GEOMORFOLOGİYA

(yun.qe-Yer, morphe-forma və loqos-elm, öyrənmə) quruda, okean və dənizin dibində yer səthinin relyefini, onların mənşəini, zahiri əlamətlərini, təkamülünü və coğrafi yayılmalarının qanunauyğunluqlarını öyrənən elm. G. Ümumi, regional, tətbiqi və planetar sahələrə ayrılır. 1. Ümumi G. endogen və ekzogen qüvvələrin təsiri nəticəsində yaranmış relyef formalarının bütün müxtəlifliklərini öyrənir, geomorfoloji tədqiqatların, xəritələşdirmənin, geomorfoloji planalmanın üsullarını müəyyən edir. Relyefin xarici əlamətləri ilə morfoqrafiya, onların kəmiyyətcə səciyyələndirilməsi ilə isə morfometriya məşğul olur. Ümumi G. struktur G. və iqlim G. ayrılır. 2. Regional G. geomorfoloji rayonlaşma məsələsinə baxır, hər-hansı konkret ərazidə relyef formalarının morfologiyasını, mənşəyini, yaşını və coğrafi yayılmasının xüsusiyyətlərini təhlil edərək onları öyrənir. Relyefin təkamülünü təhlil etmək yolu ilə onun paleogeomorfologiyası, yəni hər-hansı keçmiş konkret dövrün relyefi bərpa edilir. 3. Tətbiqi G. relyef və relyefəmələgətirici proseslərlə əlaqədar olan müxtəlif praktiki məsələlərin (səpinti yataqların, neftli-qazlı strukturların, qeyri-struktur neft yataqlarının, torpaqların eroziyası, karstların, sahillərin mənimsənilməsi,hidrotexniki istifadə üçün dərələrin tədqiqi və b.)həlli ilə məşğul olur. 4. Planetar G. və ya planetologiya-bir planet kimi bütövlükdə Yerin relyefinin xüsusiyyətlərini öyrənməklə məşğul olur. G. geomorfoloji, eləcə də qonşu elmi metodlardan-geoloji, hidroqrafik, bioloji, riyazi və b. istifadə edilir. геоморфология geomorphology of land
GEOMORFOGENEZ
GEOMORFOLOGİYADA DEDUKTİV ÜSUL
OBASTAN VİKİ
Geomorfologiya
Geomorfologiya (q.yun. γῆ — Yer + μορφή — Forma + λόγος — Tədris) — çox mürəkkəb daxili və xarici quruluşa malik olan relyefdə baş verən bütün prosesləri, qanunauyğunluqları öyrənən elm. Yer səthində yaranan relyef formaları açıq (çay dərələri, yarğan, qobu və s.) və ya qapalı (təpə, çalalar, çüxurlar, karst qıfları və s.) olurlar. Onlar həmçinin müsbət (qabarıq) və ya mənfi (çökək) formalara malik olurlar. Ən böyük müsbət formaya materik qalxmaları, mənfi formaya isə okean çökəkliyi aiddir. Relyef dedikdə, yerin bütün kələ-kötürlüklərinin məcmuyu nəzərdə tutulur.O, müxtəlif istiqamətli daxili ( endogen ) və xarici ( ekzogen ) geoloji proseslərin yer qabığına təsiri nəticəsində yaranır. Həm də bu və ya digər prosesin üstünlük təşkil etməsi, onun davamiyyəti və coğrafi zonallığı əsas rol oynayır. Əgər endogen proseslər ( tektonik və vulkanik ) yer səthində ilkin müsbət və mənfi formalar əmələ gətirir. Yer səthində inkişaf etmiş bütün relyef formaları endogen və ekzogen qüvvələrin qarşılıqlı təsirinin məhsulu olub, müsbət və mənfi, sadə və mürəkkəb olmaqla planetar relyef, meqarelyef, makrorelyef, mezorelyef, mikrorelyef və naporelyef kateqoriyalarına ayrılır. Planetar relyef – tektonik mənşəli olub, bir planet kimi Yerin zahiri görünüşünü müəyyənləşdirən yer səthinin ən iri elementlərini – materikləri və okeanları əhatə edir.
Abraziya (geomorfologiya)
Abraziya və ya abrazion proses — dəniz dalğaları və axınların köklü süxurları mexaniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir. Abraziya dalğavə ləpədöyənin ölçülərindən, suyun və süxurların xassələrindən aslıdır və əsasən hövzənin 10-20 metr dərinliynə qədər təzahür edir. Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Konstruktiv Geomorfologiya
Konstruktiv Geomorfologiya (rus. конструктивная геомор-фология, ing. constructive geomorphology) — geomorfologiyanın bir bölməsi, daha geniş mənada, tətbiqi geomorfologiya. Yer səthində mövcud olan və onu mürəkkəbləşdirən relyef formalarının təcrübi məqsədlər üçün istifadə etmək yollarını izah edir və onu istiqamətləndirir.

Значение слова в других словарях