Geoloji axtarış

faydalı qazıntı yataqlarının açılmasındakı işlərin məcmusu. G. a.-ın elmi əsasını tədqiq edilən sahədə faydalı qazıntıların ehtimal olunan yayılma xəritələri və ya faydalı qazıntıların yerləşməsinin proqnoz xəritələri təşkil edir. G.a. zamanı faydalı qazıntının əmələgəlmə şəraiti və ya mənşəyi nəzərə alınır. Geofiziki tədqiqatlar faydalı qazıntı kütləsinin və yerləşdirici süxurların bir sıra fiziki xasələrinin fərqlənməsinə əsaslanır. Əlverişli strukturların, karbohidrogen qazları nişanələrinin, palçıq vulkanlarının, neft sızıntılarının olması neft qaz yataqlarının axtarışı üçün əsas amilərdən hesab olunur.
Generator qazı
Gili məhlul, yuyucu məhlul