, 1996-cı ildə Rusiya Federasiyası DİN-in Hüquq İnstitutunu bitirmişdir. 1979–1981-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə işləmişdır. 1996–2001-ci illərdə Sumqayıt ŞPİ-nin rəis müavini, 2001–2002-ci illər ərzində Bakı şəhər Binəqədi RPİ-nin rəis müavini, 2002–2004-cü illərdə Zaqatala RPŞ-nin, 2004–2006-cı illərdə Lənkəran ŞRPŞ-nin rəisi, 2006–2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007–2014-cü illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində calışmışdır. 2014-cü ilin noyabrından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 28.12.2007-ci il tarixli 2606 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Ramin Bağırov (general-mayor)
Ramin Sabir oğlu Bağırov — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının general-mayoru, Vətən müharibəsinin Komandanlarından biri. Ramin Bağırov Azərbaycanda anadan olub. Polkovnik-leytenant Ramin Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin 28 avqust 2013-cü il tarixli 3099 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətən uğrunda" medalı ilə təltif edildi.
Səfər Əliyev (general-mayor)
Səfər Hüseyn oğlu Əliyev (29 iyun 1961, Maxta, Noraşen rayonu) — polis general-mayoru, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinin Nazir yanında məsləhətçi qrupun baş mütəxəssisi. Səfər Hüseyn oğlu Əliyev 29 iyun 1961-ci ildə Naxçıvan MSSR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987–1993-cü illərdə Azərbaycan Texniki Universitetinidə təhsil almışdır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1980–1982-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, iki övladı var. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. Bu dövrdə ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparmışdır. 1990–1997-ci ilədək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində inspektor, baş inspektor, şöbə rəisi, 1997–1999-cu illərdə Daxili İşlər Nazirliyinin Qərargahının Nəzarət-Əlaqələndirmə şöbəsində inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində çalışmışdır. 2010–2016-cı ilədək Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis muavini, 2016–2022-ci illərdə Daxili İşlər Nazirliyinin Katibliyində rəis vəzifələrində çalışmışdır.
Teymur Bünyadov (general-mayor)
Teymur Nağdalı oğlu Bünyadov (25 dekabr 1911, Qafan rayonu – 9 aprel 1974, Bakı) — Azərbaycan hərbi xadimi, general-mayor (1966). Teymur Bünyadov 25 dekabr 1911-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Girətağ kəndində anadan olub 1941-ci ildə Qafan RHK-dan orduya çağırılmışdır. F.E.Dzerjinski adına artilleriya Akademiyası nəzdində artilleriya birləşmələri üçün komissarlar hazırlayan birillik kursu bitirmiş, Stalinqrad və Cənub-qərb cəbhələri siyasi idarələrində baş təlimatçı olmuşdur. 1946-1952-ci illərdə "Buzovnaneft" tresi rəisinin müavini, Azərbaycan SSR yeyinti sənayesi nazirinin birinci müavini və başqa vəzifələrdə çalışmışdır. 1952-ci ildə yenidən hərbi xidmətə çağırılmış, diviziya siyasi idarəsinin rəisi təyin edilmiş, 1955-ci ilədək bu vəzifədə işləmişdir. 1955-1960-cı illərdə Azərbaycan SSR Daxili İşlər Nazirinin müavini, 1960-1967-ci illərdə DİN-də komendant, 1967-1970-ci illərdə isə SSRİ DİN qoşunlarının Zaqafqaziya üzrə komendantının birinci müavini olmuşdur. 1966-cı ildə general-mayor rütbəsi almışdır. 1970-1974-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində işləmişdir. Teymur Bünyadov uzun sürən xəstəlikdən sonra 9 aprel 1974-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Tofiq Babayev (general-mayor)
Tofiq Babayev — Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin sabiq müavini, general-mayor. Tofiq Behbud oğlu Babayev 1949-cu il iyunun 9-da Ağdam rayonunda anadan olmuşdur. 1956-1966-cı illərdə Ağdam şəhəri 1 saylı orta məktəbdə oxumuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirmişdir. 1972-1974-cü illərdə leytenant hərbi rütbəsində Naxçıvan və Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə xidmət keçmişdir. 1974-1976-cı illər ərzində Ağdam şəhər 50 saylı tam orta texniki peşə məktəbində fizika müəllimi, 1976-1979-cu illərdə isə Ağdam rayon Komsomol Komitəsində II katib və rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1979-cu ildə Azərbaycan Təhlükəsizlik orqanlarına qəbul olunub. Dağlıq Qarabağda baş əməliyyat müvəkkili, Ağdam, Quba, Yevlax, Gəncə şəhər şöbələrinin və Qarabağ üzrə idarənin rəisi vəzifəsində çalışıb. General-mayor Tofiq Babayev 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışmışdır. 2005-ci ildə öz xahişilə vəzifəsindən azad edilib.
Zaur Məmmədov (general-mayor)
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur. 1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Bəxtiyar Nəbiyev (general-mayor)
Bəxtiyar Nəbiyev (rus. Набиев, Бахтияр Кара оглы; 22 avqust 1965, Əxşam, Yevlax rayonu) — Rusiya Silahlı Qüvvələrinin əslən azərbaycanlı general-mayoru. General Nəbiyev 2007–2011-ci illərdə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Qərargah rəisi, Şimali Qafqaz Hərbi Dairəsinin Mühəndis Qoşunları rəisinin birinci müavini vəzifəsini daşıyıb. O, 2011–2014-cü illərdə Cənub Hərbi Dairəsinin Baş Qərargah rəisinin müavini işləyib. 2014-cü ilin iyulundan 2015-ci ilin dekabrına kimi — Cənub Hərbi Dairəsinin XII Ehtiyat Komandanlığının komandiri olub. Hərbi xadim, 2018-ci ildən Qərb Hərbi Dairəsinin mühəndis qoşunlarının rəisi vəzifəsində çalışır. 22 avqust 1965-ci ildə Azərbaycan SSR , Yevlax rayonunun Axşam kəndində anadan olub . 1984-cü ildən hərbi xidmətdədir. 1988-ci ildə Mühəndis Qoşunlarının Marşalı V.K.Xarçenko adına Kamenets-Podolsk Ali Hərbi Mühəndis Komandanlıq Məktəbini bitirib . 1988-1994-cü illərdə Mühəndis Qoşunlarında müxtəlif vəzifələrdə xidmət edib.
Ramiz Məmmədov (general-mayor)
Ramiz Xosrov oğlu Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin general mayoru, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1993–1995). Azərbaycan Respublikası Prezidentinin 20 may 1992-ci il tarixli 767 nömrəli Fərmanı ilə daxili işlər polkovniki Ramiz Xosrov oğlu Məmmədova daxili xidmət general-mayoru rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1993-cü il tarixli 720 nömrəli Fərmanı ilə Ramiz Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. General Ramiz Məmmədov 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz Əməliyyatının təşkilatçılarından biri olmuşdur. Ona verilən xasiyyətnamədə belə yazılıb: "O, qanunvericiliklə Daxil İslər orqanlarına, Daxil Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsəsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, ictimai qaydaların qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Daxili İslər nazirinin müavini və Daxili Qoşunların komandanı kimi kuratoru olduğu xidməti sahələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə edilməsində düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib, dövlətin konstitusion qurluşunun mudafiəsində, əmin — amanlğın təmin edilməsində, diqqətə layiq xüsusi rolu olub". Azərbaycan Vətən Muharibesi Veteranlarının ictimai Birliyinin (AVMVİB) generalın yubileyi ilə bağlı təbrikində belə yazılıb: "Genral-mayor Ramiz Məmmədov mənalı həyatının 44 ilini Daxili İslər orqanlarına, Daxil Qoşunlara və Mərkəzi Komitədə müvafiq vəzifəyə həsr edərək şərəfli yol keçib. Vətənə və xalqa sədaqətlə xidmət edib. Rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işguzarliğı və mənəvi keyfiyyəti ilə, ölkə prezdentinin və Daxil İşlər Nazirliyinin daimi diqqət mərkəzində olmuşdur. General-mayor Ramiz Məmmədovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə onun bilavastə rəhbəri tərəfindən yuksək qiymətləndirildiynə görə bir sıra medalla, döş nişanları, orden və Fəxri Fərmanla mükafatlandırlıb". O, 1995-ci il iyunun 20-də Daxili Qoşun Komandanı vəzifədən təqaüdə göndərilib.
İlqar Abbasov (general-mayor)
İlqar Rza oğlu Abbasov (11 aprel 1975, Naxçıvan) — Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi (2022-ci ildən), general-mayor (2022). İlqar Rza oğlu Abbasov 11 aprel 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İlqar Abbasov 1996-cı ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında daimi qulluğa qəbul olunmuş, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, Lənkəran və Səbail rayon prokurorluqlarında, Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunda prokuror köməkçisi və idarə prokuroru, eləcə də Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini, Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir. 15 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunmuş və ona general-mayor ali hərbi rütbəsi verilmişdir. İlqar Abbasov çalışdığı dövr ərzində dəfələrlə mükafatlandırılmış, 28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
İlqar Məmmədov (general-mayor)
Məmmədov İlqar Aydın oğlu (7 oktyabr 1970, SSRİ) — Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbinin Sabiq rəisi . Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə Müşaviri. General-mayor. 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olmuşdur. 1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir. 1991—1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. 1992—2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini — qərargah rəisi vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2024-cü ildən etibarən Daxili İşlər Nazirinin Hərbi məsələlər üzrə müşaviridir.
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Ehsan xan Kəngərli (general-mayor)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Ehsan xan Naxçıvanski (general-mayor)
Ehsan xan Naxçıvanski (20 oktyabr 1891, Naxçıvan – Naxçıvan) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı. III Kalbalı xan 1891-ci il oktyabrın 20-də Naxçıvanda anadan olmuşdur. O, 1909-cu ildə kadet korpusunu bitirərək Qafqaz hərbi məktəbinin Nikolayev eskadronunda yunker rütbəsində xidmətə başlamışdır.Xidmətinin sonrakı mərhələlərində Varşavada hərbi xidmətini davam etdirir.Onun I Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi şücaətləri diqqətdən kənarda qalmamış, 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, III dərəcəli "Müqəddəs Stanislav", IV dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Müqəddəs Stanislav" və III dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif edilmiş- dir. III Kalbalı xan 1915-ci ildə qızıl "Georgi silahı" ilə mükafatlandırılmış- dır. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişi və iğtişaşlar vaxtilə Romanovlar sülaləsinin tabeliyində olan Qafqazı da öz cənginə almışdı. Azərbaycanın Naxçıvan bölgəsinin ermənilər tərəfindən talan edilməsi, əhalisinin dəhşətli cinayətlərlə qarşılaşması çar ordusunda xidmət edən Naxçıvanskilərin böyük bir qisminin Naxçıvana qayıtmalarına səbəb olur. Onların arasında pokovnik-leytenant III Kalbalı xan Naxçıvanski də vardı. Ermənilərin Naxçıvana ərazi iddiaları, yerli əhalini qətlə yetirmələri xalqın səbir kasasını daşdırmışdı.
Kəlbəli xan Naxçıvanski (general-mayor)
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiri Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Mayor Brenner
Mayor Rafailoviç Brenner (25 dekabr 1906 (7 yanvar 1907), Dnepr – 7 aprel 1973, Bakı) — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968). Mayor Rafailoviç Brenner 25 dekabr 1906 (7 yanvar 1907)-ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur. Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 iyun 1968 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1.

Digər lüğətlərdə