GENƏLMƏK

f.
1. Gen hala düşmək, eninə böyümək, enliləşmək, genləşmək. Jaket çox geyildiyindən genəlib. Ayaqqabı genəldi.
2. Gen şəkil almaq, gen olmaq, daha da enliləşmək.
Aşağıdan dar, yuxarı getdikcə genələn və hər iki tərəfdən qulpu olan qazan partizanların həmişə karına gəlmişdi. S.Vəliyev.

3. məc. Genişlənmək, böyümək.
Hər gün genəldi daireyi-hörmətin sənin; El uğradıqca fəqrə, şişib sərvətin sənin. M.Ə.Sabir.
[Mirzə Mehrəli] otağı dolandıqca xəyal meydanı genəldi. Çəmənzəminli.
Birləşib artdıqca qabarlı əllər; Daha da genəlir sözün meydanı. H.Arif.

4. Dərman və s. təsirilə enlənmək, genişlənmək. Qan damarları genəldi. Dərmandan göz bəbəkləri genəlmişdir.

Antonimlər (əks mənalı sözlər)

  • GENƏLMƏK GENƏLMƏK – DARALMAQ Birdən onun gözləri genəldi (S.Rəhimov); Getdikcə üfüqlər daralır, səhra öz şəklini itirirdi (M
GENƏLMƏ
GENƏLTDİRMƏ

Digər lüğətlərdə

антирома́н пикни́ческий само́ собо́ю цифи́рный колле́гия мима́нс непривы́чно послать кого-л. пода́льше пудри́льщица раки́та рыбокомбина́т съёмник аканье тумпас харуба Afro-Americanism Jabberwocks melt-water rapidamente злокачественный керамика лилипут полусознательный трёхчленный цианистый